Məhkəmə qərarları › İş №2(125)-1727/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1727/2024

04.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1727/2024 04.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X29 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, X4 (X15) X3 oğlu olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Ərizəçilər ərizələrini onunla əsaslandırmışdırlar ki, X13 ərizəçilərdən Ərizəçi1 atasıdır. X5 isə Ərizəçi1 nənəsi, yəni Cumalı Qəmbərovun anasıdır. X13 05.08. 2003-cü il tarixdə ölmüşdür və bu barədə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsində qeyd aparılmışdır. X23 doğumu haqqında şəhadətnamə yoxdur. Cumalının doğum haqqında şəhadətnaməsini və bu barədə məlumatı əks etdirən arayışı almaq üçün Qeydiyyat orqanlarına və Dövlət Arxivinə müraciət etsələr də, onun doğumu haqqında sistemdə hər hansı məlumatın olmaması bildirilmişdir. X16 ailə üzvləri ilə bağlı Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2021 -ci il tarixli arayışda Sənəmin ailə üzvləri barədə məlumat qeyd edilmiş və Cumalı Qəmbərovun onun oğlu olması qeyd edilmişdir. Hazırda onların yaşadıqları Gəncə şəhəri, Nizami rayonu, İnşaatçı küçəsi, 1 saylı ev Sənəm Ağaməmmədovanın adınadır və onun adına ilkin sənədlər, şəxsi mülkiyyət hüququ ilə evlərin texniki-inventarizasiya və qiymətləndirilməsinə dair pasport mövcuddur. Sənəm Ağaməmmədova xx.xx.1988-ci il tarixdə ölmüşdür. Həmin ünvanda Sənəm Ağaməmmədovadan sonra Ərizəçi1 atası Cumalı ondan sonra isə hazırki vaxtadək onlar yaşamışdırlar. Lakin həmin mənzili adlarına sənədləşdirmək üçün onların Sənəm Ağaməmmədovanın vərəsəsi olmalarına dair rəsmi sənədlər tələb olunur. Cumalı Qəmbərovun doğumu haqqında şəhadətnamə isə olmadığından Cumalının Sənəmin oğlu olması təsdiq edilməmişdir. Bu səbəbdən də evi adlarına rəsmiləşdirib sənəd ala bilmirlər. Buna görə də hazırda onların qohumluq münasibətlərində olması faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdirlər. Məhkəmə iclasında Ərizəçi1 ərizənin məzmununa uyğun izahat verib, əlavə olaraq göstərdi ki, X13 atası, Ağaməmmədova Sənəm isə atasının anası, yəni nənəsidir. 110 yaşında vəfat etmişdir. Həmin evdə dünyaya gəlmişdir. Ərizənin təmin olumasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi2 ərizənin məzmununa uyğun izahat verib, əlavə olaraq göstərdi ki, X13 babasıdır. O, 1905-ci ildə anadan olmuş, 2003-cü ildə ölmüşdür. Babasının doğumu haqqında sənədi əldə edə bilmədikləri üçün evin sənədini düzəldə bilməmişdirlər. Ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəməyə məktub ünvanlayaraq işə iştirakları olmadan baxılmasını və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:- İİİ-JQ 413905 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.1988-ci ildə ölmüşdür. Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X15 xx.xx.2003-cü ildə ölmüşdür. İ-İE 721917 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1958-ci ildə anadan olmuş Ərizəçi1 ata qrafasında X15, ana qrafasında X12 qeyd olunmuşdur. XV-JQ 450158 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1991-ci ildə anadan olmuş Ərizəçi2 ata qrafasında Ərizəçi1, ana qrafasında isə X1 qeyd olunmuşdur. Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 209 nömrəli arayışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 1988-ci il tarixdə ölmüş və ölən günədək ünvan 2 ünvanında yaşamışdır. Mərhumun ailə üzvləri oğlu 1941-ci ildə ölmüş X14 və oğlu xx.xx.2003-cü ildə ölmüş X8muşdur. Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 05/Q-34 nömrəli arayışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1958-ci ildə anadan olmuş Ərizəçi1 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2021-ci ilədək yoxlama aparılmış və aşkar edilmiş məlumatlar içərisində atası X15, anası X26 və oğlu Ərizəçi2 adları da qeyd olunmuşdur. Azərbaycan Sovet Sosialist Respublikası adından Kirovabad Şəhəri Kəpəz Rayon Xalq Məhkəməsinin 2-513/1982 nömrəli, xx.xx.1982-ci il tarixli qətnaməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 X18 ilə anadan bir, atadan ayrı qardaşbacı olmalarının müəyyən edilməsi, X9 1934-cü ildə Kirovabad şəhərində ölmüş hesab edilməsi, 1941-ci ildə X21 xəbərsiz itkin düşmüş X7 ölmüş hesab edilməsi, Kirovabad şəhəri, İnşaatçı küçəsi, 1 nömrəli ünvanda yerləşən mülk mülkiyyət hüququ üzrə tikintiyə sahibliyin X18 və X10 məxsus olması faktının müəyyən edilməsi və X3 X18 və X7 qanuni vərəsəsi hesab edilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən Ərizəçi2 ünvanlanmış xx.xx.2020-ci il tarixli, TA-00176-2020 nömrəli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış “Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində X11 (İsmayıl oğlu) doğum tarixinə dair heç bir məlumat aşkar olunmamışdır. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-5/8-15-2644 nömrəli məktubdan görünür ki, X15 barəsində doğum haqqında akt qeydi aşkar olunmadığından doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndilirməsinə aid pasportun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Gəncə (Kirovabad) şəhəri, İnşaatçı küçəsi ev 1 (Vorovski küçəsi 3-cü döngə ev3 ) X3 adınadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-in 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. MM-in 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. (mad. 1159.1.1,1159.1.2, 1159.1.3) İşin müəyyən olunmuş hallarından görünür ki, Ərizəçi1 nənəsi X2 miras əmlak qalmışdır. Ərizəçilər Ərizəçi1 atası və Ərizəçi2 babası X4 doğumu barədə akt qeydi tapılmadığından sonuncunun X3 oğlu olmasını təsdiq edən sənədi əldə edə bilmədikləri üçün ərizəçilər miras qalmış əmlakı vərəsəlik qaydasında əldə edə bilməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir, habelə şəxslərin qohumluq münasibətlərində olması faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməklə, Ərizəçi1 atası X4 (X15) X3 oğlu olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 216-220, 227, 233, 307, 308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi1 atası X4 (X11) X3 oğlu olması faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar