Məhkəmə qərarları › İş №2(125)-1584/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1584/2023

07.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1584/2023 07.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakları ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı İdarəsinə qarşı əmək stajı faktının müəyyən edilməsinə» dair ərizəni açıq məhkəmə iclasında nəzərdən keçirərək müəyyənetdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı İdarəsinə qarşı əmək stajı faktının müəyyən edilməsinə» dair ərizə ilə məhkəməyə müraciət edərək, onun *1.*5.1972-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Ermənistanın Zod Qızıl Mədənində “dəlik açan” kimi işləməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən ərizənin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 11 oktyabr 2*21-ci il tarixli, 2(*44)-2579/2*2* saylı qətnaməsi ilə Ərizəçi əmək stajı faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilmiş, Ərizəçi *1.*5.1972-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Ermənistanın Zod Qızıl Mədənində praxodçik (dəlik açan) işləməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməsi qət edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*4)-42*7/21 nömrəli, *2.12.2*21-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 11 oktyabr 2*21-ci il tarixli, 2(*44)-2579/2*2* saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, ərizə qismən təmin olunmuş, ərizəçinin 1981-1982-ci illərdən 1988-ci ilədək Ermənistanın Zod Qızıl Mədənində praxodçik (dəlik açan) işləməsi faktı müəyyən edilmiş, Ali Məhkəmənin Mülki Kollegiyasının 29.11.2*22-ci il, 2(1*2)-4514/2*22 saylı qərarı ilə maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*4)-42*7/21 nömrəli, *2.12.2*21-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.2-ci maddələrinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və yü mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi *1.*5.1972-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Ermənistanın Zod Qızıl Mədənində “dəlik açan” kimi işləməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan həmin ərizənin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Ərizəçi əmək stajı faktının müəyyən edilməsinə dair ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 1* (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar