Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1823/2024 16.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Əli oğlunun sədrliyi Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə İddiaçı Əliyeva(Abdullayeva) Kəmalə Akif qızına qarşı yaşayış sahəsindən istifadə hüququ verilməsi və evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Əliyeva (Abdullayeva) Kəmalə Akif qızına qarşı yaşayış sahəsindən istifadə hüququ verilməsi və evə köçürülmə tələbinə dair iddia ərizsəi ilə məhkəməyə müarciət edərək onun ailə üzvləri-həyat yoldaşı X4, xx.xx.2017-ci il tarixdə anadan olmuş qızı X7 və xx.xx.2022-ci il tarixdə anadan olmuş oğlu X9 ilə birlikdə anası X3 adına qeyd olunmuş ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməyi və həmin yaşayış sahəsindən onlara istifadə hüququ verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri şərtlərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edildi ki, iddiaçı həyat yoldaşı X1 da, evə köçürülsini və həmin yaşayış sahəsindən istifadə hüququ verilməsini xahiş etsə də, onun adından iddia vermək və imza etmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iddiaçının həyat yoldaşı X2 münasibətdə ərizəni imza etmək səlahiyyəti olmadığından və həmin şəxsin adından sənədi imzalamaq səlahiyyətlərini təsdiqləyən sənəd əlavə edilmədən və bununla da, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri şərtlərə əməl edilmədən məhkəməyə verildiyindən geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Əliyeva(Abdullayeva) Kəmalə Akif qızına qarşı yaşayış sahəsindən istifadə hüququ verilməsi və evə köçürülmə tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsini vermiş şəxsə izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edə bilərlər. Qərardaddan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-1823/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1823/2024
16.02.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver