Məhkəmə qərarları › İş №2(125)-154/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-154/2024

26.08.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-154/2024 26.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, tərəflərin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ümumi mülkiyyətdə olan fərdi yaşayış evinin və mənzilin açıq hərracdan satılaraq, satışdan əldə olunmuş vəsaitin cavabdehlə aralarında bərabər bölünməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı cavabdeh ilə ümumi mülkiyyətində olan ünvan 1əşən 44 nömrəli fərdi yaşayış evinin naturada bölünməsi, ünvan 2 yerləşən 8 nömrəli mənzilin açıq hərracdan satılaraq satışdan əldə olunmuş vəsaitin cavabdehlə aralarında bərabər bölünməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək ünvan 1əşən 44 nömrəli fərdi yaşayış evinin naturada bölünməsi, ünvan 2 yerləşən 8 nömrəli mənzilin naturada bölünməsi və ya açıq hərracdan satılaraq satışdan əldə olunmuş vəsaitin cavabdehlə aralarında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək ünvan 1əşən 44 nömrəli fərdi yaşayış evinin və ünvan 2 yerləşən 8 nömrəli mənzilin açıq hərracdan satılaraq satışdan əldə olunmuş vəsaitin cavabdehlə aralarında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 934/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, birgə nikahdan doğulmuş iki uşaq ananın himayəsində saxlanılmış, uşaqların saxlanılması üçün müvafiq aliment tutulmuşdur. Həmin qətnamə ilə ünvan 2 yerləşən 8 nömrəli mənzilin və ünvan 1əşən 44 nömrəli evin ½ hissəsi üzərində cavabdehin, digər ½ hissəsi üzərində iddiaçının payı müəyyən edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında olan nikah pozulduğundan onların mülkiyyətində olan evin və mənzilin onlar tərəfindən birgə idarə edilməsi və üzərlərində olan mülkiyyət hüquqlarının sərbəst şəkildə həyata keçirilməsi qeyri-mümkündür. O, xx.xx.2023-cü il tarixdə cavabdehə mübahisənin aralarında həlli ilə bağlı pretenziya göndərmiş, lakin cavabdeh ona cavab verməmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələrinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclaslarında iştirak edən cavabdeh iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirərək yekun qərarı məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan, iddiaçı tərəfindən cavabdehə ünvanlanmış təklifdə (göndərilməsi barədə poçt qəbzi əlavə olunmuşdur) iddiaçı bildirmişdir ki, aralarında olan nikah pozulduğundan onların ümumi mülkiyyətində olan evin və mənzilin birgə idarə edilməsi və mülkiyyət hüquqlarının sərbəst şəkildə həyata keçirilməsi qeyri-mümkündür. Buna görə Gəncə şəhəri, Nizami küçəsi, 8-ci döngə, 44 saylı evin aralarında naturada bölünməsini, Gəncə şəhəri, Məhrəsə bağı, ev 22, 8 saylı mənzilin naturada bölünməsi qeyri-mümkün olduğu üçün payının dəyərinin ona ödənilməsini, yaxud mənzilin açıq hərracdan satılaraq, satışdan əldə olunmuş vəsaitin aralarında bərabər bölünməsini təklif edir. Hazırkı təklifinə 7 gün ərzində cavab verilməsini, cavab verilməsi üçün müəyyən etdiyi 7 gün ərzində pretenziyaya müsbət cavab, yaxud ümumiyyətlə cavab verilmədiyi təqdirdə müddət başa çatdıqdan sonra həmin tələblə məhkəməyə müraciət edəcəkdir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-10/7565 nömrəli rəyi ilə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Gəncə şəhəri, Məhrəsə bağında yerləşən 22 saylı evin 8 nömrəli mənzilin və ünvan 1əşən 44 nömrəli fərdi yaşayış evinin tərəflərin paylarına uyğun olaraq naturada bölünməsinin “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4, və 2.9-cu bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmiş, ünvan 1əşən 44 nömrəli evin (evin hüdudları daxilində və tərəflərin payları nəzərə alınmaqla) cavabdeh tərəfindən əlavə yardımçı dəhliz, sanitar qovşağı və mətbəx tikililərinin inşa olunması texniki cəhətdən mümkün olmadığından, bu sual üzrə tədqiqat aparılmamışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən İddiaçı verilmiş **********33-05101-093015 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 yerləşən, ümumi sahəsi 53,9 m2 olan 8 nömrəli mənzil tərəflərin ümumi paylı mülkiyyətində olmaqla, daşınmaz əmlakın ½ hissəsi İddiaçı, ½ hissəsi isə Cavabdeh məxsusdur. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən İddiaçı verilmiş **********06-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami küçəsi, 8-ci döngə ünvanında xüsusi mülkiyyətdə olan 0,0569 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 128,3 m2 olan 44 nömrəli fərdi yaşayış evi tərəflərin ümumi paylı mülkiyyətində olmaqla, daşınmaz əmlakın ½ hissəsi İddiaçı, ½ hissəsi isə Cavabdeh məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Mülki Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülki Məcəllənin 220.5-ci maddəsinə əsasən, mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ünvan 1əşən 44 nömrəli fərdi yaşayış evi və ünvan 2 yerləşən 8 nömrəli mənzil paylı mülkiyyət hüququ əsasında 1/2 hissədə tərəflərə məxsusdur. Məhkəmə qeyd edir ki, iddiaçı paylı mülkiyyətdə olan payının ayrılmasını tələb edir. İddiaçının bu tələbi əsaslıdır. Qanunvericilikdə heç bir məhdudiyyət qoyulmadan paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakdan öz payının ayrılmasını tələb etmək hüququ təsbit edilmişdir. Ümumi mülkiyyətdən payın ayrılması Mülki Məcəllənin 220-ci maddəsində göstərilmiş ardıcıllığa riayət etməklə mümkündür. İş üzrə ekspert rəyindən müəyyən olunur ki, mənzilin naturada bölünməsi mümkün deyildir. Tərəflər arasında ümumi paylı mülkiyyətə kompensasiya vermək yolu ilə xitam verilməsi barədə razılıq əldə edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, yalnız paylı mülkiyyətdəki ünvan 1əşən 44 nömrəli fərdi yaşayış evinin və ünvan 2 yerləşən 8 nömrəli mənzilin açıq hərracdan satılaraq satış pulunun tərəflər arasında paylarına mütənasib bölünməsi yolu ilə paylı mülkiyyətə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumundan və ekspertiza tədqiqatının dəyəri olan 50 manat ekspertiza xərcindən ibarətdir. İddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, eyni zamanda ekspertiza xərci olan 50 manat məbləğində pul cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Tərəflərin ümumi paylı mülkiyyətində olan, Gəncə şəhəri, Nizami küçəsi, 8-ci döngə ünvanında xüsusi mülkiyyətdə olan 0,0569 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 128,3 m2 olan 44 nömrəli fərdi yaşayış evi və ünvan 2 yerləşən, ümumi sahəsi 53,9 m2 olan 8 nömrəli mənzil açıq hərracdan satılaraq satışdan əldə olunan vəsait İddiaçı 1/2 hissədə və Cavabdeh 1/2 hissədə olan paylarına mütənasib surətdə paylı mülkiyyətin mülkiyyətçiləri arasında bölünsün. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh tutulsun və (VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar