Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-17/2025 01.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı cavabdehin zəbt edilmiş torpaq sahəsindən çıxarılması və qanunsuz inşa edilmiş tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh və X3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona məxsus torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin Cavabdeh vəsaiti hesabına sökülməsinə, dövlət rüsumu kimi ödədiyi 100 manat və xidmət haqqı kimi ödədiyi 100 manat məbləğində pulun onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 vəsatətinə əsasən cavabdeh X5 cavabdeh qismindən çıxarılmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Məhsəti (keçmiş Sevinc) qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsini notariat qaydada 24 fevral 2016-cı il tarixli, 4Ə-477 nömrəli alqı-satqı müqaviləsinə əsasən Gəncə şəhəri, Əziz Əliyev küçəsi, ev 171-də yaşayan cavabdeh X2 əldə etmişdir. Torpağa dair hüquqları dövlət reyestrində qeydiyyata alınaraq bu barədə onun adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 29 fevral 2016-cı il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış və torpaq sahəsinin plan və ölçü sənədi verilmişdir. Həmin torpaq sahəsinə o, daş tökdürmüşdür. ünvan 1 ünvanda yaşayan Cavabdeh onun mülkiyətində olan 0,04 ha. torpaq sahəsini zəbt edərək ona məxsus olan torpaqda fərdi yaşayış evi tikdirmişdir. Cavabdeh dəfələrlə müraciətlərinə baxmayaraq, inşa edilmiş qanunsuz tikililəri sökmək istəmir. O, 1-ci Qarabağ müharibəsində, oğlanları X9 və X7 isə 2-ci Qarabağ müharibəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tərkibində vuruşmuşlar. Uşaqlarının cəbhədə olmasından sui-istifadə edən cavabdeh onun mülkiyətində olan torpağı zəbt edərək, orada qeyri-qanuni tikinti işləri aparmışdır. Qarabağ müharibəsi iştirakçısı olan övladları məcburi olaraq kirayədə yaşayırlar. O, qarşılaşdığı problemin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin "102 xidmət mərkəzi"-nə etdiyi müraciət əsasında Gəncə Şəhər Polis İdarəsində ibtidai araşdırma aparılmışdır. Ona məhkəməyə müraciət etməsini bildirmişlər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********43 reyestr nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri, Sevinc qəsəbəsi ünvanında yerləşən 0,04 ha. torpaq sahəsi xüsusi mülkiyyətdə olmaqla tam mülkiyyət hüququ üzrə İddiaçı adına rəsmi reyestrdə qeydə alınmışdır. Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisində bağlanılmış xx.xx.2016-cı il tarixli, 4Ə-477 reyestr nömrəli torpaq sahəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X1 şəhəri, Sevinc qəsəbəsi ünvanında yerləşən 0,04 ha. torpaq sahəsini alqı-satqı qiyməti 4500 manat müəyyən edilməklə alıcı İddiaçı satmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş və xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş mütəxəssis rəyindən görünür ki, İddiaçı mübahisələndirərək naturada təqdim etdiyi tikilinin yerləşdiyi 29,0 kv.m torpaq sahəsinin 17,0 kv.m hissəsi **********43 reyestr nömrəli çıxarış və həmin çıxarışın 048540 nömrəli plan və ölçü sənədinə əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 10/2775 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı mübahisələndirərək naturada təqdim etdiyi tikilinin yerləşdiyi 29,0 kv.m torpaq sahəsinin 17,0 kv.m hissəsi **********43 reyestr nömrəli çıxarış və həmin çıxarışın 048540 nömrəli plan və ölçü sənədinə əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsidir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-147/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə, İddiaçı və X3 qarşı xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarışın, xx.xx.2016-cı il tarixli, 4Ə-477 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və onun əsasında İddiaçı adına olan xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının iddia etdiyi 0,04 ha. torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. İddiaçı iddia etmişdir ki, Cavabdeh onun mülkiyyətində olan 0,04 ha. torpaq sahəsini zəbt edərək, ona məxsus olan torpaqda qeyriqanuni tikinti işləri aparmaqla fərdi yaşayış evi tikdirmişdir. Mütəxəssis rəyindən və təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası rəyindən müəyyən olunmuşdur ki, mübahisəli tikilinin yerləşdiyi 29,0 kv.m torpaq sahəsinin 17,0 kv.m hissəsi İddiaçı mülkiyyətində olan torpaq sahəsidir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının izahatını dinləyib, işdə olan sənədləri obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfinldən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.(Konstitusiya. mad. 29.) Digər hüquq və azadlıqlarla yanaşı mülkiyyət hüququnun müdafiəsi vasitələrinin biri Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3 -cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Yuxarıda qeyd olunan qanunvericilikdən göründüyü kimi əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ qanunla müəyyən olunmuş qaydada mülkiyyətçinin qorunan hüququdur. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçı öz mülkiyyətindən dinc istifadə edə bilmədiyindən və onu əlverişsiz vəziyyətə saldığı üçün iddia təmin edilməli, Cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixli, **********43 nömrəli çıxarış üzrə İddiaçı mülkiyyətində olan 0,04 ha. torpaq sahəsinin 17,0 kv.m hissəsində inşa edilmiş tikili Cavabdeh öz vəsaiti hesabına sökülməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu və ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul cavabdehə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutub məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixli, **********43 nömrəli çıxarış üzrə İddiaçı mülkiyyətində olan 0,04 ha. torpaq sahəsinin 17,0 kv.m hissəsində inşa edilmiş tikili Cavabdeh öz vəsaiti hesabına sökülsün. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh alınaraq Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-17/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-17/2025
01.10.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver