Məhkəmə qərarları › İş №2(125)-184/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-184/2025

04.02.2025 · Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-184/2025 04.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X13 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Ərizəçi və maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatı yanında qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatı yanında qəyyumluq və himayəçilik komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatı yanında qəyyumluq və himayəçilik komissiyasına qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 24.*7.1951-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, hal-hazırda ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində qulluq tələb edən ciddi davranış pozuntusu ilə əl və ayaqlarını idarə edə bilməyən, ağır dərəcəli halsızlıqla kəskin nəzərə çarpan imbesillik dərəcəsində kobud nitq və davranış pozuntuları ilə kənar şəxslərin himayəsinə ehtiyacı olan 24.*7.1951-ci il təvəllüdlü anası X5 baxır. 24.*7.1951-ci il təvəllüdlü anası X6 özünü tam idarə edə bilmir. X1 xəstəliyi beyin ilə əlaqədardır, bu səbəbdən də öz hərəkətlərinə rəhbərlik edə bilmir və daim onu nəzarətdə saxlamaq məcburiyyətindədir. 24.*7.1951-ci il təvəllüdlü X1 73 yaşı vardır, xəstəliyi ilə bağlı heç bir yerdə işləmir və onun bütün tələbatını qızı olaraq o ödəyir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun çıxış edərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyətini başçısı Aparatı yanında qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X7 ərizənin təmin olunmasına etirazlarının olmadığını göstərdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- XV-JQ 367812 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1975-ci ildə anadan olmuş Ərizəçi ata qrafasında X8, ana qrafasında isə X2 qeyd olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» Gəncə Regional ambulator şöbəsi tərəfindən verilmiş verilmiş 1*.12.2*24-cü il tarixli, 918 nömrəli rəydən görünür ki, 24.*7.1951-ci il təvəllüdlü X6 parkinson xəstəliyindən demensiya (ağıl zəifliyi) XBT-1* (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 1*-cu baxış) F*2.3 xəstəliyi keçirməsi səbəbindən o, öz hərəkətlərini dərk etmək və idarə etmək iqtidarında deyildir. X6 hal-hazırda fəaliyyət qaibiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 6*-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 4cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş üzrə ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərinin, uşaqların, qardaşbacılarının), müvafiq icra hakimiyyəti orqanının psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. MPM-in 32*.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iclasında toplanmış sübutlarla müəyyən edildi ki, X6 psixi qüsur nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmir və hərəkətlərini idarə edə bilmir. Belə olan halda məhkəmə hesab edir ki, X4 psixi qüsuru nəticəsində onun öz hərəkətlərinin mənasını anlaya bilməməsi və hərəkətlərini idarə edə bilməməsi halları təsdiq edildiyindən ərizə təmin edilməli, X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-22*, 227, 23*, 233 və 36*-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. 24.*7.1951-ci ildə anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə”informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar