Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1607/2022 14.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X25 Şakir oğlunun sədrliyi, X1* iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “qohumluq faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X1 XX.XX.1911-ci il tarixdə doğulmuş babası (atasının atası) Ərizəçi Qaffar oğlunun anası olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1984-cü il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Hazırda Gəncə şəhəri, F.Bayramov küçəsi, ev 5-də yaşayır. Babası (atasının atası) Ərizəçi Qaffar oğlu 1911-ci il tarixdə Gəncə şəhərində anadan olmuş və 28.*2.198*-ci il tarixdə vəfat etmişdir. Babası Ərizəçi Qaffar oğlunun anası X9 *3.*2.1954cü il tarixdə vəfat etmişdir. X7 *5.*2.1953-cü il tarixdə anadan olmuş və 16.*5.1993-cü il tarixdə vəfat etmişdir. Babasının anası X1 vəfatından sonra miras qalmış əmlakın adına rəsmiləşdirilməsi ilə bağlı Gəncə şəhəri 1 saylı Notariat ofisinə müraciət etmişdir. Lakin vərəsəlik şəhadətnaməsi tərtib etmək üçün zəruri olan qohumluq faktını təsdiq edən yəni X1, babası Ərizəçi Qaffar oğlunun anası olmasını təsdiq edən sənədin olmadığı üçün onun adına vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün olmamışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, X1 28.*2.198*-ci ildə vəfat etmiş babası (atasının atası) Ərizəçi Qaffar oğlunun anası olması faktının müəyyən edilməsinə barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və şöbənin rəisi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilib qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; İX-ЖГ seriyalı, 469361 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1984-cü il tarixdə anadan olmuşdur. X7, anası isə X11r. *5 may 2*22-ci il tarixli, *5/Q-916/7* nömrəli Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X14 3* yanvar 1953-cü ildə Gəncə şəhərində anadan olmuşdur. Bu barədə *5 fevral 1953-cü il tarixdə Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsində 29 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası Ərizəçi Qaffar oğlu, anası X2r. AZ-İİ seriyalı, 226596 nömrəli Gəncə şəhəri Nizami rayonu qeydiyyat şöbəsi tərəfindən *5 may 2*22-ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi Qaffar oğlu 28.*2.198*-ci ildə Gəncə şəhərində ağciyər ödemi səbəbindən vəfat etmişdir. İV-ЖГ seriyalı 336895 nömrəli Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsində qeydə alınmış ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 16 may 1993-cü il tarixdə vəfat etmişdir. Bu barədə 2* may 1993-cü il tarixdə 427 nömrəli akt qeydi ilə Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. AZ-İİ seriyalı, 226595 nömrəli Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsi tərəfindən *5 may 2*22-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 *3.*2.1954-cü ildə ürək xəstəliyi səbəbindən Gəncə şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 24.*2.1954-cü ildə 151 nömrə ilə qeyd edilmişdir. 17 may 2*22-ci il tarixli TA-**287-2*22 nömrəli Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Ərizəçi bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış “Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində Gəncə şəhəri üzrə 1911-ci ilə dair doğum aktlarının qeydiyyat kitablarında Ərizəçi Qafar oğlunun doğum tarixinə dair heç bir məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş *1 dekabr 2*22-ci il tarixli, *5/Q-28*7/13 nömrəli məktubunda qeyd edilmişdir ki, Maraqlı şəxs arxivində Ərizəçi Qaffar oğlunun barəsində doğum haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası X17 filialı tərəfindən verilmiş *5 dekabr 2*22-ci il tarixli, 1482/(43*)/3 nömrəli məktubunda qeyd edilmişdir ki, 19*7-192*-ci illər üzrə doğum qeydlərinin aktları Azərbaycan Respublikası Dövlət Tarix Arxivinə təhvil verilmişdir. X17 filialında mövcud olan 1936-1945-ci illər üzrə doğum bərpa qeydlərinin aktları yoxlanılmış, Ərizəçi Qaffar oğlunun doğum qeydi aşkar edilməmişdir. *5.*5.2*17-ci il tarixli, 17332***4*19 nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş məktubda bildirilmişdir ki, Kirovabad şəhər Xalq məhkəməsinin 28.*5.1968-ci il tarixli 2-642 saytı qətnaməsinə və 29.*7.1968-ci il tarixli aktına əsasən bu əmlak iki hissəyə bölünmüşdür. "A" literli yaşayış evindəki 26.4 kvm bir yaşayış otağı, 15.8 kvm köməkçi sahə X3 mülkiyyətinə verilmişdir və bu mülkün ünvanı Faiq Bayramov küçəsi, 5A-dır. Mülkün qalan hissəsi ("A" literli yaşayış evində 37 * kvm iki yaşayış otağı, 57.* kvm köməkçi sahə, "B" literli yaşayış evində 27.3 kvm bir yaşayış otağı, 13.* kvm köməkçi sahə, 7.8 kvm açıq eyvan) X1 mülkiyyətində saxlanılmışdır, "A" literli yaşayış evindəki 37.* kvm iki yaşayış otaqların istifadə hüquqları X8 verilmişdir. Gəncə rayon XDS İK-nin 19.*9.199*-cı il tarixli qərarının 14 nömrəli protokoluna əsasən Faiq Bayramov küçəsi, 7 saylı ünvanda icazə sənədləri olmadan inşa edilmiş tikililər X1 adına qanunlaşdırılmışdır. 1 saylı notariat kontorunun 13.11.199*-cı il tarixli 3-2-392 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamsinə əsasən Faiq Bayramov küçəsi, 7 saylı ünvanda yerləşən X4 məxsus hissəsi (34.* kvm iki yaşayış otağı, 57.* kvm köməkçi sahəsi olan “A” literli yaşayış evi, 25.6 kvm bir yaşayış otağı, 33.9 kvm köməkçi sahəsi olan “B” literli yaşayış evi, 52.4 kvm hamam) X5 adına keçmişdir. Vərəsəlikdən sonra bu fərdi yaşayış evi X1 və X5 adlarına olmaqla 37.* kvm iki yaşayış otağı, 57.* kvm köməkçi sahəsi olan “A” literli yaşayış evindən, 25.8 kvm bir yaşayış otağı, 33.9 kvm köməkçi sahəsi olan “B” literli yaşayış evindən, 34.7 kvm “V” literli və 17.7 kvm “Q” literli hamamlardan ibarət olmuşdur. Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 18.*8.2**4-cü il tarixli 2-1*29 2**4 saylı qətnaməsinə əsasən bu ünvanda yerləşən 37.* kvm iki yaşayış otağı, 57.* kvm köməkçi sahəsi olan “A” literli yaşayış evinə X5 mülkiyyət hüquqları tanınmışdır. Bundan sonra Faiq Bayramov küçəsi, ev 7 X5 adına qeydiyyata alınmışdır. Mülkün qalan hissəsi Faiq Bayramov küçəsi, 5B olmaqla, X1 adınadır. 2**5-ci ilin arxiv məlumatlarına əsasən Faiq Bayramov küçəsi, 5B saylı fərdi yaşayış evi 25,8 kvm bir yaşayış otağı, 33.9 kvm köməkçi sahəsi olan “A” literli yaşayış evindən, 34.7 kvm “B” literli hamamdan ibarət olmaqla ümumi torpaq sahəsi (faktiki) 228.* kvadratmetrdir. Bu mülk dövlət reyestrində qeydiyyatdan keçməmişdir. 1* may 2*22-ci il tarixli, 255 nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Gəncə şəhəri 1 saylı Notariat ofisi tərəfindən verilmiş notariat hərəkətlərinin aparılmasından imtinaya dair qərardan görünür ki, Ərizəçi *3.*2.1954-cü il tarixdə vəfat etmiş mərhum nənəsi X1 vəfatından sonra adına miras qalmış əmlakın Ərizəçi adına rəsmiləşdirilməsini xahiş etmişdir. Lakin vərəsəlik şəhadətnaməsini tərtib etmək üçün zəruri olan qohumluq faktını təsdiq edən sənədlər olmadığı üçün Ərizəçi qanun üzrə vərəsəlik şəhadətnaməsi vermək mümkün olmamışdır. Kirovabad şəhər Xalq Məhkəməsinin 28.*5.1968-ci il tarixli, 2-642 nömrəli qətnaməsindən görünür ki, ididaçı Əsgərova Dilarə, Əliyeva Sürəyya, Əliyev Süleyman, Əliyev Məhəmməd və Axverdiyeva Firuzə bacı-qardaşdırlar, Əsgərov Qafar və Zeynalova Züleyxanın övladlarıdır. İddiaçı və cavabdehin atası 1968-ci ilin yanvarında vəfat etmiş və ölümündən sonra ilk növbədə vərəsələri övladları Əsgərova Dilarə, Əliyeva Sürəyya, Axverdiyeva Firuzə və bu iş üzrə təqsirləndirilən şəxs Əliyev Süleyman və X12 qalmışdır. İş üzrə ərizəçinin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, ərizəçinin müəyyən ediməsini istədiyi faktın təsdiq edilməsi ərizəçiyə vərəsəlik üzrə hüquq münasibətlərinin həll edilməsi üçün lazımdır. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı başqa qaydada alması qeyri-mümkündür. Belə ki, iş materiallarından göründüyü kimi X6 məxsus Faiq Bayramov küçəsi, ev 5 ünvanda fərdi yaşayış evi əmlak vardır və ərizəçi X6 məxsus Faiq Bayramov küçəsi, ev 5 ünvanında pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaşayır. Eyni zamanda iş materiallarına əlavə edilmiş Kirovabad şəhər Xalq Məhkəməsinin 28.*5.1968-ci il tarixli, 2-642 nömrəli qətnaməsində də qeyd edilmişdir ki, ərizəçinin babası (atasının atası) X13 Dilarə, Əliyeva Sürəyya, Əliyev Süleyman və Axverdiyeva Firuzə ilə bacı-qardaşdır və Əsgərov Qafar və Zeynalova Züleyxanın övladıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*7.2.1 maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinə dair hüquqi əhəmiyyəti olan faktları müəyyən edir. Həmin Məcəllənin 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2**9-cu il tarixli, *3 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 3*7.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. *1.*9.2***-ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 53*-cu maddəsinə əsasən, aşağıdakılar vərəsə ola bilərlər: qanun üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar; vəsiyyət üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyanın sağlığında ana bətnində olan və onun ölümündən sonra doğulanlar. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündün sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə sonda işin müəyyən olunmuş hallarını və onlara tətbiq edilməli olan qanunvericilik müddəalarını rəhbər tutaraq hesab edir ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran qohumluq faktının müəyyən olunmasına aiddir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur və bu səbəblərdən də məhkəmə ərizənin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən etmişdir. Buna görə də qeyd olunanlara əsasən *3.*2.1954-cü ildə ölmüş X1 Ərizəçi babası (atasının atası) 28.*2.198*-ci ildə ölmüş Ərizəçi Qaffar oğlunun anası olması faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 233, 3*5, 3*7, 357 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. *3.*2.1954-cü ildə ölmüş X1 28.*2.198*-ci ildə ölmüş Ərizəçi Qaffar oğlunun anası olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-1607/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1607/2022
14.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver