Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-164/2024 26.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma və tikintinin sökülməsi» tələbi barədə iddiasına, Cavabdeh İddiaçı qarşı «müqavilənin ləğv edilməsi» tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, İbn Sina küçəsi, 24A ünvanında yerləşən 0,0295 hektar torpaq sahəsindən cavabdehin çıxarılması və həmin torpaq sahəsində inşa edilmiş tikililərin Cavabdeh hesabına sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh İddiaçı qarşı Göygöl rayonu, Quşqara kəndi, Qaraməmmədli yaşayış məntəqəsində yerləşən 300 kvadrat metr sahədən ibarət torpaq sahəsinə dair İddiaçı ilə X4 arasında X8 təmsilçiliyi ilə bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı izahatında bildirdi ki, Gəncə şəhəri, İbn Sina küçəsi, 24A ünvanında yerləşən 0,0295 hektar torpaq sahəsi onun mülkiyyətindədir. Lakin o, həmin torpaq sahəsinə baxış keçirərkən oranın Cavabdeh tərəfindən qanunsuz zəbt edildiyini və orada 4 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evi tikildiyini müəyyən etmişdir. Bununla bağlı o, Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsinin boşaldılmasını və tikililərin sökülməsini tələb etsə də, Cavabdeh onun tələblərinə məhəl qoymamışdır. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Buna qədər isə o və onun əri X14 dəfələrlə hüquq mühafizə orqanlarına müraciət etmiş və aparılmış araşdırma ilə S.Z.Zeynalovun təqsirliliyi müəyyən olunmuşdur. Sonda İddiaçı ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı C.Cavabdeh izahatında bildirdi ki, o, mübahisəli torpaq sahəsinin əvvəlki mülkiyyətçisi X4 adından X14 ilə 2012-ci ildə bağladığı alğı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsini almış, bundan sonra həmin torpaq sahəsində tikinti işləri apararaq, orada tikdiyi fərdi yaşayış evinə 2014-cü ildə köçmüşdür. Hazırda da o, ailəsi ilə birlikdə həmin fərdi yaşayış evində yaşayır. X2 ona satdığı mübahisəli torpaq sahəsini sonradan arvadı İddiaçı adına rəsmiləşdirmiş və İddiaçı da ona qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, ötən 11 il müddət ərzində torpaq sahəsi ilə əlaqədar hər hansı mübahisə olmamış və o, qeyd olunan torpaq sahəsindən sərbəst istifadə etmişdir. Buna görə də X6 tərəfindən torpaq sahəsinin İddiaçı adına özgəninkiləşdirilməsinə dair əqdd etibarsızdır. Sonda C.Cavabdeh qarşılıqlı iddianın təmin, ilk iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X14 və X6 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, o, qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Cavabdehin faktiki olduğu yer məlum olmadığından məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilk iddia və qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, işdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara və arxiv məlumatlarına istinadən, Göygöl Rayon İcra Hakimiyyəti Göygöl Rayon Dövlət Arxivinin xx.xx.2016-cı il tarixli 444 nömrəli arxiv arayışı və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon (şəhər) şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2009cu il tarixli 1071 nömrəli (A107416) torpaq sahəsinin planı və ölçüsünə əsasən ünvan 1 ünvanında yerləşən 0,059 ha torpaq sahəsi X4 adına qeydiyyata alınaraq xx.xx.2017-ci il tarixli **********06 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri 5 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli 4Ə-1212 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən, sözügedən torpaq sahəsi X6 tərəfindən X1. Həmin müqaviləyə əsasən X8 adına xx.xx.2021-ci il tarixli **********06 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri 5 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 4Ə-792 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən, X8 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, İbn Sina, 24 ünvanında yerləşən ümumi sahəsi 0,059 ha torpaq sahəsindən yalnız 0,0295 ha torpaq hissəsini İddiaçı bağışlamışdır. Bu müqavilə əsasında ünvanı yeni qaydalarla AZ 1024, Gəncə şəhəri, İbn Sina küçəsi, 24A kimi göstərilməklə İddiaçı adına xx.xx.2022-ci il tarixli, **********1 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Bu əmlak bölündükdən sonra "xxxx" MMC-nin eskiz layihəsinə əsasən Gəncə şəhəri, İbn Sina küçəsi, 24 ünvanında yerləşən torpaq sahəsində (0,0295 ha) inşa edilmiş fərdi yaşayış evi X8 adına qeydiyyata alınaraq, xx.xx.2022-ci il tarixli, **********83-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli ərizənin surətindən görünür ki, X7 əri X5 məxsus olan Göygöl rayonu, Quşqara kəndi, Qaraməmmədli yaşayış məntəqəsində yerləşən 590 kv. m. torpaq sahəsinin satılmasına razılıq vermişdir. İşdə olan xx.xx.2012-ci il tarixli AR-İ seriyalı 164321 nömrəli etibarnamənin surətindən görünür ki, X4 adından X3 Sahil Cəmil oğluna Göygöl rayonu, Quşqara kəndi, Qararməmmədli yaşayış məntəqəsində olan 300 kv. m. torpaq sahəsinə dair sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, əmlakı ipoteka (girov) qoymağı, pulu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətlər etməyi etibar etmişdir. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 10/6388 nömrəli ekspert rəyindən görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə İddiaçı adına mülkiyyət hüququ ilə qeydə alınmış **********91 reyestr nömrəli 0,0295 hektar ölçüdə torpaq sahəsinin ölçüləri hazırda İddiaçı faktiki sahibliyində olan torpaq sahəsindən, İddiaçı faktiki olaraq istifadə edə bilmədiyi göstərilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə İddiaçı adına mülkiyyət hüququ ilə qeydə alınmış **********91 reyestr nömrəli 0,0295 hektar ölçüdə torpaq sahəsinin 0,0166 (166 kv.m) hissəsində tikili və qurğu işləri aparıldığı göstərilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə İddiaçı adına mülkiyyət hüququ ilə qeydə alınmış **********91 reyestr nömrəli 0,0295 hektar ölçüdə torpaq sahəsinin 0,0166 (166 kv.m) hissəsi üzərində, Cavabdeh tərəfindən tikili və qurğu işləri aparıldığı göstərilmişdir. İşdə olan Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin xx.xx.2024-cü il tarixli sorğuya cavabından görünür ki, İddiaçı, X6 və X14 tərəfindən Cavabdeh barəsində Gəncə şəhər BPİ-nin 4-cü PB-nə heç bir müraciət daxil olmamışdır. İş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin xx.xx.2024-cü il tarixli sorğuya cavabından görünür ki, İddiaçı, X4, X8 və Cavabdeh müraciəti əsasında 3-cü PB-də araşdırma aparılmamışdır. İşdə olan Gəncə Şəhər Baş Polis İdarəsindən xx.xx.2024-cü il tarixli sorğuya cavabından görünür ki, İddiaçı, X6, X14 və Cavabdeh barəsində Gəncə Şəhər Baş Polis İdarəsində hər hansı müraciət qeydə alınmamışdır. İş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən xx.xx.2024-cü il tarixli sorğuya cavabından və ona əlavə edilmiş sənədlərin surətindən görünür ki, İddiaçı, X6 və X14 tərəfindən Cavabdeh barəsində Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nə heç bir müraciət daxil olmamışdır. İşdə olan Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən xx.xx.2024-cü il tarixli sorğuya cavabından və ona əlavə edilmiş sənədlərin surətindən görünür ki, İddiaçı, X6 və X14 tərəfindən Cavabdeh barəsində Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nə heç bir müraciət daxil olmamışdır. İş materiallarında olan Gəncə şəhər prokurorlunun xx.xx.2024-cü il tarixli sorğuya cavabından görünür ki, İddiaçı, X6 və X14 tərəfindən Cavabdeh barəsində Gəncə şəhər prokurorluğuna heç bir müraciət daxil olmamışdır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Göygöl Rayon İcra Hakimiyyəti Göygöl Rayon Dövlət Arxivinin xx.xx.2016-cı il tarixli 444 nömrəli arxiv arayışı və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon (şəhər) şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2009-cu il tarixli 1071 nömrəli (A107416) torpaq sahəsinin planı və ölçüsünə əsasən ünvan 1 ünvanında yerləşən 0,059 ha torpaq sahəsi X4 adına qeydiyyata alınaraq xx.xx.2017-ci il tarixli **********06 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. X4 adından X14 ilə Cavabdeh arasında torpaq sahəsinin alğı-satqısına dair 2012-ci ildə razılaşma olmuş, həmin razılaşmaya uyğun olaraq, X4 adından X3 Sahil Cəmil oğluna xx.xx.2012-ci il tarixli AR-İ seriyalı 164321 nömrəli etibarnamə verilmişdir. Bundan sonra Cavabdeh 2012-ci il tarixdə həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmiş və ailəsi ilə birlikdə həmin fərdi yaşayış evində yaşamışdır. 2012-ci il tarixdən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi xx.xx.2023-cü il tarixədək Cavabdeh mübahisəli torpaq sahəsini özbaşına zəbt etməsinə dair hüquq mühafizə orqanlarına, torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamış, bununla bağlı Cavabdeh barəsində hər hansı cəza və inzibati tənbeh tədbiri tətbiq edilməmişdir. Qeyd olunan xüsusat Gəncə şəhər Baş Polis İdarəsindən, Gəncə şəhər Baş Polis İdarəsinin 1 və 2-ci Polis Şöbələrindən, 3 və 4-cü Polis Bölmələrindən, habelə Gəncə şəhər prokurorluğundan məhkəməyə daxil olmuş məlumatlarla təsbit edilmişdir. Lakin Gəncə şəhəri 5 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli 4Ə-1212 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən, mübahisəli torpaq sahəsi X6 tərəfindən X1. Həmin müqaviləyə əsasən X8 adına xx.xx.2021-ci il tarixli **********06 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri 5 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 4Ə-792 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən, X8 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, İbn Sina, 24 ünvanında yerləşən ümumi sahəsi 0,059 ha torpaq sahəsindən yalnız 0,0295 ha torpaq hissəsini İddiaçı bağışlamışdır. Bu müqavilə əsasında ünvanı yeni qaydalarla AZ 1024, Gəncə şəhəri, İbn Sina küçəsi, 24A kimi göstərilməklə İddiaçı adına xx.xx.2022-ci il tarixli, **********1 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Bu əmlak bölündükdən sonra "xxxx" MMC-nin eskiz layihəsinə əsasən Gəncə şəhəri, İbn Sina küçəsi, 24 ünvanında yerləşən torpaq sahəsində (0,0295 ha) inşa edilmiş fərdi yaşayış evi X8 adına qeydiyyata alınaraq, xx.xx.2022-ci il tarixli, **********83-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma və tikintinin sökülməsi» tələbi barədə iddiasına, Cavabdeh İddiaçı qarşı «müqavilənin ləğv edilməsi» tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 144.2-ci maddəsinə görə sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Həmin Məcəllənin 146.1 və 146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 329.1-ci maddəsinə görə əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinə görə sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Həmin Məcəllənin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qanunvericilinin qeyd olunan normalarının tələbindən göründüyü kimi qanunla müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır və daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Hazırki halda isə tərəflər arasında daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilə bağlansa da, həmin müqavilə qanunla müəyyən olunmuş qaydada yazılı formada bağlanmamış və həmin müqavilə notariat qaydasında təsdiqlənməmişdir. Belə ki, mülki işin məhkəmə iclasında müəyyən edilmiş halları ilə X4 adından X14 ilə Cavabdeh arasında torpaq sahəsinin alğı-satqısına dair 2012-ci ildə razılaşma olduğu, həmin razılaşmaya uyğun olaraq, X4 adından X14 tərəfindən Cavabdeh xx.xx.2012-ci il tarixli AR-İ seriyalı 164321 nömrəli etibarnamə verildiyi müəyyən edilir. Göründüyü kimi X4 adından X14 ilə Cavabdeh arasında 2012-ci il tarixdə arasında torpaq sahəsinin alğısatqısına dair bağlanmış müqavilə etibarsız olmuşdur. Həmçinin Cavabdeh inşa etdiyi fərdi yaşayış evi hazırda İddiaçı Əhməd qızının mülkiyyətində olan mübahisəli torpaq sahəsində yerləşir Buna görə məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, həmin torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ qorunmalı və müdafiə edilməlidir. Lakin bu zaman hüquqdan sui-istifadə hallarının mövcud olub-olmadığı yoxlanılmalı və ilk iddianın uğurluluğu hüquqdan sui-istifadənin movcudluğundan asılı olaraq, qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 560.1-ci maddəsinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 48.Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. Həmin Məcəllənin 562.1-ci maddəsinə görə əgər bu Məcəlləyə və ya müqaviləyə görə borclunun kreditor barəsində hüququ və ya bununla əlaqədar ödəniş müddəti çatmış tələbi varsa, borclu onun barəsində öhdəlik icra edilənədək öz öhdəliyinin icrasından imtina edə bilər (ləngitmə hüququ). Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə görə əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, mübahisəli torpaq sahəsi İddiaçı mülkiyyətində olsa da, Cavabdeh tərəfindən həmin torpaq sahəsi üzərində tikinti işləri onun güvəndiyi və güvənmiş olduğu torpaq sahəsinin əvvəlki mülkiyyətçisi X4 rəftarına əsasında 2012-ci ildə aparılmışdır. Qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququ isə xx.xx.2009-cu il tarixdən xx.xx.2021-ci il tarixədək X5, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X12, xx.xx.2022-ci il tarixdən sonra isə İddiaçı məxsus olmuş, 2012-ci il tarixdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi xx.xx.2023-cü il tarixədək ötən 11 il müddətində torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə, eləcə də torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmaqla əlaqədar hüquq mühafizə orqanlarına müraciət edilməmişdir. Qeyd olunan xüsusat Gəncə şəhər Baş Polis İdarəsindən, Gəncə şəhər Baş Polis İdarəsinin 1 və 2-ci Polis Şöbələrindən, 3 və 4-cü Polis Bölmələrindən, habelə Gəncə şəhər prokurorluğundan məhkəməyə daxil olmuş məlumatlarla təsbit edilmişdir. Göründüyü kimi İddiaçı mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə edənədək Cavabdeh həmin torpaq sahəsi üzrə fərdi yaşayış evini inşa etmiş, əvvəlki mülkiyyətçilər buna etiraz etməmişlər. İddiaçı isə sübutların təqdim olunması üçün məhkəmə iclasının bir neçə dəfə təxirə salınmasına baxmayaraq, yalnız iş materiallarında olan Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin Polis Bölməsinin xx.xx.2021-ci il tarixli məktubuna istinad etməklə, torpaq sahəsinin qanunsuz zəbti ilə əlaqədar Cavabdeh barəsində İXM-nin 395.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq olunduğunu bildirmişdir. Halbuki, İXM-nin 395.1-ci maddəsində torpaq sahəsinin qanunsuz zəbti ilə əlaqədar deyil, müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə inzibati tənbeh tədbirinin tətbiqi nəzərdə tutulmuşdur. Məlum olduğu kimi, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012- ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Oxşar mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən ifadə edilmiş, «Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen» işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyribərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Yuxarıda qeyd olunanlardan irəli gələrək məhkəmə hesab edir ki, cavabdehin torpaq sahəsindən və evdən təyinatı üzrə istifadə etməsinin onun həmin əmlaklara vicdanlı sahib olması baxımından iddiaçının hərəkətləri hüquqdan sui-istifadə kimi qiymətləndirilməli və İddiaçı tərəfindən Cavabdeh fərdi yaşayış evinin inşası ilə əlaqədar çəkilmiş xərcə görə kompensasiya verildiyi halda mülkiyyət hüququnun müdafiəsinə dair Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.7-ci maddəsinin hazırki mübahisəyə tətbiqinin mümkünlüyü müzakirə edilməlidir. Lakin İddiaçı hər hansı məbləğdə kompensasiya ilə razılaşmamış və bu halı qətiyyətlə təkzib etmişdir. Buna görə də İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma və tikintinin sökülməsi» tələbi barədə iddiası təmin olunmamalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hiro Balani İspaniyaya qarşı» iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli Qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə... ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır... Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. «S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 3 iyul 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Qanununvericiliyin qeyd olunan normalarının tələbinə, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Bu baxımdan subyektiv hüququn üç elementinin mövcudluğu, yəni öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ yoxlanılmalıdır. İddiaçının öz hərəkətlərinə hüquqi ixtiyarı olmadığı halda subyektiv hüququnun digər elementləri yoxlanılmadan iddia rədd edilməlidir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, X4 adından X14 ilə Cavabdeh arasında 2012-ci il tarixdə arasında torpaq sahəsinin alğı-satqısına dair bağlanmış müqavilə etibarsız əqddir. Belə olan halda etibarsız əqd üzrə Cavabdeh hər hansı hüquq əldə etməmişdir. Digər tərəfdən mübahisəli torpaq sahəsi ilə əlaqədar digər şəxslər arasında bağlanmış müqavilənin ləğvi ilə X14 hər hansı maddi nemət əldə etməyəcək, yaxud zənginləşməyəcək, eləcə də onun hüquqi vəziyyətində hər hansı dəyişiklik baş verməcəkdir. Buna görə də məhkəmə qarşılıqlı iddia tələbi üzrə Cavabdeh subyektiv hüququnun olmamasını nəzərə alaraq, hesab edir ki, Cavabdeh İddiaçı qarşı «müqavilənin ləğv edilməsi» tələbi barədə qarşılıqlı iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma və tikintinin sökülməsi» tələbi barədə iddiası, Cavabdeh İddiaçı qarşı «müqavilənin ləğv edilməsi» tələbi barədə qarşılıqlı iddiası təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddia rədd edildiyinə görə iş üzrə İddiaçı məhkəmə tikinti-texniki ekspertizasının dəyəri qismində 100 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma və tikintinin sökülməsi» tələbi barədə iddiası təmin edilməsin. Cavabdeh İddiaçı qarşı «müqavilənin ləğv edilməsi» tələbi barədə qarşılıqlı iddiası təmin edilməsin. İddiaçı məhkəmə tikinti-texniki ekspertizasının dəyəri qismində 100 (bir yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-164/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-164/2024
26.12.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver