Məhkəmə qərarları › İş №2(125)-1825/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1825/2024

15.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1825/2024 15.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X25 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi və Ərizəçi etibarnamə üzrə nümayəndəsi X9 iştirakı ilə, Ərizəçi atalığın etiraf olunması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, atasının X16 olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa Ərizəçi etibarnamə üzrə nümayəndəsi X15 məhkəməyə ərizə təqdim edərək, ərizəyə dəqiqləşmə verməklə mərhum X1 Ərizəçi atası olmasını etiraf etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2004-ci ildə Gəncə şəhərində doğulmuşdur. X5 ilə anası X19 2003-cü ilin may ayında el adəti üzrə toy edərək, ailə qurmuşlar. Toy məclisi Gəncə şəhəri Kür-Xəzər şadlıq sarayında keçirilmişdir. Bunu təsdiq edən fotoşəkillər, şahidlər və disklər vardır. Valideyinləri rəsmi nikah qeydiyyatından keçmək istəsələr də, atası Ukrayna vətəndaşı olduğundan bu rəsmiləşdirmənin aparılması mümkün olmamışdır. Onların birgə yaşayışından o doğulmuşdur. Sonradan yola getmədikləri üçün ayrılmışlar. Daha sonra atası təkrar ailə qurmuş, həmin ər-arvadlıq münasibətindən 2 övladı doğulmuşdur. O isə anasının himayəsində yaşamışdır. Valideynlərinin nikah qeydi olmadığı üçün, onun doğum haqqında şəhadətnaməsində soyadı, atasının soyadı deyil, yəni X6 qeyd olunmamış, anasının soyadı X7 qeyd edilmişdir. O, hazırda bundan əziyyət çəkir. X5 xx.xx.2023-cü ildə ölmuşdur. O, Azərbaycan Milli Konservatoriyasında 1-ci kursda əyani şöbədə müəllim ixtisası üzrə təhsil alır. Atasının soyadını daşımadığı üçün maneələrlə qarşılaşır. Qanunla müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə edə bilmir. Digər tərəfdən də atasından miras qalmış əmlaklardan payını tələb edə bilmir. Bu faktın təsdiq edilməsi hüquqlarının bərpa edilməsi üçün lazımdır. Valideyinləri rəsmi nikaha daxil olmadığından onun qanun qarşısındakı hüquqları kobud şəkildə pozulur. Bu barədə nikah evinə müraciət etsə də, imtina arayışı verilib, məhkəməyə müraciət etməsi bildirilmişdir. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi X15 ərizənin məzmununa uyğun izahat verib, əlavə olaraq göstərdi ki, Aysunun atası 2023-cü ildə rəhmətə getmişdir. Aysu Bakıda təhsil alır. Ailə başçısını itirməyə görə müavinət ala bilmir. Ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dinlənilmiş X4 ifadəsində göstərdi ki, qardaşı X2 yaşadığı üçün rəsmi nikaha daxil ola bilməmişdir. Ərizəçi qardaşının doğma qızıdır.Qardaşı Əziz sağlığında doğma balası Aysunun daimi qayğısına qalmışdır. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dinlənilmiş X10 ifadəsində göstərdi ki, qardaşı X3 vətəndaşı olduğuna görə Ərizəçi doğum haqqında şəhadətnaməsində ərizəçinin anasının soyadı yazılmışdır. Məhkəmə ərizəçinin etibarnamə üzrə nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş:- AZ-İİİ 292705 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2004-cü ildə anadan olmuş Ərizəçi ata qrafasında X20, ana qrafasında isə X8 qeyd olunmuşdur. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin ata adı Əziz kimi qeyd olunmuşdur. AZ-İİ 395972 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 xx.xx.2023-cü ildə ölmüşdür. Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8- 13-341/2024 nömrəli məktubdan görünür ki, X12 müraciətinə əsasən X16 vəfat etdiyindən atalığın müəyyən edilməsindən imtina edilmişdir. İşdə olan fotoşəkillərdən görünür ki, ərizəçinin valideynlərinin toy mərasimi olmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, ərizəçi xx.xx.2004-cü ildə Gəncə şəhərində anadan olmuşdur. X5 xx.xx.2023-cü ildə ölmüşdür. Ərizəçinin doğumu haqqında qeydiyyat aparılarkən valideynlərinin nikahları qeydə alınmadığından doğum akt qeydində ata qrafasında atasının soyadı anasının deməsinə görə X7 qeyd edilmişdir. X5 öldüyündən atalığın müəyyən edilməsi mümkün olmamışdır. Buna görə də ərizəçi müvafiq güzəşt və imtiyazlardan istifadə edə bilmədiyindən, həmçinin atasından qalmış miras əmlakı qəbul edə bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 45.2-ci maddəsinə əsasən, uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Ailə Məcəlləsinin 186-cı maddəsinə əsasən, atalıq məhkəmə tərəfindən müəyyən edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yerdə qeydə alınır. Ailə Məcəlləsinin 188-ci maddəsinə əsasən, atalığın müəyyən edilməsi haqqında qeyd əsasında uşağın doğulması haqqında ata barəsində məlumat yazılır və doğum haqqında yeni şəhadətnamə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları o cümlədən atalığın etiraf olunması faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, ərizəçi xx.xx.2023-cü ildə ölmüş X5nun onun atası olması faktını təsdiq edən lazımı sənədi əldə edə bilmədiyi üçün sosial məsələlərin həllinə nail ola bilmir. Ona görə də həmin fakt məhkəmə qaydasında müəyyən edilməklə xx.xx.2023-cü ildə ölmüş X1 Ərizəçi atası olmasını etiraf etməsi faktı müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. xx.xx.2023-cü ildə ölmüş X1 Ərizəçi atası olmasını etiraf etməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar