Məhkəmə qərarları › İş №2(125)-1507/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1507/2023

07.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1507/2023 07.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun *1.*9.1982-ci il tarixdən *9.*9.2**1-ci il tarixədək “X1 Emalı” zavodunda müxtəlif peşələr üzrə işləməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizədə dəqiqləşmə apararaq ərizənin məzmununa uyğun izahat vermişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, ərizəni və ona əlavə edimiş sənədləri nəzərdən keçirərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Ərizəçi ərizəsinin məzmunundan görünür ki, o, *1.*9.1982-ci il tarixdən *9.*9.2**1-ci il tarixədək “X1 Emalı” zavodunda müxtəlif peşələr üzrə işləməsi faktının müəyyən edilməsini xahiş etmiş, göstərmişdir ki, həmin illərdə zavodda işləməsi və 19 il orada iş stajının olması əmək kitabçasında da qeyd edilmişdir. Ərizəyə əlavə edilmiş “X1 Emalı” ASC-nin 12.1*.2*22-ci il tarixli 84 nömrəli arayışından və Ərizəçi məxsus əmək kitabçasının surətindən və digər sənədlərdən də görünür ki, Ərizəçi *1.*9.1982-ci il tarixdən *9.*9.2**1-ci il tarixədək “X1 Emalı” zavodunda müxtəlif peşələrdə işləmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 3*7.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məcəllənin 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmçinin, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2*19-cu il tarixli, *3 saylı Qərarının 13.2-ci bəndində qeyd olunur ki, əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmin Qərarın 13.3-cü bəndində isə qeyd olunur ki, əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. MPM-in 17*.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.*.1—261.*.3 və 261.*.6—261.*.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.*.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, məhkəmə iş üzrə icraata xitam verir. MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Ərizəçi *1.*9.1982-ci il tarixdən *9.*9.2**1-ci il tarixədək “X1 Emalı” zavodunda müxtəlif peşələrdə işləməsi faktı ərizəyə əlavə edilmiş sənədlərlə öz təsdiqini tapdığından, onun həmin əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir, onun hazırki ərizəsinə məhkəmə qaydasında baxıla bilməz. Buna görə də iş üzrə icraata xitam verilməli, ərizəçiyə qeyd olunan sənədlər əsasında əmək stajının müəyyən edilməsi üçün əvvəlcə DSMF orqanına müraciət etməsi, bundan imtina edildikdə isə DSMF orqanına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 17*, 261, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 1* (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar