Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1824/2024 12.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçinin iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək vəfat etmiş X2 anasının o, yəni Ərizəçi olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1964-cü il tarixdə Ermənistanda doğulmuşdur, 1988-ci il tarixdən məlum münaqişə ilə əlaqədar ailəlikcə Gəncə şəhərində məskunlaşaraq yaşayır, 5 uşaq anasıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası hüququ yaranır. X2 (xx.xx.1995-ci il tarixdə vəfat etmişdir) doğum haqqında şəhadətnaməsinin valideynlər bölməsində onun adı “X5” kimi yazıldığından pensiya və ya müavinət almaq hüququ tanınmır. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X1 Leyli Faiq qızının doğum haqqında şəhadətnaməsindəki akt qeydinin bərpa edilməsi ilə bağlı müraciət etsə də, doğum haqqında qeydin Ermənistanda aparıldığı səbəbindən düzəliş etmək mümkün olmamışdır. Maraqlı şəxs qeydiyyat yeri üzrə məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. O bir dəfə ailə qurmuşdur, X12 ilə xx.xx.1984-cü il tarixdən rəsmi nikahları var, onun ölüm tarixinədək də birgə nikahda qalmışlar, 5 uşağının atası X10r. Digər uşaqlarının doğum haqqında şəhadətnamələrində adı, ata adı düzgün yazılmışdır. X6 anasının o olması faktını uşaqları X13, X14, X15 və bacısı X3 da təsdiq edə bilərlər. Şahid qismində onlar da məhkəmədə ifadə verə bilərlər. Həmçinin, X2 ölməsi faktı da məhkəmə qaydasında müəyyən olunmuşdur (Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2254/2023 nömrəli qətnaməsi). Həmin qətnamənin giriş və təsviri hissələrində X6 anası kimi onun adı düzgün olaraq Ərizəçi kimi keçir. Məhkəmənin hazırlıq iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izah verərək ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə etdi ki, X2 doğum haqqında şəhadətnaməsinin əsli var, həmin şəhadətnamədə ana adı texniki səhvə yol verilərək “X5” kimi yazıldığından pensiya və ya müavinət ala bilmir. Hazırkı tələbi həmin texniki səhvin aradan qaldırılması barədədir. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat göndərilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəməyə ərizə göndərərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçini dinləyib, ərizəni və ona əlavə edimiş sənədləri nəzərdən keçirərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxx 1964-cü il tarixdə Ermənistanın Vardenis rayonunda anadan olmuşdur. İş materiallarına əlavə edilmiş İİ-CЛ seriyalı, 357272 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X16 ilə X4 nikahlarını Ermənistan SSR Vardenis rayonunun Zod kənd sovetində xx.xx.1984-cü il tarixdə 2 nömrəli akt qeydi ilə rəsmiləşdirmişlər, nikahdan sonra ərə Çobanov, arvada Çobanova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş V-CЛ seriyalı, 464552 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1987-ci il tarixdə Ermənistan SSR Vardenis rayonunun Zod kəndində doğulmuşdur, atası qrafasında X16, anası qrafasında X5 yazılmışdır. Gəncə Şəhər Məhkəməsinin 2(125)-2254/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ərizə təmin edilərək 22 fevral 1987-ci il tarixdə doğulmuş X6 18 dekabr 1995-ci il tarixdə Gəncə şəhərində ölməsi faktının müəyyən edilməsi qət edilmişdir. Maraqlı şəxs tərəfindən həmin qətnamənin əsasında X6 18 dekabr 1995-ci il tarixdə Gəncə şəhərində ölməsi barədə AZ-İİ seriyalı 281679 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məcəllənin 307.2.1 və 307.2.3-cü maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 2.2-ci bəndində göstərilir ki, əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin qərarın 4 və 4.1-ci bəndlərinə görə MPM-in 307.2.3-cü maddəsi doğum faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarının 9.1-ci bəndində göstərilir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə, habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar»ın 13-cü bəndində göstərilir ki, vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Beləliklə, ərizəçi “doğum haqqında akt qeydinin bərpa edilməsi” adlandırdığı, lakin qohumluq faktının müəyyən edilməsi barədə qətnamə çxarılmasını xahiş etdiyi hazırkı ərizəsində X2 doğum haqqında şəhadətnaməsinin valideynlər bölməsində onun adının səhvən “X9” qızı kimi yazılmasına görə pensiya və ya müavinət hüququnun tanınmadığını qeyd edir. Həmçinin, ərizəçi bildirir ki, X2 doğum haqqında şəhadətnaməsinin əslini təqdim etməklə maraqlı şəxsə müraciət etsə də maraqlı şəxs ona imtina cavabı vermişdir. Məhkəmə hesab edir ki, ərizəçinin müraciəti vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda doğum haqqında müvafiq qeydlərin saxlanılmaması və onların bərpasının mümkün olmaması və belə qeydin yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi ilə bağlı olmadığından işə mülki məhkəmə icraatı qaydasında xüsusi icraatda baxılmalı deyildir. Ərizəçinin müraciəti vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqan tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında aparılmış qeydlərdə düzəlişlərin edilməsi və həmin qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı olduğundan ərizəçinin müraciətinə inzibati icraat qaydasında baxılmalıdır. MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verilməsi haqqında qərardad çıxarır. Şərh olunanlara əsaslanaraq və MPM-in 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-1824/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1824/2024
12.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver