Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1786/2025 07.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı «Təhsil» Respublika İdman Mərkəzinin Gəncə şəhər 2 nömrəli X1 Məktəbi X4rşı «əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «Təhsil» Respublika İdman Mərkəzinin Gəncə şəhər 2 nömrəli X1 Məktəbi X4rşı 26.*7.2*24-cü il tarixli, 35/5 nömrəli əmrin ləğv edilməsi, həmin məktəbə məşqçi müəllim vəzifəsinə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, 198*-ci ilin dekabr ayından *1.*7.2*24-cü il tarixədək «Təhsil» Respublika İdman Mərkəzinin Gəncə şəhər 2 nömrəli X1 Məktəbi X7 şahmat bölməsində «məşqçi-müəllim» vəzifəsində fəaliyyət göstərmişdir və Azərbaycan Respublikasının əməkdar müəllimidir. Əmək fəaliyyəti dövründə o, heç vaxt qanun pozuntusuna yol verməmiş və onun barəsində hər hansı intizam tənbeh tədbiri tətbiq olunmamışdır. O, öz vəzifəsinin öhdəsindən layiqincə gəlmiş, əmək fəaliyyətini layiqincə icra etmiş və öz işində yaxşı mənada fərqlənmişdir. Buna görə də o, müftəlif təltiflərə layiq görülmüşdür. Onun şagirdləri son dövrlədə məktəbin ən yüksək nəticələrini əldə etmiş və hətta dünya miqyaslı yarışlarda ölkəni ləyaqətlə təmsil etmişlər. O, 2*17-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi attestasiya imtahanında Gəncə şəhəri üzrə 1-ci, ölkə üzrə isə ən yükək nəticələrdən birini əldə etmişdir. Həmçinin o, 2*19-cu ilin yekunlarına görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin «Təhsi» Respublika İdman Mərkəzinin fəxri fərmanı ilə təltif edilmiş, 2*23-cü ilin yekunlarına görə Azərbaycan Respublikası Şahmat Federasiyası tərəfindən mükafatlandırımış, 2*23-2*24-cü ilin tədris ilinin yekunlarına görə Gəncə Təhsil İdarəsinin təşəkkürnaməsi ilə təltif olunmuşdur. Qeyd olunanlar ona Azərbaycan Respublikası Təhsil Nazirliyinin 15 iyul 2*11-ci il tarixli, 14*4 nömrəli əmrinə əsasən ona 7* yaşadək işləmək hüququ verir. Lakin *1.*8.2*2-cü il tarixdə onun əmək müqaviləsinə xitam verilmiş, yeni müqavilənin bağlanması isə Gəncə şəhər 2 nömrəli X1 Məktəbi X7 direktoru tərəfindən qanunsuz olaraq, 15.*9.2*23-cü il tarixədək uzadılmış, onun dərs saatları əsassız olaraq azaldılmış, ona qarşı ayrı seçkiliyə yol verilmiş, Əmək Məcəlləsinin 16.1 və 158.3-cü maddələrinin tələbləri pozulmuşdur. Bununla da ona maddi və mənəvi zərər vurulmuşdur. Bundan sonra onunla Gəncə şəhər 2 nömrəli X1 Məktəbi Publik Hüquqi Şəxsi arasında 15.*9.2*23-cü il tarixdə əmək müqaviləsi bağlanmış və o, məşqçi-müəllim işinə qəbul edilmişdir. Həmin əmək müqaviləsi 1 il müddətə bağlanmışdır. Bağlanmış əmək müqaviləsinin bir nüsxəsi Gəncə şəhər 2 nömrəli X1 Məktəbi Publik Hüquqi Şəxsi tərəfindən ona verilməli olduğu halda verilməmiş, kserosurəti işdən çıxarıldıqdan sonra başqa sənədlərlə birlikdə ona təqdim olunmuşdur. 1*.*7.2*24-cü il tarixdə o, Gəncə şəhər 2 nömrəli X1 Məktəbi X7 direktoruna yeni əmək müqaviləsinin bağlanması ilə bağlı ərizə ilə müraciət etsə də onun ərizəsi cavablandırılmamış və qanunvericiliklə nəzərdə tutulan vaxtda məlumatlandırılmamışdır. «Təhsil» Respublika İdman Mərkəzinin Gəncə şəhər 2 nömrəli Uşaq-ənclər İdman Şahmat Məktəbi X7 26.*7.2*24-cü il tarixli, 35/5 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «b» bəndi ilə nəzərdə tutulan «əmək müqaviləsinin müddətinin qurtarması» əsası ilə işdən azad edilmişdir. Lakin həmin əmr onun hüquqlarını pozmaqla qəbul edilmişdir və əsassızdır. Belə ki, Gəncə şəhər 2 nömrəli X1 Məktəbi Publik Hüquqi Şəxsi tərəfindən işdən azad edilərkən, bu barədə ona heç bir məlumat verilməmiş, «əmək müqaviləsinə xitam verilməsi» barədə əmrlə tanış edilməmiş və ona əmək qanunvericiliyində nəzərdə tutulan heç bir sənəd təqdim olunmamışdır. Gəncə şəhər 2 nömrəli X1 Məktəbi X7 direktoru tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin 15.*7.2*11-ci il tarixli 14*4 nömrəli əmrinə və əmək müqaviləsinin şərtlərinə əməl olunmamış, əmək müqaviləsinə vaxtından əvvəl xitam verilmiş, onun məzuniyyət hüququ pozulmuş, 3*.*7.2*24-cü tarixdə onun iradəsinə zidd olaraq son haqq-hesab ödənilmiş və bununla da ona maddi ziyan vurulmuşdur. Gəncə şəhər 2 nömrəli X1 Məktəbi Publik Hüquqi Şəxsi tərəfindən «əmək müqaviləsinə xitam verilməsi barədə» sənədlər, yəni əmrin surəti, əmək müqaviləsinin surəti və əmək kitabçası 25.*9.2*24-cü il tarixdə ona təqdim olunmuşdur. Qeyd olunanlara əsasən Gəncə şəhər 2 nömrəli Uşaq-ənclər İdman Şahmat Məktəbi X7 26.*7.2*24-cü il tarixli, 35/5 nömrəli əmri qanunsuz qəbul olunmuşdur. Həmin əmrin qanuniliyini isə o, qanunla nəzərdə tutulan müddətdə mübahisələndirmiş, məhkəmənin iddia ərizəsini müxtəlif səbəblərdən geri qaytarması ilə əlaqədar əmrin surətini almasından 3 ay sonra iddia ərizəsi məhkəmənin icraatına qəbul olunmuş və həmin tələb üzrə iddia müddəti ötürülməmişdir. Belə ki, o, 25.*9.2*24-cü il tarixdə mübahisələndirilən əmrin surətini aldıqdan sonra 16.1*.2*24-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Gəncə Şəhər Məhkəməsinin 19.1*.2*24-cü il tarixli, 2(125)-6148/2*24 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Gəncə Şəhər Məhkəməsinin 19.1*.2*24-cü il tarixli, 2(125)-6148/2*24 nömrəli qərardadını o, 19.12.2*25-ci il tarixdə almış və 19.12.2*25-ci il tarixdə mediasiyanın tətbiqinə dair təklif göndərmişdir. 16.*1.2*25ci il tarixdə mediasiya prosesi başa çatdıqdan sonra 22.*1.2*25-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Gəncə Şəhər Məhkəməsinin 24.*1.2*25-ci il tarixli, 2(125)- 1495/2*25 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardadın surətini o, 27.*1.2*25-ci il tarixdə almış və *3.2.2*25-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa, cavabdeh iddia müddətinin tətbiqinə dair ərizəni iddianın surətini aldıqdan sonra 2* gün müddətində deyil, mülki işin məhkəmə baxışına daxil olmasından sonra məhkəməyə təqdim etmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı 16.11.2*22-ci il tarixdə 65 yaşı tamam olduğundan 16.11.2*22-ci il tarixdə Gəncə şəhər 2 nömrəli X1 Məktəbi Publik Hüquqi Şəxsi ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 7*-ci maddəsinin «e» bəndinə əsasən xitam verilmişdir. İddiaçı ərizəsini nəzərə alaraq, 16.11.2*22-ci il tarixdə tədris ilinin sonuna, yəni 31.*7.2*23-cü il tarixədək əmək müqaviləsinin müddəti uzadılmışdır. 2*23-cü ilin sentyabr ayında İddiaçı müraciəti əsasında, 15.*9.2*23-cü il tarixdə onunla tədris ilinin sonunadək, yəni 31.*7.2*24-cü il tarixədək 24 saat dərs yükü olmaqla, yenidən müddətli əmək müqaviləsi bağlanmışdır və son haqq-hesab ödənilməklə müddətli əmək müqaviləsinə qanunvericiliyə uyğun olaraq, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən 26.*7.2*24-cü il tarixli, 35/5 nömrəli əmrlə xitam verilmişdir. 31.*7.2*24-cü il tarixdə son iş günü İddiaçı əmrin surəti və əmək kitabçası təqdim olunmuş, İddiaçı sənədləri təhvil almaqdan, əmrin surətini götürməkdən və təhvil-təslim aktını imzalamaqdan imtina etmişdir. Daha sonra İddiaçı 25.*9.2*24-cü il tarixdə Gəncə şəhər 2 nömrəli X1 Məktəbi Publik Hüquqi Şəxsinə gəlmiş, həmin vaxt əmək kitabçası və əmrin surəti İddiaçı təqdim olunmuşdur. İddiaçı 2*23-2*24-cü tədris ili üçün məzuniyyətə çıxması ilə bağlı ərizə ilə müraciət etmədiyindən məzuniyyətə çıxmamış və əmək müqaviləsinə xitam verilərkən son haqq-hesab ödənilmişdir. İşin faktiki hallarından da görünür ki, İddiaçı müddətli əmək müqaviləsi ilə işləmiş və müqavilənin müddəti bitdiyindən əmək müqaviləsinə xitam verilməklə, son haqq-hesab ödənilmişdir. Eyni zamanda C.Ş.Cabbarorun özünün 13.*9.2*24-cü il tarixli ərizəsindən də 1 il müddətə əmək müqaviləsi bağlanmasını xahiş etdiyi görünür. Yəni İddiaçı əmək müqaviləsinin 1 il müddətə bağlandığını müqavilə bağlanmamışdan əvvəl bilmiş və bundan məlumatlı olmuşdur. Həmçinin Gəncə şəhər 2 nömrəli X1 Məktəbi Publik Hüquqi Şəxsi İddiaçıla bağlanmış əmək müqaviləsinə xitam verilərkən, Əmək Məcəlləsinin 73-cü maddəsinin 12.*8.2*24-cü il tarixədək qüvvədək olmuş redaksiyasında nəzərdə tutulan müdəalarına uyğun və əmək müqaviləsinə xitam verilməsinin həmin tarixədək qüvvədə olmuş xəbərdar etmə qaydaları əsasında hərəkət etmişdir. Göründüyü kimi Gəncə şəhər 2 nömrəli X1 Məktəbi X7 26.*7.2*24-cü il tarixli əmri qanuni olmuşdur və onun ləğv əsası yoxdur. Bununla yanaşı C.Ş.Abbasov həmin əmrin qanuniliyinin məhkəmədə mübahisələndirilməsi üçün nəzərdə tutulan iddia müddətini ötürmüş və həmin hal da iddianın rədd olunması üçün əsasdır. Sonda Nümayəndə iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini (vəkilini) dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, işdə olan «Təhsil» Respublika İdman Mərkəzi tərəfindən verilmiş 2*19-cu il tarixli fəxri fərmanın surətindən görünür ki, İddiaçı Bədən Tərbiyəsi və İdmanın inkişaf etdirilməsində, yüksək nəticəli idmançıların hazırlanmasında, uşaq yeniyetmə və gənclərin idmana cəlb olunmasında səmərəli fəaliyyətinə görə təltif edilmişdir. İş materiallarında olan Məktəbəqədər və Ümumi Təhsil üzrə X8-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən verilmiş 12.*6.2*24-cü il tarixli təşəkkürnamənin surətindən görünür ki, gənclərin milli vətənpərvərlik ruhunda tərbiyyə edilməsində Respublika Avropa çempionlarını yetişdirən Gəncə şəhər 2 nömrəli UGİŞM-ın şahmat üzrə məşqçi müəllimi «Əməkdar məşqçi» İddiaçı təltif olunmuşdur. İşdə olan 15.*9.2*23-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı 15.*9.2*23-cü il tarixdən 1 il müddətə - 31.*7.2*24-cü il tarixədək Gəncə şəhər 2 nömrəli X1 Məktəbi Publik Hüquqi Şəxsində məşqçi-müəllim vəzifəsinə (peşəsinə) qəbul olunmuşdur. İş materiallarında olan 26.*7.2*24-cü il tarixli, 35/5 nömrəli «əmək müqaviləsinə xitam verilməsi barədə» əmrdən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin «b» bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarmasına görə xitam verilmiş, İddiaçı 15.*9.2*23-cü il tarixdən *1.*8.2*24-cü il tarixədək istifadə edilməmiş 42 gün məzuniyyət günün son haqqhesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir. İşdə olan Gəncə Şəhər Məhkəməsinin 18.1*.2*24-cü il tarixli, 2(125)-6148/2*24 nömrəli qərardadından görünür ki, İddiaçı Gəncə şəhər 2 nömrəli X1 Məktəbi X4rşı «son haqq-hesabın ödənilməsi, işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının və dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İş materiallarında olan İlkin mediasiya sessiayası barədə bildirişin surətindən və 16.*1.2*25-ci il tarixli MŞG/1/MT**7/2*25-***12 nömrəli mediasiya arayışından görünür ki, İddiaçı Gəncə şəhər 2 nömrəli X1 Məktəbi Publik Hüquqi Şəxsi ilə aralarında olan əmək mübahisəsinin həlli ilə əlaqədar *7.*1.2*25-ci il tarixdə mediasiya təşkilatına müraciət etmişdir. İşdə olan Gəncə Şəhər Məhkəməsinin 24.*1.2*25-ci il tarixli, 2(125)-1495/2*25 nömrəli qərardadından görünür ki, İddiaçı X2 qarşı «məzuniyyət hüququnun bərpası, işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının və dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, 1* dekabr 198*-ci ildə Gəncə (Kirovabad) ŞXMŞ-nin nəzdində Uşaq şahmat məktəbində məşqçi-müəllim vəzifəsinə təyin olunmuş, sonradan həmin məktəbin adı «Təhsil» Respublika İdman Mərkəzinin Gəncə şəhər 2 nömrəli X1 Məktəbi Publik Hüquqi Şəxsi adına dəyişdirilmişdir. 1* dekabr 198*-ci ildən 16.11.2*22-ci il tarixədək İddiaçı «Təhsil» Respublika İdman Mərkəzinin Gəncə şəhər 2 nömrəli X1 Məktəbi Publik Hüquqi Şəxsində müddətsiz, 16.11.2*22-ci il tarixdə 65 yaşının tamam olmasından sonra isə müddətli əmək müqaviləsi əsasında məşqçi-müəllim vəzifəsində (peşəsində) işləmişdir. İddiaçı çalışma müddəti «Təhsil» Respublika İdman Mərkəzinin Gəncə şəhər 2 nömrəli X1 Məktəbi Publik Hüquqi Şəxsi tərəfindən *1.*8.2*24-cü il tarixədək bir neçə dəfə uzadılmışdır. «Təhsil» Respublika İdman Mərkəzinin Gəncə şəhər 2 nömrəli X1 Məktəbi X7 26.*7.2*24-cü il tarixli, 35/5 nömrəli «əmək müqaviləsinə xitam verilməsi barədə» əmrlə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin «b» bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarmasına görə xitam verilmiş, İddiaçı 15.*9.2*23-cü il tarixdən *1.*8.2*24-cü il tarixədək istifadə edilməmiş 42 gün məzuniyyət günün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir. İddiaçı «Təhsil» Respublika İdman Mərkəzinin Gəncə şəhər 2 nömrəli X1 Məktəbi X4rşı «əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iddianı qəbul etməmiş, iddia tələbinin əsası kimi İddiaçı əmək müqaviləsinə qanuni əsaslarla xitam verilməsi, həmçinin əmək mübahisə üzrə iddia müddətinin keçməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1 və 2-ci hissələrinə görə əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlama məcbur edə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digər isə işçidir. Həmin Məcəllənin 1*-1.1 və 1*-1.2-ci maddələrinə görə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Dövlət büdcəsən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri (burada «müvafiq dövlət orqanının rəhbəri»nin səlahiyyətlərini müvafiq sahə üzrə mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və nizamnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən müəssisənin fəaliyyətinə rəhbərlik edən müvafiq vəzifəli şəxs həyata keçirir) tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Həmin Məcəllənin 45-ci maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə görə əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. Həmin Məcəllənin 7*-ci maddəsinin «e» bəndinə görə dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 73-cü maddəsinin 1 və 2-ci hissələrinə görə müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla,, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündən, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. «Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələri baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1*2.1.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 aprel 2*24-cü il tarixli Qərarında göstərilmişdir ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq, əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətlərində işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətləri (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) mövcuddur. «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2* oktyabr 2*23-cü il tarixli Qərarında göstərilmişdir ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ-İV hissələrinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati təlabatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi əmək qanunvericiliyinin vəzifələri və prinsipləri sırasında təsbit edilib. Əmək münasibətləri dedikdə - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əmək haqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə Əmək Məcəlləsinin prinsiplərinə əsaslanan münasibətlər başa düşülür (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4- 1-ci hissəsi). Nəzərə alınmalıdır ki, əmək hüququ – işçi ilə işəgötürən arasında heç bir ayrı-seçkilik olmadan sərbəst qaydada əmək münasibətlərini yaratmaq imkanını ehtiva edir. İlk növbədə əmək müqaviləsi üzrə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl etməklə onların qarşılıqlı razılıq əsasında dövlət büdcəsən maliyyələşən müəssisələrdə 65 yaşına çatmış işçilərin həmin müəssisədə çalışma müddətinin işəgötürən tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadılmasının mümkünlüyünü və bu müddət qurtardıqdan sonra ona xitam verilməsini tənzimləyən Əmək Məcəlləsinin 1*-1.1, 1*-1.2-ci maddələri, habelə 7*-ci maddəsinin «e» bəndi ilə, həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndi və 73-cü maddəsinin 1-ci hissəsi əlaqəli şəkildə şərh edilməlidir. Məlum olduğu kimi Əmək Məcəlləsinin 1*-1-ci maddəsi «Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 17.*5.2*11-ci il tarixli Qanunu ilə Əmək Məcəlləsinə əlavə edilmişdir və həmin norma dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın son yaş həddinə həsr olunub. Sözügedən normada, habelə Əmək Məcəlləsinin 1*-1.2-ci maddəsində göstərilir ki, dövlət büdcəsindən maliyyələşən müəssəsilərdə çalışmanın yaş həddi 65-dir. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Həmçinin normanın qeyd hissəsində göstərilir ki, burada «müvafiq dövlət orqanının rəhbəri»nin səlahiyyətlərini müvafiq sahə üzrə mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və nizamnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən müəssisənin fəaliyyətinə rəhbərlik edən müvafiq vəzifəli şəxs həyata keçirir. Göründüyü kimi Əmək Məcəlləsinin 1*-1-ci maddəsində hər hansı müddətli əmək müqaviləsinin bağlanmasından deyil, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın son yaş həddinə çatmış işçinin həmin müəssisədə çalışma müddətinin işəgötürən tərəfindən hər dəfə 1 ildən çox olmayaraq 5 ilədək uzadıla bilməsindən bəhs olunur, yəni həmin norma əslində işçi ilə yeni müddətli əmək müqaviləsinin bağlanmasını və ya onun uzadılmasını deyil, müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddətinin işəgötürən tərəfindən hər dəfə 1 ildən çox olmayaraq, 5 ilədək uzadıla bilməsinin mümkünlüyünü tənzimləyir. Başqa sözlə Əmək Məcəlləsinin 1*-1-ci maddəsi həmin Məcəlləyə sonradan əlavə edilmiş xüsusi bir normadır və bu norma dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddətini müəyyən edir. Yəni Əmək Məcəlləsinin 1*-1.2-ci maddəsində nəzərdə tutulan «hər dəfə 5 ilədək uzadıla bilən müddət» üçün işçi ilə işəgötürən arasında yeni müddətli əmək müqaviləsinin bağlanması tələb olunmur və işəgötürən sadəcə olaraq əmək müqaviləsi üzrə müəssisədə çalışan işçinin 65 yaşına çatmasını nəzərə alaraq, onun müəssisədə çalışma müddətini 1 ildən çox olmayaraq, uzada və ya uzatmaya bilər. Buna görə də hazırki halda Əmək Məcəlləsinin 1*-1-ci maddəsinin təfsirində, habelə dövlət büdcəsindən maliyyələşən sözügedən «Təhsil» Respublika İdman Mərkəzinin Gəncə şəhər 2 nömrəli X1 Məktəbi Publik Hüquqi Şəxsində çalışmanın son yaş həddinə çatmış iddiaçının həmin X9 Məktəbi Publik Hüquqi Şəxsində çalışma müddətinin işəgötürən tərəfindən hər dəfə 1 ildən çox olmayaraq, uzadılmasını müddətli əmək müqaviləsi kimi qiymətləndirməklə və Əmək Məcəlləsinin «müddətli əmək müqaviləsinin müddətinin qurtarmasını» tənzimləyən 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndini, habelə «müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası»nı tənzimləyən 73-cü maddəsinin 1-ci hissəsini hazırki əmək mübahisəsinə tətbiq etmək yanlış yanaşmadır. Digər tərəfdən Əmək Məcəlləsinin 1*-1.1-ci maddəsi dövlət büdcəsindən maliyyələşən müəssisələrdə son çalışma müddətini qəti olaraq 65 yaş müəyyən edib. Həmin Məcəllənin 1*-1.2-ci maddəsi isə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə işçinin çalışma müddətinin hər dəfə 1 ildən çox olmayaraq, 5 ilədək uzadıla bilməsini işəgötürənin vəzifəsi deyil, hüququ kimi müəyyən edib. Yəni sözügedən norma müvafiq sahə üzrə mərkəzi icra hakimiyyəti orqanının rəhbərinə, habelə nizamnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən müəssisənin fəaliyyətinə rəhbərlik edən müvafiq vəzifəli şəxsə, 65 yaşına çatmış işçinin həmin müəssisədə çalışma müddətini hər dəfə 1 ildən çox olmayaraq, bütövlükdə 5 ilədək uzatmaq hüququ verir. Göründüyü kimi sözügedən normada dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçinin həmin müəssisədə çalışma müddətinin uzadılması zamanı «hər dəfə 1 ildən çox olmayaraq» söz birləşməsindən istifadə olunur, yəni qanunverici işəgötürənə bu haqqı tanıyarkən onun üzərinə həm də 65 yaşına çatmış işçinin öz əmək funksiyasını və ya əmək müqaviləsi üzrə yerinə yetirmək iqtidarında olub-olmadığını yoxlamaq öhdəliyi qoyur. Əmək Məcəlləsinin 1*-1.2-ci maddəsində dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddətinin hər dəfə 1 ilədək, 5 ildən artıq olmamaqla uzadılması üçün konkret meyarlar müəyyən edilməsə də, belə meyarlara işçinin tam əmək qabiliyyətinə, dərin nəzəri biliyə, böyük iş və həyat təcrübəsinə malik olması, əmək funksiyasını yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməsi, həmin müəssisədə və tutduğu vəzifədə uzun illər qüsursuz işləməsi, mədəni, əxlaqi keyfiyyətləri və sair aid edilə bilər. Hazırkı işdə İddiaçı 16.11.2*22-ci il tarixdə 65 yaşa çatdığından, onun çalışma müddəti 16.11.2*22-ci il tarixdən sonra mübahisələndirilən 26.*7.2*24-cü il tarixli, 35/5 nömrəli bir neçə dəfə uzadılmışdır. Buna görə də işəgötürən 67 yaşına çatmış iddiaçının «Təhsil» Respublika İdman Mərkəzinin Gəncə şəhər 2 nömrəli X1 Məktəbi Publik Hüquqi Şəxsində çalışma müddətini daha 1 ilədək uzatmaqdan imtina edərkən, əmrdə formal olaraq Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə istinad etsə də, əslində tərəflər arasındakı əmək münasibətlərinə iddiaçı müəssisədə çalışmanın son yaş həddinə çatdığı üçün xitam verilib. Yəni, işəgötürənin sözügedən əmrinin hüquqi əsasını Əmək Məcəlləsinin 7*-ci maddəsinin «e» bəndi təşkil edir. Həmin normanın mənasına görə dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda, işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilə bilər. Göründüyü kimi, işəgötürən tərəfindən işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 7*-ci maddəsinin «e» bəndində nəzərdə tutulan əsasla xitam verilməsi üçün iki şərtin eyni vaxtda mövcud olması tələb olunur: birincisi, işçi dövlət büdcəsindən maliyyələşən müəssisədə çalışmalıdır; ikincisi, işçi çalışmanın son yaş həddinə, yəni 65 yaşa çatmalıdır. Bu iki şərt mövcud olduğu halda işəgötürən, işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 7*-ci maddəsinin «e» bəndinə əsasən xitam verə bilər. Yəni, «dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın son yaş həddinə, yəni 65 yaşına çatdıqda» əmək müqaviləsinə xitam vermək (çalışma müddətinin uzadılması istisna olmaqla) işəgötürənin hüququ deyil, vəzifəsidir. Belə ki, işəgötürən istəsə də dövlət büdcəsindən maliyyələşən müəssisədə çalışan 65 yaşına çatmış işçi ilə əmək münasibətlərini (çalışma müddətinin uzadılması istisna olmaqla) davam etdirə bilməz, çünki buna Əmək Məcəlləsinin 1*-1.1-ci maddəsinin tələbləri yol vermir. Həmin normada imperativ qaydada göstərilir ki, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın son yaş həddi 65-dir. Beləliklə, məhkəmə qeyd olunanları və Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən 21.*5.2*24-cü il tarixli 2(1*2)-1335/2*24 nömrəli qərarında formalaşdırılmış hüquqi mövqeni nəzərə alaraq, hesab edir ki, «Təhsil» Respublika İdman Mərkəzinin Gəncə şəhər 2 nömrəli X1 Məktəbi Publik Hüquqi Şəxsi İddiaçı Şakir oğlunun çalışma müddətini təkrar uzatmaqdan imtina edərkən, qanunun tələbini pozmamış və əmr həmin hissədə qanuni olmuşdur. Lakin «Təhsil» Respublika İdman Mərkəzinin Gəncə şəhər 2 nömrəli X1 Məktəbi Publik Hüquqi Şəxsi həmin əmrdə çalışma müddətinin sonunu *1.*8.2*24-cü il tarix kimi qeyd etməklə qanunun tələbini pozmuşdur. Belə ki, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçıla «Təhsil» Respublika İdman Mərkəzinin Gəncə şəhər 2 nömrəli X1 Məktəbi Publik Hüquqi Şəxsi arasında 15.*9.2*23-cü il tarixdə əmək müqaviləsi bağlanmış və həmin müqavilənin (çalışma müddətinin) müddəti 1 il müddət müəyyənləşdirilsə də, müqavilənin qüvvədə olma müddəti (çalışma müddəti) 15.*9.2*23-cü il tarixdən 31.*7.2*24-cü il tarixədək müəyyənləşdirilmişdir. 15.*9.2*23-cü il tarixdən 1 il müddətin hesablanması zamanı həmin müddətin növbəti ilin sonuncu günü 15.*9.2*24-cü il tarixdə bitdiyi nəzərə alındıqda, tərəflər arasındakı əmək müqaviləsində əmək müqaviləsinin (çalışma müddətinin) sonu kimi göstərilən 31.*7.2*24-cü il tarixi anlaşılmazlığın və müqavilə müddətinin (çalışma müddətinin) sonuna dair şübhələrin yaranmasına səbəb olmuşdur. Lakin İddiaçıla «Təhsil» Respublika İdman Mərkəzinin Gəncə şəhər 2 nömrəli X1 Məktəbi Publik Hüquqi Şəxsi arasındakı əmək müqaviləsinə xitam verildiyi *1.*8.2*24-cü il tarixdən istifadə edilməmiş 42 günlük məzuniyyət müddətini hesabladıqda məzuniyyət müddətinin bitmə tarixinin 12.*9.2*24-cü il tarixdə, yəni tərəflər arasındakı əmək müqaviləsinin bağlandığı 15.*9.2*23-cü il tarixdən 11 ay 27 gün sonra bitdiyi müəyyən edilir. Digər tərəfdən «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2* oktyabr 2*23-cü il tarixli və «Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələri baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1*2.1.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 aprel 2*24-cü il tarixli Qərarlarında ifadə edilmiş hüquqi mövqeyə görə faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə işçi daha zəif tərəfdir. Məhkəmə qeyd olunanları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən 26.*2.2*25-ci il tarixli 2(1*2)-415/2*25 nömrəli qərarında formalaşdırılmış hüquqi mövqeni nəzərə alaraq, hesab edir ki, mövcud şübhə və anlaşılmazlıq halında həmin şübhə və anlaşılmazlıqlar işçinin, hazırki halda isə İddiaçı xeyrinə tövsif edilməlidir. Buna görə də İddiaçıla «Təhsil» Respublika İdman Mərkəzinin Gəncə şəhər 2 nömrəli X1 Məktəbi Publik Hüquqi Şəxsi arasında bağlanmış 15.*9.2*23-cü il tarixli əmək müqaviləsinin qüvvədə olma müddəti (çalışma müddəti) 15.*9.2*23-cü il tarixdən 15.*9.2*24-cü il tarixədək hesab edilməlidir. Buna görə də İddiaçı «Təhsil» Respublika İdman Mərkəzinin Gəncə şəhər 2 nömrəli X1 Məktəbi X4rşı iddiası onun *1.*8.2*24-cü il tarixdən 15.*9.2*24-cü il tarixədək işə bərpa edilmiş hesab edilməsinə dair hissədə əsaslıdır. Lakin İddiaçı «Təhsil» Respublika İdman Mərkəzinin Gəncə şəhər 2 nömrəli X1 Məktəbi X7 26.*7.2*24-cü il tarixli 35/5 nömrəli «əmək müqaviləsinə xitam verilməsi barədə» əmrini 25.*9.2*24-cü il tarixdə almasına baxmayaraq, bundan 85 gün sonra mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş, 16.*1.2*25-ci il tarixdə ilkin mediasiya sessiyası başa çatmış və bundan 22 gün sonra hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, İddiaçı məhkəməyə hüququnun pozulduğunu aşkar etdiyi gündən 1*7 gün sonra (ilkin mediasiya sessiyasınadək 85 gün, ilkin mediasiya sessiyasından sonra 22 gün) həmin hüququn bərpası tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, bununla da iddia müddətini 77 gün müddətə ötürmüşdür. Mülki işə məhkəmədə baxılarkən Gəncə şəhər «Təhsil» Respublika İdman Mərkəzinin Gəncə şəhər 2 nömrəli X1 Məktəbi X7 nümayəndəsi (vəkili) iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı həmin müddətin ötürülməsinin üzrlü hesab olunmasına dair vəsatətlə məhkəməyə müraciət etməmiş, mübahisələndirilən əmrin surətini aldıqdan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də məhkəmənin iddia ərizəsini geri qaytarmasına görə iddia müddətini ötürmədiyini, həmçinin iddia müddətinin tətbiqinə dair ərizənin məhkəmənin hazırlıq iclasında deyil, baxış iclasında verilməsinə görə həmin ərizənin qəbul edilməli olmadığını bildirmişdir. Məhkəmə «Təhsil» Respublika İdman Mərkəzinin Gəncə şəhər 2 nömrəli X1 Məktəbi X7 nümayəndəsinin (vəkilinin) iddia müddətinin tətbiqinə dair ərizəsinə İddiaçı etirazındakı xüsusatları mülki işin məhkəmə iclasında müəyyən edilmiş halları ilə müqayisəli təhlil edərək, hesab edir ki, İddiaçı iddia müddətinin tətbiqinə dair etirazı əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 381.2-ci maddəsinə görə əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanılmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Qanunvericiliyin tələbindən göründüyü kimi iddia baxılmamış saxlanıldıqda, hazırki halda geri qaytarıldıqda iddianın məhkəmənin icraatında olduğu dövr iddia müddətinə daxil edilir. Buna görə də İddiaçı «Təhsil» Respublika İdman Mərkəzinin Gəncə şəhər 2 nömrəli X1 Məktəbi X7 26.*7.2*24-cü il tarixli 35/5 nömrəli «əmək müqaviləsinə xitam verilməsi barədə» əmrini 25.*9.2*24-cü il tarixdə aldıqdan 85 gün sonra 19.12.2*24-cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə ərizə göndərməsinədək və 16.*1.2*25-ci il tarixdə mediasiya sessiyasının başa çatmasından 22 gün sonra *3.*2.2*25-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edənədək olan müddət iddia müddətinə daxildir. Bununla belə İddiaçı izahatında göstərdiyi və özünün əsaslandığı qaydada hesabladıqda da, Gəncə şəhər 2 nömrəli X1 Məktəbi X7 26.*7.2*24-cü il tarixli 35/5 nömrəli «əmək müqaviləsinə xitam verilməsi barədə» əmrinin alınmasından 34 gün sonra (əmrin alındığı tarixdən ilk dəfə məhkəməyə müraciət edildiyi tarixədək 21 gün, mediasiya təklifindən məhkəməyə ikinci dəfə müraciət edilməsinədək 6 gün, məhkəmənin ikinci qərardadının alınmasından sonuncu iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək 7 gün) hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi və iddia müddətinin ötürüldüyü müəyyən edilir. Belə ki, İddiaçı 25.*9.2*24-cü il tarixdə mübahisələndirilən əmrin surətini almış və bundan 21 gün sonra 16.1*.2*24-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin 19.1*.2*24-cü il tarixli, 2(125)-6148/2*24 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmışdır. Gəncə Şəhər Məhkəməsinin 19.1*.2*24-cü il tarixli, 2(125)-6148/2*24 nömrəli qərardadını İddiaçı 19.12.2*25-ci il tarixdə almış və həmin tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş, 16.*1.2*25-ci il tarixdə mediasiya sessiyası başa çatmış və mediasiya sessiyasının başa çatmasından 6 gün sonra 22.*1.2*25-ci il tarixdə ikinci dəfə məhkəməyə müraciət etmiş, Gəncə Şəhər Məhkəməsinin 24.*1.2*25-ci il tarixli 2(125)-1495/2*25 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş geri qaytarılmışdır. İddiaçı 27.*1.2*25-ci il tarixdə həmin qərardadı almış və bundan da 7 gün sonra hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1 və 375.2-ci maddəsinə görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə erdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina etməsində qərar çıxarması üçün əsasdır. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi mübahisə tərəfi məhkəmə qərarı çıxarılanadək iddia müddətinin tətbiqinə dair ərizə vermək hüququna malikdir və həmin halın hər hansı müddətlə məhdudlaşdırılması yolverilməzdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəlləsinin 296-cı maddəsinin 7-ci bəndinə görə mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 35.1 və 35.2-ci maddələrinə görə mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekbar 2**1-ci il tarixli qərarında göstərilir ki, iddia müddəti birinci növbədə hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.*.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun *3 iyun 2*13-cü il tarixli qərarında göstərilir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. «L.İ.Binnətovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin *8 may 2**8-ci il tarixli qərarında göstərilir ki, iddia müddətinin tətbiqi barədə ərizənin verilməsi qaydasını (subyekt, forma, verilmə anı, məzmun – iddia müddətlərinin keçməsini əks etdirən konkret faktoloji əsas və onun nəticəsində yaranan maddi-hüquq tələbi) ehtiva edən maddi hüquq normasının mövcudluğu, onun daxilində iddia müddətinin tətbiqi ilə bağlı məsələnin həllinin tənzimlənməsi, habelə maddi normanın hüquqyaradıcı və hüququ təminedici təbiəti bir qayda olaraq onun hüququn müdafiəsində prosessual normanı qabaqlamasını tələb edir. Avropa İnsan Hüquqları Məhkəməsi, analoji hüquqi mövqedən çıxış edərək, «Miragall Eskolano və digərləri İspaniyaya qarşı» iş üzrə 25 yanvar 2***-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 6cı bəndinə görə bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3*.*7.2*21-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. X3 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası 296-cı maddəsinin 6-cı bəndinin tələbindən göründüyü kimi həmin maddənin tətbiq olunması üçün iddia müddətinin ötürülməsi səbəbi iddiaçının şəxsiyyəti ilə bağlı obyektiv hallarla bağlı olmalıdır. Lakin İddiaçı «Təhsil» Respublika İdman Mərkəzinin Gəncə şəhər 2 nömrəli X1 Məktəbi X4rşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxdığı iş günləri üzrə əmək haqqı» tələbinə dair iddiası üzrə ötürülmüş müddətin bərpası haqqında ərizə verməmiş, həmçinin iddia müddətini buraxması barədə məhkəməyə heç bir üzrlü səbəb və ya həmin səbəblərin üzrlü olmasına dair heç bir mötəbər dəlil təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Beləliklə, məhkəmə mülki işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq və iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı İddiaçı «Təhsil» Respublika İdman Mərkəzinin Gəncə şəhər 2 nömrəli X1 Məktəbi X4rşı «əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı» tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-22*, 227, 358-36* və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı «Təhsil» Respublika İdman Mərkəzinin Gəncə şəhər 2 nömrəli X1 Məktəbi X4rşı «əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-1786/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1786/2025
07.04.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver