Məhkəmə qərarları › İş №2(125)-1713/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1713/2025

17.07.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1713/2025 17.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Şakir oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı, iddiaçının etibarnamə üzrə nümayəndəsi (Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili) Nümayəndə2, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “29 noyabr 2017-ci il, 19 fevral 2020-ci il və 24 fevral 2021-ci il tarixli əmək müqavilələrinin müddətsiz hesab edilməsi, 24 fevral 2025-ci il tarixli, 84 nömrəli əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdehnə qarşı iddia ərizələri ilə məhkəməyə müraciət edərək cavabdehlə onun arasında xx.xx.2017-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli əmək müqavilələrinin müddətsiz hesab edilməsi, töhmətin verilməsi haqqında xx.xx.2024-cü il tarixli, 573 nömrəli əmrin ləğv edilməsi, 24 fevral 2025-ci il tarixli, 84 nömrəli əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandığı hallar: İddiaçı Cavabdehnə qarşı “29 noyabr 2017-ci il, 19 fevral 2020-ci il və 24 fevral 2021-ci il tarixli əmək müqavilələrinin müddətsiz hesab edilməsi, töhmətin verilməsi haqqında xx.xx.2024-cü il tarixli, 573 nömrəli əmrin ləğv edilməsi” barədə birinci iddia tələbi belə əsaslandırılmışdır ki, O, 1953-cü ildə Gəncə şəhərində anadan olmuşdur. xx.xx.1981-ci il tarixdən G.İldırım adına Azərbaycan Politexnik İnstitutunun Gəncə filialında hazırlıq şöbəsinə 0.5 ştat mühasib vəzifəsində, xx.xx.1995-ci il tarixədək həmin İnstitutun yataqxanasının pasport qeydiyyatçısı vəzifəsində, xx.xx.1995 - xx.xx.2017-ci il tarixədək həmin İnstitutun hərbi səfərbərlik İİ şöbənin müdiri vəzifəsində işləmişdir. xx.xx.2000-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 691 saylı əmrinə əsasən Azərbaycan Texnologiya İnstitutunun profilini genişləndirməklə Azərbaycan Texnologiya Universiteti yaradılmış və o, Azərbaycan Texnologiya Universitetində tutduğu vəzifədə saxlanılmışdır. xx.xx.2014-cü il tarixdə Universitetin Elmi Şurasının qərarına uyğun olaraq struktur və ştat cədvəlində dəyişiklik edilərək xüsusi şöbə yaradılmışdır. xx.xx.2017-ci il Azərbaycan Texnologiya Universitetinin Elmi Şurasının xx.xx.2017-ci il tarixli, 05 saylı protokol qərarına əsasən Xüsusi şöbənin adı dəyişdirilərək Xüsusi və Hərbi səfərbərlik şöbəsi adlandırılmışdır. xx.xx.2017-ci il tarixdə işlədiyi ştat ixtisar edildiyinə görə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndi ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2017-ci il Azərbaycan Texnologiya Universiteti Hərbi Səfərbərlik və Xüsusi işlər şöbəsinə 1 il müddətinə müdir vəzifəsinə təyin edilmişdir. xx.xx.2017-ci il tarixdə Səfərbərlik və Xüsusi İşlər Şöbəsinin adı dəyişdirilərək Hərbi Səfərbərlik Şöbəsi adlandırılaraq şöbə müdiri vəzifəsində fəaliyyətini davam etdirmişdir. 19 fevral 2020-ci il tarixli əmrlə Azərbaycan Texnologiya Universiteti Hərbi Səfərbərlik şöbəsinə 1 il müddətinə 19 fevral 2021-ci il tarixədək müdir vəzifəsinə qəbul edilmişdir. 24 fevral 2021-ci il tarixli əmrlə Azərbaycan Texnologiya Universiteti Hərbi Səfərbərlik Şöbəsinə xx.xx.2023-cü il tarixinədək əmək müqaviləsi bağlanılmaqla müdir vəzifəsinə qəbul edilmişdir. Beləliklə, o, 1995-ci ildən hal-hazıradək eyni vəzifədə, yəni Azərbaycan Texnologiya Universiteti Hərbi səfərbərlik şöbəsinin müdiri vəzifəsində işləmişdir. Lakin xx.xx.2017-ci il tarixli, 292 saylı əmri ilə və sonradan xx.xx.2020-ci il tarixli, 60 nömrəli əmrlə və xx.xx.2021-ci il tarixli, 55 nömrəli əmrlə onunla qanunsuz olaraq müddətli əmək müqavilələri bağlanmışdır. Onunla müddətli əmək müqavilənin bağlanması üçün Əmək Məcəlləsinin 45 və 47-ci maddələrində nəzərdə tutulmuş hallar mövcud deyil. Birincisi, onun işi daimi olması qabaqcadan bəllidir. Belə olan halda isə əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Bu da o deməkdir ki, işin daimi olması əvvəlcədən bəlli olsa da, işəgötürən qanunsuz olaraq onunla müddətli müqavilə bağlamışdır. Cavabdehin onunla müddətli əmək müqaviləsinin bağlamasının məqsədi onu qorxu altında saxlamaqdır. Çünki bu yolla rəhbərin "sözündən çıxan” kimi "asanlıqla” onu cəzalandıra bilər. Cavabdeh də hazırda onunla bağlanmış əmək müqaviləsinin müddəti artırmaq istəmir, bunu bəyan etmişdir və bu məqsədlə də ona 28 dekabr 2024-cü il tarixdə töhmət vermişdir. İddiaçı Cavabdehnə qarşı “24 fevral 2025-ci il tarixli, 84 nömrəli əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi” ikinci iddia tələbini belə əsaslandırılmışdır ki, 24 fevral 2025-ci il tarixli, 84 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinin müddəti bitdiyinə görə xx.xx.2025-ci il tarixdən Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmri mübahisələndirilməklə hesab edir ki, əmr qanunsuzdur və əsassızdır. İlk növbədə bildirir ki, əmr Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinin pozulması ilə verilmişdir. Onunla hansı tarixdə bağlanmış əmək müqaviləsinin xitam verilməsi qeyd edilməmişdir. Bundan başqa, əmrdə müəssisənin hüquqi ünvanı və onu imzalayan işəgötürənin atasının adı göstərilməmişdir. Halbuki, qeyd olunan məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən, Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmisənədlər. Həmin Maddənin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Bundan başqa, o, cavabdehə qarşı müddətli əmək müqaviləsinin müddətsiz hesab edilməsi və əsassız verilmiş töhmətin ləğv edilməsi tələbi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmiş və həmin tələblə bağlı iş məhkəmənin icraatındadır. Belə olan halda işəgötürən əmək müqaviləsinin xitam verməməli idi. Bundan başqa, onunla sonuncu dəfə bağlanan müddətli əmək müqaviləsi xx.xx.2021-ci il tarixdə xx.xx.2023-cü il tarixədək bağlanmışdır. Həmin əmək müqaviləsi əmək kitabçasında rəsmiləşdirilmişdir. Beləliklə, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cüil tarixədək, yəni, iki il bir ay müddətinə bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə bitirdi. Həmin müqavilənin xitamı ilə heç bir tərəf bildiriş vermədiyindən əmək müqaviləsi növbəti iki il bir ay müddətinə uzadılmış oldu, yəni əmək müqaviləsi xx.xx.2025-ci il tarixədək qüvvədədir. Lakin cavabdeh burada da əmək müqaviləsinin bitmə müddətini gözləmədən qanunsuz əmrlə əmək müqaviləsinə xitam vermişdir. Bundan başqa, o, xəstəliyi ilə bağlı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək xəstəliyi ilə bağlı işə gəlməmişdir. Bu barədə əmək qabiliyyətinin olmaması barədə vəsiqə açdırılması barədə cavabdehə məlumat vermişdir. Lakin cavabdeh bu hala da məhəl qoymayaraq qanunsuz olaraq onun xəstəliyi dövrdə sözügedən əmrlə əmək müqaviləsinə xitam vermişdir. Əmək Məcəlləsinin 73-cü maddəsinə görə: 1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Əlavə olaraq qeyd edir ki, o, 1995-ci ildən hazıradək eyni vəzifədə, yani Azərbaycan Texnologiya Universiteti Hərbi səfərbərlik şöbəsinin müdiri vəzifəsində işləyir. Lakin xx.xx.2017-ci il tarixli, 292 saylı əmri ilə və sonradan xx.xx.2020ci il tarixli, 60 nömrəli əmrlə və xx.xx.2021-ci il tarixli, 55 nömrəli əmrlə onunla qanunsuz olaraq müddətli əmək müqavilələri bağlanmışdır. Onunla müddətli əmək müqavilənin bağlanması üçün Əmək Məcəlləsinin 45 və 47-ci maddələrində nəzərdə tutulmuş hallar mövcud deyil. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cüil Qərarında qeyd olunur ki, Əmək qanunvericiliyinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır (Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsi). Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, müddətli əmək müqaviləsinin bağlanması ümumi qayda olaraq yolverilməzdir. Bu qaydadan istisnalar isə Əmək Məcəlləsinin 47-ci maddəsi ilə müəyyən olunmuşdur. Əmək Məcəlləsinin 300-cü maddəsinə görə: 1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. 2. İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəsi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Göstərilənlərə əsasən hesab edir ki, cavabdeh tərəfindən verilmiş 24 fevral 2025-ci il tarixli, 84 nömrəli əmri ləğv edilməli, o, əvvəlki vəzifəyə bərpa edilməli və ona məcburi iş buraxma dövrü üçün əmək haqqı ödənilməlidir. Gəncə Şəhər Məhkəməsinin 15 aprel 2025-ci il tarixli e-2(125)-2593/2025 nömrəli qərardadına əsasən yuxarıda qeyd edilən hər iki iddia tələbləri bir icraatda birləşdirilməsi və mülki iş üzrə icraat 2(125)-1713/2025 nömrə altında davam etdirilməsi qərara alınmışdır. Bundan sonra iddiaçı tərəf iddia tələbinin azaldılması barədə məhkəməyə ərizə verərək hazırkı iddia tələbindən töhmətin verilməsi haqqında xx.xx.2024-cü il tarixli, 573 nömrəli əmrin ləğv edilməsi hissəsini kənarlaşdırdığını qeyd edərək qalan hissədə iddia tələbinə baxıb iddianın təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı və iddiaçının etibarnamə üzrə nümayəndəsi (Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili) Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, 13 sentyabr 2017-ci il tarixli əmrə əsasən Azərbaycan Texnologiya Universitetinin təhsil və inzibati idarəetmə sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni addımların atılması, işin keyfiyyət göstəriciləri standartlarına uyğunlaşdırılması, idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi məqsədilə xx.xx.2017-ci il tarixindən universitetdə fəaliyyət göstərən Xüsusi və Hərbi səfərbərlik şöbəsi ləğv edilərək Hərbi Səfərbərlik və Xüsusi İşlər Şöbəsi yaradılmışdır. Bundan sonra rektorun 29 noyabr 2017-ci il tarixli əmrinə əsasən İddiaçı özünün razılığına əsasən 1 il müddətinə Hərbi Səfərbərlik və Xüsusi İşlər şöbəsinin müdiri vəzifəsinə işə qəbul olunmuşdur. 20 dekabr 2017-ci il tarixdə isə Hərbi Səfərbərlik və Xüsusi İşlər şöbəsinin adı dəyişdirilərək Hərbi Səfərbərlik şöbəsi adlandırılmışdır. 30 yanvar 2019-cu il tarixli Elmi Şuranın qərarına əssən həmin tarixdən Xüsusi Şöbə yaradılmışdır. 24 fevral 2021-ci il tarixdə İddiaçı həmin tarixdən 26 mart 2023-cü il tarixədək əmək müqaviləsi bağlanılmaqla Hərbi səfərbərlik şöbəsinə müdir vəzifəsinə qəbul edilmişdir. Bundan sonra hər dəfə İddiaçı ərizəsinə əsasən onunla bağlanan müddətli əmək müqaviləsinin müddəti uzadılmışdır. Sonuncu dəfə isə 26 fevral 2024-cü il tarixdə İddiaçı ərizəsinə əsasən onunla bağlanmış əmək müqaviləsi 24 fevral 2025-ci il tarixədək uzadılmışdır. 14 fevral 2025-ci il tarixdə isə İddiaçı Cavabdeh tərəfindən müddətli əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş göndərilmişdir. Nəhayət 24 fevral 2025-ci il tarixdə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Artıq iddiaçı ilə bağlanan əmək müqaviləsinə xitam verilməsindən 1 gün sonra yəni 25 fevral 2025-ci il tarixdə İddiaçı Universitetə gəlmiş, rektora ərizə yazaraq ona 2025-ci il üçün əmək məzuniyyətinin verilməsini xahiş etmişdir. Onunla bağlanan əmək müqaviləsinə artıq xitam verildiyi iddiaçıya bildirilərək əmrlə tanış edilmişdir. Bu səbəbdən hesab edir ki, iddiaçının özünün yaşadığı şəhərdən kənarda Göygöl Mərkəzi Rayon Xəstəxanasından xəstə olması barədə arayış alması həqiqəti əks etdirmir. Belə ki, həmin sənəd elektron qaydada deyil, əl imzası ilə imzalanmışdır. Bundan başqa iddiaçı 29 noyabr 2017-ci il, 19 fevral 2020-ci il və 24 fevral 2021-ci il tarixli əmək müqavilələrinin müddətsiz hesab edilməsi tələbini gec qaldırmaqla iddia müddətini də ötürmüşdür. Bundan əlavə Azərbaycan Texnologiya Universiteti MMC X5maqla dövlət universitetidir və dövlət tərəfindən maliyyələşir. Universitetin rektorundan savayı heç kim dövlət qulluqçusu deyildir. Odur ki, iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş yazılı sübutlar: Seriya AA ******* nömrəli, FİN KOD xxxxxxx şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1953-cü il tarixdə anadan olmuşdur. xx.xx.2024-cü il tarixli, 3-21-2-18/2-36556/2024 nömrəli X9lərin X1 görünür ki, Azərbaycan Texnologiya Universiteti X9 təsisçiləri və nizamnamə kapitalının 100 faizi Azərbaycan Respublikasına məxsusdur. Azərbaycan Texnologiya Universitetinin “ATU-nin Elmi Şurasının qərarları haqqında” 13 sentyabr 2017-ci il tarixli, 196 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, Azərbaycan Texnologiya Universitetinin təhsil və inzibati idarəetmə sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni addımların atılması, işin keyfiyyət göstəriciləri standartlarına uyğunlaşdırılması, idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi məqsədilə xx.xx.2017-ci il tarixindən universitetdə fəaliyyət göstərən Xüsusi və Hərbi səfərbərlik şöbəsi ləğv edilərək Hərbi səfərbərlik və Xüsusi İşlər şöbəsi yaradılmışdır. Azərbaycan Texnologiya Universitetinin 29 noyabr 2017-ci il tarixli, 292 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, Universitetin, dövlət standartı və proqramı, ali təhsilin məqsədi və əmək bazarının tələbatı nəzərə alınmaqla, kadrların hazırlanmasının inkişafı konsepsiyasına uyğun olaraq təhsil sistemində kadr siyasətinin formalaşmasında insan resurslarını inkişaf etdirmək, sosial-iqtisadi həyatı daha da modernləşdirmək, təhsilin normativ hüquqi bazasını təkmilləşdirmək və maddi-texniki təminat istiqamətində geniş tədbirlər həyata keçirmək məqsədi ilə Azərbaycan Texnologiya Universitetinin Elmi Şurasının xx.xx.2017-ci il tarixli qərarına əsasən ştatları ixtisar edildiyinə görə Hərbi səfərbərlik şöbəsinin müdiri İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. 29 noyabr 2017-ci il tarixli ərizədən görünür ki, İddiaçı Hərbi səfərbərlik və Xüsusi İşlər şöbəsinə müdir vəzifəsinə işə qəbul olunması barədə xahiş etmişdir. Azərbaycan Texnologiya Universitetinin Əmək müqavilələrinin bağlanması haqqında 29 noyabr 2017-ci il tarixli, 293 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, xx.xx.2017-ci il tarixindən əmək müqaviləsi bağlanılmaqla İddiaçı Hərbi səfərbərlik və Xüsusi İşlər şöbəsinə müdir vəzifəsinə, 1 il müddətinə qəbul olunmuşdur. Azərbaycan Texnologiya Universitetinin “müxtəlif məsələlər haqqında” 20 dekabr 2017-ci il tarixli, 313 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, Azərbaycan Texnologiya Universitetinin qarşısında qoyulan strateji hədəflərə uyğun aparılan struktur islahatlarının yekun nəticələrinin tətbiqi, əməkdaşların əmək şəraitinin yaxşılaşdırılması və professor-müəllim heyətinin elmi fəaliyyətlərinin qiymətləndirilməsi məqsədi ilə Hərbi səfərbərlik və Xüsusi İşlər şöbəsinin adı dəyişdirilərək Hərbi səfərbərlik şöbəsi yaradılması əmr olunmuşdur. 24 fevral 2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı Azərbaycan Texnologiya Universitetinin rektoruna ərizə yazaraq müddətli əmək müqaviləsi olmaqla onu Hərbi səfərbərlik şöbəsinə müdir vəzifəsinə işə qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Texnologiya Universitetinin “müxtəlif məsələlər haqqında” 24 fevral 2021-ci il tarixli, 55 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək əmək müqaviləsi bağlanılmaqla Hərbi səfərbərlik şöbəsinə müdiri vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə Azərbaycan Texnologiya Universiteti arasında Hərbi səfərbərlik şöbəsinə müdir vəzifəsinə qəbul olunması ilə bağlı xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi bağlanmışdır. 28 mart 2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı Azərbaycan Texnologiya Universitetinin rektoruna ərizə yazaraq onunla bağlanan əmək müqaviləsinin uzadılmasına icazə verilməsini xahiş etmişdir. Azərbaycan Texnologiya Universitetinin “əmək müqaviləsinin uzadılması barədə” 28 mart 2023-cü il tarixli, 153 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, Hərbi səfərbərlik şöbəsinin müdiri İddiaçı əmək müqaviləsi 24 fevral 2024-cü il tarixinədək uzadılmışdır. 26 fevral 2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı Azərbaycan Texnologiya Universitetinin rektorundan onunla bağlanmış əmək müqaviləsinin uzadılmasına icazə verilməsini xahiş etmişdir. Azərbaycan Texnologiya Universitetinin “əmək müqaviləsinin müddətinin uzadılması haqqında” 26 fevral 2024-cü il tarixli, 81 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, Hərbi səfərbərlik şöbəsinin müdiri İddiaçı əmək müqaviləsi 24 fevral 2024-cü il tarixinədək uzadılmışdır. Azərbaycan Texnologiya Universitetinin “A.Ə.Orucova və İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi haqqında” 28 dekabr 2024-cü il tarixli, 573 nömrəli əmrindən çıxarışından görünür ki, iş vaxtı müddətində iş yerini heç bir əsas olmadan tərk etməklə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək və icra intizamını pozmasına, rəhbərlik etdiyi şöbədə normal iş mühiti yarada bilməməsi səbəbindən şöbə əməkdaşlarının əmək funksiyalarını icra etmələrini təmin etmədiyinə görə Hərbi səfərbərlik şöbəsinin müdiri İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq töhmət verilməsini əmr etmişdir. 14 fevral 2025-ci il tarixli, 50-01-92/08 nömrəli müddətli əmək müqaviləsinə xitam verilməsi haqqında xəbərdarlığın surətindən görünür ki, Azərbaycan Texnologiya Universiteti X6 rektoru tərəfindən İddiaçı onunla bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2025-ci il tarixində başa çatdığı və həmin tarixdə tərəflər arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən ləğv ediləcəyi bildirilmişdir. 24 fevral 2025-ci il tarixli ərizədən görünür ki, İddiaçı Azərbaycan Texnologiya Universitetinin rektorundan onunla bağlanmış əmək müqaviləsinin uzadılmasına icazə verilməsini xahiş etmişdir. Azərbaycan Texnologiya Universitetinin əmək müqaviləsinə xitam verilməsi haqqında 24 fevral 2025-ci il tarixli, 84 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, Azərbaycan Respublikası əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən Hərbi səfərbərlik şöbəsinin müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti bitdiyinə görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Göygöl Rayon Mərkəzi Xəstəxanasından verilmiş Seriya SN 00008, ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, ambulator rejimlə müalicə ilə bağlı İddiaçı xx.xx.2025-xx.xx.2025-ci il tarixlərində işdən azad edilmişdir. 25 fevral 2025-ci il tarixli ərizədən görünür ki, İddiaçı səhhəti ilə bağlı olaraq müalicə götürmək üçün 2025-ci il üçün məzuniyyət götürməyi xahiş etmişdir. Azərbaycan Texnologiya Universitetinin hüquqşünası, etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 04 iyul 2025-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı iddia tələbi olan töhmətin ləğvi və müddətli əmək müqavilələrinin müddətsiz hesab edilməsi barədə iddiası üzrə iddia müddəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin 190-cı maddəsinə əsasən keçdiyindən qeyd olunan tələblərə dair iddia müddətini tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Gəncə 2 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli, MŞG/MT033/2025 nömrəli arayışından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Texnologiya Universitetinə qarşı “müddətli əmək müqavilələrinin müddətsiz hesab edilməsi və əsassız verilmiş töhmətin ləğvi, ayrı seçkiliyə görə mənəvi ziyanın ödənilməsi” tələbinə dair əmək mübahisəsi ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdehin nümayəndəsi tərəfindən İMS bildirişlərinə cavab verilməmişdir. İlkin mediasiya sessiyası ilə bağlı 55 manat xərci iddiaçı ödəmişdir. Gəncə 2 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli, MŞG/MT033/2025 nömrəli arayışından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Texnologiya Universitetinə qarşı “işə bərpa” tələbinə dair əmək mübahisəsi ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdehin nümayəndəsi tərəfindən İMS bildirişlərinə cavab verilməmişdir. İlkin mediasiya sessiyası ilə bağlı 55 manat xərci iddiaçı ödəmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X9 “Göygöl Rayon Mərkəzi Xəstəxanası” X6 direktoru Vasif Əliyev tərəfindən imzalanmış 19 may 2025-ci il tarixli, 18-1-42/2-388/2025 nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı Göygöl RMX PHŞ-nin Poliklinika şöbəsində onkoloji xəstəliklə əlaqədar (uşaqlıq boynun xərçəngi, T1N0M0 İ mərhələ, sağ süd vəzinin xərçəngi T2N0M0 İİ mərhələ) qeydiyyatdadır. Vətəndaş İddiaçı Göygöl RMX PHŞ-də qeydiyyata alınması Göygöl Rayon İcra Hakimiyyəti başçısının Üçtəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş vətəndaşın Firuzabad qəsəbəsində yaşaması barədə arayış əsasında icra edilmişdir. Vətəndaşın xəstəliyi ilə əlaqədar xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək əmək qabiliyyətinin müvəqqəti itməsinə görə №0863830 nömrəli “Əmək qabiliyyətinin olmaması vərəqəsi” təsdiqlənməsi gücləndirilmiş elektron imza tətbiq edilmədiyi üçün aparılmayaraq, kağız daşıyıcı formasında təqdim edilmişdir. Məhkəmə iclasında müəyyən edilən hallar: İddiaçı xx xxxx 1953-cü il tarixdə anadan olmuşdur. Azərbaycan Texnologiya Universitetinin “ATU-nin Elmi Şurasının qərarları haqqında” 13 sentyabr 2017-ci il tarixli, 196 nömrəli əmrinə əsasən Azərbaycan Texnologiya Universitetinin təhsil və inzibati idarəetmə sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni addımların atılması, işin keyfiyyət göstəriciləri standartlarına uyğunlaşdırılması, idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi məqsədilə xx.xx.2017-ci il tarixindən universitetdə fəaliyyət göstərən Xüsusi və Hərbi səfərbərlik şöbəsi ləğv edilərək Hərbi səfərbərlik və Xüsusi İşlər şöbəsi yaradılmışdır. Azərbaycan Texnologiya Universitetinin 29 noyabr 2017-ci il tarixli, 292 nömrəli əmrinə əsasən universitetin, dövlət standartı və proqramı, ali təhsilin məqsədi və əmək bazarının tələbatı nəzərə alınmaqla, kadrların hazırlanmasının inkişafı konsepsiyasına uyğun olaraq təhsil sistemində kadr siyasətinin formalaşmasında insan resurslarını inkişaf etdirmək, sosial-iqtisadi həyatı daha da modernləşdirmək, təhsilin normativ hüquqi bazasını təkmilləşdirmək və maddi-texniki təminat istiqamətində geniş tədbirlər həyata keçirmək məqsədi ilə Azərbaycan Texnologiya Universitetinin Elmi Şurasının xx.xx.2017-ci il tarixli qərarına əsasən ştatları ixtisar edildiyinə görə Hərbi səfərbərlik şöbəsinin müdiri İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. 29 noyabr 2017-ci il tarixli ərizə ilə İddiaçı Hərbi səfərbərlik və Xüsusi İşlər şöbəsinə müdir vəzifəsinə işə qəbul olunması barədə xahiş etmişdir. Azərbaycan Texnologiya Universitetinin Əmək müqavilələrinin bağlanması haqqında 29 noyabr 2017-ci il tarixli, 293 nömrəli əmrinə əsasən xx.xx.2017-ci il tarixindən əmək müqaviləsi bağlanılmaqla İddiaçı Hərbi səfərbərlik və Xüsusi İşlər şöbəsinə müdir vəzifəsinə, 1 il müddətinə qəbul olunmuşdur. Azərbaycan Texnologiya Universitetinin “müxtəlif məsələlər haqqında” 20 dekabr 2017-ci il tarixli, 313 nömrəli əmrinə əsasən Azərbaycan Texnologiya Universitetinin qarşısında qoyulan strateji hədəflərə uyğun aparılan struktur islahatlarının yekun nəticələrinin tətbiqi, əməkdaşların əmək şəraitinin yaxşılaşdırılması və professor-müəllim heyətinin elmi fəaliyyətlərinin qiymətləndirilməsi məqsədi ilə Hərbi səfərbərlik və Xüsusi İşlər şöbəsinin adı dəyişdirilərək Hərbi səfərbərlik şöbəsi yaradılması əmr olunmuşdur. 24 fevral 2021-ci il tarixli ərizə ilə İddiaçı Azərbaycan Texnologiya Universitetinin rektoruna ərizə yazaraq müddətli əmək müqaviləsi olmaqla onu Hərbi səfərbərlik şöbəsinə müdir vəzifəsinə işə qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Texnologiya Universitetinin “müxtəlif məsələlər haqqında” 24 fevral 2021-ci il tarixli, 55 nömrəli əmrinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək əmək müqaviləsi bağlanılmaqla Hərbi səfərbərlik şöbəsinə müdiri vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsinə əsasən İddiaçı ilə Azərbaycan Texnologiya Universiteti arasında Hərbi səfərbərlik şöbəsinə müdir vəzifəsinə qəbul olunması ilə bağlı xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi bağlanmışdır. 28 mart 2023-cü il tarixli ərizəyə əsasən İddiaçı Azərbaycan Texnologiya Universitetinin rektoruna ərizə yazaraq onunla bağlanan əmək müqaviləsinin uzadılmasına icazə verilməsini xahiş etmişdir. Azərbaycan Texnologiya Universitetinin “əmək müqaviləsinin uzadılması barədə” 28 mart 2023-cü il tarixli, 153 nömrəli əmrinə əsasən Hərbi səfərbərlik şöbəsinin müdiri İddiaçı əmək müqaviləsi 24 fevral 2024-cü il tarixinədək uzadılmışdır. 26 fevral 2024-cü il tarixli ərizəyə əsasən İddiaçı Azərbaycan Texnologiya Universitetinin rektorundan onunla bağlanmış əmək müqaviləsinin uzadılmasına icazə verilməsini xahiş etmişdir. Azərbaycan Texnologiya Universitetinin “əmək müqaviləsinin müddətinin uzadılması haqqında” 26 fevral 2024-cü il tarixli, 81 nömrəli əmrinə əsasən Hərbi səfərbərlik şöbəsinin müdiri İddiaçı əmək müqaviləsi 24 fevral 2024-cü il tarixinədək uzadılmışdır. 14 fevral 2025-ci il tarixli, 50-01-92/08 nömrəli müddətli əmək müqaviləsinə xitam verilməsi haqqında xəbərdarlıqla Azərbaycan Texnologiya Universiteti X6 rektoru tərəfindən İddiaçı onunla bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2025-ci il tarixində başa çatdığı və həmin tarixdə tərəflər arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən ləğv ediləcəyi bildirilmişdir. Azərbaycan Texnologiya Universitetinin əmək müqaviləsinə xitam verilməsi haqqında 24 fevral 2025-ci il tarixli, 84 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, Azərbaycan Respublikası əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən Hərbi səfərbərlik şöbəsinin müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti bitdiyinə görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin məhkəmə iclasında müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixli, 3-21-2-18/2-36556/2024 nömrəli X9lərin X3 əsasən Azərbaycan Texnologiya Universiteti X9 təsisçiləri və nizamnamə kapitalının 100 faizi Azərbaycan Respublikasına məxsusdur. Məhkəmə iclasında iddiaçı tərəf iddia tələbini azaldılmış hissədə müdafiə etmiş, cavabdeh tərəf isə iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmənin mövqeyi və tətbiq olunan hüquq: Məhkəmə tərəfləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа-MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinin 2-ci hissəsinə əsasən, 2. İşçi — işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 3-cü maddəsinin 3-cü hissəsinə əsasən, 3. İşəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. 3-cü maddəsinin 5-ci hissəsinə əsasən, əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 11-ci maddəsinin 1-ci hissəsinin «b» və «ə» bəndlərinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqaviləsini ləğv etmək və bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. 42-ci maddəsinin 1-bəndinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 294.1-ci maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.3-cü maddəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanan müddətli əmək müqaviləsinə 24 fevral 2025-ci il tarixdə müqavilənin qüvvədə olma müddətinin bitməsi əsasına görə xitam verilmiş, iddiaçı bununla razılaşmamış və işə bərpa tələbi ilə bağlı əvvəlcə mediasiya təşkilatına müraciət etmiş, tərəflər arasında barışıq mümkün olmadığından məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, işçi pozulan hüququnun müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti ötürməmişdir. Eyni zamanda, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmin qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış müqavilə müddətli əmək müqaviləsi olmaqla, həmin əmək müqaviləsinin müddəti 26 fevral 2024-cü il tarixdən 24 fevral 2025-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 45-ci maddəsinin 5-ci maddəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Qeyd olunan qanun normalarından göründüyü kimi hər kəs azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilər. Müqavilə bağlamaq vəzifəsi qanunda və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin bitməsinə görə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri də əmək müqaviləsinin müddətinin qurtarmasıdır. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh 24 fevral 2025-ci il tarixli, 84 nömrəli əmrinə əsasən İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə göstərilən tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlardan müəyyən edilir ki, İddiaçı Cavabdehndə özünün xahişinə əsasən müddətli əmək müqaviləsi əsasında fəaliyyət göstərmiş, müqavilənin müddəti bitdikdən sonra isə Universitet tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi vəzifə daimi xarakter daşıyan vəzifə olsa da o, xx xxxx 1953-cü il təvəllüd olmaqla, 2018-ci ilin mart ayında 26da altmış beş yaşına çatmışdır. Həmçinin iddiaçının işlədiyi vəzifə Dövlət büdcəsindən maliyyələşən vəzifə olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-1.1-ci maddəsinə görə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. 10-1.2-ci maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. 10-1.3-cü maddəsinə əsasən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər. 10-1.4-cü maddəsinə görə bu Qanunun 10-1.2-ci və 10-1.3-cü maddələrinə uyğun olaraq müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışma müddəti uzadılmış işçilərin sayı həmin sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrin işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz. 10-1.5-ci maddəsinə əsasən müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən hər bir müəssisənin çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq ola bilməz. Müəssisənin işçilərinin sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır. 10-1.6-cı maddəsinə görə Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərin çalışma müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir. Belə olan halda məhkəmə hesab edir ki, sözügedən əmək müqaviləsinin xitamı ilə bağlı hər hansı qanun pozuntusundan söhbət gedə bilməz. Eyni zamanda cavabdeh iddiaçı ilə müddətli əmək müqavilələri bağlamaqda haqlı olmuşdur. Göründüyü kimi Əmək Məcəlləsi müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı hər iki tərəfə bərabər hüquqlar verərək məsələnin həllini onların əmək münasibətlərini davam etdirmək arzusundan asılı etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının əmək müqaviləsinə qanuni əsaslarla xitam verilmişdir. Başqa sözlə, cavabdeh dövlət müəssisəsi olmaqla yanaşı iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanan zaman onun buna razılığı ifadə olmaqla yanaşı sonuncu artıq əmək qanunvericiliyinin tələbinə əsasən son yaş həddi olan 65 yaşına çatmış olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanan əmək müqaviləsinə xitam verildikdən sonra sonuncunun xəstəliyi ilə bağlı Göygöl Rayon Mərkəzi Xəstəxanasına müraciət etməsi və onun 24 fevral 2025-ci il tarixdən 27 fevral 2025-ci il tarixədək olan müddət üçün işdən azad olması barədə vərəqə alması əmək münasibətlərinə artıq xitam verildiyi dövrə təsadüf etdiyindən hər hansı hüquqi nəticə yaratmır. Bundan başqa, 29 noyabr 2017-ci il, 19 fevral 2020-ci il və 24 fevral 2021-ci il tarixli əmək müqavilələrinin müddətsiz hesab edilməsi barədə iddia tələbi üzrə cavabdeh tərəfin nümayəndəsinin iddia müddətinin tətbiqi barədə təqdim etdiyi ərizəyə də münasibət bildirərək məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi əsassız olmaqla yanaşı həmin tələb bir növ təsbit xarakterli olduğu üçün iddia müddətinin tətbiq edilməsi yolverilməzdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Brumаresku Rumıniyаyа qаrşı» işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə məhkəmənin qənaətinə əsasən İddiaçı Cavabdehnə qarşı “29 noyabr 2017-ci il, 19 fevral 2020-ci il və 24 fevral 2021-ci il tarixli əmək müqavilələrinin müddətsiz hesab edilməsi, 24 fevral 2025-ci il tarixli, 84 nömrəli əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi”” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən mediasiya ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı “29 noyabr 2017-ci il, 19 fevral 2020-ci il və 24 fevral 2021-ci il tarixli əmək müqavilələrinin müddətsiz hesab edilməsi, 24 fevral 2025-ci il tarixli, 84 nömrəli əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi”” tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Mediasiya xərci ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar