Məhkəmə qərarları › İş №2(125)-1595/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1595/2023

28.07.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1595/2023 28.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı X6 və onun nümayəndəsi (vəkili) X2, Cavabdeh3, onun və Cavabdeh3 nümayəndəsi (vəkili) X20 iştirakı ilə, İddiaçı X6 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı X13 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən (bundan sonra – mübahisəli mənzil) cavabdehlərin istifadə hüququnun itirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər onun qardaşı və mərhum qardaşı Tahirin qızlarıdır. Cavabdehlər ona məxsus evdə pasport qeydiyyatında dursalar da evdən köçüb getmişlər. Onlar həmin evdə pasport qeydiyyatında durduqlarına görə o, əlavə komunal pulu ödəyir. Cavabdehlərin onun evində formal qeydiyyatlarının qalması onun mülkiyyət hüququnu pozur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 yazılı mülahizə təqdim edərək bildirmişdir ki, Gəncə şəhəri, Mehdi Hüseynzadə küçəsi, 27 saylı fərdi yaşayış evi 2 saylı notariat kontorunun xx.xx.1966-cı il tarixli 17-293 saylı alqı-satqı müqaviləsinə əsasən babaları X1. Mülk babaları X9 məxsus olmuş və ona xx.xx.2015-ci il tarixdə 0.071 ha torpaq sahəsində yerləşən həmin mülkə dair tikili “A”-da 110,8 kvm 4 (dörd) yaşayış otaqları, 24.6 kvm köməkçi sahə, tikili “B”-də 22.8 kvm hamam, tikili “C”-də 19.7 kvm əl damı, tikili “İ”-da 9.7 kvm talvar, tikili “İİ”-da 24.6 kvm talvar ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. X4 həmin mülkdə doğulub böyümüş, xx.xx.1993-cü ildə bü mülkdə rəsmi nikah qeydinə düşməklə ailə qurmuş, onlar həmin mülkdə doğularaq orada yaşayır və ataları xx.xx.2022ci ildə bu mülkdə vəfat etmişdir. X4 mülkdə öz vəsaiti ilə hamam düzəltdirib, barı çəkdirib və evi təmir etdirib. Gəncə şəhəri, 1 saylı notariat kontorunun xx.xx.2015-ci il tarixli 4Ə-241 saylı daşınmaz əmlak 150 nömrəli küçə üçlüyünün saxta arayışı əsasında bağışlanma müqaviləsi ilə bu mülk bibiləri iddiaçı X21ma bağışlanmışdır. Küçə üçlüyünün arayışında onların həmin evdə yaşamaqları göstərilməmişdir. Onlar həmin mülkdən istifadə etmişlər və edirlər, bütün əşyaları həmin mülkdə yerləşir. Qeyd edilənlərə əsasən, iddianın təmin olunmamasını xahiş etmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 yazılı izahat təqdim edərək bildirmişdir ki, Cavabdeh3 xx.xx.1995 ci ildə Gəncə şəhərində dünyaya gəlmiş və Mehdi Hüseynzadə ev 27 də qeydiyyata alınmış və bacısı Cavabdeh1 də həmçinin onun qeydiyyata olduğu ərazidə - 2 küçə irəlidə 15 nömrəli tam orta məktəbə getmiş, 2013-cü ildə bitirib Gəncə Dövlət Universitetinlə qəbul olmuş, 2017-ci bitirib, 2018-ci ildə isə müəllimlərin işə qəbulunda iştirak edərək Bakı 90 nömrəli tam orta məktəb işləməyə başlamış və bütün sənəd qeydiyyatlarında faktiki qeydiyyata olduğu ünvan Mehdi Hüseynzadə ev 27 qeyd olunub. İndi isə o və bacısı Cavabdeh1 evden qeydiyyatan çıxarılması tələb olunur. Səbəb isə o və bacısı ailə qurmuşlar və kommunal çox gəlməsin deyə bu tələb irəli sürülüb. Onlardan xəbərsiz qanundankənar işlər edərək evi mənimsəmişlər. Onlaırn qeydiyyatda olduğu və yaşadığı evi mənimsəyən şəxs öz adına keçirəndə onlar orada yaşayan qeydiyyatda olan şəxs kimi göstərilməmişlər, onlar analarının atalarımın bacılarının imzası tələb olunmayıb. İndi isə məhkəməyə müraciət edib ki qeydiyyatdan çıxardırlar. Bu təbii ki qanunsuz yolla ola bilər. Bütün bu sənədləşdirmə qeyri-qanuni işlərinə görə bağlanmış 1 nömrəli notariusda baş tutub, həmin o sənədləşdirmə edən şəxdə həbs edilib buraxılıb və bütün bu işləri onun mənim atasının bacısı İddiaçıdir. Atası və anası 1993 cü ildə rəsmi nigahla ailə həyatı qurublar və Anası 1993-cü ildə Mehdi Hüseynzadə küçəsi, ev 27-yə gəlin köçmüşdür. xx.xx.1994 cü ildə bacısı Cavabdeh1, xx.xx.1995-ci ildə o-Cavabdeh3 doğulub bu evə qeydiyyata düşmüşlər. Atası və anası daim çalışqan və zəhmətkeş insanlar olublar. Atası bostançılıqla məşğul olub, anası isə pasaj adlanan yerdə işləyib. Ailə daxili münaqişələr səbəbi ilə nənəsı babası bibisı onları evdən çıxarmışlar. Atası daha sonra Gəncə şəhərində Abbas Səhhət adlanan ərazidən öz zəhməti ilə 3 otaqlı mənzil almışdır. Onlar bu mənzildə 2004-cü ilə qədər yaşamış, daha sonra nənəsı babası və bibisi onlaır geri qayıtmağı təklif etmişlər. Səbəb isə onlar o, evdən çıxdıqdan sonra atasının qardaşı Həsənov Vaqif ailə həyatı qurur və ailəsi ilə Mehdi Hüseynzadə ev 27də yaşamağa başlayır, yenə ailə daxilində münaqişə başlayır. X39 və yoldaşı nənəsi babasıyla yola getmir, onlar bizim Mehdi Hüseynzadə ev 27 qayıtmağını onların isə Abbas Səhhətdə olan mənzilə köçməsini təklif edirlər. Atasının sadəlövhlüyünən istifadə edirlər, atası 2004cü ildə Abbas Səhhətdə olan mənzili qardaşı Həsənov Vaqifə bağışlayırvə ailəsi ilə əmisi X3 mənzilə köçürlər. X29 ev 27-yə köçürlər. Atası qeydiyyata olduğu Mehdi Hüseynzadə ev 27-nin yeraltı su sistemini çəkdirmiş, yeni su çəni qoydurmuş, evin barısını hördürmüş, hamamın su turbalarını, ayaqyolunun təmir etdirib, hamamda təmir işi görüb evin daxilində yüngül təmir işləri aparıb. Onlar bu evdə 19 il yaşamış daim təhqirlərə və psixoloji basqılara məruz qalmışlar. Anası və atası stresdən dolayı onkoloji xəstəliyə tutulmuşdur və Mehdi Hüseynzadə ev 27 rəhmətə gediblər və dəfnə bu evdən çıxarılıblar. X36 xx.xx.2020 54 yaşında dünyasını dəyişib. Atam 4səviyyə onkoloji xəstəlikdən xx.xx.2022-də 58 yaşinda dünyasını dəyişib. Atam xəsdə olduğu müdətdə bir dəfə X34 Hüseynzadə ev 27 addım atmamışdır. Atası rəhmətə getdiyi xx.xx.2022 tarixində Mehdi Hüseynzadə ev 27 gəlib vəfat edən təhqirlər və əxlaqsızlıq kəlimələr isdifadə edərək onlaır evdən çixartmaq istəyirdi. Məstanov Şöhrət deyir ki Həsənov Lətif bu evi ona bağışlıyıb bu ev onundur və onlara məlum olur ki ev saxta yolla İddiaçı adına keçib. Bacısı 2021-ci ilin noyabrında, o isə 2022.10.30-da ailə qurmuş, 1 ildi bacısı, 2 aydı isə özü. Ölü yerində olan təhqirlər bacımın və mənim keçmiş yoldaşımı,analarını,atalarını,bacılarını onların dəfnə gələn qohumlarını təhqir etdiyleri üçün onlardan ayrıldılar və cehizləri Mehdi Hüseynzadə ev 27 göndərdilər, yəni Məstanov Şöhrət onun və bacısının ailəsini dağıtdı bacısı 5 aylıq 1 körpəsi ilə və mən tək evsiz ailəsiz qaldım. Atamsınn xx.xx.2023 günü 40 mərasimi oldu və növbəti gün 31yanvar o, Bakıya gəldi, çünki atasına görə icazə almışdı məktəbdən l fevral məktəbdə olmalıydı. Kirayə ev tutdu, növbəti gün bacısı körpəsi ilə yanına gəldi. Bacısı Cavabdeh1 təhqir körpəsini hədələyir və təhqir etdiyləri üçün bacısı yanıma gəlmək istədiyini və Mehdi Hüseynzadə ev 27 tək qala bilməyəcəyini dedi. O evdən çixandan sora məlum oldu ki onları məhkəməyə verib evdən qeydiyyatdan çixartmaq isdəyirlər. Onların bütun əşyaları körpənin hətta rəhmətə getmiş atasının anasının cehiz və əşyaları da ordadır. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbinə etiraz edərək, həmçinin bildirdi ki, ataları Tahir Həsənov 2003-cü ildə A.Səhhət küçəsindəki evdən gətirib onunla bacısını M.Hüseynzadə küçəsindəki 27 nömrəli evdə qoyaraq anasıyal Rusiya Federasiyasına getdi, valideynləri gedib-gəlirdilər, anası vəfat etməmişdən bir az əvvəl birdəfəlik qayıtdılar və mübahisəli evdə yaşadılar, əvvəlcə anası, az bir müddət sonrası atası keçən il vəfat etdi. Cavabdeh3 iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh3 təmsilçisi iddia tələbinə etiraz edərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, tərəfləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X6 xüsusi mülkiyyətindədir və bu barədə xx.xx.2015-ci il tarixdə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli məktubuna əsasən, Kirovabad şəhəri, Yeni Yerevan qəsəbəsi Zəhmətkeş deputatları sovetinin xx.xx.1948-ci il tarixli 723/17 saylı arayışında Kirovabad şəhəri, 2-ci Yerevan küçəsi, 70 saylı fərdi yaşayış evinin X14 məxsus olduğu göstərilmişdir. Kirovabad şəhəri 2 saylı notariat kontorunun xx.xx.1966-cı il tarixli 17-256 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən ünvanı Mehdi Hüseynzadə küçəsi, 19 olan bu əmlak X10 adından X15, X16, X17, X8, X7 adlarına keçmişdir. Kirovabad şəhəri 2 saylı notariat kontorunun 12.11,1966-cə il tarixli 17-293 saylı alqı-satqı müqaviləsinə əsasən bu mülk (18.8 kvm bir yaşayış otağı, 10.4 kvm dəhliz) X1. Alıcının adına bu fərdi yaşayış evinin yerləşdiyi 750.0 kvm torpaq sahəsinə dair xx.xx.1966-cı il tarixli torpaq qeydi tərtib edilmişdir. Gəncə şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin xx.xx.2015-ci il tarixli 196 saylı məktubunda ünvanı ünvan 2iyyata alınmasına etiraz edilmədiyi bildirilmişdir və bu ünvana dair razılaşdırılmış eskiz-layihə verilmişdir. X9 Mehdi Hüseynzadə küçəsi, 27 saylı fərdi yaşayış evinə dair (0.071 ha torpaq sahəsində yerləşən tikili “A”-da 110.8 kvm dörd yaşayış otaqları, 24.6 kvm köməkçi sahə, tikili “B”-də 22.8 kvm "3.nam, tikili “C”-də 19.7 kvm əl damı, tikili ‘T’-də 9,7 kvm talvar, tikili “İİ”-də 24 6 kvm talvar) xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhəri 1 saylı notariat kontorunun xx.xx.2015-ci il tarixli 4Ə-241 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən bu mülk X22 tərəfindən İddiaçı bağışlanmışdır. İddiaçı xx.xx.2015-ci İİ tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 ifadə verərək bildirdi ki, Şöhrət onun qızıdır. Türkan və Anabəyim onun nəvələridir. Anabəyim gəlinin bacısı Aygüngildə doğulub. Türkan M.Hüseynzadə küçəsi 27 doğulub. Tahir ailəsiylə Rusiya Federasiyana getdi, təxminən 17-20 il orada yaşadılar. Anabəyim və Türkan həm M.Hüseynzadə küçəsi 27-də, həm də xalasıgildə qalırdı. Qızlar universiteti bitirəndən sonra ailə qurdular. Atasının vəfatına yaxın Anabəyim baxırdı. Qızları M.Hüseynzadə küçəsi 27-də əşyaları qalmayıb, gecə vaxtı gəlib apardılar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadə verərək bildirdi ki, Şöhrət onun bacısı qızıdır və qonşusudur. Kazım bacısı oğludur, bacısının adı Tamamdır. Türkan və Anabəyim bacısının nəvəsidir. Şöhrət M.Hüseynzadə küçəsi, ev 27 ünvanında yaşayır. Onlar təxmini 10 ildir ki qonşudurlar. O köçən vaxt həmin evdə Tamam Həsənova və Şöhrət Həsənova yaşayırdı. Ora təxminən 20121-ci il köçmüşlər. Türkan və Anabəyim arada gəlib-gedirdilər, orada qalırdılar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək bildirdi ki, Anabəyim və Türkan bacısının qızlarıdır. Bacısı M.Hüseynzadə küçəsinə gəlin köçüb, həmin ünvanda uşaqları doğulub. Daha sonra yola getmədikləri üçün A.Səhhət küçəsində ev alıb ora köçmüşdülər. 2-3 il yaşayandan sonra M.Hüseynzadə küçəsindəki evə geri qayıtdılar. Qızları həmin evdə qoydular, bacısıyla Tahir Rusiya Federasiyasına getdilər. Qızlar azyaşlı olsalar da, həmin evdə ikisi yaşaya bilirdilər, xalası kimi onların bazarlığını eləyib gətirib onlara verirmiş, evin işlərini qızlar özləri görürdülər. Türkan universiteti qurtarandan sonra Bakıya gedib, hazırda orada yaşayır. Anabəyim uşağın müalicə üçün 3-4 aydır ki, Rusiyadadır. 1966-cı il təvəllüdlü bacısının təxminən 49-50 yaşı olanda və əri Tahir Rusiya Federasiyasından M.Hüseynzadə küçəsindəki evə qayıtdılar və ölənədək orada yaşamışlar. Bacısının vəfatından 3 il sonra Tahir də vəfat etdi. Atası xəstə olanda Anabəyim ona baxıb, öləndən sonra isə bacısının yanına getmişdir. Anabəyim və Türkanın Gəncədə evi yoxdur. Türkan oktyabr ayında evləndi, atası dekabrda öldü. Evlənəndən sonra kəndə köçdü. Təxmini 4-5 ay evli qaldı. Kazım bacısının əridir, bacısı ora gəlin köçəndə təxminən 30 il əvvəl Kazım oradan başqa evə köçdü, indiyədək də həmin evdə yaşayır. Anabəyi və Türkanın əşyaları M.Hüseynzadə küçəsindəki evdədi. Hazırkı iş üzrə X13 mülkiyyət hüququnun müdafiəsinə əsaslanaraq ona məxsus mübahisəli evdən Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 istifadə hüququnun itirilmiş hesab olunmasını xahiş edir. Əvvəla cavabdehlərin həmin yaşayış sahəsinə istifadə hüququnu yaranıb-yaranmadığı müəyyən edilməli və mübahisəyə münasibətin yarandığı zaman qüvvədə olan hüquq normaları tətbiq edilməlidir. Məhkəmə iddianın 1960-cı il təvəllüdlü Cavabdeh2 qarşı yönəlmiş hissəsini araşdırarkən qeyd edir ki, mübahisənin bu hissəsi Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinə əsasən tənzimlənməlidir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər; Həmin Məcəllənin 60-cı maddəsinin tələbinə görə, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir; Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış məntəqəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin şərh olunması haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd edilir ki, mənzil qanunvericiliyinə əsasən, tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Mülki işin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, Cavabdeh2 1960-cı ildən yaşadığı mübahisəli evi 6 aydan artıq müddətdir ki, başqa yaşayış yeri seçməklə, könüllü olaraq mübahisəli mənzili tərk etmişdir. Həmin cavabdeh mübahisəli mənzillə əlaqəsini uzun müddətdir kəsmişdir. Həmin müddət ərzində mübahisəli mənzildə yaşamamış olması Cavabdeh2 mübahisəli mənzildən istifadə hüququnun itirilməsi üçün əsasdır. Bununla yanaşı, məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq lazımi qaydada məlumatlandırılmış həmin cavabdeh tələbi təkzib edən hər hansı dəlil təqdim etməmişdir. Belə olan halda, Cavabdeh2 mübahisəli evə istifadə hüququ itirilmiş hesab edilməlidir. Bundan başqa, xx.xx.2009-cu il tarixdən etibarən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır (27.2). Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır (228.5). Məhkəmə iddianın xx.xx.1994-cü il təvəllüdlü Cavabdeh1 yönəlmiş hissəsini araşdıraraq qeyd edir ki, həmin cavabdehin 14 yaşınadək yaşayış yeri valideynlərinin yaşayış yeri sayılır. xx.xx.2008-ci ildə 14 yaşı tamam olduğu zaman mübahisəli yaşayış sahəsinin mülkiyyətçisi X12 Həsənovun onunla birgə yaşaması, dolayısıyla onun və yetkinlik yaşına çatmamış övladı Cavabdeh1 yaşayış sahəsindən istifadə hüququnun yaranması müəyyən olunmur. Belə ki, məhkəmə iclasında iştirak edən cavabdeh, Tahir Həsənovun bacısıyla onu mübahisəli yaşayış sahəsində qoyaraq Rusiya Federasiyasına getdiyini bildirmişdir. Həmin cavabdeh məhkəməyə təqdim etdiyi yazılı izahatında mülkiyyətçinin oğlu olan atasının mübahisəli yaşayış sahəsində abadlıq işləri gördüyünü bildirsə də, bu hal həm öz izahatıyla təkzib olunur, həm də bu halı, dolayısıyla mülkiyyətçinin ailə üzvünün onunla yaşamasına razılığını təsdiqləyən sübutlar təqdim edilməmişdir. Belə olan halda, yaranmamış istifadə hüququ itirilə bilməyəcəyindən, iddia Cavabdeh1 qarşı hissədə təmin edilməməlidir. Bundan başqa, xx.xx.2009-cu il tarixdən etibarən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər (30.1). Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar (30.2). Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar (30.3). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslində nəzərdə tutulmuş 89-cu maddəsinə əsasən, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Məhkəmə iddianın xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh3 yönəlmiş hissəsini araşdıraraq qeyd edir ki, həmin cavabdehin 14 yaşınadək yaşayış yeri valideynlərinin yaşayış yeri sayılır. xx.xx.2009-cu ildə 14 yaşı tamam olduğu zaman Cavabdeh3 mübahisəli yaşayış sahəsindən istifadə hüququnun yarana bilməsi üçün mənzil və ailə qanunvericiliyi tərəfindən şərtlər müəyyən edilmişdir. Belə ki, nəvə olan Cavabdeh3 14 yaşı tamam olanda yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan olmasını və saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilməməsini, buna görə zəruri vəsaitə malik baba – mülkiyyətçi Lətif Həsənovdan aliment almaq hüququnun yaranmasını təsdiqləyən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququnun yaranması təsdiq olunmadığından digər qohum Cavabdeh3 yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün əsas müəyyən olunmur. Belə olan halda, yaranmamış istifadə hüququ itirilə bilməyəcəyindən, iddia Cavabdeh3 qarşı təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh3 və Cavabdeh3 məxsus əşyaların mübahisəli yaşayış sahəsində olması və (ya) onların mübahisəli ünvanda qeydiyyatda olmaları istifadə hüquqlarının yaranması üçün qanunla nəzərdə tutulmuş əsas və (ya) bağışlanma zamanı yazılı razılıqlarının alınması üçün zərurət deyil. Məhkəmə nəzərə alır ki, tələbə etiraz edən həmin cavabdehlər mübahisəli evə istifadə hüququnu təsdiqləyən sübut təqdim edə bilməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, mübahisəli yaşayış sahəsinə Cavabdeh2 istifadə hüququ itirilmiş hesab edilməli, Cavabdeh1 və Cavabdeh3 istifadə hüququ yaranmadığından itirilə bilməyəcəyi üçün iddia onlara qarşı hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh2 Gəncə şəhəri, M.Hüseynzadə küçəsində yerləşən 27 nömrəli fərdi yaşayış evinə istifadə hüququ itirilmiş hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar