Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1691/2022 24.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı iddiaçının uşaqları X7 və X8 ilə birlikdə tərəflərin birgə nikahları dövründə tikdikləri Gəncə şəhəri, Elbrus Allahverdiyev küçəsindəki fərdi yaşayış evinə istifadə hüququnun tanınması və həmin evə köçürülməsi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddiaçının uşaqları X7 və X8 ilə birlikdə tərəflərin birgə nikahları dövründə tikdikləri Gəncə şəhəri, Elbrus Allahverdiyev küçəsindəki fərdi yaşayış evinə istifadə hüququnun tanınması və həmin evə köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmədə iddianı müdafiə edərək, göstərdi ki, o, Cavabdeh ilə 07 fevral 2005-ci ildə nikaha girmiş və onlar nikahlarını qeydə aldırmışlar. Onunla Cavabdeh birgə nikahından 11 fevral 2006-cı ildə X6, 29 aprel 2007-ci ildə X7 və 23 may 2008-ci ildə X8 adlı 3 uşaqları anadan olmuşdur. O, Cavabdeh valideynlərinin Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivində yaşadıqları ünvana gəlin köçmüşdür. Lakin Cavabdehla nikaha girdikləri vaxtdan bir neçə il sonra onlar arasında mübahisələr başlamış, valideynlərinin təkidi ilə çətin də olsa o, Cavabdehla birlikdə yaşamışdır. Sonradan onun valideynlərinin maddi yardımı ilə o və Cavabdeh əvvəlcə Samux rayonunun Tatlı kəndində torpaq sahəsi alıb, fərdi yaşayış evi tikmişlər. Daha sonra onlar həmin torpaq sahəsini satmış və Gəncə şəhəri, Elbrus Allahverdiyev küçəsində başqa bir torpaq sahəsi alıb, onun üzərində fərdi yaşayış evi inşa etmişlər. Lakin Cavabdehla onun arasında olan münaqişəli vəziyyət davam etmiş və Cavabdeh onu birgə inşa etdikləri evdən qovmuşdur. Beləliklə, 2011-ci ilin may ayında onlar arasındakı nikah münasibətləri başa çatmış, məhkəmə qətnaməsi ilə aralarında olan nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqların onun yanında qalması və həmin uşaqların saxlanması üçün Cavabdeh onun xeyrinə aliment tutulması qət edilmişdir. Lakin sonradan o, Cavabdehla barışmış və birlikdə yaşamışlar. Məhkəmə qətnaməsi ilə təyin olunmuş aliment onların Cavabdehla birgə yaşadıqları dövrdə də hesablanmış və Cavabdeh sonradan həmin alimenti ödəmişdir. Hazırda o, Cavabdehla birgə nikahlarından doğulmuş uşaqlarla birlikdə kirayə tutduğu mənzildə yaşayır və onun maddi vəziyyəti çox pisdir. Buna baxmayaraq, Cavabdeh birgə nikah dövründə əldə olunmuş mənzildə yaşaması üçün ona şərait yaratmır. Qeyd olunan səbəbdən də o, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda İddiaçı iddianın təmin edilməsi, onun uşaqları X7 və X8 ilə birlikdə tərəflərin birgə nikahları dövründə tikdikləri Gəncə şəhəri, Elbrus Allahverdiyev küçəsindəki fərdi yaşayış evinə istifadə hüququnun tanınması və həmin evə köçürülməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmədə iddianı qəbul etməyərək, bildirdi ki, o, 2005-ci ildə İddiaçı ilə nikaha girmiş və onlar arasındakı nikah Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 17 may 2011-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikahın pozulmasından sonra onlar bir neçə dəfə qeyri-rəsmi olaraq, barışsalar da, sonradan yenidən aralarında olan münasibətlər pisləşmişdir. Belə ki, hətta onların barışdıqları dövrlərdə də birgə nikahdan doğulmuş uşaqların saxlanması üçün məhkəmə qətnaməsi ilə təyin olunmuş aliment hesablanmaqda davam etmişdir. Hazırda isə onunla İddiaçı arasında heç bir münasibət yoxdur. Bundan başqa, mübahisə edilən torpaq sahəsini o, 13 aprel 2018-ci ildə, yəni iddiaçı ilə aralarında olan nikahın pozulmasından sonra əldə etmiş və 22 fevral 2022-ci ildə satmışdır. Buna görə də iddiaçının və digər şəxslərin həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinə köçürülməsi mümkün deyildir. Sonda Cavabdeh iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, İddiaçı əvvəllər onunla birlikdə şirniyyat sexində işləmişdir. Buna görə də o, 2018-ci ildən 2021-ci ilədək İddiaçı 5-ci MKR-da yerləşən binalardan birində kirayə tutduqları mənzildə Cavabdeh ilə birlikdə yaşadıqlarını, Samux rayonunun Tatlı kəndində özlərinə məxsus torpaq sahəsini sataraq, başqa bir həyətyanı torpaq sahəsi aldıqlarını bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, Cavabdeh və İddiaçı 2018-ci ildən 2021-ci ilədək ona məxsus olan Gəncə şəhəri, 5 MKR-da yerləşən 17 saylı binanın 8 saylı mənzili kirayə tutaraq orada yaşamışlar. Lakin son bir il müddətində Cavabdeh ilə İddiaçı arasında münaqişə baş verdiyinə görə İddiaçı həmin mənzildə övladları ilə birlikdə tək kirayədə yaşamışdır. İşdə olan AZ-İ seriyalı 130790 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında olan nikah 20 sentyabr 2011-ci ildə ləğv edilmişdir. İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qətnamənin icraya yönəldilməsi barədə 07 may 2013-cü il tarixli 2(043)-645/2013 saylı qərardadının surətindən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 17 may 2011-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında 07 fevral 2015-ci il tarixdə bağlanmış və Samux rayon VVAQD şöbəsində 26 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından 11 fevral 2006-cı il tarixdə anadan olmuş X3, 29 aprel 2007-ci ildə X4 və 23 may 2008-ci ildə anadan olmuş X5 anası İddiaçı yanında saxlanılması, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün 14 mart 2011ci il tarixdən başlayaraq hər ay bir uşağa 20 manat olmaqla, cəmi 60 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq, İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamə qanuna müvafiq qaydada icraya yönəldilmişdir. Gəncə şəhəri Nizami rayon icra şöbəsinin xx.xx.2012-ci il tarixli qərarına əsasən, tələbkar İddiaçı tələbdən imtina etdiyinə görə, qeyd olunan icra sənədi məhkəməyə qaytarılmışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qətnamənin icraya yönəldilməsi barədə 07 may 2013-cü il tarixli 2(043)-645/2013 saylı qərardadı ilə Gəncə şəhəri Nizami rayon icra şöbəsinin xx.xx.2012-ci il tarixli qərarı ləğv edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 17 may 2011-ci il tarixli, 2(043)- 645/2011 saylı qətnaməsi yenidən icraya yönəldilmişdir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Elbrus Allahverdiyev küçəsində yerləşən 0,02 hektar torpaq sahəsi üzərində Cavabdeh mülkiyyət hüququ 13 aprel 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində ********** nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Elbrus Allahverdiyev küçəsində yerləşən 0,02 hektar torpaq sahəsini 21 fevral 2022-ci ildə X1. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş mübahisələndirilməyən hallarından görünür ki, İddiaçı və Cavabdeh 07 fevral 2005-ci ildə nikaha girmiş və onlar arasındakı nikah Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 17 may 2011-ci il tarixli, 2(043)-645/2011 saylı qətnaməsi ilə pozulmuşdur. Cavabdeh 13 aprel 2018-ci il ildə Gəncə şəhəri, Kəpəz rayonu, Elbrus Allahverdiyev küçəsində yerləşən 0,02 hektar torpaq sahəsini əldə etmiş və həmin torpaq sahəsi üzərində Cavabdeh mülkiyyət hüququ 13 aprel 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Elbrus Allahverdiyev küçəsində yerləşən 0,02 hektar torpaq sahəsini 21 fevral 2022-ci ildə X1. Məhkəmə yaşayış sahəsindən istifadə hüququnun tanınması və evə köçürülmə üçün qeyd olunan evə istifadə hüququn əmələ gəlməsinin zəruriliyini nəzərə alaraq, qeyd edir ki, iddiaçının cavabdehə məxsus fərdi yaşayış evindən istifadə hüququnun müəyyən edilməsi məsələsi həll edilərkən, iddiaçının həmin evdən istifadə hüququnun yaranıbyaranmaması araşdırılmalıdır. Buna görə də məhkəmə mübahisəli hüquq münasibətinə hansı hüquq normasının tətbiq olunması məsələsini araşdırarkən həmin hüquq münasibətinin mübahisəli torpaq sahəsinin 2018-ci ildə əldə edilməsindən sonra yaranmasını nəzərə alaraq hesab edir ki, tərəflər arasında yaşayış sahəsindən istifadə hüququ ilə bağlı münasibətlər 01 oktyabr 2009-cu ildən sonra yarandığına görə hazırkı mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, «X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında ailə münasibətləri 20 sentyabr 2011-ci ildə başa çatmışdır. Bundan başqa, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşya üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Həmçinin, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış məhdud əşya hüquqları bağlı olduqları daşınmaz əşyaya olan mülkiyyət hüququnun özgəninkiləşdirilməsi halında xitam olmadıqları kimi (Mülki Məcəllənin 158.3-cü maddəsi), istənilən üçüncü şəxslərə qarşı da irəli sürə bilərlər (Mülki Məcəllənin 158.4-cü maddəsi). Beləlliklə, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquq əməliyyatları sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 158.1-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitut əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. Qanununvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquq əməliyyatları sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Yəni Mənzil Məcəlləsinin 30-cu maddəsi müəyyən olunmuş istifadə hüququ əmlak hüquqları təsnifatına aid edilmədiyindən əmlakın mülkiyyətçisinin dəyişməsi həmin hüququn izlənməsinə və qalıcı olmasına deyil, əksinə həmin hüququn aradan qalxmasına səbəb olur. Mülki işin məhkəmə iclasında tədqiq olunmuş halları ilə Cavabdeh mülkiyyətində olmuş Gəncə şəhəri, Kəpəz rayonu, Elbrus Allahverdiyev küçəsində yerləşən 0,02 hektar torpaq sahəsinin 21 fevral 2022-ci ildə X2 müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, tərəflər arasında ailə-hüquq münasibətlərinin başa çatmasını və mübahisəli torpaq sahəsinin üçüncü şəxsə özgəninkiləşdirilməsini nəzərə alaraq, habelə yuxarıda sadalanan maddi hüquq normalarını və həmin normaların mahiyyətindən irəli gələn tələbləri işin müəyyən edilmiş hallarına tətbiq edərək məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı iddiaçının uşaqları X7 və X8 ilə birlikdə tərəflərin birgə nikahları dövründə tikdikləri Gəncə şəhəri, Elbrus Allahverdiyev küçəsindəki fərdi yaşayış evinə istifadə hüququnun tanınması və həmin evə köçürülməsi tələbinə dair iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı iddiaçının uşaqları X7 və X8 ilə birlikdə tərəflərin birgə nikahları dövründə tikdikləri Gəncə şəhəri, Elbrus Allahverdiyev küçəsindəki fərdi yaşayış evinə istifadə hüququnun tanınması və həmin evə köçürülməsi barədə iddiası təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-1691/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1691/2022
24.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver