Məhkəmə qərarları › İş №2(125)-1522/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1522/2023

02.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1522/2023 02.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X15 Tahir oğlunun sədrliyi, Arıxova Nigar Azər qızının katibliyi, iddiaçılar İddiaçı1, etibarnamə üzrə nümayəndəsi və vəkili X1, İddiaçı2, etibarnamə üzrə nümayəndəsi və vəkili X1 və etibarnamə üzrə nümayəndəsi X3, cavabdehlər Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh1 nümayəndəsi X2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehər Cavabdeh2 və Cavabdeh1nə qarşı nikahın etibarsız sayılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək nikahın bağlanmasına əsas olan qanunsuz olaraq əldə edilmiş “Nikaha daxil olmaq istəyən şəxslərin müayinədən keçməsi barədə” 2365 və 2366 saylı arayışlar əsasında mərhum X12 və Cavabdeh2 arasında Cavabdeh1 tərəfindən *5.1*.2*19-cu il tarixdə 48 nömrə ilə bağlanmış nikahın etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini onunla əsaslandırdı ki, ataları X12 *6.11.2*19-cu ildə Cavabdeh2 ilə ailə qurmuş, aralarında olan *5.1*.2*19-cu il tarixli nikahdan onların xəbəri olmamışdır. Ataları 24.1*.2*22-ci il tarixdə öləndən sonra cavabdeh 27.1*.2*22-ci il tarixdə atasına məxsus evdən çıxıb getmiş, *2.11.2*22-ci il tarixdə evdə qalan əşyalarını qohumlarının və qonşularının köməyi ilə aparmışdır. Atası öləndən 1* gün sonra mirasın qəbulu ilə bağlı notariat ofisinə müraciət etdikdə ataları ilə savabdeh arasında nikahın mövcud olmasını araşdırarkən müəyyən olunmuşdur ki, cavabdeh atası ilə nikaha daxil olarkən qeydiyyat orqanına təqdim etdikləri tibbi arayış saxta olmuşdur. Bununla bağlı polisə şikayət etmişlər, Göygöl rayon Polis Şöbəsində araşdırma zamanı ekspert rəyindən məlum olmuşdur ki, 2365 və 2366 saylı arayışlardakı həkimlərin imzası saxta olmuş və ümumiyyətlə qeydiyyat kitabında həmin arayışın nömrələri başqa nömrə ilə qeydə alınmış tamailə başqa arayış olmuşdur. Hesab edirlər ki, cavabdehlə ataları arasında bağlanmış nikah saxta arayış əsasında qeydə alındığı üçün etibarsızdır.İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi və vəkili X4 iddiaçı ilə eyni məzmunda çıxış edib əlavə olaraq göstərdi ki, cavabdehin nikahı etibarsız olduğu halda vərəsəlik qaydasında miras əmlakdan pay istəməsi iddiaçıların payının azalmasına təsir etdiyi üçün onların maraqlarına toxunur. Ona görə də hesab edirlər ki, hazırki iddianı qldırmaqda haqlı olmuşlar. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 İddiaçı1 ilə eyni məzmunda izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 etibarnamə üzrə nümayəndəsi X6 iddiaçı ilə eyni məzmunda çıxış edib, əlavə olaraq göstərdi ki, mərhumla cavabdehin təqdim etdikləri arayışların heç bir hüquqi qüvvəsi olmadığından onun əsasında bağlanmış nikahda etibarsızdır.Belə ki, həmin arayışlar Ailə Məcəlləsinin 13.3-cü maddəsinə uyğun olmamış, və tibbi müayinədən keçdiklərini təsdiq etmir. Tibbi arayışın saxta olması faktı Göygöl rayon Polis Şöbəsində aparılmış araşdırma ilə bağlı ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Ona görə də tibbi arayış nikaha daxil olan tərəflərin müayinədən keçdiklərini təsdiq etmədiyindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi arayışı təqdim etməkdən imtinası kimi qiymətləndirilməlidir.Digər tərəfdən cavabdehin etibarsız nikada olmaqla miras əmlakdan pay istəməsi də iddiaçıların paylarının azalmasına səbəb olmaqla onların maraqlarına toxunur. Hesab edirlər ki, iddia tam əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə iclasında Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 26-cı maddəsində nikahın etibarsız sayılmasını tələb etmək hüququna malik olan şəxslər sadalanır. İddia ərizəsindən də göründüyü kimi, iddiaçılar AM-in 26.1.6-cı maddəsinə istinad edərək nikahın etibarsız sayılmasını tələb etmək hüququna malik olduqlarına qeyd edirlər. Halbu ki, AM-in 26.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 26.1.4-cü-26.1.5-ci maddələrində göstərilmiş şəxslər istisna olmaqla, Məcəllənin 12-ci maddəsinin tələbləri pozulmaqla bağlanmış nikah nəticəsində hüquqları pozulmuş digər şəxslər, eləcə də müvafiq icra hakimiyyəti orqan nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər. Həmin maddənin məzmunundan aydın olur ki, AM-in 12-ci maddəsinin tələblərini pozmaqla bağlanmış nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər. Lakin AM-in 12-ci maddəsinin tələblərindən də məlum olduğu kimi nikahın bağlanmasına mane olan hallar sırasında qanunvericiliklə nəzərdə tutulmuş bağlanma müddətinin pozulub-pozulmaması ilə əlaqədar hər-hansı bir müddəa mövcud deyil. Qeyd edilən hallar bir daha təsdiq edir ki, iddiaçılar qanunvericiliklə nəzərdə tutulan nikahın bağlanma müddətinin pozulub-pozulmamasının mübahisələndirmək hüququna malik deyillər. Bununla yanaşı ekspert rəyi ilə də razı deyildirlər, rəy saxta olduğu üçün ekpertiza təkrar keçirilməlidir. Vətəndaş heç vaxt Polis Şöbəsinə çağırılmamışdır. Vərəsəliyin tibbə aidiyyatı olmadığı üçün tərəflərin bu halı mübahisələndirməyə subyektiv hüququ yoxdur. 6 xəstəlik üzrə nikaha daxil olmaq istəyən şəxslər müayinədən keçməlidir. Cavabdeh heç bir xəstəlik daşıyıcısı deyildir. Cavabdehin özünün şəxsi evi vardır. Əgər qadın mərhumdan əvvəl vəfat etsə idi, deməli iddiaçılar buna görə də məhkəmədə iddia qaldıracaqdılar. Saxta nikah faktiki nikaha çevrilmişdir. İddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X5 tibbi arayışların polis şöbəsinə və məhkəməyə təqdim olunduğunu, məsələnin həllini isə məhkəmənin mülahizəsinə buraxdıqlarını qeyd etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- AZ-İİ 3*1*8* nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 ilə Cavabdeh2 arasında olan nikah *5.1*.2*19-cu ildə Cavabdeh1ndə 48 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikaha daxil olmaq istəyən şəxslərin müayinədən keçdiyi barədə 13.*9.2*19-cu il tarixli, 2366 nömrəli arayışın təsdiq olunmuş surətindən görünür ki, X7 Ailə Məcəlləsinin 13.1-ci maddəsinə əsasən tibbi müayinədən keçdiyi və ona müvafiq məsləhətlər verildiyi qeyd edilmişdir. Tibbi müayinənin keçirilməsinə məsul həkim Musayeva Xatun və X14 imza etmişlər. Nikaha daxil olmaq istəyən şəxslərin müayinədən keçdiyi barədə 13.*9.2*19-cu il tarixli, 2365 nömrəli arayışın təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2 Ailə Məcəlləsinin 13.1-ci maddəsinə əsasən tibbi müayinədən keçdiyi və ona müvafiq məsləhətlər verildiyi qeyd edilmişdir. Tibbi müayinənin keçirilməsinə məsul həkim Musayeva Xatun və X14 imza etmişlər. 29.1*.2*22-ci il tarixli, AZ-İİ 31*959 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 24.1*.2*22-ci ildə ölmüşdür. İddiaçı2 Mədət oğlunun şikayəti üzrə Göygöl Rayon Polis Şöbəsində aparılmış araşdırma ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş *3.*5.2*23-cü il tarixli, 4\546 nömrəli ekspert rəyinin surətindən görünür ki, ekspertizaya təqdim edilmiş X7 adına olan 13.*9.2*19-cu il tarixli 2366 nömrəli “Nikaha daxil olmaq istəyən şəxslərin müayinədən keçdiyi barədə” arayışın kserosurətində “Məsul həkim Musayeva Xatun” və “X14” yazıları qarşısında olan imzalar onlar tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. İddiaçı2 Mədət oğlunun şikayəti əsasında cinayət işinin başlanmasının rədd edilməsi haqqında Göygöl Rayon Polis Şöbəsinin *4.*5.2*23-cü il tarixli qərarından görünür ki, Göygöl rayon Mərkəzi Xəstəxanasının həkimi X11 ifadəsində, tibbi arayışda olan imzanın ona məxsus olmadığını, həmin arayışların qeydiyyat kitabında sıra sayında başqa şəxlərin adlarının qeyd olunduğunu və ümumiyyələ X9 və ya Cavabdeh2 Göygöl MRX-da nikaha daxil olmaya dair tibbi arayış vrilmədiyini göstərmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə ünvanladıqları ərizədən görünür ki, ünvan 1i üzrə notariat hərəkətlərinin aparılmasının məhkəmədə iş həll edilənədək dayandırılmasını xahiş etmişlər. Məhkəmə tədqiq edilmiş sübutlara hüquq normaları baxımından qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, mərhum X12 ilə Cavabdeh2 arasında bağlanmış nikah *5.1*.2*19-cu ildə Cavabdeh1ndə 48 nömrə ilə qeydə alınmışdır. İddiaçılar yəni X7 hüquqi varisləri cavabdehlə ataları arasında baglanmış nikahın qanuna zidd olaraq bağlandığını göstərərək etibarsız hesab edilməsini tələb etmişlər. İddiaçılar nikahın etibarsızlığını onunla əsaslandırmışlar ki, atası Mədəd Rzayevlə cavabdeh arasında nikah bağlanarkən təqdim olunmuş tibbi arayış saxta olmaqla bağlanmış nikah etibarsız olmuşdur. Həmin nikah etibarsız olduğu halda cavabdeh onların atalarından miras qalmış əmlakdan pay tələb etməklə əmlakda olan paylarının azalması onların maraqlarına toxunur. Cavabdeh tərəf isə iddiaçıların hazırki iddianı qaldırmaqda subyektiv hüquqlarının olmadığını göstərərək etirazını onunla əsaslandırmışdır ki, başqa şəxslər nikahın etibarsızlığını o halda mübahisələndirə bilər ki, nikah AM-in 12-ci maddəsinin tələbləri pozmaqla bağlansın. Yəni nikah bağlanarkən qanunvericilikdə göstərilən har hansı bir xəstəlik mövcub olsun. Nikah bağlanandan sonra nikaha daxil olan şəxslərin heç birində xəstəlik aşkar edilməmiş, bununla yanaşı Göygöl rayon Polis şöbəsində aparılmış araşdırma zamanı cavabdehin iştirakı təmin olunmadan ekspertiza keçirilmişdir. Hesab edirlər ki, həmin ekspert rəyi əsassız və saxtadır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 11.1-ci maddəsinə əsasən nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir. Aəzrəbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) nikahın bağlanmasına mane olan hallardan bəhs edən 12-ci maddəsində nikahın bağlanmasına yol verilməyən hallar göstərilmişdir. Həmin hallardan biridə həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməyən (köhnə redaksiyada tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən) şəxslərə aid etmişdir. Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən bu Məcəllənin 1*-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Ailə Məcəlləsinin 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Ailə Məcəlləsinin 26.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 26.1.4-cü-26.1.5-ci maddələrində göstərilmiş şəxslər istisna olmaqla, bu Məcəllənin 12-ci maddəsinin tələbləri pozulmaqla bağlanmış nikah nəticəsində hüquqları pozulmuş digər şəxslər, eləcə də müvafiq icra hakimiyyəti orqanı nikahın etibarsız sayılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunan qanunvericilikdən görünür ki, nikaha daxil olan şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməməsi imperativ norma olaraq məcburi olmaqla həmin tələblərə əməl olunmadan bağlanmış nikah mübahisələndirilməsindən asılı olmayaraq özü-özlüyündə etibarsızdır. Bununla yanaşı cavabdeh tərəf öz etirazının əsası kimi Göygöl rayon Polis Şöbəsində istintaqın düzğün aparılmamasını, ekspert rəyinin keçirilməsində cavabdehin iştirakının təmin edilmədiyi üçün qərardan şikayət vermələri ilə əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, cavabdehin göstərdiyi dəlillər hazırki işin nəticəsinə təsir etmədiyindən əsassızdır. Bununla yanaşı iddiaçılar mərhum X7 vərəsələri olmaqla miras əmlakdan pay almaq hüquqları olduğu üçün hazırki iddianı irəli sürməkdə haqlı olmuşlar. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, mərhum X12 ilə Cavabdeh2 arasında Cavabdeh1ndə *5.1*.2*19-cu ildə 48 nömrəli aktla qeydə alınmış nikah etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 233, 358 və 36*-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. X12 ilə Cavabdeh2 arasında Cavabdeh1ndə *5.1*.2*19-cu ildə 48 nömrəli aktla qeydə alınmış nikah etibarsız hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar