Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1544/2025 29.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, iddiaçı, digər iddiaçının nümayəndəsi İddiaçı1, cavabdeh Mehkman Velievin (X8) iştirakı ilə, İddiaçı1 və İddiaçı2 Mehkman Velievə (X11) qarşı «mənzilə köçürülmə» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 və Kazımov X14 Velievə (X11) qarşı Gəncə şəhəri, 4-cü mikrorayonda yerləşən 24 nömrəli evin 50 nömrəli mənzilinə köçürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı, digər iddiaçının nümayəndəsi İddiaçı1 məhkəmədə iddianı müdafiə edərək, göstərdi ki, o, Gəncə şəhəri, 4-cü mikrorayonda yerləşən 24 nömrəli evin 50 nömrəli mənzilində 1980-ci ildən, onun oğlu digər İddiaçı2 isə anadan olduğu xx.xx.2001-ci il tarixdən yaşamağa başlamışdır. Onun anası X15 xx.xx.2024-cü il tarixdə vəfat etdikdən sonra Gəncə şəhəri, 4-cü mikrorayonda yerləşən 24 nömrəli evin 50 nömrəli mənzili ona, bacısı X3 və qardaşı X11 miras qalmışdır. xx.xx.2024-cü il tarixdə anası X15 vəfat edərkən, o, yas mərasimi ilə əlaqədar mənzilə qonaqların gələcəyini nəzərə alıb, orada sıxlıq yaradan və az istifadə olunan əşyalarının bir hissəsini əri X2 bibisi X1 yaşadığı ünvana, digər hissəsini isə Göygöl rayonunun Çaykənd kəndində yaşayan tanışı Bilalın və Bilalın bacısının mənzilinə yığmışdır. X18 1990-ci illərdən Rusiya Federasiyasında yaşamış və həmin dövlətin vətəndaşlığını qəbul etmişdir. Buna görə də o və X18 mirasın ona qalmış hissəsini M.T.Vəliyevə bağışlamağı, M.T.Vəliyev mənzil alanadək ona və oğlu C.M.Vəliyevə həmin mənzildə yaşamağa icazə verməsi barədə razılaşmışlar. xx.xx.2024-cü il tarixdə o, Gəncə şəhəri 2 saylı notariat ofisində X18 ilə «miras payın bağışlanması» müqaviləsi bağışlamışdır. Bundan 3 gün sonra M.T.Vəliyev Gəncə şəhəri, 4-cü mikrorayonda yerləşən 24 nömrəli evin 50 nömrəli mənzilində mübahisələr yaratmağa başlamış, stolun üstündəki qab-qacağı, şirniyyat qablarını və s. yerə çırparaq qırmışdır. Buna baxmayaraq, o, bir qədər səbirli olmuş və M.T.Vəliyevin hərəkətlərinə təmkinlə yanaşmışdır. Lakin sonuncu dəfə xx.xx.2024-cü il tarixdə M.T.Vəliyev Gəncə şəhəri, 4-cü mikrorayonda yerləşən 24 nömrəli evin 50 nömrəli mənzilində mübahisəli vəziyyət yaratmış və mənzildən çıxmasını ondan tələb etmişdir. Buna görə də o, münaqişənin daha da ağır nəticələrə səbəb olmaması üçün məcburiyyət qarşısında qalaraq, Gəncə şəhəri, 4-cü mikrorayonda yerləşən 24 nömrəli evin 50 nömrəli mənzilini tərk etmiş və başqa yaşayış sahəsi olmadığına görə qardaşı V.T.Vəliyevi razı salacağını düşünmüşdür. Həmin vaxtdan ötən 3 ay müddətində o, V.T.Vəliyevi razı sala bilmədiyinə görə xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırda onun çarpayısı, yorğan-döşəyi, xalçaları və s. əşyaları Gəncə şəhəri, 4-cü mikrorayonda yerləşən 24 nömrəli evin 50 nömrəli mənzilindədir. Sonda İddiaçı1 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Mehkman Veliev (X18) iddianı qəbul etməyərək, izahatında göstərdi ki, Gəncə şəhəri, 4-cü mikrorayonda yerləşən 24 nömrəli evin 50 nömrəli mənzili onun mülkiyyətindədir və o, valideynlərinin yeganə oğludur. Hazırda Rusiya Federasiyasında yataqxanada yaşayır. Bununla belə onun bacısı İddiaçı1, bacısının oğlu İddiaçı2 və bacısının əri İddiaçı2 əvvəllər uzun müddət Rusiya Federasiyasının Kaluqa şəhərində onun yaşadığı tək otaqlı yataqxanada qalmış, o özü isə həmin müddət ərzində ayrı-ayrı ünvanlarda çətin şəraitdə yaşamışdır. X9 Goranboy rayonunun Dəliməmmədli kəndində və Göygöl rayonunun Üçtəpə kəndində torpaq sahəsi verilmişdir. X19 1980-ci ildən, İddiaçı2 isə xx.xx.2001-ci ildən xx.xx.2024-cü il tarixədək Gəncə şəhəri, 4-cü mikrorayonda yerləşən 24 nömrəli evin 50 nömrəli mənzilində yaşamışdır. xx.xx.2024-cü il tarixdə o, İddiaçı1 nə vaxtadək Gəncə şəhəri, 4-cü mikrorayonda yerləşən 24 nömrəli evin 50 nömrəli mənzilində yaşayacaqlarını soruşmuş, bu zaman İddiaçı1 özünün həmişə həmin mənzildə yaşayacağını, onun isə Rusiya Federasiyasına gedəcəyini bildirmişdir. Bununla əlaqədar onlar arasında mübahisə yaranmış, həmin vaxt o, İddiaçı1 və İddiaçı2 mənzili tərk etmələrini tələb etmişdir. Gəncə şəhəri, Aidə İmamquliyeva küçəsində yerləşən 50 nömrəli evin 37 nömrəli mənzilini isə əvvəllər o, öz vəsaiti hesabına anası X6 adına almış və daha sonra öz adına rəsmiləşdirmişdir. Həmin mənzildə onun arvadı və uşaqları yaşayır. Onun mülkiyyətində başqa ünvanda mənzilin olmasının hazırki mübahisəyə heç aidiyyəti yoxdur. X30 (X18) iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçı, digər iddiaçının nümayəndəsi İddiaçı1 və cavabdeh Mehkman Velievi (X12) dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-33/2- 2628/2025 nömrəli arayışdan görünür ki, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak Kirovabad şəhər XDS-in İK-nın xx.xx.1980-ci il tarixli, 588 saylı orderinə uyğun olaraq X7 mülkiyyətinə verilmiş və ona xx.xx.2004-cü il tarixli, 21727 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 2 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 2V-37 reyestr nömrəli vərəsəlik şəhadətnaməsinə əsasən ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak X11 irs edilmiş və onun adına xx.xx.2024-cü il tarixli, **********81-05101-093055 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqıda daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, 4-cü mikrorayonda yerləşən 24 nömrəli evin 50 nömrəli mənzili X8 mülkiyyətindədir. İşdə olan xx.xx.2024-cü il tarixli «miras payın bağışlanması müqaviləsi»ndən görünür ki, İddiaçı1 xx.xx.2007-ci il tarixdə ölmüş miras qoyan atası X4 ona düşən miras payını və mərhum atasından xx.xx.2024-cü il tarixdə vəfat etmiş anası X10 çatası miras paydan ona düşən miras payını qardaşı X13 bağışlamışdır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı1 cavabdeh Mehkman Velievin (X8) bacısı, digər İddiaçı2 isə İddiaçı1 oğludur. Hazırda mübahisə predmeti olan Gəncə şəhəri, 4-cü mikrorayonda yerləşən 24 nömrəli evin 50 nömrəli mənzili Kirovabad şəhər XDS-in İK-nın xx.xx.1980-ci il tarixli, 588 saylı orderinə uyğun olaraq, İddiaçı1 və Mehkman Velievin (X18) atası X7 mülkiyyətinə verilmişdir. Həmin mənzildə İddiaçı1 1980-ci ildən, digər İddiaçı2 isə xx.xx.2001-ci il tarixdən yaşamağa başlamışdır. xx.xx.2024-cü il tarixdə İddiaçı1 və Mehkman Velievin (X18) anası X15 ölmüş, xx.xx.2024-cü il tarixdə İddiaçı1 X4 və X5 ona miras qalmış Gəncə şəhəri, 4-cü mikrorayonda yerləşən 24 nömrəli evin 50 nömrəli mənzilinə payını X11 bağışlamışdır. Bundan sonra X8 tələbi və münaqişəli vəziyyətlə əlaqədar İddiaçı1 və İddiaçı2 xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, 4-cü mikrorayonda yerləşən 24 nömrəli evin 50 nömrəli mənzilini tərk etmişlər. xx.xx.2025-ciu il tarixdə İddiaçı1 və Kazımov X14 Velievə (X11) qarşı Gəncə şəhəri, 4-cü mikrorayonda yerləşən 24 nömrəli evin 50 nömrəli mənzilinə köçürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mehkman Veliev (X18) iddianı qəbul etməmiş və etirazının əsası kimi mübahisəli mənzilin hazırda onun mülkiyyətində olmasına istinad etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 440.1 və 440.2-ci maddələrinə görə Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Məhkəmələrdə xarici şəxslərin iştirak etdikləri işlər üzrə icraat bu Məcəlləyə və digər qanunlara uyğun olaraq həyata keçilir. Həmin Məcəllənin 443.0.3-cü maddəsinə görə cavabdeh Azərbaycan Respublikasının ərazisində əmlaka malik olduqda, Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan işlərə baxmağa haqlıdır. Məhkəmə iddiaçılar İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası vətəndaşı, cavabdeh Mehkman Velievin (X8) isə Rusiya Federasiyası vətəndaşı olmasını və Azərbaycan Respublikasının ərazisində əmlaka malik olmasını nəzərə alaraq, hesab edir ki, tərəflər arasında mənzilə köçürülmə tələbi barədə iddiasına dair hazırki məhkəmə işi üzrə işə baxan məhkəmə beynəlxalq səlahiyyətə malikdir. Məhkəmə iclasında İddiaçı1 və İddiaçı2, həmçinin cavabdeh Mehkman Veliev (X18) öz izahatlarında İddiaçı1 1980-ci ildən xx.xx.2024-cü il tarixədək, İddiaçı2 isə xx.xx.2001-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Gəncə şəhəri, 4-cü mikrorayonda yerləşən 24 nömrəli evin 50 nömrəli mənzilində yaşadığını, xx.xx.2024-cü il tarixdə baş vermiş münaqişə ilə əlaqədar İddiaçı1 və İddiaçı2 həmin mənzili tərk etdikərini göstərmişlər. Bununla da İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən qeyd olunan xüsusatları sübutetmə vəzifəsindən azad olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə mənzilə köçürülmə üçün qeyd olunan evə istifadə hüququn mövcud olması zəruriliyini nəzərə alaraq, qeyd edir ki, ilk növbədə mübahisəyə tətbiq olunmalı hüquq norması müəyyən edilməli və daha sonra iddiaçıların mübahisəli mənzildə istifadə hüququnun olub-olmaması araşdırılmalıdır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə şəhəri, 4-cü mikrorayonda yerləşən 24 nömrəli evin 50 nömrəli mənzillə İddiaçı1 arasında hüquq münasibəti 1980-ci ildən, İddiaçı2 arasında hüquq münasibəti xx.xx.2001-ci ildən yaranmışdır. Buna görə də İddiaçı1 münasibətdə hazırkı mübahisəyə 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Mənzil Məcəlləsinin, İddiaçı2 münasibətdə isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2001-ci il tarixli Qərarında göstərilmişdir ki, 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. «X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinin üçüncü və dördüncü hissələrinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu Məcəllənin üçüncü hissəsində göstərilən vətəndaşlar kirayəçinin ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, kirayəçinin və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə görə kirayəçi və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 60-cı maddəsinə görə icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə görə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 1999-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal edilir. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən görə mülkiyyət və mənzildən istifadə hüquqları fərqli anlayışlar olduğu kimi onların yaranma və itirilmə əsasları, sahibinə verdiyi hüquq və vəzifələr müxtəlifdir. Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixədək mənzildən istifadə hüququ şəxsin həmin mənzilin mülkiyyətçisinin ailə üzvü qismində ora köçməsi ilə yaranır və altı ay müddətində həmin mənzildə yaşamadıqda mənzilə istifadə hüququ itirilmiş hesab olunur. Hazırki halda isə İddiaçı1 xx.xx.2024-cü il tarixdə İddiaçı1 ona miras qalmış payı mənzildə yaşamaqla bağlı hüquqlarına zidd şəkildə istifadə etməyəcəyinə güvənib, ona etimad göstərərək, qardaşı Mehkman Velievə (X11) bağışlamış və həmin tarixdən sonra da Gəncə şəhəri, 4-cü mikrorayonda yerləşən 24 nömrəli evin 50 nömrəli mənzilində yaşamağa davam etmişdir. Göründüyü kimi İddiaçı1 xx.xx.2024-cü il tarixli miras payın bağışlanması müqaviləsi ilə mülkiyyət hüququnu Mehkman Velievə (X11) ötürsə də mənzil hüquq münasibətləri davamlı xarakter daşımış və mənzilə istifadə hüququnun itirilməsi, yaxud istifadə hüququna xitam verilməsi ilə eyni məzmun ehtiva etməmişdir. Buna görə də İddiaçı1 mübahisəli mənzilə miras payını Mehkman Velievə (X11) bağışlaması mənzildən istifadə hüququndan imtina ilə əlaqədar olmamış və xx.xx.2024-cü il tarixdə Mehkman Velievin (X8) onu mənzildən münaqişə ilə çıxarmasınadək orada yaşamışdır. Əks halda, yəni İddiaçı1 mənzildən istifadə hüququndan imtina etdiyi halda miras payın bağışlanması və mənzilə istifadə hüququndan imtina eyni anda icra olunar, mənzili məhz münaqişəli vəziyyətdə tərk etməzdir. Qeyd olunan səbəbdən Mehkman Velievin (X8) mənzilə mülkiyyət hüququndan ona bəslənilən etimada zidd şəkildə istifadə edərək, özünün əvəzsiz qaydada əldə etdiyi mənzildən, həmin mənzildə istifadə hüququ olan digər şəxsləri yaşamaq imkanından məhrum edə bilməz. Əks hal hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biri olan «hüquqdan sui-istifadə qadağası»na zidd olar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İİİ hissəsindən və 71ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı1 və İddiaçı2 Mehkman Velievə (X11) qarşı «mənzilə köçürülmə» tələbi barədə iddiası qismən, yəni Gəncə şəhəri, 4-cü mikrorayonda yerləşən 24 nömrəli evin 50 nömrəli mənzilinə köçürülməsi tələbinə dair hissədə İddiaçı1 münasibətdə əsaslı olsa da, İddiaçı2 münasibətdə əsassızdır . Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilir. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərtlərinin yerinə yetirilməsi tələb olunur. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi 01 sentyabr 2000-ci ildən 01 oktyabr 2009-cu ilədək olan müddət ərzində yaranmış mənzil münasibətləri ilə əlaqədar mübahisələrin məhkəmədə tədqiqi zamanı tərəflərin ailə üzvü, yaxud digər şəxs olub-olmaması, əgər eyni ailə üzvləridirsə mülkiyyətçi ilə birgə yaşayıbyaşaması, mülkiyyətçi ilə birlikdə yaşamayan ailə üzvlərinin və digər şəxslərin mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılıb-bağlanılmaması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi, istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması yoxlanılmalıdır. Belə ki, qanunverici ailə üzvü, birgə yaşayan ailə üzvü və digər şəxslərə dair fərqli tənziməetmə qaydaları müəyyənləşdirmiş, ailə üzvü və digər şəxslərə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin, birgə yaşayan ailə üzvlərinə isə həmin Məcəllənin 228.5-ci maddəsinin müddəalarının tətbiq edilməli olduğunu təsbit etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tələbinə və eləcə də «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə mülkiyyətçi ilə birgə yaşayan ailə üzvləri dedikdə, mülkiyyətçinin əri, arvadı, valideynləri, uşaqları başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı2 Gəncə şəhəri, 4-cü mikrorayonda yerləşən 24 nömrəli evin 50 nömrəli mənzilində xx.xx.2001-ci tarixdən yaşamağa başlayarkən, həmin mənzilin mülkiyyətçisi ilə birlikdə yaşayan ailə üzvü, yəni onun əri, valideyni, uşağı olmadığından, həmçinin cavabdehin onu saxlamaq vəzifəsi olmadığından İddiaçı2 cavabdeh Mehkman Velievə (X11) məxsus yaşayış evindən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Yuxarıda qeyd olunan maddi hüquq normalarında mülkiyyətçinin saxlamaq vəzifəsi olmayan digər qohumlarının yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə onun arasında yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Lakin iş materialları ilə müəyyən olunur ki, İddiaçı2 və cavabdeh Mehkman Veliev (X18) arasında yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında təsdiqlənən yazılı müqavilə bağlanmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd olunmuş hallarını, Z.T.Vəliyevin mübahisəli mənzildə istifadə hüququnun olmasını, İddiaçı2 isə həmin mənzildə istifadə hüququnun olmamasını, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeni (Azərbaycan Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(102)-490/2025 nömrəli qərarı və s.) nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı1 Gəncə şəhəri, 4-cü mikrorayonda yerləşən 24 nömrəli evin 50 nömrəli mənzilinə köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1 və İddiaçı2 Mehkman Velievə (X11) qarşı «mənzilə köçürülmə» tələbi barədə iddiası qismən təmin edilsin. İddiaçı1 Gəncə şəhəri, 4-cü mikrorayonda yerləşən 24 nömrəli evin 50 nömrəli mənzilinə köçürülsün. İddiaçı1 və İddiaçı2 Mehkman Velievə (X11) qarşı «mənzilə köçürülmə» tələbi barədə iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-1544/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1544/2025
29.05.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver