Məhkəmə qərarları › İş №2(125)-1722/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1722/2022

13.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1722/2022 13.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X26 Şakir oğlunun sədrliyi, X17 iclas katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkil) Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsindən istifadə hüququnun itirilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq, məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsindən istifadə hüququnun itirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1968-ci il təvəllüdlü Cavabdeh iddiaçı-mülkiyyətçi İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Əli Nəzmi küçəsi, 125 ünvanındakı mənzilin yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzil xüsusi mülkiyyətində olaraq ona məxsusdur. Həmin mənzilin xüsusi mülkiyyətində olmağını təsdiq edən mənzilə dair adına xx.xx.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın Dövlət Reyestrindən **********48-10301 saylı Reyestr nömrəsi, ********** saylı qeydiyyat nömrəsi ilə Çıxarış verilmişdir. Lakin tərəfindən əldə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2021-ci il tarixli ******* nömrəli arayışdan məlum olmuşdur ki, xüsusi, tam mülkiyyətində olan ünvan 2 ünvanına tanımadığı, razılığı olmadan və ona məlum olmayan şəraitdə xx.xx.1979-cu il təvəllüdlü X18, həmçinin qardaşının keçmiş həyat yoldaşı xx.xx.1968-ci il təvəllüdlü Cavabdeh və onun oğlu xx.xx.1996-cı il təvəllüdlü X4 daimi qeydiyyata salınmışlar. Cavabdehlər xx.xx.1979-cu il təvəllüdlü X18, həmçinin qardaşının keçmiş həyat yoldaşı xx.xx.1968-ci il təvəllüdlü Cavabdeh və onun oğlu xx.xx.1996-cı il təvəllüdlü X4 daimi qeydiyyatdan ona məxsus xüsusi mülkiyyətində olan ünvan 2 ünvandakı mənzilindən daimi qeydiyyatdan çıxarılmaları barədə Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmiş və Gəncə İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2-1(114)- 1501/2021 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş və X15 və X1 İddiaçı xüsusi mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Əli Nəzmi küçəsi 125 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Gəncə şəhər Baş Polis İdarəsinin üzərinə qoyulmuşdur. Digər üçüncü cavabdeh X12 ilə bağlı isə hazırki məhkəmə gedişatında müəyyən edilmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli, 2-6/99 saylı qətnaməsi ilə X5 (iddiaçının qardaşı) ilə Cavabdeh arasında Gəncə şəhər Nikah evində bağlanmış 22 sentyabr 1995-ci il tarixli, 181 saylı nikah pozulmuşdur. Həmin qətnamədə qeyd edilmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.1997-ci il tarixli qətnaməsi ilə Cavabdeh gəlin köçdüyü Gəncə şəhəri, Əli Nəzmi küçəsi 125 saylı mülkdə yaşayış hüququ verilmişdir. Həmin qətnamədə həmçinin qət edilmişdir ki, Cavabdeh mübahisəli mənzilə dair istifadə (yaşamaq) hüququ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.1997-ci il tarixli qətnaməsi ilə tanındığından iddia tələbi ona münasibətdə bilavasitə qeydiyyatdan çıxarılması ilə bağlı təmin edilməmişdir. Ümumiyyətlə cavabdeh X12 onun mülkiyyətində olan mənzildə yaşamamış, indi də yaşamır, eyni zamanda həmin mənzildə ona məxsus hər hansı bir əşya və ya predmet də olmamış, halhazırda da yoxdur. Hazırda mülkiyyətində olan mübahisəli mənzil 1978-ci ildə atası tərəfindən alınmışdır. Cavabdeh onun qardaşı X2 həyat yoldaşı olmuşdur. Amma ailə münasibətləri bir il çəkmişdir. 1996-ci ildən ayrılsalar da rəsmi nikahları isə xx.xx.1999-cu ildən pozulmuşdur. Qeyd edilən ona məxsus mənzildə Cavabdeh ümumən 1995-ci ildən nikahları qeydiyyata alındığı vaxtdan ancaq doqquz ay yaşamışdır. Həmin vaxtdan qeyd edilən şəxs və onun oğlu Allahverdiyev Faxrəddin bu günə kimi ona məxsus mənzildə yaşamamışlar. Cavabdeh ona məxsus xüsusi mülkiyyətində olan mənzildə yaşamamış və ona mülkü ilə 1995-ci ildən bilavasitə 27 ildir və həmçinin hazırda da heç bir əlaqə və bağlılığı olmamış və yoxdur. Bu hal da onun mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırır. Belə ki, cavabdeh X12 1995-ci ildə yaşamaq üçün istifadə hüququ verilmiş Gəncə şəhəri, ünvan 5 ünvana köçüb getmiş və İddiaçı mülkiyyətindəki mənzilə bir daha qayıtmamışdır. Beləliklə də, cavabdeh X3 getdiyi gündən İddiaçı mülkiyyətində olan mənzilə istifadə hüquqlarını itirmişdir. Cavabdeh 1995-ci ildən köçüb getdiyi üçün mübahisəli hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları ilə tənzimlənməlidir. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, Gəncə şəhəri, Nizami rayonu, Əli Nəzmi küçəsi, 125 ünvanı atası tərəfindən alınmışdır. Cavabdeh qardaşı X5 ilə 1995-ci ildə rəsmi nikaha girməklə ailə həyatı qurmuş və Gəncə şəhəri, Nizami rayonu, Əli Nəzmi küçəsi 125 ünvanında yerləşən evə gəlin köçmüşdür. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.1997-ci il tarixli qətnaməsi ilə Cavabdeh gəlin köçdüyü ünvan 7 ünvanına istifadə hüququ verilmişdir. Lakin ailə münasibətləri bir il çəkmiş, onlar 1996-cı ildən ayrılmışlar. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli qətnaməsi ilə qardaşı Cəmalləddinlə keçmiş gəlinləri Saibə arasında olan nikah rəsmi qaydada pozulmuşdur. Atası vəfat etdikdən sonra Gəncə şəhəri, Nizami rayonu, Əli Nəzmi küçəsi 125 ünvanına qardaşı X2 və onun miras payları müəyyən edilmiş, qardaşı isə öz payını ona bağışlamışdır. Mübahisəli mənzil tam mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdeh onun xüsusi mülkiyyətində olan mənzildə 1996-ci ildən bəri yaşamır və oranı birdəfəlik tərk etmişdir. Lakin cavabdeh mənzilində yaşamamasına baxmayaraq, hazırkı vaxtda formal olaraq onun mənzilində qeydiyyatda durur. Odur ki, iddia tələbinin təmin edilməsini və mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Əli Nəzmi küçəsi 125 ünvanında yerləşən evə Cavabdeh istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyək bildirdi ki, iddiaçı onun keçmiş qaynıdır. Mübahisəli Gəncə şəhəri, Nizami rayonu, Əli Nəzmi küçəsi 125 ünvanında yerləşən evə 1995-ci ildə gəlin köçmüş, keçmiş həyat yoldaşı Cəmalləddin ilə bir müddət orada yaşamış, daha sonra yola gedə bilmədiklərindən 1997-ci ildə ayrılmışlar. Bundan sonra o, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə iddia ərizəsi vermi. və məhkəmə qətnaməsi ilə mübahisəli evə köçürülməklə oradan ona istifadə hüququ verilmişdir. 1999-cu ildə isə keçmiş əri Cəmalləddinlə rəsmi qaydada məhkəmə qətnaməsi ilə boşanmışdır. O, 1999-cu ilə kimi Gəncə şəhəri, Nizami rayonu, Əli Nəzmi küçəsi 125 ünvanında yerləşən evdə yaşamış, sonra keçmiş qaynanası onun həmin evdə yaşamasına mane olmuşdur. O, 1999-cu ildən hal-hazıra kimi həmin evdə yaşamır. O, 1999-cu ildən bəri mübahisəli ünvana təkrarən köçürülməsi barədə icra və məhkəmə orqanlarına müraciət etməmişdir. 1999-cu ildən hal-hazıra kimi özünün yaşamağa evi olmasa da əvvəlcə kirayələrdə yaşamış, xeyli müddətdir ki, bacısının evində yaşayır. İddiaçı ona kompensasiya ödəyəcəyi təqdirdə mübahisəli evdən istifadə hüququnun itirilməsinə razıdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində bildirdi ki, İddiaçılə uşaqlıqdan qonşudur. Cavabdeh iddiaçının qardaşı Cəmalləddinlə təxminən 1995-ci ildə ailə qurmuş və 1 il sonra boşanmışlar. Cavabdeh Gəncə şəhəri, Nizami rayonu, Əli Nəzmi küçəsi 125 ünvanda yerləşən evdə boşanandan sonra yaşamasını və ora gəlib-getdiyini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində bildirdi ki, İddiaçılə uşaqlıqdan qonşudur. Cavabdeh iddiaçının qardaşı Cəmalləddinlə təxminən 1995-ci ildə ailə qurmuş və 1 il sonra boşanmışlar. Cavabdeh Gəncə şəhəri, Nizami rayonu, Əli Nəzmi küçəsi 125 ünvanda yerləşən evdə boşanandan sonra yaşamasını və ora gəlib-getdiyini görməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; V- ЖГ seriyalı, 481320 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə Cavabdeh arasında xx.xx.1995-ci il tarixdə Gəncə şəhəri Nikah evində nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 181 nömrə ilə qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra ərə-“Allahverdiyev”, arvada-“Allahverdiyeva” soyadı verilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.1997-ci il tarixli, 2-112 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, X13 26 iyul 1996-cı ildə anadan olmuş Faxrəddin adlı uşağı ilə birlikdə Gəncə şəhəri, Əli Nəzmi küçəsi, 125 nömrəli evə köçürülməsi və oradan istifadə hüququnun verilməsi qət edilmişdir. İİ-ЖГ seriyalı, 285183 nömrəli boşanma haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X12 arasında nikah 17 mart 1999-cu il tarixdə ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 20 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunduqdan sonra ərə-“Allahverdiyev”, arvada-“İbrahimova” soyadları verilmişdir. xx.xx.1999-cu il tarixli 2-6/99 nömrəli Gəncə şəhər Nizami Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, X5 ilə Cavabdeh arasında Gəncə Nikah evində bağlanmış 22 sentyabr 1995-ci il tarixli 181 saylı nikah pozulmuşdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-1501/2021 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinə (üçüncü şəxslər X18, Cavabdeh və X6) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası qismən təmin edilmiş, X18, X6 İddiaçı xüsusi mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Əli Nəzmi küçəsi, 125 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Gəncə şəhər Baş Polis İdarəsinin üzərinə qoyulmuşdur. Digər üçüncü şəxs Cavabdeh mübahisəli mənzilə dair istifadə hüququ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.1997-ci il tarixli qətnaməsi ilə tanındığından iddia tələbi ona münasibətdə qeydiyyatdan çıxarılma ilə bağlı təmin edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2021-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, İddiaçı, X4, X5, X18, Cavabdeh Gəncə şəhəri, Nizami rayonu, Əli Nəzmi küçəsi 125 ünvanında qeydiyyatdadır. Gəncə şəhəri 1 saylı notariat ofisinin xx.xx.2019-cu il tarixli, 2V-225 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə ölmüş X7 vərəsəsi oğlu-İddiaçı və oğlu-X5 tanınmışlar. Onlar miras paydan bərabər pay almalıdırlar. Gəncə şəhəri 1 saylı notariat ofisinin xx.xx.2019-cu il tarixli, 3M-109 reyestr nömrəli “Miras payın bağışlanması” müqaviləsindən görünür ki, X5 xx.xx.2019-cu il tarixli, 2V-225 saylı reyestrlə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən 0,092 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 124,2 kv.m olan ünvan 2 ünvanda yerləşən evdən ona məxsus miras payını İddiaçı bağışlamışdır. xx.xx.2021-ci il tarixli, ********** nömrəli, **********48-10301 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 7 İddiaçı xüsusi mülkiyyətindədir. Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadəsini dinləyib, məhkəmə iclasında müəyyən olunan halları və mülki işdə olan sübutları tədqiq edib məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, ünvan 7 ünvanı mülkiyyət hüququ əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış əsasında iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh iddiaçının qardaşı Cəmalləddin Allahverdiyev ilə 22 sentyabr 1995-ci il tarixdə nikaha daxil olmuş və ünvan 2 evə gəlin köçmüşdür. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.1997-ci il tarixli qətnaməsi ilə Cavabdeh həmin evdən istifadə hüququ verilmişdir. Daha sonra Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli, 2-6/99 nömrəli qətnaməsinə əsasən iddiaçının qardaşı X5 ilə Cavabdeh arasında Gəncə Nikah evində bağlanmış 22 sentyabr 1995-ci il tarixli, 181 saylı nikah pozulmuşdur. Cavabdehin etirafına əsasən o, 1999-cu ildən bəri həmin evdə yaşamır. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi sübutlara əsasən isə cavabdeh 1996-cı ildən bəri daimi olaraq mübahisəli evi tərk edib getmiş və ora qayıtmaq barədə hüquqi marağı olmamış, o cümlədən cavabdeh belə bir marağının olması barədə məhkəməyə hər hansı sübut da təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə qeyd edir ki, cavabdehin mübahisəli evə istifadə hüququ 2000-ci ilin sentyabrın 1-dən əvvəl yarandığından hazırki mübahisənin həlli ilə bağlı Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Belə ki, xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60-cı maddəsinin birinci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinə görə yaşayış sahəsinin icarədarı və ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə iddiaçı mülkiyyətçi kimi kompensasiya ödəmədən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddia tələbini irəli sürmək hüququna malikdir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün əsas, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu və həmin şəxsin yaşayış sahəsinə olan ehtiyacını məhz bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində qalması tələb olunur. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün və ya kənar şəxsin istifadə etməsi hüquqi cəhətdən əsassızdır. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı (itməsi) ilə nəticələnir. İşin müəyyən olunmuş hallarından da görünür ki, mübahisəli evə cavabdehin istifadə hüququ 1997-ci ildə məhkəmə qətnaməsi ilə tanınsa da cavabdeh orada faktiki olaraq az bir müddət yaşamış, hətta özünün etirafına əsasən 1999-cu ildən (23 ildən artıq müddətdir) həmin evdən çıxıb getmiş və ora qayıtmamışdır. Bu isə məhkəmə üçün o qənaətə gəlməyə əsas verir ki, cavabdeh mübahisəli evdə uzun illər yaşamamaqla onun orada yaşamasına dair ehtiyacı aradan qalxmış, həmin evə sonradan köçüb yaşamaq kimi hüquqi marağı da olmamışdır. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya məxsus evin tərkib hissəsindən istifadə hüququnu əmələ gətirən əsaslar aradan qalxdığından, onun ünvan 9 ünvanından istifadə hüququ itmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsini qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli qərarında hesab etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Konstitusiyası Məhkəməsi Plenumu həmin qərarında, həmçinin qeyd etmişdir ki, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Konstitusiyası Məhkəməsi Plenumu həmin qərarında daha sonra formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Həmin qərarında Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin konstitusiya əhəmiyyətini nəzərə alaraq, formalaşdırdığı hüquqi mövqeyində qeyd etməyi zəruri hesab etmişdir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının evə mülkiyyət hüququ əldə etdiyi vaxtdan cavabdeh həmin evdə yaşamır və daimi yaşamaq üçün özünə başqa yaşayış yeri seçmiş və hazırki evə olan ehtiyacları aradan qalxmışdır. Məhkəmə işin müəyyən olunmuş həqiqi hallarına əsasən hesab edir ki, cavabdehin iddiaçıya məxsus evin yaşayış sahəsindən istifadə hüququnun əldə edilməsini zəruri edən əsas aradan qalxdığından, yəni hazırda onun həmin yaşayış sahəsinə ehtiyacı olmadığından cavabdehin iddiaçıya məxsus evin tərkib hissəsindən istifadə hüququ itirilmiş hesab olunmalıdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla həmçinin müəyyən olunmuşdur ki, mübahisə predmeti olan ev iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və həmin evə faktiki və titul sahibliyi yeni mülkiyyətçi olan iddiaçı həyata keçirir. Cavabdeh isə iddiaçının hazırda heç bir ailə üzvü olmamaqla yanaşı, cavabdehin mübahisəli ünvana vaxtilə yaranmış istifadə hüququna münasibətdə mübahisəli evin yeni mülkiyyətçisidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Cavabdehin iddiaçının mülkiyyətində olan evdə pasport qeydiyyatında olması onun hüquqlarını məhdudlaşdırdığından məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci bəndinin tələbinə görə yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının tələbi haqlı olduğundan təmin edilməli və Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 7 ünvanına olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunu tələb etmədiyindən onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.1968-ci il təvəllüdlü Cavabdeh Gəncə şəhəri, Nizami rayonu, Əli Nəzmi küçəsi, 125 nömrəli evin yaşayış sahəsindən istifadə hüquqları itirilmiş hesab olunsun. Məhkəmədə iddia qaldırmaq məqsədilə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar