Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1654/2024 23.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi “doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizəylə məhkəməyə müraciət edərək, bacısı X3 xx.xx.1933-cü ildə Ermənistan, Vardenis rayonunda doğulmasının qeydə alınması faktı müəyyən edilməklə, X3 adına olan doğum akt qeydində, uşağın adı - "X9", doğulduğu tarixi - "xx.xx.1933-cü il", doğum yeri - “Ermənistan, Vardenis rayonu", valideynlər qrafasında uşağın atası - "X16”, milliyyəti azərbaycanlı, uşağın anası - "X10, milliyyəti azərbaycanlı kimi qeyd olunması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X7 ilə anası X4 22 yanvar 1930-cü ildə evlənərək nikaha daxil olmuşlar,birgə nikahlarından 3 övladları doğulmuşdur. Onların birgə nikahlarından xx.xx.1933-cü ildə Mahizər, xx.xx.1936-cı ildə Valeh və xx.xx.1941-ci ildə Xasay doğulmuşuq. Onların hamısı Ermənistan SSR, Vardenis rayonunda doğulmuş və hər birininə doğum şəhadətnaməsi almışlar. Valiedyinlərinin hər ikisi və baçı-qardaşları vəfat etmişlər. Bacısı Mahizər ailə həyatı qurmamışdır. Onun qeydiyyatda olduğu və yaşadığı Cəncə şəhəri, ünvan 1 ünvanı anası Suqra Rüstəmovanın mülkiyyətindədir. Anası sağlığında mülkiyyətində olan evi onların hər üçünün arasında bərabər şəkildə bölünməsi üçün 24 iyun 2020-ci il tarixdə vəsiyyətnamə vermişdir. Lakin hazırki günə kimi o, evi anasının adından öz adına keçirtməmişdir. Hazırda evi adına vərəsəlik qaydasında rəsmiləşdirmək istəyir. O, eyni zamanda bacısı Mahizər Rüstəmovanın da vərəsəsidir, onun adına da olan hissəni öz adına keçirtmək istəyir, lakin bacısı Mahizər Rüstəmovanın doğum şəhadətnaməsini tapa bilmir. O, vərəsəlik şəhadətnaməsi almaq üçün lazımı sənədlərdən bacısı X3 doğum şəhadətnaməsi olmadığı üçün Notariat Ofisinə müraciət edə bilmir. O, X3 doğum şəhadətnaməsini almaq məqsədilə Maraqlı şəxsnə müraciət etmiş, Qeydiyyat şöbəsinə lazımi sənədlər təqdim edə bilmədiyindən xx.xx.2024-cü il tarixdə qeydiyyat şöbəsindən ona 3-16-5/8-15-61 nömrəli imtina məktubu verməldə doğum haqqında şəhadətnamənin verilməsinin imkan xaricində olmasım bildirmişlər. Ona görə də o, məcbur olub hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub ünvanlayaraq, nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X9 xx.xx.1933-cü ildə Ermənistan Respublikası Basarkeçər rayonu Nərimanlı kəndində doğulması ilə bağlı doğum haqqında akt qeydinin bərpa edilməsi barədə ərizənizə Maraqlı şəxsndə baxıldı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 nömrə qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”a uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında icra edilir. Həmçinin həmin müddəaların 14-cü bəndinə əsasən itmiş qeydlərin bərpası qeydiyyat orqaı tərəfindən mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasmc müəyyən edilir. X3 Ermənistan Respublikası Basarkeçər rayor Nərimanlı kəndində doğulmasını təsdiq edəcək sənədləri Qeydiyyat şöbəsinə təqdim edə bilmədiyinə görə Qeydiyyat şöbəsində doğum haqqında akt qeydinin bərpası mümkün olmamışdır. Ona görə də, X3 xx.xx.1933-cü ildə Ermənistan Respublika Basarkeçər rayonu Nərimanlı kəndində doğulması ilə bağlı doğum haqqında akt qeydinin bərpası üçün qeydiyyat yeri üzrə məhkəməyə müraciət edilməsi qeyd olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Ermənistan Respublikasının Vardenis rayonu toponimlərə uyğun olaraq Basarkeçər rayonu kimi qeyd olunur, bu baxımdan gələcəkdə ərizə təmin olunarsa nəzərə alınması xahiş olunur. İş materiallarında olan Basarkeçər rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1954-cü il tarixli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X13 1936-cı ildə Basarkeçər rayonunun Nəriman kəndində doğulmuşdur. X7, anası X5r. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1941-ci ildə Basarkeçər rayonunda doğulmuşdur. X1 ilə X5r. İş materiallarında olan xx.xx.2000-ci il tarixli vəsiyyətnamənin təsdiq olunmuş surətindən görünür ki, X2 şəhəri, Bakı Fəhləsi küçəsi, 21 saylı evi ½ hissədə X11, ½ hissədə Ərizəçi və X6 vəsiyyət etmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X13 xx.xx.2013-cü ildə ölmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.2023-cü ildə ölmüşdür. İş materiallarında olan İİ-СЛ seriyalı, 476420 saylı nikah haqqında şəhadətnamədən təsdiq olunmuş surətindən görünür ki, X4 ilə X16 xx.xx.1930-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində bildirdi ki, Ərizəçi ilə Göyçə rayonunun Nərimanlı kəndində qonşu olmuşlar. Xasayın bacısı Mahizər, qardaşı Valeh, atası Xumuş, anası isə Suqradır. Valeh, Xasay və Mahizər Vardenis rayonun Nərimanlı kəndində doğulmuşdur. Mahizər təxmini 1933-cü il, Xasay isə 1941-ci il təvəllüdlü idi, Valehin doğum tarixini xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirdi ki, Xasay ilə Vardenis rayonunun Nərimanlı kəndində qapı qonşusu olmuşlar. Xasayın bacısı Mahizər, qardaşı Valeh, atası Xumuş, anası isə Suqradır. Valeh böyük, Xasay isə balaca övlad idi. Mahizərin doğum tarixini dəqiq xatırlamır, amma eyni yaşlarda olmuşlar. Belə ki, ərizəçinin nümayəndəsinin izahatı, şahid ifadələri və işin materialları ilə X3 xx.xx.1933-cü il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda doğulması, atasının X16, anasının X10 olması sübuta yetirilmişdir. Lakin ərizəçinin doğulduğu gün və ay sübuta yetirilmir. Mülki işin materiallarından da görünür ki, ərizəçi, X3 doğum haqqında şəhadətnamənin bərpası üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin doğum akt qeydinin bərpası üçün lazım olan sənədlər təqdim olunmadığına görə onun doğum akt qeydinin bərpasından imtina olunmuşdur. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi, X3 doğumunun qeydi faktının müəyyən etməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin X3 doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, vətəndaşlıq vəziyyəti aktları qeydini bərpa etməli olan yeganə orqan qeydiyyat şöbəsi X3 doğum akt qeydinin bərpa etməkdən və yeni doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki X3 doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin X3 doğum akt qeydinin bərpasından imtina edilməsi nəticəsində ərizəçi doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə X3 xx.xx.1933-cü il tarixdə Ermənistan Respublikasının Vardenis (Basarkeçər) rayonunda doğulması, atasının X16, anasının X10 olması məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, verilmiş ərizə həmin hissədə təmin edilməlidir. Ərizə qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. X3 X7, anası isə X10 olmaqla, xx.xx.1933-cü il tarixdə Ermənistan Respublikasının Vardenis (Basarkeçər) rayonunda doğumunun vətəndaşlıq vəziyyəti aktları qeydiyyatında qeyd edilməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-1654/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1654/2024
23.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver