Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1588/2022 16.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlu, Ərizəçi barəsində Gəncə şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində aparılmış 22 sentyabr 2*15ci il tarixli, 35* nömrəli doğum qeydinin ləğv edilməsinə dair Ərizəçi ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi barəsində Gəncə şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində aparılmış 22 sentyabr 2*15-ci il tarixli, 35* nömrəli doğum qeydinin ləğv edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri tədqiq edərək, hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Ərizəçi Gəncə şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində aparılmış 22 sentyabr 2*15-ci il tarixli, 35* nömrəli doğum qeydinin ləğv olunmasını xahiş etmişdir. Lakin ərizəyə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını həyata keçirən qeydiyyat orqanına müraciət edilməsinə və həmin qeydiyyat orqanı tərəfindən əlverişli aktın qəbulundan, yaxud doğum qeydinin ləğv edilməsindən imtina olunmasına dair sübutlar əlavə olunmamışdır. Halbuki, Ərizəçi ilk olaraq, doğum akt qeydinin ləğv edilməsi barədə qeydiyyat orqanına, bundan sonra həmin qeydiyyat orqanının qərarının (hərəkət və ya hərəkətsizliyinin) qanuniliyini mübahisələndirdiyi halda həmin qərardan iddia ərizəsi ilə inzibati icraat qaydasında aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etməli idi. Hazırki halda isə Ərizəçi öz ərizəsində doğum yerinin Rusiya Federasiyasının Moskva şəhərində olmasını və qeydiyyat orqanı tərəfindən yalnış olaraq, doğum yerinin Azərbaycan Respublikasının Gəncə şəhəri kimi göstərildiyini bildirməklə, inzibati orqanın hərəkətlərinin qanuniliyini mübahisələndirsə də, doğum akt qeydinin ləğv olunmasına dair ərizə ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2**3-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.4-cü bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin *1 mart 2**1-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən əsas Müddəlar»ın 3-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldildikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aparılır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1* aprel 2*15-ci il tarixli, 4 nömrəli Qərarının 5.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2**7-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların təsnifatı»nın 2.1.4-cü bəndinə görə rayon, şəhər qeydiyyat şöbələri inzibati orqandır. Yuxarıda qeyd olunanları, habelə mübahisə tərəflərinin hüquqi vəziyyətini və onların arasındakı münasibətlərin ümumi hüququn nizamasalma predmetinə aid olmasını nəzərə alaraq, hesab edirəm ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə ərizəni qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina edilməsi haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 114.1.2-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Buna görə də hesab edirəm ki, iş üzrə icraata xitam verildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən ərizəçi tərəfindən məhkəməyə ərizə verilərkən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : Ərizəçi barəsində Gəncə şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində aparılmış 22 sentyabr 2*15-ci il tarixli, 35* nömrəli doğum qeydinin ləğv edilməsinə dair Ərizəçi ərizəsinin qəbul olunmasından imtina edilsin. Məhkəməyə ərizə verilərkən təqdim edilmiş sənədlər və dövlət rüsumunun ödənilməsi barədə qəbz Ərizəçi qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 1* gün müddətində ondan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-1588/2022
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1588/2022
16.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver