Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-153/2024 15.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Şakir oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı Nümayəndə (eyni zamanda digər İddiaçı2 qanuni nümayəndəsi), İddiaçı Nümayəndə vəkili Vəkil1 və Cavabdeh vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar Nümayəndə və İddiaçı2 Cavabdeh qarşı “evin və müəssisənin naturada bölünərək payın ayrılması və ayrıca giriş-çıxış yolunun açılması” tələbinə dair mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar Nümayəndə və İddiaçı2 Cavabdeh qarşı “evin və müəssisənin naturada bölünərək payın ayrılması və ayrıca giriş-çıxış yolunun açılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, “Qartal” çoxsahəli kiçik müəssisəsinin (VÖEN **********) və ünvan 1 ünvanda 0,04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ümumi paylara müvafiq olaraq ¼ hissəsinə ona və ¼ hissəsinə İddiaçı2 naturada bölünməsi və ayrıca giriş-çıxış yolunun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iddiaçı Nümayəndə (eyni zamanda digər İddiaçı2 qanuni nümayəndəsi) məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanılmaqla yanaşı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında gəlməmişdir. Məhkəmə MPM-in 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdeh məhkəmə iclasına gəlmədiyindən onun razılığını almaq mümkün olmadığı kimi, iddiaçının iradəsi iddia ərizəsinin qaytarılması istiqamətində olduğundan, məhkəmə hesab edir ki, buna zərurət də mövcud deyildir. Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil2 iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 260-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılar Nümayəndə və İddiaçı2 Cavabdeh qarşı “evin və müəssisənin naturada bölünərək payın ayrılması və ayrıca girişçıxış yolunun açılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılar Nümayəndə və İddiaçı2 qaytarılmalıdır. Həmçinin, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçı Nümayəndə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar Nümayəndə və İddiaçı2 Cavabdeh qarşı “evin və müəssisənin naturada bölünərək payın ayrılması və ayrıca giriş-çıxış yolunun açılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılar Nümayəndə və İddiaçı2 geri qaytarılsın. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçı Nümayəndə qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Azərbaycan Respublikası Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-153/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-153/2024
15.07.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver