Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1588/2023 14.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X38 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, iddiaçı Ərizəçi1 (eyni zamanda İİİ şəxs X4 nümayəndəsi), onun vəkili (eyni zamanda digər iddiaçı Ərizəçi2 vəkili) X25, digər iddiaçı Ərizəçi3 və cavabdeh X13 iştirakları ilə, İddiaçılar Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 cavabdehlər X22 və 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzinə (İİİ şəxslər X14 və X17) qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras mülkə mülkiyyət hüququnun tanınması” tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 cavabdehlər X22 və 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzinə (İİİ şəxslər X14 və X17) qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras mülkə mülkiyyət hüququnun tanınması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Şahsevənlər küçəsi, 2-ci döngə, ev 17 ünvanının miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi və həmin miras mülkə mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X15 *5.1*.1978-ci il tarixdə vəfat etmişdir. Ondan miras qalmış Gəncə şəhəri, Şahsevənlər küçəsi, 2-ci döngə, ev 17 ünvanını övladları Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X22 miras əmlakı faktiki idarə etməklə qəbul etmişlər. Belə ki, miras qoyanın övladı Ərizəçi1 *5.1*.1978-ci il tarixdən əvvəl və sonra 1984-cü ilədək, yəni ailə həyatı qurub oradan köçənədək orada fasiləsiz yaşamaqla miras əmlakı faktiki cəhətdən qəbul etmişdir. Miras qoyanın övladı Ərizəçi2 atasının ölümündən əvvəl və sonra yəni, 23.12.199*-cı ilədək ailə həyatı quranadək mübahisəli əmlakda yaşamaqla miras əmlakı qanunla müəyyən edilmiş 6 aylıq müddətdə qəbul etmişdir. Miras qoyanın digər övladları isə Ərizəçi3 və X22 isə bu günədək həmin ünvanda yaşayırlar. Hal-hazırda vərəsələr arasında miras əmlakın bölünməsi ilə bağlı yeganə maneə törədən şəxs X18r. O, notariusa gəlib miras əmlakın qəbulu ilə bağlı ərizə vermədiyinə görə notarius vərəsələr arasında mübahisə olduğu qənaətinə gəlmişdir. Ona görə də miras əmlakın faktiki qəbulu və payların bərabər şəkildə bölünməsinə dair məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçı Ərizəçi1 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini, həmçinin digər iddiaçı Ərizəçi2 miras əmlakdan pay istəmədiyi üçün ona düşəcək payın onun, Ərizəçi3 və Elşən Zeynalovun arasında bərabər qaydada bölünməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçı Ərizəçi1 vəkili (eyni zamanda digər iddiaçı Ərizəçi2 vəkili) X25 izahatında bildirdi ki, iddiaçı Ərizəçi2 notarial qaydada ərizə verərək atası X5 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlaklardan ona çatan payı qəbul etmədiyini, etmək niyyətində olmadığını, adının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmədiyini, gələcəkdə də həmin miras əmlakdan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini və iddiaçı Ərizəçi2 miras əmlakdan pay istəmədiyi üçün ona düşəcək payın Ərizəçi1, Ərizəçi3 və Elşən Zeynalovun arasında bərabər qaydada bölünməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçı Ərizəçi3 iddia tələbini müdafiə edib izahatında göstərdi ki, atası Gülalı *5 oktyabr 1978-ci ildə vəfat etmişdir. Atasının vəfatından sonra Gəncə şəhəri Şahsevənlər küçəsi 2-ci döngədə yerləşən 17 nömrəli ev miras qalmışdır. Atası vəfat edən zaman miras əmlakda bacısı Məsmə, o və qardaşı Elşən yaşamışlar. Odur ki, mübahisəli mülkə, yeni qaydada Gəncə şəhəri, İsa Məmmədov küçəsi, 3* (köhnə qaydada ünvan 1 ünvanına onun da payının müəyyən edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X22 iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, atası Gülalı *5 oktyabr 1978-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra Gəncə şəhəri Şahsevənlər küçəsi 2-ci döngədə yerləşən 17 nömrəli ev miras qalmışdır. Atası vəfat edən zaman miras əmlakda bacısı Məsmə, o və qardaşı Şöhrət yaşamışlar. Bacısı Məsmə 1984-cü ilədək miras əmlakda yaşamış, sonrada ailə qurub oradan köçmüşdür. Odur ki, mübahisəli mülkə, yeni qaydada Gəncə şəhəri, İsa Məmmədov küçəsi, 3* (köhnə qaydada ünvan 1 ünvanına onun da payının müəyyən edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə göndərərək, mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı Ərizəçi2 məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə göndərərək bildirmişdir ki, atası X5 ölümündən sonra onun harada yerləşməsindən və nədən ibarət olmasında asılı olmayaraq miras qalmış bütün əmlaklardan ona çatası payı qəbul etməmiş, etmir və etmək niyyətində də deyildir. Adının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmir. Gələcəkdə həmin miras əmlaka dair heç bir şikayət və tələbi olmayacaqdır. Belə olan halda məhkəmə iddiaçı Ərizəçi2 hüquqi marağını nəzərə alıb işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İİİ şəxs X17 məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə İİİ şəxs X7 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 14 yanvar 2*23-cü il tarixli, 111 nömrəli məktubunda ünvan 2 ünvanında qeydiyyatda olan Ərizəçi1 bildirilmişdir ki, miras qoyan X5 qanun üzrə vərəsələri ilə Gəncə şəhəri, Şahsevənlər küçəsi, 2-ci döngə, ev 17 ünvanında yerləşən miras əmlaka dair aralarında mübahisə mövcuddur. Belə olan halda notariat qaydasında vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Ona görə də mirasa dair mübahisənin həlli ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 22332***9229 nömrəli, 24 noyabr 2*22-ci il tarixli məktubunda bildirilmişdir ki, Kirovabad şəhər notariat kontorunun 19.*1.1962-ci il tarixli, 1-78 saylı alqı-satqı müqaviləsinə əsasən X23 və X2* onlara məxsus Kirovabad şəhəri, Vorovski küçəsi, 1-ci döngə, 9A saylı fərdi yaşayış evini (12,6 kvm bir yaşayış otağı) X1. Alıcının adına mülkün yerləşdiyi 1*44,* kvm torpaq sahəsinə dair 1*.*2.1963-cü il tarixli qeydi tərtib edilmişdir. X5 adına ünvanı ünvan 3larla AZ 2*19, Gəncə şəhəri, İsa Məmmədov küçəsi, 3*) (*,1*29 ha torpaq sahəsində yerləşən tikili “A”-da 59,2 kvm bir yaşayış otağı, 44,8 kvm zirzəmi, tikili “B”-də 42,3 kvm əl damı, tikili “C”-də 1*,1 kvm hamam, tikili “D”-də 44,* kvm qaraj, tikili “E”də 11,3 kvm hamam, tikili “İ”-də 7,5 kvm, talvar) 18.*8.2*22-ci il tarixli 1522*21847 qeydiyyat nömrəli çıxarış verilmişdir. AZ-İİ seriyalı, 22668* nömrəli, 14 iyul 2*22-ci il tarixli, Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X15 *5.1*.1978-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 11 oktyabr 1978-ci il tarixdə 1*72 nömrə ilə qeyd edilmişdir.Ölümün səbəbi beyin ödemi qeyd edilmişdir. AZ-İİ seriyalı, 226681 nömrəli, 14 iyul 2*22-ci il tarixli, Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X16 *3.*8.1999-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında *4 avqust 1999-cu il tarixdə 386 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi işemik insult qeyd edilmişdir. *6 dekabr 2*22-ci il tarixli, *5/Q-3229/7* nömrəli, Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş arayışın surətindən görünür ki, X15 və X9 nikah haqqında *2.*6.1956-cı il tarixdə 494 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikahın bağlandığı yer Gəncə şəhər qeydiyyat şöbəsi. Nikah bağlandıqdan sonra ərə “Zeynalov”, arvada “Zeynalova” soyadı verilmişdir. X2 *5.1*.1978-ci ildə ölməsi (ölüm 11.1*.1978-ci ildə 1*72 nömrəli akt qeydi ilə Gəncə şəhər qeydiyyat şöbəsində qeydə alınmış), X6 isə *3.*8.1999-cu ildə ölməsi (ölüm *4.*8.1999-cu ildə 386 nömrəli akt qeydi ilə Gəncə şəhər qeydiyyat şöbəsində qeydə alınmış) ilə bağlı xitam verilmişdir. İİ-Ж seriyalı, 313292 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 2* noyabr 1958-ci il tarixdə doğulmuşdur. Valideynləri atası – X15, anası – X11r. İ-ИЕ seriyalı, 982176 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X19 14 aprel 196*-cı il tarixdə doğulmuşdur. Valideynləri atası – X15, anası – X11r. AZ-T seriyalı, 196259 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X21 xx.xx.1961-ci il tarixdə doğulmuşdur. Valideynləri atası – X15, anası – X11r. AZ-T seriyalı, 196259 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X22 3*.12.1962-ci il tarixdə doğulmuşdur. Valideynləri atası – X15, anası – X1*r. AЗ seriyalı, 367*78 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi3 xx xxx 1965-ci il tarixdə doğulmuşdur. Valideynləri atası – X15, anası – X1*r. AЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 xx xxxx 1967-ci il tarixdə doğulmuşdur. Valideynləri atası – X15, anası – X1*r. 18 fevral 2*23-cü il tarixli, 8İ-734 reyestr nömrəli X7 notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, *5.1*.1978-ci il tarixdə vəfat edən atası X5 ölümündən sonra onun harada yerləşməsindən və nədən ibarət olmasında asılı olmayaraq miras qalmış bütün əmlaklardan ona çatası payı qəbul etməmiş, etmir və etmək niyyətində də deyildir. Adının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmir. Gələcəkdə həmin miras əmlaka dair heç bir şikayət və tələbi olmayacaqdır. 3* mart 2*23-cü il tarixli, 8İ-8*4 reyestr nömrəli, 2374*8****8*4 nömrəli Ərizəçi2 notarial qaydada təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, *5.1*.1978-ci il tarixdə vəfat edən atası X5 ölümündən sonra onun harada yerləşməsindən və nədən ibarət olmasında asılı olmayaraq miras qalmış bütün əmlaklardan ona çatası payı qəbul etməmiş, etmir və etmək niyyətində də deyildir. Adının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmir. Gələcəkdə həmin miras əmlaka dair heç bir şikayət və tələbi olmayacaqdır. *8 aprel 2*23-cü il tarixli, 8İ-921 reyestr nömrəli, 2374*8****921 nömrəli X4 notarial qaydada təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, *5.1*.1978-ci il tarixdə vəfat edən atası X5 ölümündən sonra onun harada yerləşməsindən və nədən ibarət olmasında asılı olmayaraq miras qalmış bütün əmlaklardan ona çatası payı qəbul etməmiş, etmir və etmək niyyətində də deyildir. Adının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmir. Gələcəkdə həmin miras əmlaka dair heç bir şikayət və tələbi olmayacaqdır. 1522*21847 qeydiyyat nömrəli, 18.*8.2*22-ci il tarixli, 2***13**1336-1*3*1 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Şahsevənlər küçəsi, 2-ci döngə, ev 17 yeni qaydalarla AZ 2*19, Gəncə şəhəri, İsa Məmmədov küçəsi 3* ünvanı X5 xüsusi mülkiyyətindədir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin tərəflər arasında mübahisələndirilməyən halları ondan ibarətdir ki, yeni qaydada Gəncə şəhəri, İsa Məmmədov küçəsi, 3* (köhnə qaydada ünvan 1 ünvanı xüsusi mülkiyyət hüququ əsasında X5 xüsusi mülkiyyətindədir. X15 mirasqoyan olub iddiaçıların və cavabdehin valideynidir. X15 *5.1*.1978-ci il tarixdə vəfat etmişdir. X15 vəfat etdikdən sonra ondan qalmış miras əmlakda iddiaçılar Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və cavabdeh X22 yaşamışlar. İddiaçı Ərizəçi2 3* mart 2*23-cü il tarixli, 8İ-8*4 reyestr nömrəli, 2374*8****8*4 nömrəli notarial qaydada təsdiq edilmiş ərizəsində *5.1*.1978-ci il tarixdə vəfat edən atası X5 ölümündən sonra onun harada yerləşməsindən və nədən ibarət olmasında asılı olmayaraq miras qalmış bütün əmlaklardan ona çatası payı qəbul etmədiyini və etmək niyyətinin olmadığını və adının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmədiyini, gələcəkdə həmin miras əmlaka dair heç bir şikayət və tələbi olmayacağını bildirmişdir. Məhkəmə tərəfindən mərhum Gülalı Zeynalovun digər uşaqları X14 və X17 İİİ şəxs qismində cəlb edilmişlər. X17 18 fevral 2*23-cü il tarixli, 8İ-734 reyestr nömrəli notarial qaydada təsdiq edilmiş ərizəsində eləcə də, X14 *8 aprel 2*23-cü il tarixli, 8İ-921 reyestr nömrəli, 2374*8****921 nömrəli notarial qaydada təsdiq edilmiş ərizəsində *5.1*.1978-ci il tarixdə vəfat edən ataları X5 ölümündən sonra onun harada yerləşməsindən və nədən ibarət olmasında asılı olmayaraq miras qalmış bütün əmlaklardan onlara çatası payı qəbul etmədiklərini, etmək niyyətində də olmadıqlarını, adlarının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmədiklərini, gələcəkdə həmin miras əmlaka dair heç bir şikayət və tələbi olmayacaqlarını bildirmişlər. Digər iddiaçılar iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh X22 da mübahisəli ünvana mirası qəbul etməsi faktının və miras payının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hazırki iş üzrə tətbiq edilməli maddi hüquq normasını müəyyən edərək aşağıdakıları qeyd edir. Belə ki, X15 1978-ci ildə vəfat etdiyindən ondan qalmış miras əmlakı vərəsələriuşaqları cavabdeh X22 və iddiaçılar Ərizəçi1 və Ərizəçi3 qəbul etmişlər. Bu baxımdan həmin dövr üçün qüvvədə olan, yəni *1.*9.2***-ci il tarixədək qüvvədə olan Mülki Məcəlləsinin normaları tətbiq olunmalıdır. *1.*9.2***-ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 53*-cu maddəsinə əsasən, aşağıdakılar vərəsə ola bilərlər: qanun üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar; vəsiyyət üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyanın sağlığında ana bətnində olan və onun ölümündən sonra doğulanlar. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. İşin mübahisələndirilməyən hallarından görünür ki, X15 öldükdən sonra onun övladları - cavabdeh olan oğlu Elşən Zeynalov və iddiaçı olan qızı Ərizəçi1 və iddiaçı olan oğlu Ərizəçi3 atalarından qalan miras əmlaka sahiblik etməklə və həmin əmlakı faktiki surətdə idarə etməklə mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. Digər vərəsələrin isə buna hüquqi marağı olmamışdır. Göründüyü kimi, mirasın qəbul edildiyini vərəsə hərəkətləri ilə şəksiz nümayiş etdirdikdə, o, mirası qəbul etmiş sayılır. Odur ki, məhkəmə hesab edir ki, miras qoyan X15 öldükdən sonra onun birinci növbə vərəsələri olan uşaqları – cavabdeh X22 və iddiaçılar Ərizəçi1 və Ərizəçi3 miras qalmış yeni qaydada Gəncə şəhəri, İsa Məmmədov küçəsi, 3* (köhnə qaydada ünvan 1 ünvanında yerləşən miras əmlaka faktiki surətdə yiyələndiklərindən, onlar bərabər paylarla mirası qəbul etmiş sayılırlar. Beləliklə məhkəmənin qənaətinə əsasən, iddia təmin edilməli, iddiaçılar Ərizəçi1, Ərizəçi3 və cavabdeh X13 *5.1*.1978-ci ildə vəfat etmiş mərhum X3 miras qalmış yeni qaydada Gəncə şəhəri, İsa Məmmədov küçəsi, 3* (köhnə qaydada ünvan 1 ünvanında yerləşən miras əmlakı faktiki qəbul etmələri faktı müəyyən edilməlidir. Həmçinin, yeni qaydada Gəncə şəhəri, İsa Məmmədov küçəsi, 3* (köhnə qaydada ünvan 1 ünvanında yerləşən miras əmlaka iddiaçılar Ərizəçi1, Ərizəçi3 və cavabdeh X13 hər birinin 1/3 hissədə miras payları müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 1*7-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçılar tərəfindən ödənilmiş 1** (bir yüz) manat dövlət rüsumu onlara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçılar Ərizəçi1, Ərizəçi3 və cavabdeh X13 *5.1*.1978-ci ildə vəfat etmiş mərhum X3 miras qalmış yeni qaydada Gəncə şəhəri, İsa Məmmədov küçəsi, 3* (köhnə qaydada ünvan 1 ünvanında yerləşən miras əmlakı faktiki qəbul etmələri faktı müəyyən edilsin. Yeni qaydada Gəncə şəhəri, İsa Məmmədov küçəsi, 3* (köhnə qaydada ünvan 1 ünvanında yerləşən miras əmlaka iddiaçılar Ərizəçi1, Ərizəçi3 və cavabdeh X13 hər birinin 1/3 hissədə miras payları müəyyən olunsun. Məhkəmədə iddia qaldırılması üçün iddiaçılar tərəfindən ödənilmiş 1** (bir yüz) manat dövlət rüsumu onlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-1588/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1588/2023
14.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver