Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-150/2023 26.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Cavabdeh X9 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə, X10 və Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası Əmlak Hərrac Mərkəzinə qarşı “şifariş məktubunun və hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1nə, X10 və Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası Əmlak Hərrac Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sifariş məktubunun, Azərbaycan Respublikası İxtisasdırılmış Əmtəə Birjası "Əmlak Hərrac Mərkəzi”nin xx.xx.2022-ci il tarixli hərracın yekunları barədə 220/22 nömrəli protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(044)-444/2021 nömrəli qətnaməsinə əsasən ondan 7017 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq X3 verilməsi qət edilmişdir. Bu iş üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Cavabdeh1nə göndərilmiş və icraata qəbul edilmişdir. İcra tədbirləri nəticəsində icra məmuru ona məxsus ünvan 1 ünvanda yerləşən daşınmaz əmlaka həbs qoyulması ilə bağlı məhkəməyə təqdimat vermişdir. İcra məmurunun təqdimatı təmin edilmiş və bundan sonra həmin əmlak satılması üçün hərrac mərkəzinə göndərilmişdir. Halbuki, həmin əmlakın onun yeganə mənzili olması ilə bağlı icra məmuruna dəflərlə məlumat vermişdi. Lakin buna baxmayaraq, icra orqanı onun ərinin adına başqa evin olmasını bəhanə edərək, ona məxsus mənzilin həracda satılmasına nail olmuşdur. Nəhayət, xx.xx.2022-ci il tarixdə keçirilmiş hərracda ona məxsus olan daşınmaz əmlak dəyərindən çox aşağı qiymətlə, X10 15000 manata satılmışdır. Hesab edir ki, Cavabdeh1 bu kimi hərəkətləri qanunsuzdur. Məhkəmə ona məxsus bir yaşayış mənzilinə həbs qoymamalı və icra məmuru da həmin mənzili hərrac vasitəsilə satılmasına sifariş verməməli idi. Bundan başqa, icra məmuru onun başqa yaşayış mənzildə yaşadığına əsaslanmış və bu cür hərəkərə yol vermişdir. Lakin işin faktiki halları ilə dəqiq müəyyən olunur ki, faktiki yaşadığım mənzil ərinə məxsusdur. Həmin nənzil isə ona vərəsəlik qaydasında atasından miras qalmış əmlakdır. Deməli, icra orqanı bu halı araşdırmamış, məsələyə öz mülahizəsi ilə qiymət vermiş və məhkəmə də bu halları dəqiq araşdırmamışdan ona məxsus mənzilə həbs qoymuşdur. Məlum edir ki, yuxarıda qeyd etdiyi hərəkətlərlə bağlı cavabdehlər ona heç bir rəsmi məlumat verilməmiş və bilərəkdən ona məxsus əmlakı özgəninkiləşdirmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh Barat Balayev iddiaya etiraz edərək təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə edərək bildirmişdi ki, mübahisəli mənzildə digər ailə üzvü, özü ailəsiylə birlikdə ərinə məxsus Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, ev 44, 6 saylı mənzildə yaşayır. Ona məxsus əmlaka tutma yönəldilməsinə əsas olan borclar üzrə tələbkarlara ödəniş etməmişdir. İddiaçı iddiasının təmin olunmasını xahiş etmişdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və digər cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Əgər hərracın predmeti yalnız müqavilə bağlamaq hüququ olmuşsa, belə müqaviləni tərəflər hərrac qurtardıqdan və protokol rəsmiləşdirildikdən sonra iyirmi gündən və ya bildirişdə göstərilən başqa müddətdən gec olmayaraq imzalamalıdırlar. Onlardan biri müqavilə bağlamaqdan boyun qaçırdıqda, digər tərəf müqaviləni bağlamağa məcbur etmək, habelə onu bağlamaqdan boyun qaçırılması nəticəsində vurulan zərərin əvəzini ödəmək tələbi ilə məhkəməyə müraciət edə bilər (415). “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir (45.1). Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir (45.6). Fiziki şəxslər barəsində icra sənədi icra olunarkən, borclu və onun ailə üzvləri üçün zəruri olan ərzaq məhsullarına, daimi istifadə edilən qab-qacağa və mətbəx ləvazimatına, digər ilk zərurət əşyalarına, habelə ixtisas üzrə kitablara və peşə fəaliyyəti ilə məşğul olmaq üçün avadanlığa tələb yönəldilə bilməz. Fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən, dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir (49). İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur (50.1). Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir (50.2). Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakının hərrac yolu ilə satılması vergi orqanının sifarişi əsasında Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə həyata keçirilir. Dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlak icra xidmətinin (vergi borcuna görə siyahıya alınmış daşınar əmlaka münasibətdə vergi orqanının) müəyyən etdiyi ticarət şəbəkələrində müvafiq müqavilə əsasında satıla bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 90-cı maddəsinə əsasən vergi ödəyicisinin siyahıya alınmış əmlakının vergi orqanının müəyyən etdiyi ticarət şəbəkələrində (o cümlədən, satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satışının təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır (53). Vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir (61.1). İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir (61.2). İcra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir (62). İş materiallarında olan: Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, ev 77, mənzil 13 xx.xx.2008-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-444/2021 saylı qətnaməsi ilə iddiaçı X2 cavabdeh İddiaçı qarşı iddia qismən təmin edilərək, cavabdeh İddiaçı 7000 manat pulun tutularaq iddiaçı X3 ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-444/2021 saylı icra vərəqəsi icra edilməsi üçün xx.xx.2021-ci il tarixdə Cavabdeh1nə göndərilmişdir. Gəncə Şəhər Kəpəz Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktuba əsasən, İddiaçı və X6 xx.xx.1980-ci ildə rəsmi nikaha daxil olmuşlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinın xx.xx.2021-ci il tarixli məktubuna əsasən, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, ev 44, mənzil 6 X5 adına qeydiyyata alınmışdır. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)-1253/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, İddiaçı qıızndan 15000 manat pul və 30 manat dövlət rüsumu alınaraq X10 verilməlidir. Cavabdeh1 xx.xx.2021-ci il tarixli qərarına əsasən, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)-1253/2021 nömrəli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli, 2(044)- 444/2021 saylı icra sənədləri bir icraatda birləşdirilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(044)-559/2021 saylı qərardadına əsasən, təqdimat təmin edilərək borclu İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, ev 77, mənzil 13 üzərinə həbs qoyulmuşdur. Cavabdeh1 tərəfindən “Əmlak Hərrac Mərkəzi’’ MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba əsasən, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)-444/2021 nömrəli, xx.xx.2021ci il tarixli icra sənədinə əsasən, borclu İddiaçı cəmi 7017 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X7 xeyrinə ödənilməlidir. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 8(044)-559/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadına əsasən borclu İddiaçı məxsus, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın üzərinə həbs qoyulmuş və tələb həmin əmlaka yönəldilmişdir. “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti ‘‘ MMC-nin xx.xx.2022-ci il tarixli məktubuna əsasən qeyd olunan əmlakın 15000 manat dəyərində qiymətləndirildiyi məlum olmuşdur. Bu səbəbdən də yuxarıda qeyd edilən daşınmaz əmlakın hərrac yolu ilə satılmasına sərəncam verilməsi xahiş olunmuşdur. “Əmlak Hərrac Mərkəzi’’ MMC tərəfindən xx.xx.2022-ci il tarixdə açıq hərracın keçirilməsinə dair bildiriş İddiaçı, X4 və X10 ünvanlanaraq Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)- 444/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən, AR Ədliyyə Nazirliyi Cavabdeh1 xx.xx.2022-ci il tarixli, T.İ e 61742/2021 saylı sifarişi ilə borclu İddiaçı məxsus, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində yerləşən daşınmaz əmlakın açıq hərracdan satılmalı olduğu, əmlakın ilkin qiymətinin 15000 manat müəyyən edildiyi və bununla əlaqədar olaraq xx.xx.2022-ci il tarixdə, saat 11:00-da ilkin hərracın keçiriləcəyi bildirilmişdir. “BirjaNews” adlı kütləvi informasiya vasitəsinin portalında xx.xx.2022-ci il tarixli çıxarışa əsasən, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)-444/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən, AR Ədliyyə Nazirliyi Cavabdeh1 xx.xx.2022-ci il tarixli, T.İ e 61742/2021 saylı sifarişi ilə borclu İddiaçı məxsus, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində yerləşən daşınmaz əmlakın açıq hərracdan satılmalı olduğu, əmlakın ilkin qiymətinin 15000 manat müəyyən edildiyi və bununla əlaqədar olaraq xx.xx.2022-ci il tarixdə, saat 11:00-da ilkin hərracın keçiriləcəyi bildirilmişdir. “Əmlak Hərrac Mərkəzi’’ MMC tərəfindən tərtib olunmuş, hərracın yekunları barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)- 444/2021 saylı, xx.xx.2021-ci il tarixli və Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)- 1253/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqələrinə əsasən, AR Ədliyyə Nazirliyi Cavabdeh1 xx.xx.2022-ci il tarixli, T.İ e 61742/2021 saylı sifarişi əsasında borclu İddiaçı məxsus, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində istifadədə olan, 0.0867 ha torpaq sahəsində yerləşən, 77 nömrəli, 1 mərtəbəli binanın 13-cü girişində, 1-ci mərtəbəsində, 35.5 kv.metr ümumi, 20.7 kv.metr yaşayış sahəsindən ibarət 1 otaqlı, 13 nömrəli mənzil hərracda X12 tərəfindən 15300 manata satın alınmışdır. “Əmlak Hərrac Mərkəzi’’ MMC tərəfindən “Əmlak Hərrac Mərkəzi’’ MMC tərəfindən Cavabdeh1nə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba əsasən, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2 (044)-444/2021 saylı, xx.xx.2021-ci il tarixli və Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2 (044)-1253/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqələrinə əsasən, AR Ədliyyə Nazirliyi Cavabdeh1 xx.xx.2022-ci il tarixli (daxil olma xx.xx.2022-ci il), T.İ e 61742/2021 saylı sifarişi ilə, borclu İddiaçı məxsus, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində istifadədə olan, 0.0867 ha torpaq sahəsində yerləşən, 77 nömrəli, 1 mərtəbəli binanın 13-cü girişində, 1-ci mərtəbəsində, 35.5 kv.metr ümumi, 20.7 kv.metr yaşayış sahəsindən ibarət 1 otaqlı, 13 nömrəli mənzil ilkin hərracda alış qiyməti 15.300 (on beş min üç yüz) manata olmaqla, X1 və bununla əlaqədar olaraq hərracın təşkilatçısı tərəfindən hərracın yekunları barədə xx.xx.2022-ci il tarixli, 73/22 nömrəli protokol tərtib edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2990/2021 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən, cavabdeh İddiaçı 22000 manat alınaraq iddiaçı X11 verilməlidir. Cavabdeh1 xx.xx.2021-ci il tarixli qərarına əsasən, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)-1253/2021 nömrəli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli, 2(044)- 444/2021 saylı icra sənədləri, habelə Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2990/2021 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi bir icraatda birləşdirilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısına əsasən, fiziki şəxs barəsində icra sənədi icra olunarkən aşağıdakı əmlaklara tələbin yönəldilməsinə yol verilmir: 1) borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə); 2) əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsinin təsərrüfat tikililəri və ya ayrı-ayrı hissələri, həmçinin onların altında olan torpağa; 3) əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə; 4) əsas məşğuliyyəti kənd təsərrüfatı olan fiziki şəxslərin hər növ mal-qara və digər ev heyvanından bir baş və ev quşlarından bir cütünə; 5) əsas məşğuliyyəti kənd təsərrüfatı olan fiziki şəxslərin yeni yem yığılanadək və ya mal-qara örüşə çıxarılanadək mal-qara üçün lazım olan yemə; 6) əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu fiziki şəxslərə növbəti əkin üçün lazım olan toxuma; 7) əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu fiziki şəxs və onun ailəsi üçün yeni məhsul yetişdirilənədək zəruri olan azuqəyə, digər borclular üçün isə bir aylıq dolanışıq azuqəsinə; 8) xörək hazırlamaq və ailənin yaşayış mənzilini qızdırmaq üçün mühüm əhəmiyyəti olmayan qızdırıcı soba və mövsüm ərzində lazım olan yanacağa; 9) borclunun peşə fəaliyyətinin davam etdirilməsi üçün zəruri olan avadanlıq, o cümlədən ixtisas üzrə kitablar və vəsaitlərə; 10) əlilliyi olan şəxslərin hərəkəti üçün xüsusi nəqliyyat vasitələrinə; 11) əsas dolanacaq mənbəyi ov olan şəxslərin odlu silah, döyüş sursatı və digər ov alətlərinə; 12) borclu və onun ailə üzvlərinin qazandıqları beynəlxalq və başqa prizlərə; 13) borclu və onun ailə üzvləri üçün lazım olan aşağıdakı ev avadanlıqları, əşyalar və paltarlara: a) hər bir şəxs üçün paltar: bir yay, bir payız paltarı, bir qış paltosu və ya başqa üst geyimi, bir qış kostyumu (qadınlar üçün iki dəst qış paltarı), bir yay kostyumu (qadınlar üçün iki dəst yay paltarı), hər bir mövsüm üçün bir baş geyimi (qadınlar üçün bundan əlavə yay üçün iki baş yaylığı və bir isti baş yaylığı və ya baş şalı), uzun müddət istifadə edilmiş və qiymətini itirmiş digər paltar və baş geyimləri; b) geyilmiş ayaqqabı, alt paltarı, istifadə edilmiş yataq ləvazimatı, qiymətli materiallardan hazırlanmış, habelə bədii dəyəri olan şeylər istisna edilməklə qab-qacaq və mətbəx ləvazimatı; c) mebel — hər bir şəxs üçün bir çarpayı və stul, bir ailə üçün bir stol, bir şkaf, bir sandıq, mənzildə olan bir soyuducu, bir radio və bir televizor; ç) bütün uşaq ləvazimatı. Beləliklə, mülki işin tədqiq edilmiş halları əsasında müəyyən olunmuşdur ki, pulun tutulması barədə icra vərəqələri borclutərəfindən könüllü icra edilmədiyi üçün, məhkəmə aktlarının icrasını təmin etmək məqsədi ilə borclu İddiaçı məxsus mübahisəli 13 saylı mənzilin üzərinə həbs qoyulmuş və əmlakın hərracdan satılması üçün sifariş verilmişdir. Mübahisəli əmlak üçün ilkin satış qiyməti 15000 manat olmaqla xx.xx.2022-ci il tarixdə saat 11:00-da açıq hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli bildiriş tələbkarlara və borcluya ünvanlanmışdır. “BirjaNews” portalında xx.xx.2022-ci il tarixdə eyni məzmunlu məlumat dərc olunmuşdur. Qeyd edilən tarixdə mübahisəli əmlaka dair keçirilmiş hərracın yekunları barədə protokolu tərtib edilmişdir. Beləliklə, hərrac qanunvericiliyin tələblərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tələbini mübahisəli mənzilin ona məxsus yeganə yaşayış sahəsi olması ilə əsaslandırmışdır. Lakin icra icraatı və məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzil borclu olan iddiaçı və ailəsinin birgə yaşamalarını təmin edəcək yeganə mənzil deyil. Bu hal iddiaçının ailəsiylə ərinə məxsus mənzildə yaşaması və mübahisəli mənzildə iddiaçının qohumunun yaşaması təsdiqlənir. Qeyd edilənlərə əsasən, əsaslılığı sübuta yetirilmədiyindən iddianın təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh1nə, X10 və Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası Əmlak Hərrac Mərkəzinə qarşı “şifariş məktubunun və hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-150/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-150/2023
26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver