Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1717/2025 15.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) qarşı “doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi X5, X3 olmaqla 1959-cu il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda doğumunun vətəndaşlıq vəziyyəti aktları qeydiyyatında qeyd edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 1959-cu ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuşdur. X5, X3 olmuşdur. Ermənistan Respublikasından qaçqın düşdükdən sonra bütün sənədləri kimi doğum şəhadətnaməsi də itmişdir. X1 Şəmkir rayonu AİK-nın 23 fevral 1999-cu il tarixli 60 saylı qərarı ilə Şəmkir rayonu Çinarlı qəsəbəsində 486.84 kv m kənd təsərrüfatı mənsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Qeyd edilən qərar X16 kitabında xx.xx.2010-cu il tarixdə K 067 nömrə ilə uçota alınmış A № 048242 saylı “Torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. X3 xx.xx.2019-cu ildə vəfat etmişdir. Onun vəfatından sonra vərəsəlik şəhadətnaməsi almaq istəsə də, lakin doğum şəhadətnaməsini təqdim edə bilmədiyindən notariat hərəkətləri aparıla bilinməmişdir. Məhkəmə iclasında ərizəçi ərizəsində yazılanların izahatı olaraq qəbul edilməsini və ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə ərizə ünvanlayaraq nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş X16 kitabına xx.xx.2010-cu il tarixdə K:067 nömrə ilə uçota alınmış A №048242 torpaq sahəsinin planı və ölçüsündən görünür ki, X11, Şəmkir r., Çinarlı q. Şəmkir rayonu AİK-nın 23 fevral 1999-cu il tarixli 60 saylı qərarı ilə 486.84 kv. m. sahə verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surərindən görünür ki, X10 xx.xx.2019-cu ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019cu il tarixli 150 nömrəli ilə qeyd edilmişdir. İş materiallarında olan notariat əməliyatının aparılmasından imtina edilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, vətəndaş Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə notariat əməliyyatının aparılmasından imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.20224-cü il tarixli məktubdan görünür ki, müraciətinizdə qeyd etdiyiniz mərhum X7 məxsus Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən daşınmaz əmlakın vərəsəlik üzrə sizin adınıza hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün əsas olan nüquqmüəyyənedici sənədləri və qanun üzrə vərəsəlik şəhadətnaməsini təqdim etmədiyinizi nəzərə alaraq, sözügedən daşınmaz əmlak üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinizin icrası mümükün olmamışdır. Məlumat üçün bildirik ki, müraciətinizdə qeyd etdiyiniz daşınmaz əmlak üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasına, qanunvericilikdə nəzərdə tutulan qaydada hüquqmüəyyənedici sənədlər və qanun üzrə vərəsəlik şəhadətnaməsi mərhum X4 qanun üzrə vərəsəsi tərəfindən 11 saylı Şəmkir Ərazi İdarəsinə təqdim edildiyi təqdirdə 29 iyun 2004-cü il tarixli, 713-İİQ saylı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq qanunamüvafiq qaydada baxıla bilər. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Ərizəçi Ermənistan Respublikası Vedi rayonunda doğulmasını təsdiq edəcək sənədləri Qeydiyyat şöbəsinə təqdim edə bilmədiyinə görə Qeydiyyat şöbəsində doğum haqqında akt qeydinin bərpası mümkün olmamışdır. Ona görə də barəsində doğum haqqında akt qeydinin bərpası üçün qeydiyyat yeri üzrə məhkəməyə müraciət etmək hüququ vardır. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu ildə Ermənistan Respublikası, Vardenis rayonunda doğulmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, Alim bibisi oğludu, yəni atasının bacısı oğludu və Alimlə münasibətləri yaxşıdı. Alimin X5 idi, X3 olmuşdur. Alim Ermənistan Respublikası, Basarkeçər rayonunda 1959-cu ildə doğulmuşdu. Bildiyi qədəriylə Alimin doğum haqqında şəhadətnaməsi olub, məcburi köçkün vaxtı itib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, Alim doğma bacısı oğludu, münasibətləri yaxşıdı. X2 anası idi. Alimin X5 idi. Alim Ermənistan Respublikası Basarkeçər rayonunda doğulub. Bacısı 1959-cu ildə ailə qurub, Alim də yəqin 1960-1961 illərdə doğulub. Belə ki, ərizəçinin izahatı, şahidlərin ifadələri və işin materialları ilə Ərizəçi xx.xx.1959-cu ildə Ermənistan Respublikası, Vardenis rayonunda doğulması, atasının X14, anasının X10 olması tam sübuta yetirilir. Mülki işin materiallarından da görünür ki, Ərizəçi doğum haqqında şəhadətnamənin bərpası üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin doğum akt qeydinin bərpası üçün lazım olan sənədlər təqdim olunmadığına görə onun doğum akt qeydinin bərpasından imtina olunmuşdur. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi doğumunun qeydi faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, vətəndaşlıq vəziyyəti aktları qeydini bərpa etməli olan yeganə orqan qeydiyyat şöbəsi Ərizəçi qızının doğum akt qeydinin bərpa etməkdən və yeni doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki Ərizəçi doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi öz adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə Ərizəçi X5, X3 olmaqla xx.xx.1959-cu ildə Ermənistan Respublikası, Vardenis rayonunda doğumunun vətəndaşlıq vəziyyəti aktları qeydiyyatında qeyd edilməsi faktı müəyyən edilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, verilmiş ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi X5, X3 olmaqla xx.xx.1959-cu ildə Ermənistan Respublikası, Vardenis rayonunda doğumunun vətəndaşlıq vəziyyəti aktları qeydiyyatında qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-1717/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1717/2025
15.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver