Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-184/2024 14.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “payın naturada ayrılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 0.2227 ha torpaq sahəsinə İddiaçı payı olan ¾ hissəsi müəyyənləşdirilməklə naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Ozan küçəsi 83 saylı mülkdə yerləşən torpaq sahəsinin ½ hissəsi mərhum nənəsi X4, ½ hissəsi isə mərhum nənəsi olan X4 qardaşı X5 adına olmuşdur. Bununla bağlı onlara Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 13 oktyabr 2022-ci il tarixli Çıxarış verilmişdir. Daşkəsən rayon Dövlət Notariat ofisində vərəsəlik işi açılmış, X4 vərəsəsi olan oğlu X6 vərəsəliyi qəbul etdiyini, öz vərəsəlik hüququnu rəsmiləşdirmədən vəfat etdiyini, oğlu İddiaçı miras əmlakdan ½ hissədə irs alması, miras əmlakın yerdə qalan ½ hissəsi Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qızna münasibətdə açıq saxlanılması qeyd edilmişdir. Daşkəsən rayon Dövlət Notariat ofisinin 19 oktyabr 2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X5 vərəsəsi bacısı oğlu olan X1 oğlu İddiaçı keçməsi və o miras ımlakdan tam hissədə irs alması qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 14 noyabr 2022-ci il tarixli çıxarışına əsasən ünvan 4 saylı 0.2227 ha torpaq sahəsinin 4/1 hissəsi X4, ¾ hissəsi isə İddiaçı adına qeyd edilmişdir. Hazırda mübahisəli torpaq sahəsinin çox hissəsi iddiaçının adıan qeyd edilmişdir. Cavabdehlər isə vərəsəliyə dair notariat orqanına indiyənə qədər müraciət etməmiş, nə vaxtsa müraciət edəcəkləri isə məlum deyil. Bu da onun mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırır. Ona görə də, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və təmsilçisi ərizənin məzmununa uyğun izahat verərək hər biri ayrı-ayrılıqda, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddianın təmin olunmasına etiraz etdiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1. maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair xx.xx.1982-ci il tarixli Kommunal Təsərrüfatı Nazirliyinin xx.xx.1979-cu il tarixli Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportu X9 və X5 adlarına işlənilmişdir. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində X9 və Verdiyev isiam Məmməd oğlunun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı vərəsəsi İddiaçı xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəsi icraata qəbul edilmişdir. Ərizənin icrası zmanaı fərdi yaşayış evinin söküldüyü müəyyən edilmiş və evin yerləşdiyi 0.2227 ha torpaq sahəsinə dair X9 (1/2 hissə) və X5 (1/2 hissə) payları göstərilməklə adlarına xx.xx.2022-ci il tarixli, **********64 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Daşkəsən rayon dövlət notariat ofisinin xx.xx.2022ci il tarixli, 2V-88 reyestr nömrəli və 2V-89 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixli, **********64 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışının surətindən görünür ki, Gəncə şəhəri, Ozan küçəsi, 83 ünvanında yerləşən torpaq sahəsi ¼ hissədə X4, ¾ hissədə isə İddiaçı adınadır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, 1982-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi oğlu X6 idi, vərəsəliyi qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən xx.xx.2009-cu ildə vəfat etməsi ilə əlaqədar miras X1 ünvan 3 ünvanında qeydiyyatda olan oğlu İddiaçı keçir və o miras əmlakdan ½ hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak-ƏMDK-nin yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2022 tarixdə X7 verilmiş **********64 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Gəncə şəhəri, Ozan küçəsi, 83 ünvanında yerləşən ümumi sahəsi 0.2227 ha olan torpaq sahəsinin ona məxsus payından ibarətdir. Miras əmlakın yerdə qalan ½ hissəsi Cavabdeh2 Əmıraslan oğluna,Cavabdeh3 və Cavabdeh1 münasibətdə açıq saxlanılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, 1942-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi bacısının oğlu X6 idi, vərəsəliyi qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən xx.xx.2009-cu ildə vəfat etməsi ilə əlaqədar miras X1 ünvan 3 ünvanında qeydiyyatda olan oğlu İddiaçı keçir və o miras əmlakdan ½ hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak-ƏMDK-nin yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2022 tarixdə X8 verilmiş **********64 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Gəncə şəhəri, Ozan küçəsi, 83 ünvanında yerləşən ümumi sahəsi 0.2227 ha olan torpaq sahəsinin ona məxsus payından ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışının surətindən görünür ki, Gəncə şəhəri, Ozan küçəsi, 83 ünvanında yerləşən torpaq sahəsi ½ hissədə X4, ½ hissədə isə X5 adınadır. İş materiallarında olan Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2009-cu il tarixdə ölmüşdür. İş materiallarında olan Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1982-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışda qeyd olunan və paylı mülkiyyətdə olan ünvan 4 ünvanında mübahisəli 0,2227 ha ümümi mülkiyyətdə olan torpaq sahəsindən 556,75 m2 ½ hissədə X2 ayrılmaqla qalan 1670,25 m2 torpaq sahəsinin ¾ hissədə İddiaçı Nürəddin oğluna verilməklə torpaq sahəsinin bölünməsi mümkündü. Bunun üçün tədqiq olunan torpaq sahəsinin giriş hissəsinin (dalan istiqamətində) sağ tərəfində yerləşən sərhəd hasarından 3.0 metr məsafə saxlamaqla, torpaq sahəsinin giriş hissəsinə paralel olan hasar istiqamətində 15.9 metr uzunluqda, həmin hasara paralel isə 35.0 metr uzunluqda hasar inşa edilməklə (ümümi sahəsi 556,5 m2 (35,0x15,9), qalan torpaq sahəsi isə İddiaçı Nürəddin oğluna verilməklə torpaq sahəsinin bölünməsi mümkündü. Qeyd olunur ki, dalan tərəfdən bölünmüş torpaq sahələrinə ayrı-ayrılıqda giriş çıxış qapıları quraşdırılmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlardan görünür ki, mübahisəli torpaq sahəsinə ¼ hissədə X4, ¾ hissədə isə İddiaçı paylı mülkiyyəti hüququ qeydiyyata alınmışdır. xx.xx.1982-ci il tarixdə vəfat etmiş X3 miras qalan, mübahisəli əmlakın ½ hissəsi Cavabdeh2 Əmıraslan oğluna, Cavabdeh3 və Cavabdeh1 münasibətdə açıq saxlanılmışdır. Cavabdehlər tərəfindən həmin əmlakın öz adlarına rəsmiləşdirməsi üçün lazımi hərəkətlər yerinə yetirilməsə də, iddiaçının mübahisəli əmlaka dair mülkiyyətçi hüquqlarının pozulması ilə nəticələnməli deyil. Hazırkı mülki iş üzrə iddiaçı paylı mülkiyyətində olan mübahisəli əmlaka payının naturada ayrılmasını məhkəmədən xahiş etmişdir. Mülki işin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, mübahisəli daşınmaz əmlaka payların ayrılması texniki cəhətdən mümkündür və bu barədə verilmiş ekspert rəyinə plan-sxem əlavə edilmişdir. İş üzrə verilmiş ekspert rəyinin əsassız olmasını təsdiqləyən hər hansı dəlil təqdim edilməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilməli, mübahisəli daşınmaz əmlak ekspert rəyinə uyğun olaraq paylara mütənasib şəkildə naturada bölünməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən 0.2227 ha torpaq sahəsi giriş hissəsinin (dalan istiqamətində) sağ tərəfində yerləşən sərhəd hasarından 3.0 metr məsafə saxlamaqla, torpaq sahəsinin giriş hissəsinə paralel olan hasar istiqamətində 15.9 metr uzunluqda, həmin hasara paralel isə 35.0 metr uzunluqda hasar inşa edilməklə (ümümi sahəsi 556,5 m2 (35,0x15,9), qalan torpaq sahəsi isə İddiaçı Nürəddin oğluna verilməklə, dalan tərəfdən bölünmüş torpaq sahələrinə ayrı-ayrılıqda giriş-çıxış qapıları quraşdırılmaqla bölünsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-184/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-184/2024
14.05.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver