Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1844/2022 25.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Əhməd oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı, 3-cü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-nə, 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Gəncə regional ərazi şöbəsinə qarşı «əmək müqaviləsinə xitam verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Gəncə regional ərazi şöbəsinə qarşı «əmək müqaviləsinə xitam verilməsi» tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, şirkətin hal-hazırda fəaliyyət göstərməməsini və rəhbərlikdə olanların həbs olunmasını və heç biri ilə əlaqə saxlamağın mümkün olmamasını nəzərə alaraq sestemdən onun əmək müqaviləsinə xitam verilməsi haqda qətnamə qəbul edilməsini və qətnamənin icrasını Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin öhdəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, o, 2014-cü ildə Qala BTX mühafizə şirkətində mühafizəçi vəzifəsinə işə qəbul edilmiş və bir neçə ay həmin şirkətdə mühafizəçi vəzifəsində işlədikdən sonra şirkətin rəhbərliyi 2014-cü ilin sonlarında insanların külli miqdarda pulunu dələduzluq edərək mənimsədiyinə görə X6 tərəfindən saxlanılmış, Ağır Cinayətlər Məhkəməsində barələrində həbs qətimkan tədbiri seçilmişdir. Bundan sonra faktiki olaraq şirkət fəaliyyətini dayandırmışdır. O, xx.xx.2022-ci il tarixdə özəl bir internet şirkətinə işə qəbul olunmaq üçün sənəd vermiş, lakin onun sənədlərini qəbul etdikdən sonra ona başqa şirkətdə əmək müqaviləsinin aktiv olduğu bildirilməklə onu işə qəbul etməkdə imtina olunmuşdur. Bu barədə sistemdə əmək müqaviləsinə xitam verilməsinə köməklik göstərilməsi üçün cavabdeh təşkilata ərizə ilə müraciət etmiş və ona cavab olaraq səlahiyyətlərinin olmadığı, bu barədə məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. Məhkəmədən onunla "xxxx" MMC arasında bağlanılmış xx.xx.2014-cü il tarixli xxxxxxx000100 nömrəli əmək müqaviləsinə xitam verilməsini və bununla bağlı bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. 3-cü şəxsin nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbinin təmin olunması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cavabdeh "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olamdan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının və 3-cü şəxsin nümayəndəsinin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlanmış məktubda, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişin elektron informasiya sisteminə daxil edilməsi işəgötürən tərəfindən təmin edilməsi və bu barədə məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda, "xxxx" MMC-nin (VÖEN **********) fəaliyyəti hazırda aktivdir və hüquqi ünvanı AZ2002, Gəncə şəhəri, Nəriman Nərimanov ev 35/16 m 9-olduğu bildirilmişdir. xx.xx.2014-cü il tarixli xxxxxxx000100 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişdən görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında müddətli əmək müqaviləsi bağlanmış və İddiaçı mühafizəçi vəzifəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli 1(102)-1/2020 nömrəli qərarından görünür ki, X1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 162-1.2, 178.3.1, 178.3.2,179.3.1, 179.3.2, 193-1.3.1, 193-1.3.2, 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin162-1.2-ci maddəsi ilə 04 (dörd) il müddətinə, CM-nin 178.3.1 və 178.3.2-ci maddələri ilə 09 (doqquz) il müddətinə, CM-nin 179.3.1 və 179.3.2 maddələri ilə 09 (doqquz) il müddətinə, CM-nin 193-1.3.1 və 193-1.3.2 maddələri ilə 02 (iki) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan, habelə qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 09 (doqquz) il 06 (altı) ay müddətinə,CM-nin 308.2-ci maddəsi ilə 02 (iki) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan, habelə qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 06 (altı) il müddətinə, CM-nin 311.3.1 və 311.3.3-cü maddələri ilə 02 (iki) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan, habelə qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 03 (üç) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan, habelə qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti ilə məşğul olma hüququndan məhrumedilməklə 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 17 yanvar 2015-ci il tarixdən hesablanmışdır. Kassasiya şikayətləri və kassasiya protesti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2014-cü il tarixdə müddətli (xx.xx.2019-cu il tarixədək) əmək müqaviləsi bağlanılmışdır və iddiaçı həmin cəmiyyətdə əmək müqaviləsi üzrə “mühafizəçi” vəzifəsinə işə qəbul edilmişdir. Müqavilə müddətli bağlanılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, "xxxx" MMC-nin rəisi X1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 162-1.2, 178.3.1, 178.3.2,179.3.1, 179.3.2, 193-1.3.1, 193-1.3.2, 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə təqsirli bilinib, 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən, şirkət öz fəaliyyətini dayandırmışdır. Lakin hazırki vaxtadək tərəflər arasında bağlanmış əmək müqaviləsi qüvvədədir. İddiaçı tərəfin xahişindən görünür ki, o, cavabdehlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə verilmiş iddia ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilir. Həmin Məcəllənin 69-cu maddəsinin 1, 2 və 3-cü bəndlərin əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görəəmək pensiyasınaçıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqdavə qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək qanunvericiliyinin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, işçi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə günü ərizəsində konkret göstərdiyi halda, işəgötürən əmək müqaviləsinə xitam verə bilər. Əmək müqaviləsinə həmin gün xitam verilmədiyi halda, işəgötürən bunu ən geci bir təqvim ayı ərzində etməlidir. Məhkəmə qeyd edir ki, işəgötürən əmək müqaviləsinə xitam verməli olduğu halda bunu etmədiyi üçün o, Əmək Məcəlləsinin 68 və 69-cu maddələrinin tələblərini pozmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-1-ci madəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Qanunvericiliyin göstərilən tələbinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və ya xitam verilməsi barədə məlumatlar elektron informasiya sistemində qeydiyyata alınmalıdır və həmin qeydiyyat müvafiq icra hakimiyytəti orqanı olan X5 Xidməti tərəfindən aparılır. Belə olan halda məhkəmə hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin qeydiyyata alınması cavabdehlərin üzərinə qoyulmalıdır. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2014-cü il tarixli xxxxxxx000100 nömrəli əmək müqaviləsinə xitam verilsin. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli xxxxxxx000100 nömrəli əmək müqaviləsinə məhkəmə qərarı ilə xitam verilməsinə dair məlumatın elektron informasiya sistemi vasitəsi ilə «Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi»nə daxil edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Gənçə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(125)-1844/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1844/2022
25.10.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver