Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1684/2024 04.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar oğlunun sədrliyi, Rüstəmov Turan Adil oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, Ərizəçi (maraqlı şəxslər 1 X23 Maraqlı şəxs1 Notariat ofisi, Maraqlı şəxs3 və X8) qarşı “hüquqi faktın müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə və ona əlavə ilə məhkəməyə müraciət edərək, mərhum əri X3 miras qalmış Gəncə Şəhəri, Sadıllı qəsəbəsi, məh. V-13, sahə 38-də yerləşən torpaq sahəsini miras əmlak kimi qəbul etməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1956-cı ildə anadan olmuşdur. Mərhum əri X6 ilə xx.xx.1978-ci il tarixdə ailə qurmuş, birgə nikahlarından Maraqlı şəxs3, X9 və X8 adlı övladları olmuşdur. X1 vəfat etmişdir. Birgə nikah dövründə mərhum əri X2 Şəhəri, Sadıllı qəsəbəsində yerləşən məh. V-13 sahə 38 ərazini almışdır. Həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etdirib hal-hazırki vaxtadək orada yaşayır. Mərhum əri X6 12 yanvar 2003-cü il tarixdə vəfat etmişdir. Ərindən miras qalmış Gəncə Şəhəri, Sadıllı qəsəbəsində yerləşən məh. V-13 sahə 38 ərazini küçəsində yerləşən torpaq sahəsini adına rəsmiləşdirmək istədikdə ona Notariusa müraciət etmək lazım olduğunu bildirmişlər. O, artıq uzun müddətdir sözügedən mirasları qəbul etmişdir və onun tərəfindən idarə olunur. Lakin Notariat Kontoruna müraciət etdikdə ona 1 X23 Maraqlı şəxs1 Notariat Ofisi məktubla “mirasın qəbulu faktı ilə əlaqədar” məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Mərhum əri X4 birinci növbə vərəsələri o və övladlarıdır. Övladları onun xeyrinə öz paylarından imtina etmişlər. Məhkəmə iclasında iştirak edən ərizəçinin təmsilçisi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, həmçinin, Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məh. V-13, sahə 38 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinin mərhum ərinin adına rəsmiləşdirilsə də, üzərində tikdikləri evin rəsmiləşdirilmədiyini bildirdi və ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxslər məhkəmə iclasına gəlməmiş, 1 X23 Maraqlı şəxs1 Notariat ofisi məhkəməyə ərizə ünvanlayaraq mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, digər maraqlı şəxslər gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan axılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyərək və mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məh.V-13, sahə 38 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi X4 adına qeydiyyata alınmışdır. İş materiallarında olan 1 X23 Maraqlı şəxs1 Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən “Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır”. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən “Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır”. Mülki Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə əsasən “Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən “Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir”. Yuxarıda şərh olunanları nəzərə alaraq, təqdim etdiyiniz sənədlərdən müəyyən olundu ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən Siz, mirasın qəbul müddətini keçirmisiniz. Ona görə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə uyğun olaraq mirasın qəbulu faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. İş materiallarında olan Gəncə şəhər Nizami rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ 016073 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.2003-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Gəncə Maraqlı şəxs1 qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ- İİ seriyalı 024631 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 xx.xx.2015-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Gədəbəy rayonu Qumlu kənd soveti tərəfindən verilmiş 399924 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 ilə X16 arasında xx.xx.1978-ci ildə nikah bağlanmışdır. Nikahdan sonra arvada İsgəndərova soyadı verilmişdir. İş materiallarında olan Maraqlı şəxs2 Notarial qaydada verdiyi **********503 nömrəli, xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, atası - X6 12 yanvar 2003-cü ildə vəfat etmişdir. Onun vəfatından sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalan bütün əmlakdan bütün əsaslar üzrə ona çatası miras payı qanunla müəyyən olunmuş müddət ərzində qəbul etməmişdir, indidə etmir və gələcəkdə müddətin bərpası üçün məhkəmə orqanlarına müraciət etməyəcəkdir. İş materiallarında olan Maraqlı şəxs3 Notarial qaydada verdiyi **********505 nömrəli, xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, atası - X6 12 yanvar 2003-cü ildə vəfat etmişdir. Onun vəfatından sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalan bütün əmlakdan bütün əsaslar üzrə ona çatası miras payı qanunla müəyyən olunmuş müddət ərzində qəbul etməmişdir, indidə etmir və gələcəkdə müddətin bərpası üçün məhkəmə orqanlarına müraciət etməyəcəkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, Zibər qapı qonşusudur, münasibətləri yaxşıdır. O, ev 59-da, Zibər isə ev 36-da yaşayır. Torpaq sahəsi alaraq hazırkı ünvana 2000-ci ildə köçmüşlər, ora köçdükdə Zibər artıq orada yaşayırdı. Zibər evini dəyişməyib, əvvəldən orada yaşayıb. Zibərin əri Süleyman onlar köçəndən təxmini iki il sonra vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində bildirmişdir ki, Zibər qonşusudur, münasibətləri yaxşıdır. O, Miribrahim Həmzəyev ev 73-də, Zibər isə ev 36-da yaşayır. O, 2008-ci ildə köçəndə Zibər artıq orada yaşayırdı. Zibərin əri vəfat etmişdir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Gəncə Şəhəri, Sadıllı qəsəbəsində yerləşən məh. V-13 sahə 38 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə mərhum X5 məxsus olmuş və o, xx.xx.2003-ci il tarixdə ölmüşdür. Mirasın qəbulu ilə bağlı miras qoyanın vərəsələrindən heç biri həmin vaxt notariat orqanına müraciət etməmişlər. Miras qoyan öldükdən sonra onunla birlikdə həmin ünvandakı yaşayış evində yaşamış arvadı Ərizəçi həmin yaşayış evinə faktiki sahiblik etməklə yaşamaqda davam etmişdir. Miras qoyanın uşaqları isə miras qoyanın ölümündən sonra miras əmlakda yaşamamışlar, həmin əmlaka sahiblik etməmişlər. Məhkəmə iclasında ərizəçinin izahatları, şahid ifadələri, eləcə də iş materialları ilə müəyyən olundu ki, ərizəçinin övladları miras əmlakı faktiki qəbul etməmiş, həmçinin miras əmlakdan ərizəçinin xeyrinə imtina etmişlər. Məhkəmə iclasında müəyyən olundu ki, Gəncə şəhəri, Sadıllı qəsəbəsində yerləşən məh. V-13 sahə 38 ünvanında yerləşən torpaq sahəsi ərizəçinın əri X5 məxsus olmuş, onun ölümündən sonra həmin əmlakı ərizəçi qəbul edərək onun sahibliyində olmuşdur, əmlaka faktik sahiblik və idarəçilik etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, X6 öldükdən sonra onun arvadı - Ərizəçi ərindən qalan miras əmlaka sahiblik etməklə və həmin əmlakı faktiki surətdə idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Ondan başqa heç bir vərəsə həmin əmlakı nə notariat qaydada, nə də faktiki qəbul etməmişdir. Mirasın qəbul edildiyini vərəsə hərəkətləri ilə şəksiz nümayiş etdirdikdə, o, mirası qəbul etmiş sayılır. Bundan başqa, Gəncə şəhəri, Sadıllı qəsəbəsində yerləşən məh. V-13 sahə 38 ünvanında yaşayan ərizəçinin ünvanı şahidlərin 36 nömrəsiylə xatırlaması başa düşülən diqqətsizlikdir və ərizənin təmin olunmasını istisna edən əsas hesab oluna bilməz. Məhkəmə hesab edir ki, X3 miras qalmış Gəncə Şəhəri, Sadıllı qəsəbəsində yerləşən məh. V-13 sahə 38 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinin Ərizəçi qızı tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X3 miras qalmış Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məh. V-13, sahə 38 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinin Ərizəçi tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-1684/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1684/2024
04.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver