Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1802/2025 11.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin etibarnamə üzrə nümayəndəsi X1 Cavabdehlər Cavabdeh3 və Cavabdeh5 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı kirayə müqaviləsinin ləğvi, mənzildən çıxarılma və mənzilin boşaldılması tələblərinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 istifadəsinə verilmiş Gəncə şəhəri, 1500 mənzilli Yeni qəsəbədə yerləşən 10 saylı binada yerləşən 13 nömrəli mənzilə dair xx.xx.2014-cü il tarixli 10/13 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsinə, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 və onlara məxsus əşyaların Gəncə şəhəri, 1500 mənzilli Yeni qəsəbədə yerləşən 10 saylı binada 13 nömrəli 2 otaqlı mənzildən çıxarılması və 10/13 nömrəli mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin (bundan sonra — Komitə) qərarı ilə həyata keçirilir. X2 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildirilir ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlərə verilmiş mənzillərdə müqavilədə adı keçməyən şəxslər qeyri qanuni yolla yaşayır. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 10 aprel 2014-cü il tarixli bina 10/13 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, Kəlbəcər rayonundan məcburi köçkün Cavabdeh1, Cavabdeh2 və Mamedova X4 tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 1500 ailəlik Yeni qəsəbədə 10 nömrəli binada 13 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişlər. Sonradan Gəncə-Göygöl Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 10/13 nömrəli mənzildə yaşamadığı, mənzilin qeyri-qanuni olaraq Cavabdeh3 və Cavabdeh5 satıldığı və həmin şəxslərin mənzildə qeyri-qanuni yaşadığı məlum olmuşdur. Sahə rəisi tərəfindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 mənzildə yaşamadıqları, mənzilində müqavilədə adı keçməyən kənar şəxs Cavabdeh3 və Cavabdeh5 yaşamasının qyri-qanuni olduğunu bildirmişdir. Məhkəmədə İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin etibarnamə üzrə nümayəndəsi X5 iştirak etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir Məhkəmədə cavabdehlər Cavabdeh3 və Cavabdeh5 iştirak etmiş, iddia tələbini qəbul etməyərək izahatlarında göstərmişlər ki, onların ailəsində 3azyaşlı uşaqları var və qalmağa başqa yerləri yoxdur, buna görə də məhkəmədən iddianın rədd edilməsini xahiş edirlər. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Аzərbаycаn Rеspublikаsı Mülki-Prоssеsuаl Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla, onların iştirakı olmadan işə baxılmasını və iş üzrə yekun qərar qəbul edilməsini mümkün hesab etmişdir Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlər Cavabdeh3 və Cavabdeh5 məhkəmə iclasında verdiyi izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, belə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2014-cü il tarixli 10/13 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin təsdiqlənmiş surətindən görünür ki, bir tərəfdən Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti, digər tərəfdən kirayəçi Cavabdeh1 kirayə müqaviləsi bağlamışlar və kirayəyə verən Gəncə şəhəri, Yeni qəsəbə, 10 nömrəli binanın 13 saylı mənzilində ümumi sahəsi 65 kv.m., yaşayış sahəsi 32 kv.m. ibarət 2 otaqlı yaşayış sahəsini müvəqqəti yaşamaq üçün kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Kirayəçinin ailə üzvü kimi Cavabdeh2, Cavabdeh4 və X6 qeyd edilmişdir. Müqavilənin 2.4.2-ci bəndinə əsasən, kirayəçinin üzərinə kirayəyə götürülmüş xüsusi təyinatlı yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, habelə digər şəxsin icarəsinə, istifadəsinə verməmək vəzifəsi qoyulmuşdur. İşdə olan Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti, Gəncə şəhər MKİS tərəfindən Cavabdeh2 ünvanlanmış 07.10. 2024-cü il tarixli 1 saylı və xx.xx.2024-cü il tarixli 2 saylı məktublarda bildirilir ki, Cavabdeh2 “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin “2.4.2 bəndinin tələblərini (kirayəyə götürülmüş xüsusi təyinatlı yaşayış sahəsini dəyişdirməmək, subkirayəyə, habelə digər şəxsin icarəsinə, istifadəsinə verməmək) pozduğuna görə Qaçqınların və X3 Üzrə Dövlət Komitəsinin göstərişinə əsasən 10 (on) gün müddətində mənzildə yaşayan digər şəxslər çıxarlmalıdır və həmin mənzildə kirayə müqaviləsi bağlanmış şəxslərin yaşayışını təmin etməlidir. Əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. Beləliklə, məhkəmədə işin faktiki halları kimi müəyyən edildi ki, Gəncə şəhəri, Yeni qəsəbəsində yerləşən 10 nömrəli binanın 13 nömrəli 2 otaqlı mənzil məcburi köçkün olan Cavabdeh1 və onun ailə üzvlərinə kirayə müqaviləsinə əsasən verilmişdir. Daha sonra müəyyən olunmuşdur ki, bu evdə kirayəçi Cavabdeh1 ailəsi deyil, kirayə müqaviləsində adı olmayan Cavabdeh3 və onun həyat yoldaşı Cavabdeh5 yaşayırlar. İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin rəhbəri Cavabdeh1 ilə bağlanan xx.xx.2014-cü il tarixli 10/13 nömrəli kirayə müqaviləsinin 2.4.2-cü bəndinə əsasən, şərtlərin pozulduğu qənaətinə gəlmiş və məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddia tələbi cavabdehin mübahisəli xüsusi təyinatlı mənzildən çıxarılması ilə bağlı olduğundan həmin münasibətlərə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Аzərbаycаn Rеspublikаsı Mülki-Prоssеsuаl Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Məcburi köçkünlərə yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinin tələbinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri kirayə müqavilələri əsasında verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 82.5-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə yaşayış sahəsinin itirilməsi (sökülməsi), yaşayış sahəsində tənha yaşayan kirayəçinin vəfatı ilə bağlı xitam verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 99.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 99.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 99.4-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş, “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 3.3-cü bəndinə əsasən, məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov qoymaqla və digər vasitələrlə evləri özəgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. Həmin qaydaların 3.7-ci bəndinə əsasən, məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmş yaşayış sahəsində faktiki yaşamırsa yaxud mənzili başqasına verərsə Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uygun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla daha ox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, mübahisəli mənzil xüsusi təyinatlı mənzillər kateqoriyasına daxil olduğundan və Cavabdeh1 ilə bağlanmış kirayə müqaviləsinin şərtlərinə uyğun olaraq kirayəçinin kirayayə götürülmüş xüsusi təyinatlı yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, habelə digər şəxsin icarəsinə, istifadəsinə verməmək vəzifəsi olduğundan və həmin mənzili başqa şəxslərin kirayəsinə və istifadəsinə vermək hüququ olmadığından və bu baxımdan iddia tələbi əsaslı oduğundan təmin edilməli, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 istifadəsinə verilmiş Gəncə şəhəri, 1500 mənzilli Yeni qəsəbədə yerləşən 10 saylı binada yerləşən 13 nömrəli mənzilə dair xx.xx.2014-cü il tarixli 10/13 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməlı və həmin cavabdehlərə, həmçinin digər cavabdehlər Cavabdeh3 və Cavabdeh5 əşyaları ilə birlikdə Gəncə şəhəri, Yeni qəsəbəsində yerləşən 10 nömrəli binanın 13 nömrəli 2 otaqlı mənzilindən çıxarılmalı və mənzil boşaldılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 istifadəsinə verilmiş Gəncə şəhəri, 1500 mənzilli Yeni qəsəbədə yerləşən 10 saylı binada yerləşən 13 nömrəli mənzilə dair Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 10/13 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 əşyaları ilə birlikdə Gəncə şəhəri, Yeni qəsəbəsində yerləşən 10 nömrəli binanın 13 nömrəli mənzilindən çıxarılsınlar və həmin mənzil boşaldılaraq, Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-1802/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1802/2025
11.06.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver