Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-164/2025 10.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt olunmuş torpaq ərazisindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmədə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt olunmuş torpaq ərazisindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024cü il tarixli məktubunda qeyd edilir ki, **********29 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 62.0 m2 hissəsi digər şəxslərin istifadəsindədir. Bu məlumata əlavə olaraq, şifahi olaraq bildirilmişdir ki, həmin ərazi Cavabdeh2 və Cavabdeh1 tərəfindən zəbt edilmişdir. Buradan məlum olur ki, Cavabdeh1 və Cavabdeh2 bilə-bilə qərəzli surətdə ona məxsus torpaq ərazisini zəbt etmişlər. Cavabdehlərə çoxsaylı müraciətləri olmasına baxmayaraq, ona qarşı hörmətsizliklərini nümayiş etdirirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd edilən xüsusatlara uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, ekspertiza rəyində qeyd edilənlərə qarşı heç bir etirazları yoxdur. Həmin zəbt olunmuş torpaq sahəsi ilə bağlı iddiaçı ilə öz aralarında razılığa gəlmək fikirləri var. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 İsbəndiyar oğlu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri ünvanda yerləşən 0.1824 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə xx.xx.2024-cü il tarixdə **********29 reyestr nömrəsi ilə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssis rəyinə əlavədən görünür ki, mülki iş materiallarında olan “Hüquqların dövlər qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən **********29 reyestr nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və həmin Çıxarışa dair İddiaçı adına tərtib olunmuş xx.xx.2024cü il tarixli, B-187264 nömrəli plan və ölçü sənədinə əsasən 1824.0 kv.m torpaq sahəsinin 38.59 kv.m hissəsi üzərində tikili (daş hasar) aşkarlanmışdır. Əraziyə baxış keçirilən zamanı İddiaçı həmin (38.59 kv.m) tikili daş hasarın Cavabdeh2 tərəfindən inşa edildiyini bildirmişdir. Müəyyən edilən 38.59 kv.m tikili (daş hasar) sahənin şimal-qərb qonşuluğu, mülki iş materiallarında adı çəkilən Cavabdeh2 mülkiyyətində olan **********94 və **********93 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** və ********** qeydiyyat nömrəli Çıxarışlar ilə 0.08 ha və 0.04 ha torpaq sahələridir. “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən **********29 reyestr nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və həmin Çıxarışa dair İddiaçı adına tərtib olunmuş xx.xx.2024-cü il tarixli, B-187264 nömrəli plan və ölçü sənədinə əsasən 1824.0 kv.m torpaq sahəsinin 7.51 kv.m hissəsi üzərində tikili aşkarlanmışdır. Həmin müəyyən edilən 7.51 kv.m tikili sahənin cənub-qərb qonşuluğu, **********18 reyestr nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarış ilə X2 mülkiyyətində olan 0.08 ha torpaq sahəsidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş xx.xx.2025-ci il tarixli, 10/1383 nömrəli mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-462/2025 №-li mütəxəssis rəyinə əsasən qeyd olunur ki, cavabdehlər Cavabdeh1 Eyyub qızı və Cavabdeh2 İsbəndiyar oğlu tərəfindən inşa edilmiş tikililər, xx.xx.2024-cü il tarixli **********29 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.1824 ha torpaq sahəsində yerləşmir. Torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS və AZCAD) xx.xx.2024-cü il tarixli **********29 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.1824 ha torpaq sahəsi və cavabdehlərin inşa etdikləri tikililər barədə hər hansı məlumat göstərilməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli **********29 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.1824 ha torpaq sahəsi və mübahisəli ərazidə yerləşən tikililərin yerləşdiyi torpaq sahəsi ümumi olaraq, torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS və AZCAD), dövlət mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid torpaq sahəsi olaraq göstərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-1105/2025 №-li mütəxəssis rəyinə əsasən qeyd olunur ki, “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən **********29 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat tarixli Çıxarışa və həmin Çıxarışa dair İddiaçı adına tərtib olunmuş B-187264 nömrəli, 13.01,2024-cü il tarixli plan və ölçü sənədinə əsasən 0.1824 ha (1824.0 kv.m) torpaq sahəsinin 1764.33 kv.m hissəsi İddiaçı öz faktiki istifadəsində, 59.34 kv.m hissəsi isə faktikisindən kənar, iddiaçının öz mülkiyyətində olduğu aşkarlandı. İddiaçının faktiki istifadəsindən kənar, lakin öz mülkiyyətində olan 59.34 kv.m torpaq sahəsinin 13.24 kv.m hissəsi, cavabdeh X1 (etibarnamə üzrə nümayəndəsi Nümayəndə Eyyub oğlu) faktiki istifadəsində olmaqla həmin torpaq sahəsi üzərində inşa edilmiş tikili mövcuddur. İddiaçının faktiki istifadəsindən kənar, lakin öz mülkiyyətində olan 59.34 kv.m torpaq sahəsinin 38.59 kv.m və 7.51 kv.m hissələri isə başqa şəxsin və ya şəxslərin istifadəsində olduğu müəyyən olunmaqla, həmin torpaq sahələri üzərində inşa edilmiş (daş hasar) tikili aşkarlandı. Torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS və AZCAD) xx.xx.2024-cü il tarixli **********29 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan 0.1824 ha torpaq sahəsi və cavabdehlərin inşa etdikləri tikililər barədə hər hansı məlumat göstərilməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli **********29 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.1824 ha torpaq sahəsi və mübahisəli ərazidə yerləşən tikililərin yerləşdiyi torpaq sahəsi ümumi olaraq, torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS və AZCAD), dövlət mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid torpaq sahəsi olaraq göstərilmişdir. Həmin ekspert rəyinə əlavə edilən ekspertiza xərclərinə dair bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğini təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə qeyd edir ki, hər hansı bir iddia tələbi üzrə hüquqi qiymətləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülən iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş xx.xx.2025-ci il tarixli, 10/1383 nömrəli mühəndis-texniki ekspertizasının rəyi ilə işin faktiki halları kimi müəyyən olunmuşdur ki, Gəncə şəhəri ünvanda yerləşən 0.1824 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə xx.xx.2024-cü il tarixdə **********29 reyestr nömrəsi ilə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış torpaq sahəsinin 13.24 kv.m hissəsi Cavabdeh1 Eyyub qızı tərəfindən, 38.59 kv.m hissəsi isə Cavabdeh2 tərəfindən istifadə olunur və nəticədə iddiaçı öz mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir. Cavabdehlərin həmin torpaq sahəsi barəsində hər hansı hüququ qeydə alınmamışdır. Məhkəmə qeyd edir ki, mülkiyyətçinin qanunla qorunun hüquqları müdafiə edilməlidir. İrəli sürülən hazırki iddianın təmin edilməsi üçün qanuni əsaslar yuxarıda sadalanmış maddi hüquq normalarında nəzərdə tutulmuşdir. Ona görə də məhkəmə bu qənaətdədir ki, irəli sürülən iddia təmin edilməlidir. İş materiallarından müəyyən olunur ki, iddiaçı hazırki iddianın qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu və mütəxəssis rəyinin verilməsi üçün ƏMDK,DƏDKR PHŞ-nin 3 saylı Gəncə Ərazi İdarəsinin hesabına 95 manat məbləğində pul ödəmişdir. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş xx.xx.2025-ci il tarixli, 10/1383 nömrəli ekspert rəyinə əlavə edilən ekspertiza xərclərinə dair bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğini təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd edilənlərə əsasən, məhkəmə qərara gəlir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun və ƏMDK,DƏDKR PHŞ-nin 3 saylı Gəncə Ərazi İdarəsinin hesabına ödənilmiş 95 manat xərcin əvəzi cavabdehlərdən müştərək qaydada alınıb iddiaçıya və aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357,358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında İddiaçı adına mülk kimi qeydə alınmış 0,1824 ha torpaq sahəsinin Cavabdeh1 tərəfindən zəbt edilmiş 13.24 kv.m hissəsi, Cavabdeh2 tərəfindən zəbt edilmiş 38.59 kv.m hissəsi zəbtdən azad edilərək torpaq sahəsinin mülkiyyətçisinə qaytarılsın. Həmin zəbt olunmuş torpaq sahəsi üzərində inşa edilmiş qanunsuz tikililər cavabdehlər- Cavabdeh1 və Cavabdeh2 vəsaiti hesabına sökülsün. İş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi olan 100 (yüz) manat məbləğində pul və ƏMDK,DƏDKR PHŞ-nin 3 saylı Gəncə Ərazi İdarəsinin hesabına ödənilmiş xərcin əvəzi kimi 95 (doxsan beş) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb İddiaçı ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-164/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-164/2025
10.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver