Məhkəmə qərarları › İş №2(125)-1502/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1502/2023

02.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1502/2023 02.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X42 Şakir oğlunun sədrliyi, X10 iclas katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” (maraqlı şəxs - Maraqlı şəxs) barədə ərizəsinə dair mülki işə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” (maraqlı şəxs - Maraqlı şəxs) barədə ərizə ilə məhkəməyə müraciət edərək, X3nun 1906-cı ildə və babasının qardaşı X16 1900-cü ildə Ermənistan SSR-də doğulmalarının qeydə alınması faktı müəyyən edilməklə, X11 adına olan doğum akt qeydində, uşağın adı – “X24”, doğulduğu tarixi – “1906-cı il”, doğum yeri – “Ermənistan SSR”, valideynləri qrafasında uşağın atası “X31”, milliyyəti “azərbaycanlı”, uşağın anası – “X26”, milliyyəti “azərbaycanlı” və X16 adına olan doğum akt qeydində, uşağın adı “X27”, doğulduğu tarix “1900-cü il”, doğum yeri – “Ermənistan SSR”, valideynləri qrafasında uşağın atası “X31”, milliyyəti “azərbaycanlı”, uşağın anası “X26”, milliyyəti “azərbaycanlı” kimi qeyd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 18 fevral 1985-ci ildə ünvan 1 ünvanında doğulub boya-başa çatmış, hal-hazırda da həmin evdə daimi qeydiyyatda olmaqla yaşayır. Həmin fərdi yaşayış evi onun X3 və onun qardaşı X20 məxsus olmuşdur. X3 1906-cı ildə, qardaşı X27 isə 1900-cü ildə Ermənistan SSR-də doğulmuşlar. Onlar bildiyinə görə 1918-ci ildə məlum hadisələrlə bağlı, yəni ermənilər tərəfindən törədilmiş soyqırım nəticəsində valideynlərini itirərək öz dədə-baba yurdlarını tərk etmək məcburiyyətində qalmışlar. Beləliklə, onların ailəsindən yalnız 2 qardaş, yəni babası Mehti və qardaşı Qulu Gəncə şəhərinə gəlib çıxmışlar və burada məskunlaşaraq yaşamışlar. Ailənin digər üzvləri isə həmin soyqırım nəticəsində vəfat etmişlər. Onlar ünvan 2 ünvanda yerləşən evi almışlar. Həmin fərdi yaşayış evi 1934-cü ildə Hüseynov qardaşlarının adına qeydə alınmışdır. X3 1991-ci ildə, qardaşı X27 isə 1978-ci ildə vəfat etmişlər. Babasının qardaşı Qulu Hüseynov ailə həyatı qurmamış, ümumiyyətcə evlənməmişdir və onun övladı olmamışdır. 2011-ci ildə X4 mərhum babalarının adına olan evi öz adına rəsmiləşdirən zaman babasının və qardaşının doğum haqqında şəhadətnamələri olmadığı üçün sözügedən fərdi yaşayış evini tam olaraq öz adına keçirə bilməmiş, yalnız atasına aid olan hissədə, yəni ½ hissəsini öz adına rəsmiləşdirmişdir. Beləliklə, sözügedən fərdi yaşayış evi ½ hissədə tam X4nun, ½ hissədə isə X16 adına rəsmiləşdirilmişdir. X4 xx.xx.2020-ci ildə vəfat etdikdən sonra evlərinin sənədlə atasına aid olan hissəsi anası X5 adına rəsmiləşdirilmişdir. Hazırda o, evlərini öz adına tam şəkildə keçirtmək istəyir, lakin babası Mehtinin və qardaşı Qulunun doğum haqqında şəhadətnamələri olmadığı üçün o, bunu edə bilmir. O, X3nun və babasının qardaşı X16 doğum haqqında şəhadətnamələrini almaq məqsədilə Maraqlı şəxsnə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə qeydiyyat şöbəsindən ona 05/Q-01/15 və 05/Q-02/15 nömrəli imtina məktubları verməklə doğum haqqında şəhadətnaməsinin verilməsinin imkan xaricində olmasını bildirmişlər və doğum faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etməsini tövsiyə etmişlər. O, ərizəsi üzrə faktı məhkəmədən kənar qaydada həll edə bilmir. Ona görə də məcbur olmuş hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin Maraqlı şəxs rəisi Anar Əhmədov məhkəməyə məktub ünvanlayaraq, iş üzrə məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bu səbəbdən məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 izahatında bildirdi ki, Ərizəçi bibisidir. Ərizəçinin atası Çingiz Hüseynov onun doğma qardaşıdır. Mərhum qardaşı Çingiz Hüseynov 20 noyabr 2020-ci il tarixdə vəfat etmişdir. X24 onun və qardaşı Çingizin doğma atası, X27 isə doğma əmisidir. Evin ən kiçik uşağı odur. Qardaş və bacıları dünyasını dəyişmişdir. Mərhum X38 1906-cı ildə, mərhum X41 isə 1900-cü il tarixdə Ermənistanda doğulmuşlar. Atasıgil ailədə 7 uşaq olmuşlar. Onlardan yalnız X38 və X41 indiki Ermənistan Respublikasının Masis rayonundan Gəncə şəhərinə deportasiya olunmuş və ölənə kimi Gəncə şəhərində yaşamışlar. Qalan əmisi və bibisi ermənilər tərəfindən soyqırıma uğramışlar. X38 1991-ci il tarixdə vəfat etmişdir. X41 isə o, universitetdə oxuyan illərdə, yəni 1978-ci il tarixdə vəfat etmişdir. Qulu və Mehti babası X7 övladlarıdır. Atası Mehti və əmisi Qulunun doğum şəhadətnamələri olsa da, sonrada naməlum şəkildə itmişdir. Ermənistan Respublikasından isə onların sənədlərini almaq mümkünsüzdür. Nənəsi Suqranın isə sadəcə adını eşitmiş, onun haqqında ətraflı məlumatı yoxdur. Atasından və əmisindən miras qalan evin ½ hissəsi qardaşı oğlu Mehdinin adındadır. Qalan hissənin də Mehdinin adına keçməsini istəsələr də hazırda müvafiq sənədlər olmadığından bu mümkün olmamışdır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutlar; İE seriyalı, 679818 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X21 15 sentyabr 1951-ci il tarixdə doğulmuşdur. Valideynləri: atası X24, anası X2r. İİİ-JQ seriyalı, 264340 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X21 ilə X17 arasında nikah 26 sentyabr 1982-ci il tarixdə bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 26 sentyabr 1982-ci il tarixdə 1204 nömrə ilə qeyd edilmişdir. X-JQ seriyalı, 423391 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi 18 fevral 1985-ci il tarixdə doğulmuşdur. Valideynləri: X4, anası X8r. AZ-İİ seriyalı, 130687 nömrəli, 20 noyabr 2020-ci il tarixli, Gəncə “ASAN xidmət” X25 tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X21 20 noyabr 2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 20 noyabr 2020-ci il tarixdə 1171 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi durğunluq ürək çatmamazlığı qeyd edilmişdir. AZ-T seriyalı, 187192 nömrəli doğum haqqında şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, X22 23 sentyabr 1957-ci il tarixdə doğulmuşdur. Valideynləri: atası X24, anası X2r. 08 yanvar 2019-cu il tarixli, 05/70-33 nömrəli, Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1900-cü il tarixdə Ermənistan Respublikasında anadan olmuş X16 ailə vəziyyətinin müəyyən edilməsi məqsədi ilə xx.xx.1978-ci il tarixədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X16 nikahı haqqında akt qeydi aşkar edilməmişdir. Qeyd: X16 xx.xx.1978-ci il tarixdə 433 saylı akt qeydi ilə Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsində ölüm qeydiyyatı aparılmışdır. AZ-İ seriyalı, 990329 nömrəli, 13 dekabr 2018-ci il tarixli, Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X27 24 aprel 1978-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 25 aprel 1978-ci il tarixdə 433 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi ürəyin işemik xəstəliyi qeyd edilmişdir. AZ-İİ seriyalı, 281510 nömrəli, 13 mart 2023-cü il tarixli, Maraqlı şəxs tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X24 10 oktyabr 1991-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 10 oktyabr 1991-ci il tarixdə 676 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi kimi ateroskleroz, kardioskleroz göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş ölüm haqqında 433 nömrəli akt qeydindən görünür ki, 1900-cü ildə Yerevan şəhərində anadan olan X27 24 aprel 1978-ci ildə Gəncə şəhərində ölmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş ölüm haqqında 676 nömrəli akt qeydindən görünür ki, 1906-cı ildə Yerevan şəhərində anadan olan X24 10 oktyabr 1991-ci ildə Gəncə şəhərində ölmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş 05 yanvar 2023-cü il tarixli, 05/Q-02/15 nömrəli məktubunda Ərizəçi bildirilmişdir ki, X3nun Ermənistan Respublikasında doğulması faktının müəyyən edilməsi üçün qeydiyyat yeri üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş 05 yanvar 2023-cü il tarixli, 05/Q-01/15 nömrəli məktubunda Ərizəçi bildirilmişdir ki, babasının qardaşı X16 Ermənistan Respublikasında doğulması faktının müəyyən edilməsi üçün qeydiyyat yeri üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********21-10301 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışından görünür ki, Gəncə şəhəri, Rahib Məmmədov küçəsi, 11 ünvanının ½ hissəsi X20, ½ hissəsi X12 məxsusdur. **********21-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanının ½ hissəsi X20, ½ hissəsi X9 məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 09 iyun 2011ci il tarixli, 222 nömrəli müqavilə və digər əsaslar üzrə vəfat etmiş şəxsə məxsus olmuş, üzərində mülkiyyət və digər əşya hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka dair hüquqların rəsmiləşdirilməsinin mümkünlüyü barədə arayışın surətindən görünür ki, X1 şəhər KTŞ-nin xx.xx.1962-ci il tarixli, 1962 saylı torpaq qeydi haqqında sənəd, Kirovabad şəhər KTİ-nin xx.xx.1934-cü il tarixli 17613 saylı müqavilənaməsi, Kirovabad şəhər TİB-nin 81-9 nömrəli texniki pasportu və çizgi planı: mərhumlar: Hüseynovlar: Qulu, Mehti Pənah uşaqlarına aid olan Gəncə şəhəri, Kəpəz rayonu, R.Məmmədov küçəsi, ev 11 ünvanındakı Tik. “A” 50,9 kvadratmetr ümumi sahəsi, 38,2 kvadratmetr 2 (iki) yaşayış otağı, 12,7 kvadratmetr köməkçi sahə, 18,2 kvadratmetr zirzəmi sahəsindən və 0,0588 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evi üzərində mülkiyyət və ya digər əşya hüquqlarının vərəsəliyini qanunvericiliyə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas verir. 2V-1-211 reyestr nömrəli, 16 iyun 2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 10 oktyabr 1991-ci il tarixdə vəfat etmiş X11 vərəsələri bunlardır: ünvan 4 ünvanında yaşayan oğlu – X21 onların hər biri miras əmlakdan bərabər hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsinin verdiyi xx.xx.2011-ci il tarixli 222 nömrəli arayışına (əlavə 37 nömrəli arayışa) əsasən miras qoyan X18 məxsus olan ünvan 5 ünvanında Tik. “A” 50,9 kvadratmetr ümumi sahəsi, 38,2 kvadratmetr 2 (iki) yaşayış otağı, 12,7 kvadratmetr köməkçi sahə, 18,2 kvadratmetr zirzəmi sahəsindən və 0,0588 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evindəki özünə məxsus paydan ibarətdir. X16 payı açıq saxlanılmışdır. Şəhadətnamə qeydiyyata alınması üçün DƏDRX-nin Gəncə Ərazi İdarəsinə təqdim olunmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 19 aprel 2023-cü il tarixli, 3-16-5/8-13-582/2023 nömrəli məktubunda bildirilmişdir ki, Maraqlı şəxs arxivində vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabları 1948-ci ildən hazıradək olan dövr üzrə saxlanılır, həmin akt qeydləri üzrə, həmçinin avtomatlaşdırılmış elektron informasiya sistemində X27 və X24 barəsində yoxlama aparılmış, lakin onların barəsində doğum haqqında akt qeydi aşkar olunmamışdır. Həmçinin hər iki vətəndaş barəsində tərtib olunmuş ölüm haqqında akt qeydlərində onların doğulduğu yer kimi Ermənistan Respublikası yazılmışdır. 14 iyul 2021-ci il tarixli, 2V-1054 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 20 noyabr 2020-ci il tarixdə vəfat etmiş X6 vərəsələri: ünvan 6 ünvanında qeydiyyatda olan arvadı - X17, ünvan 6 ünvanında qeydiyyatda olan oğlu - Ərizəçi və onların hər biri miras əmlakdan bərabər hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak – real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2021-ci il tarixli, qeydiyyat nömrəsi **********CK33103 olan arayışa və ƏMDK-nin yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş **********21-10301 reyestr nömrəli, ********** reyestr nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 7 ünvanında yerləşən paylı mülkiyyətdə olan 0,0588 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 154,1 kvadratmetr olan fərdi yaşayış evinin miras qoyan - X12 məxsus ½ hissəsindən ibarətdir. 14 iyul 2021-ci il tarixli, 3M-535 nömrəli miras payın bağışlanması müqaviləsindən görünür ki, birinci tərəf – Ərizəçi ikinci tərəf – X17 bu müqavilə ilə, Ərizəçi Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu X13 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 2V-1054 nömrəli reyestrdə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən özünə düşən miras payını anası – X9 bağışlamışdır. Tərəflər bağışlanan miras əmlakı qiymətləndirmədilər. Bağışlanan miras pay girov qoyulmamış, həbs altında deyil və onun barəsində məhkəmə mübahisəsi yoxdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 27 iyul 2023-cü il tarixli, 3-21-3-33/2-6693/2023 nömrəli daşınmaz əmlaka dair məlumatın verilməsi və hüquqmüəyyənedici sənədlərin məhkəməyə göndərilməsi barədə məktubunda bildirilmişdir ki, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinə dair “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə” aid pasport, Kirovabad şəhəri Dövlət notariat kontorunun xx.xx.1934-cü il tarixli, 17613 reyestr nömrəli tikinti müqaviləsi və “Torpaq qeydi”nə əsasən, X24 və X16 adlarına olmuşdur. ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinə dair Gəncə şəhəri 1 saylı Dövlət notariat kontorunun xx.xx.2011-ci il tarixli, 2V-1-211 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən ½ hissədə X6 və ½ hissədə X16 payları göstərilməklə X11 vərəsələri tanınmışlar və vərəsələrin adlarına xx.xx.2019-cu il tarixli, **********21- 10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə Şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin xx.xx.2018-ci il tarixli, 17 saylı razılıq məktubu və Gəncə şəhəri Baş memarı ilə razılaşdırılmış layihəyə əsasən paylı mülkiyyət hüququ üzrə ½ hissədə X6 və ½ hissədə X16 adlarına xx.xx.2019-cu il tarixli, **********21-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə regional “Asan xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinin xx.xx.2021-ci il tarixli, 2V-1054 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməsi və xx.xx.2021-ci il tarixli, 3M-535 reyestr nömrəli “Miras payın bağışlanması” müqaviləsinə əsasən sözügedən evə dair paylı mülkiyyət hüququ üzrə ½ hissədə X27 və ½ hissədə X5 adlarına xx.xx.2021-ci il tarixli **********21-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. 1962-ci il tarixli Torpaq Qeydinin surətindən görünür ki, X27 və X24 qardaşlarına Kirovabad şəhəri Jdanov küçəsi 11 saylı ünvandan cəmi 588 kvadratmetr torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Məhkəmə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, ərizəçinin məhkəməyə müraciət etməsinə əsas doğum akt qeydinin müvafiq qeydiyyat orqanında bərpa oluna bilməməsi səbəb olmuşdur. Həmin faktın məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; 307.2.7. bədbəxt hadisə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 307.2.10. atalığın etiraf olunması faktının; 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 4.1-ci bəndində izah edilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi mərhum X6 övladıdır. Çingiz Hüseynov xx.xx.2020-ci ildə vəfat etməklə yanaşı X11 oğludur. Ərizəçinin mərhum babası 10 oktyabr 1991-ci ildə vəfat etmiş X24 1906-cı ildə və ərizəçinin atasının əmisi 24 aprel 1978-ci ildə vəfat etmiş X27 isə 1900-cü il tarixdə indiki Ermənistan Respublikasının İrəvan şəhərində doğulmuşlar. Onlar azərbaycanlı olmaqla, ataları X14r. Yəni, Mehti və Qulu Hüseynovlar qardaşdırlar. Bu fakt məhkəmə iclasında şahid qismində dindirilmiş X11 qızı Ulduz Hüseynovanın izahatı ilə də təsdiq olunmuşdur. Lakin Mehti və Qulu qardaşları 20-ci əsrin ortalarında Ermənistan SSR-dən Azərbaycana deportasiya olunmuşlar. Bundan sonra onlara məxsus doğum haqqında sənədlər hansısa səbəbdən itmişdir. XX əsrin əvvəllərinə kimi indiki Ermənistan Respublikasının ərazisi Azərbaycana məxsus olsa da həmin dövrdən başlayaraq ermənilər tərəfindən ora işğal olunmuş və Azərbaycanın tarixi torpaqlarında Ermənistan Respublikası yaradılmışdır. Hal hazıra kimi Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı düşmənçilik siyasəti davam etməkdədir. Bu baxımdan yuxarıda qeyd edilən hər iki şəxsə məxsus doğum haqqında şəhadətnamələri Ermənistan Respublikasından almaq mümkün deyildir. Bundan başqa qeyd olunmalıdır ki, ərizəçinin mərhum X3 və babasının qardaşı X16 anası X26 olması hər hansı sübutlarla təsdiq olunmadığına görə ərizə həmin hissədə təmin edilə bilməz. Məhkəmə eləcə də qeyd etməyi lazım bilir ki, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə məqsədi babasından və babasının qardaşından miras qalmış əmlaka vərəsəlik hüququnu həyata keçirməkdir. Belə ki, hazırda Gəncə şəhəri, Rahib Məmmədov küçəsi, 11 saylı ünvanda yerləşən fərdi yaşayış evinin ½ hissəsi Ərizəçi mülkiyyətində olsa da ½ hissəsi isə onun mərhum X3nun və X16 mülkiyyətində qalmışdır. Bu baxımdan Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə həm də subyektiv hüquqa da malik olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu baxımdan məhkəmə hesab edir ki, Ərizəçi ərizəsində xahiş etdiyi faktları təsdiq edən lazımi sənədlərin başqa qaydada ala bilməsi, yaxud itirilmiş sənədlərin bərpası mümkün deyil. Beləliklə, məhkəmənin gəldiyi yekun qənaətinə əsasən ərizə qismən təmin edilməli; - 10 oktyabr 1991-ci ildə ölmüş X11 1906-cı ildə indiki Ermənistan Respublikasında doğulmasının qeyd edilməsi faktı müəyyən edilməli, X11 doğum haqqında şəhadətnaməsinin ata qrafasında ata adı - X23, milliyyəti - azərbaycanlı qeyd edilməli; - 24 aprel 1978-ci ildə ölmüş X16 1900-cü ildə indiki Ermənistan Respublikasında doğulmasının qeyd edilməsi faktı müəyyən edilməli, X16 doğum haqqında şəhadətnaməsinin ata qrafasında ata adı - X23, milliyyəti - azərbaycanlı qeyd edilməlidir; - Ərizə qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216,220, 233, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə qismən təmin edilsin. 10 oktyabr 1991-ci ildə ölmüş X11 1906-cı ildə indiki Ermənistan Respublikasında doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin. X11 doğum haqqında şəhadətnaməsinin ata qrafasında ata adı - X23, milliyyəti azərbaycanlı qeyd edilsin. 24 aprel 1978-ci ildə ölmüş X16 1900-cü ildə indiki Ermənistan Respublikasında doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin. X16 doğum haqqında şəhadətnaməsinin ata qrafasında ata adı - X23, milliyyəti azərbaycanlı qeyd edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar