Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1718/2025 04.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X47 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi, İddiaçı1 və onun vəkili X20, Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1nə, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X37 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında 2V-113 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi və mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi, vərəsəlik hüququ üzrə yalnız iddiaçılara münasibətdə payın müəyyən edilməsi tələbinə dair iddia üzrə mülki işə açıq məhkəmədə baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1nə, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X37 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum nənələri X6 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzərində qanun üzrə varis olaraq vərəsəlik hüququnun tanınmaqla 08 avqust 2024-cü il tarixli, 2V-113 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, paylarının qanun üzrə vərəsəlik hüququ ilə tam müəyyən edilməsi və mülkiyyət hüququ üzrə hüququn dövlət qeydiyyatının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi mərhum nənələri X6 miras qalmışdır. Həmin fərdi yaşayış evini miras olaraq ataları həmin evdə yaşamaqla qəbul etmişdir. Cavabdehlər onları Daşkəsən notariat ofisində vərəsələrin siyahısında gizlədərək vərəsə paylarından məhrum etmişlər. Belə ki, vərəsələrdən olan cavadehlərdən Cavabdeh2 və Cavabdeh3 mirası qəbul elməmişlər. Cavabdehlər mirası qəbul etmələri barədə sübutu məhkəməyə təqdim etməlidirlər. Hansı ki cavabdehlər ailə qurduqdan sonra mirası qəbul etməmişlər və ailə üzvləri ilə birlikdə yaşamışlar. Vərəsəlik işi ilə bağlı cavabdeh 2 saylı Gəncə Regional «ASAN XİDMƏT» Mərkəzinin Notariat Ofisinə müraciət edərək məlumat əldə elilmişdir. Həmin ünvanda yalnız miras açılandan və ondan əvvəl müddətdən onlar yaşamışlar. Miras əmlak Gəncə şəhərində olduğu təqdirdə cavabehlər Daşkəsən rayon notariat kontoru ilə vərəsəlik işi açmışlar, bu qanunvericiliyin tələblərinin pozulması deməkdir. Məhkəmədə İddiaçı1 iştirak etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı izahında qeyd etmişdir ki, cavabdehlərin anası olan mərhum bibisi-X16 hələ nənəsinin sağlığında ailə qurmuş, mərhum nənəsi X17 məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən ər evinə köçüb getmiş və öz ailəsi ilə başqa ünvanda yaşamışdır. X5 ailəsinin miras əmlakla heç bir əlaqəsi olmamışdır. Həmin evdə yalnız onun atası öz ailəsi ilə birlikdə yaşamışdır. Məhkəmədə İddiaçı1 vəkili X30 iştirak etmiş, iddianın əsaslı olduğunu qeyd edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh3 iştirak etmiş, izahatında qeyd etmişdir ki, mərhum nənəsi X6 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini miras əmlak kimi onun anası-X16 da faktiki qəbul etmişdir. Belə ki, nənəsi ölümündən əvvəl bir müddət xəstə olmuş, həmin vaxt onun təxminən 14 yaşı olmuş, anası nənəsinin yanında qalmış, nənəsinin ölümündən sonra da anası təxminən bir il yarım həmin evdə qalmışdır. Həmin dövrdə onların öz evləri olmamış, onlar kirayədə yaşamışlar. Sonra öz evləri hazır olduğundan köçüb öz evlərində yaşamışlar. Mərhum nənəsi X6 miras qalmış bir neçə ev əşyaları-xalça, mis qazan, kəlağayı və s. onun anasına verilmiş və hazırda da onlardadır. Ona görə də iddianı əsassız sayır. Sonda Cavabdeh3 iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh2 iştirak etmiş və diğər Cavabdeh3 izahatı ilə oxşar məzmunlu izahat vermiş, mərhum nənəsi X6 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin miras əmlak kimi onun anası-X16 tərəfindən faktiki qəbul edildiyini göstərmişdir. Sonda cavabdeh iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi, vəkil Nümayəndə iştirak etmiş, təmsil etdiyi cavabdehə qrşı irəli sürülən iddianın əsassız olduğunu bildirmiş, cavabdehin mərhum nənəsi X6 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin miras əmlak kimi cavabdehlərin anası X16 tərəfindən də faktiki qəbul etdiyini bildirmişdir. Sonda nümayəndə iddianın əsassız olduğunu bildirərək, təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər cavabdehlər Cavabdeh1 və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X37 3 saylı Gəncə Ərazi İdarəsi məhkəməyə gəlməmişlər. Məhkəmə işə Cavabdeh1 və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X37 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını, onun vəkilini, cavabdehləri və cavabdehin nümayəndəsini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mərhum X6 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi barəsində Cavabdeh1 tərəfindən verilmiş, 08 avqust 2024-cü il tarixli, 2V-113 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə hüquqi qiymət verərək hesab edir ki, həmin tələb əsaslıdır. Belə ki, iş materiallarında olan arayışdan görünür ki, X21 02 mart 1982-ci ildə Gəncə şəhərində ölmüşdür. İşdə olan, Azərbaycan Respublikası ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X37 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Ozan küçəsi, 83A Yeni qaydalarla: AZ 2000, ünvan 3 ünvanda yerləşən 0,0556 hektar torpaq sahəsində yerləşən daşınmaz əmlak X12 adına tam mülkiyyət hüququ ilə qeydə alınmışdır. iş materiallarında olan, Cavabdeh1 xx.xx.2024-cü il tarixli 2V-113 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1982-ci il tarixdə vəfat etmiş X12 vərəsəsi:qızı X16 idi, vərəsəliyi qəbul etmiş, lakin, öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən xx.xx.2005-ci ildə vəfat etməsi ilə əlaqədar miras əmlakın 1/2 hissəsi X5 qızı Cavabdeh2 və Cavabdeh3 keçir və onlar miras əmlakdan, hər birinə bərabər hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak–DƏDK və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə X17 verilmiş **********34 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən Gəncə şəhəri, Ozan küçəsi, 83A Yeni qaydalarla : AZ 2000,Gəncə şəhəri, Ozan küçəsi, giriş 121 ünvanında yerləşən ümumi sahəsi 0.0556 ha olan torpaq sahəsindən ibarətdir. Miras əmlakın yerdə qalan 1/2 hissəsi İddiaçı2,İddiaçı1 və İddiaçı3 münasibətdə açıq saxlanılmışdır. Beləliklə, tədqiq olunmuş sübutlarla, işin faktiki halları kimi müəyyən olunur ki, X1ndan qalmış miras əmlak Gəncə şəhərində yerləşir və mirasın açılma yeri də Gəncə şəhəridir. Başqa sözlə deyilsə bu mirasın Daşkəsən rayonu ilə heç bir bağlılığı olmamışdır. Buna baxmayaraq, Cavabdeh1 həmin əmlak barəsində xx.xx.2024-cü il tarixli 2V-113 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Halbuki, Notariat haqqında Azərbaycan Respublikası Qanunun 57-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Eyni qayda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 95-ci bəndi ilə müəyyən edilmişdir. Məhkəmə həmçinin göstərir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat, qeydiyyat və reyestr baş idarəsi Notariat idarəsinin rəisi-baş idarə rəisinin müavini tərəfindən İddiaçı1 ünvanlanmış 24 yanvar 2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Yaqut Tağıyevadan miras qalmış (ünvan 4 ünvanında yerləşən və ümumi sahəsi 0,0556 ha olan) torpaq sahəsinə dair vərəsəlik hüquqlarınızın pozulması ilə bağlı müraciətinizə baxılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Y.Tağıveva xx.xx.1982-ci i! tarixdə vəfat etmiş, onun 4 vərəsəsi qaimışdır (Dilarə Yusibova, Simuzər, Əmiraslan və Nürəddin Tağıyevlər). Qeyd etmək lazımdır ki, Y.Tağıyevanın adına vərəsəlik işi yalnız xx.xx.2022-cü il tarixdə Cavabdeh1ndə (xüsusi notarius Abbas Qurbanov) miras qoyanın nəvəsi Mahir Tağıyevin müraciəti əsasında açılmışdır (yuxarıda qeyd olunan bütün vərəsələr vəfat etdikdən sonra). Məsələ ilə bağlı bildirilir ki, mirasın açıldığı vaxt qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 529-cu maddəsinə əsasən vərəsəliyin açıldığı yer miras qoyanın yaşayış yeri bu məlum olmadıqda isə mirasın olduğu yer hesab olunurdu. Y.Tağıyevanın son yaşayış yeri üzrə qeydiyyatı isə Gəncə şəhəri, Ozan küçəsi ünvanında yerləşən 23 saylı fərdi yaşayış evində olmuşdur (həmin maddənin tələbi baxımından vərəsəlik işi adıçəkilən notariat ofisində açılmamalı idi). Notarius ümumi sahəsi 0,0556 ha olan torpaq sahəsinin V2 hissəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnaməni (xx.xx.2024-cü il tarixdə) bibiniz Dilarə Yusibovanın adına rəsmiləşdirmişdir Lakin, sonuncun xx.xx.2005-ci il tarixdə vəfat etməsi ilə əlaqədar miras əmlaka dair hüquqlar qızları Cavabdeh2 və Cavabdeh3 keçmişdir. Məlumat üçün bildirilir ki, mirasın açıldığı vaxt qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinə görə mirasın qəbulu vərəsəlik açılan gündən altı ay ərzində vərəsələr tərəfindən notariat orqanına ərizə verməklə mümkün idi. Müəyyən edilən müddət keçdikdə isə vərəsələrin miras əmlakı faktiki idarə etdiklərini göstərən sənədlərin təqdim olunması və ya həmin müddətin bərpası üçün məhkəməyə müraciət etmələri zəruri idi (552-553-cü maddələr). Notariat işinə əlavə olunmuş sənədlərə baxış keçirərkən Dilarə Yusibova tərəfindən mirasın qəbulunun sübutu kimi hər hansı bir sənəd aşkar olunmamışdır. Lakin “Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Əmiraslan Tağıyevin yaşayış yeri üzrə qeydiyyatı ünvan 4 ünvanında olmuşdur (miras qalan torpaq sahəsində yerləşən fərdi yaşayış evi). Belə ki, mirası faktiki qəbul etmiş yeganə vərəsə kimi atanız Ə.Tağıyev tanına bilər. Bildirilir ki, notarius A.Qurbanova qanunvericiliyn tələblərini pozaraq Y.Tağıyevanın adına vərəsəlik işi açdığına və mirası qəbul edən vərəsələrin dairəsini düzgün müəyyən etmədiyinə görə “Notariat haqqında” Qanunun 26-1-ci maddəsinə uyğun olaraq yazılı xəbərdarlıq edilləcəkdir. Göründüyü kimi, Cavabdeh1 mərhum Yaqut Tağıyevadan miras qalmış (ünvan 4 ünvanında yerləşən əmlak barəsində vermiş olduğu xx.xx.2024-cü il tarixli 2V-113 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanunun tələblərini pozmaqla verildiyindən etibarsız hesab edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbinin qalan hissələri də əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 xx.xx.1947-ci ildə anadan olmuşdur, atası Əliqara Tağıyev, anası Yaqut Tağıyevadır. İşdə olan arayışdan görünür ki, X7 ilə X22 xx.xx.1973-cü ildə nikahlarını rəsmiləşdirmişlər və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 407 saylı qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Tağıyeva soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı3 xx.xx.1974-cü ildə anadan olmuşdur, atası X7, anası X18r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı1 xx.xx.1977-ci ildə anadan olmuşdur, atası X7, anası X18r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı2 xx.xx.1981-ci ildə anadan olmuşdur, atası X7, anası X18r. İş materiallarına əlavə edilən doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X23 xx.xx.1969-cu ildə anadan olmuşdur, atası X31, anası X8r. İş materiallarına əlavə edilən doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X27 xx.xx.1965-ci ildə anadan olmuşdur, atası X31, anası X8r. İş materiallarına əlavə edilən nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X39 ilə X23 xx.xx.1994-cü ildə nikahlarını rəsmiləşdirmişlər və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 142 saylı qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Cavadova soyadı verilmişdir. İş materiallarına əlavə edilən nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X32 ilə X27 xx.xx.1987-ci ildə nikahlarını rəsmiləşdirmişlər və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 870 saylı qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Fərəcova soyadı verilmişdir. İş materiallarında olan arxiv arayışından görünür ki, Dilarə Taqiyeva xx.xx.1939-cu ildə anadan olmuşdur, atası X28, anası X9r. İş materiallarına əlavə edilən evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X31 ilə X19 xx.xx.1962-ci ildə nikahlarını rəsmiləşdirmişlər və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 469 saylı qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Yusubova soyadı verilmişdir. İş materiallarında olan X11 AQİS-dən çıxarışın surətindən X16 xx.xx.2005-ci ildə ölmüşdür. İş materiallarına əzlavə edilən “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 xx.xx.2003-cü il tarixdə Gəncə şəhərində ölmüşdür. İş materiallarına əlavə edilən “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X24 xx.xx.2014-cü il tarixdə Gəncə şəhərində ölmüşdür. İş materiallarına əlavə edilən aktdan görünür ki, X7 və X24 ölən günədək Gəncə şəhəri, Ozan küçəsi, 83A Yeni qaydalarla: AZ 2000, ünvan 5 ünvanda hal-hazıra qədər mərhumun övladları yaşayırlar. Aktın doğruluğunu Famil, Vəfa, Zülfiyə və Aydın adlı şəxslər öz imzaları ilə təsdiq etmişlər. İşdə olan Azərbaycan Respublikası ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X37 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Ozan küçəsi, 83A Yeni qaydalarla: AZ 2000, Gəncə şəhəri, Ozan küçəsi, giriş 121 ünvanında yerləşən 0,0556 hektar torpaq sahəsində yerləşən daşınmaz əmlakın 1/4 hissəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2, 1/4 hissəsi ilə Cavabdeh3, 2/4 hissəsi ilə X12 adına mülk kimi qeydə alınmışdır. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Ozan küçəsi, 83A (Yeni qaydalarla: AZ 2000, ünvan 6 ünvanında yerləşən 0,0556 hektar torpaq sahəsində yerləşən daşınmaz əmlakın 3/12 hissəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2, 3/12 hissəsi ilə Cavabdeh3, 2/12 hissəsi ilə İddiaçı1, 2/12 hissəsi ilə İddiaçı3, 2/12 hissəsi ilə İddiaçı2 adına mülk kimi qeydə alınmışdır. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Ozan küçəsi, 83A (Yeni qaydalarla: AZ 2000, ünvan 6 ünvanında yerləşən 0,0556 hektar torpaq sahəsində yerləşən daşınmaz əmlakın 3/12 hissəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2, 3/12 hissəsi ilə Cavabdeh3, 2/12 hissəsi ilə İddiaçı1, 2/12 hissəsi ilə İddiaçı3, 2/12 hissəsi ilə İddiaçı2 adına mülk kimi qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə dair Kommunal Təsərrüfatı Nazirliyinin 16 dekabr 1962-ci il tarixli Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportu X12 və X13 adlarına qeyd edilmişdir. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 2227.0 kv.m (0.2227 ha) olmuşdur. Fərdi yaşayış evinə dair Kommunal Təsərrüfatı Nazirliyinin 09 iyul 1982-ci il tarixli Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportu X12 və X13 adlarına qeyd edilmişdir. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 2335.0 kv.m (0.2335 ha) olmuşdur. 26 fevral 1990-cı il tarixdə aparılmış inventarizasiya işləri zamanı fərdi yaşayış evi tikili “A”-da ümumi sahəsi 65.2 kv.m, yaşayış sahəsi 36.4 kv.m olan iki yaşayış otağından, tikili “B”-də ümumi sahəsi 35.3 kv.m, yaşayış sahəsi 18.4 kv.m olan bir yaşayış otağından ibarət olmuşdur. Qeyd edilən sənədlərə əsasən, həmçinin texniki pasportda göstərilən fərdi yaşayış evinin söküldüyü nəzərə alınaraq 0.2227 ha torpaq sahəsinə dair X12 (1/2 hissə) və X13 (1/2 hissə) adlarına payları göstərilməklə 13 oktyabr 2022-ci il tarixli, **********64 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh1 19 oktyabr 2022-ci il tarixli, 2V-89 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X13 payı X14, 19 oktyabr 2022-ci il tarixli, 2V-88 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X12 payının 1/2 hissəsi X2, X12 (1/4 hissə) və X10 (3/4 hissə) adlarına payları göstərilməklə 14 noyabr 2022-ci il tarixli, **********64 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə Şəhər Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2(125)-184/2024 nömrəli qətnaməsinə əsasən ünvan 8 ünvanda yerləşən 0.2227 ha torpaq sahəsi giriş hissəsinin (dalan istiqamətində) sağ tərəfində yerləşən sərhəd hasarından 3.0 metr məsafə saxlamaqla, torpaq sahəsinin giriş hissəsində paralel olan hasar istiqamətində 15.9 metr uzunluqda, həmin hasara paralel isə 35.0 metr uzunluqda hasar inşa edilməklə (ümumi sahəsi 556.5 kv.m (35.0x15.9), qalan torpaq sahəsi isə X14 verilməklə, dalan tərəfdən bölünmüş torpaq sahələrinə ayrı-ayrılıqda giriş-çıxış qapıları quraşdırılmaqla bölünməsi qət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2(125)-184/2024 nömrəli qətnaməsinə əsasən Gəncə şəhəri, Ozan küçəsi, 83A (Yeni qaydalarla: AZ 2000, ünvan 6 ünvanı ilə 0.0556 ha torpaq sahəsinə dair X12 adına 07 avqust 2024-cü il tarixli, **********34 reyestr nömrəli Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən Arayış verilmişdir. Cavabdeh1 08 avqust 2024-cü il tarixli, 2V-113 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X17 məxsus əmlakın 14 hissəsi Cavabdeh2 və Cavadova X3. Miras əmlakın yerdə qalan (1/2) hissəsi İddiaçı2, İddiaçı1 və İddiaçı3 münasibətdə açıq saxlanılmışdır. Qeyd edilən şəhadətnamə əsasında Gəncə şəhəri, Ozan küçəsi, 83A (Yeni qaydalarla: AZ 2000, ünvan 6 ünvanında yerləşən 0.556 ha torpaq sahəsinə dair Cavabdeh2 (1/4 hissə), Cavabdeh3 (1/4 hissə) və X12 (2/4 hissə) payları göstərilməklə adlarına 21 avqust 2024-cü il tarixli, **********34 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Məhkəmə araşdırmaları nəticəsində iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 atası X4 daimi olaraq ünvan 9 ünvanlı evdə yaşaması və mərhun anası Yaqut Tağıyevadan miras qalmış həmin əmlakı faktiki qəbul etməsi işin mübahisəsiz faktiki halı kimi təsdiq olunur. Cavabdehlərin anası Dilarə Yusibovanın isə həmin miras əmlakı faktiki qəbul etməsi isə işin faktiki halı kimi təsdiq olunmur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. X1 xx.xx.1982-ci il tarixdə öldüyündən qeyd olunan prosessual hüquq normasının tələbinə görə, hazırki mübahisənin düzgün həlli üçün xx.xx.2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəlləsinin normaları tətbiq olunmalıdır. xx.xx.2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Göstərilən maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, miras qoyan X21 öldükdən sonra onun vərəsəsi olan övladı-X7 anasından miras qalmış Gəncə şəhəri, Ozan küçəsi, 83A (Yeni qaydalarla: AZ 2000, ünvan 6 ünvanında yerləşən 0,0556 hektar torpaq sahəsində yerləşən daşınmaz əmlaka faktiki surətdə yiyələndiyindən və həmin əmlakı idarə etdiyindən, o həmin mirası qəbul etmiş sayılır. Miras qoyan X21 öldükdən sonra onun vərəsəsi olan övladı-Dilarə Yusibova tərəfindən mirasın faktiki qəbulunun sübutu kimi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəməyə hər hansı bir sənəd təqdim etməmişlər. Həmçinin notariat işində də bu barədə sənəd aşkarlanmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat, qeydiyyat və reyestr baş idarəsi Notariat idarəsinin rəisi-baş idarə rəisinin müavini tərəfindən İddiaçı1 ünvanlanmış 24 yanvar 2025-ci il tarixli məktubda da qeyd edilmişdir ki, Yaqut Tağıyevadan miras qalmış (ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakla bağlı notariat işinə əlavə olunmuş sənədlərə baxış keçirərkən Dilarə Yusibova tərəfindən mirasın qəbulunun sübutu kimi hər hansı bir sənəd aşkar olunmamışdır. Cavabdeh tərəf məhkəmədə izahat verərkən, mərhum X6 miras qalmış bir neçə ev əşyaları-xalça, mis qazan, kəlağayı və s. onun anasına verildiyini və hazırda da həmin əşyaların onlarda olduğunu göstərmiş və bununla da mərhum anasının mərhum nənəsi X6 miras qalmış Gəncə şəhəri, Ozan küçəsi, 83A (Yeni qaydalarla: AZ 2000, ünvan 6 ünvanında yerləşən 0,0556 hektar torpaq sahəsində yerləşən daşınmaz əmlakı faktiki qəbul etdiyinin təsdiq edildiyini iddia etmişdir. Məhkəmə göstərir ki, mərhum X17 aid olduğu iddia edilən bir neçə ev əşyalarının cavabdehlərin mərhum anasında qalması mərhum X6 miras qalmış Gəncə şəhəri, Ozan küçəsi, 83A (Yeni qaydalarla: AZ 2000, ünvan 6 ünvanında yerləşən daşınmaz əmlakın onun övladı-Dilarə Yusibova tərəfindən faktiki qəbul edildyini təsdiq edən mötəbər sübutlar kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Miras qoyana məxsus olan və miras əmlakın kütləsinə daxil olub-olmaması müəyyən olunmayan, təyinatına görə ailənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş əşyaların qəbul edilməsi və ya miras qoyan tərəfindən vərəsəyə verilməsi məqamının mirası qəbul etmə kimi qiymətləndirilməsi mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlərin Gəncə şəhəri, Ozan küçəsi, 83A (Yeni qaydalarla: AZ 2000, ünvan 3 ünvanında yerləşən 0,0556 hektar torpaq sahəsində yerləşən daşınmaz əmlaka payının müəyyən edilməsinə dair Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Beləliklə, Gəncə şəhəri, Ozan küçəsi, 83A (Yeni qaydalarla: AZ 2000, ünvan 3 ünvanında yerləşən 0,0556 hektar torpaq sahəsi barəsində Cavabdeh2 və Cavabdeh3 adına xx.xx.2024cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsinə əsas olmuş xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edildiyindən, qeyd olunan miras əmlak barəsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində cavabdehlərin adına aparılmış qeydiyyat ləğv edilməlidir. İş materiallarından müəyyən olunur ki, xx.xx.2003-cü il tarixdə vəfat etmiş X4 İddiaçı1, İddiaçı2 və İddiaçı3 başqa qanun üzrə heç bir vərəsəsi yoxdur və o heç kəsə də vəsiyyətnamə də qoymamışdır. İddiaçı1, İddiaçı2 və İddiaçı3 isə X4 ölümündən sonra da həmin evdə yaşamışlar. Belə halda hesab olunur ki, onlar atalarından qalmış mirası qəbul etmiş sayılırlar. Qeyd edilənlərə əsasən məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, hazırki vəziyyətdə İddiaçı1, İddiaçı2 və İddiaçı3 mərhum X6 miras qalmış əmlakı faktiki qəbul etmiş X4 vərəsələri olmaqla, onların Gəncə şəhəri, Ozan küçəsi, 83A Yeni qaydalarla: AZ 2000, Gəncə şəhəri, Ozan küçəsi, giriş 121 ünvanlı torpaq sahəsi barəsində bərabər payları müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Mərhum-X6 miras qalmış Gəncə şəhəri, Ozan küçəsi, 83A Yeni qaydalarla: AZ 2000, Gəncə şəhəri, Ozan küçəsi, giriş 121 ünvanlı torpaq sahəsi barəsində Cavabdeh1 tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 2V-113 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. Həmin şəhadətnamə əsasında Gəncə şəhəri, Ozan küçəsi, 83A (Yeni qaydalarla: AZ 2000, ünvan 6 ünvanında yerləşən 0,0556 hektar torpaq sahəsi barəsində Cavabdeh2 və Cavabdeh3 adına aparılan xx.xx.2024-cü il tarixli qeydiyyat ləğv edilsin. Mərhum-X6 miras qalmış Gəncə şəhəri, Ozan küçəsi, 83A (Yeni qaydalarla: AZ 2000, ünvan 6 ünvanında yerləşən 0,0556 hektar torpaq sahəsindən ibarət miras əmlakda İddiaçı1, İddiaçı2 və İddiaçı3 hər birinin bərabər hissədə payları müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. X51
Məhkəmə qərarları › İş №2(125)-1718/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1718/2025
04.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver