Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1848/2022 18.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X12 Əhməd oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Cavabdeh nümayəndələri X3 və X4, Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və buraxılmış iş müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və buraxılmış iş müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh xx.xx.2022-ci il tarixli, Ə56 ş/h120-22 nömrəli əmri ilə əmrinin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa olunması və məcbuiri iş buraxmaya görə əmək haqqının hesablanıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1998-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, 24 il müddət ərzində Cavabdeh Kəpəz rayon bölməsinin dəftərxanasında operator vəzifəsində işləmiş və işlədiyi dövr ərzində öhdəliklərini layiqincə və yüksək peşəkarlıqla icra etmişdir. Hər zaman polisin şərəf və ləyaqətini qorumağa çalışmış, işinə məsuliyyətlə yanaşmışdır. 2021-ci ilin may ayında xəstəliyi ilə bağlı ağır əməliyyat keçirmiş və 2021-ci ilin sentyabr ayında həkim rəyinə müvafiq əmək fəaliyyətinə davam etmişdir. 2021-ci ilin sentyabr ayında fəaliyyətinə başladıqdan sonra Kəpəz rayon Polis İdarəsinin dəftərxana müdiri polis serjantı Bayram Rüstəmov mütəmadi olaraq təkid edirdi ki, o, işdən öz arzusu ilə çıxıb getsin. Ona yaşının 58 olması əsası ilə yerini başqa kadrlara təhvil verməli olduğu barədə iradını bildirmiş, öz hərərkətləri ilə onu işdən azad olması barədə ərizə yazmağa təhrik etmişdir. Kəpəz rayon Polis İdarəsinin dəftərxana müdiri polis serjantı Bayram Rüstəmov onun əmək fəaliyyəti göstərdiyi otağa daxil olaraq, orada olan digər işçilərlə salamlaşıb görüşməsinə baxmayaraq, onu gözardı edərək işgüzar nüfuzuna da xələl gətirməyə çalışmışdır. 2022-ci ilin yanvar ayında Kəpəz rayon Polis Bölməsinə polis kapitanı Mustafa Əlizadə rəis təyin olunmuş və bundan sonra yeni rəis Mustafa Əlizadə, Kəpəz rayon Polis İdarəsinin dəftərxana müdiri polis serjantı Bayram Rüstəmovun onun haqqında ona qarşı yalan məlumat verməsi nəticəsində ona qarşı qərəzli mövqe tutmağa başlamışdır. Mustafa Əlizadə bölməyə rəis təyin olunduqdan sonra dəftərxananın arxiv otağının açarını ondan almaqla və ona qarşı əsassız iradlar bildirməklə onu işdən bezdirmiş və onun əmək fəaliyyətini sonlandırmağa sövq etmişdir. Baş verən bu hadisələrdən sonra o, Cavabdeh Katibliyinin rəisi polis mayoru İbrahim Hüseynova bu barədə dəfələrlə məlumat vermişdir və ondan tədbir görməsini, bu barədə baş İdarəs rəisinə məruzə etməsini, onu generalın qəbuluna salmasını xahiş etmişdir. X8 etdiyi müraciətlərin heç bir nəticəsi olmamış, Kəpəz rayon polis bölməsinin rəhbərliyinin qanunsuz hərəkətləri barədə Cavabdeh rəhbərliyinə məlumat verilməmiş və onun da məlumat verməsinin qarşısı alınmışdır, nəticədə, bütün bu olanlardan sonra Cavabdeh rəhbərliyinin diqqətini çəkmək üçün xx.xx.2022-ci ildə ona qarşı olunan haqsız və qanunsuz rəftarını da qismən qeyd etməklə işdən azad olunması barədə ərizə ilə Cavabdeh rəhbərliyinə müraciət etmişdir. Ərizənin məzmunundan da göründüyü kimi, onun öz arzusu ilə işdən xaric olmaq niyyəti olmamış, həmin ərizəni yazmaqda məqsədi ona qarşı qanunsuzluğa yol vermiş şəxslərin cəzalandırılması və onun istəyi əvvəlki kimi normal fəaliyyətinə davam etmək olmuşdur. Ərizəni yazmasının üzərindən 1 (bir) gün keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə heç kəsin onun yazdığı ərizə ilə maraqlanmadığını görmüş və Azərbaycan Respublikasının Daxili İşlər Naziri, polis general palkovniki cənab X9 İşlər Nazirliyinin internet saytı vasitəsi ilə müraciət etmişdir. Bundan sonra ona qeyri-rəsmi olaraq məlum olmuşdur ki, həmin ərizə əsas götürülməklə o, bir saat ərzində işdən azad olunmuşdur. Bundan sonra o, işdən azad olunması barədə əmrin surətinin ona verilməsi, həmçinin işinə bərpa olunması barədə Cavabdehnə və Daxili İşlər Nazirliyinə dəfələrlə müraciət etmişdir. O, Daxili İşlər Nazirliyinin rəhbərliyinə, həmçinin Cavabdehnə dəfələrlə müraciət etdikdən sonra əmək kitabçası ona xx.xx.2022-ci il tarixdə rəsmi qaydada göndərilmiş və əmək kitabçası ona çatdıqdan sonra o, Cavabdeh rəisinin xx.xx.2022-ci il tarixli Ə56 ş/h 120-22 nömrəli əmri ilə işdən xariş olunmasını bilmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə işdən xaric olunduqdan sonra xx.xx.2022-ci il tarixdən bu günə qədər dəfələrlə işə bərpa olunması barədə Daxili İşlər Nazirliyinin rəhbərliyinə təxminən 50 (əlli) dəfə elektron müraciət etmiş və onun müraciəti araşdırılaraq qərar qəbul etməkdən ötrü Cavabdehnə göndərmişlər və heç bir nəticəsi olmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.1-ci mddəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən, ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Lakin qeyd olunanlara əsasən ona 1 ay verilməli olduğu halda, o, cəmi 1 saatın içində, yəni xx.xx.2022-ci il tarixdə ərizə verdiyi gün işdən xaric edilmişdir. Bununla da onun qanuni hüquqlarını məhdudlaşdırmışdır. Göründüyü kimi, onun ərizə ilə Cavabdeh rəisinə müraciət etməsinin əsas səbəbi işdən azad olunması yox, Cavabdeh Kəpəz Rayon Polis Şöbləsinin rəhbərliyi tərəfindən ona qarşı edilən haqsız və qanunsuz rəftara son qoyulmasını xahiş etmək olmuşdur. Nəticə etibarı ilə işdən azad olunması barədə əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa edilməsi və məcbuiri işburaxmaya görə əmək haqqının hesablanıb ona ödənilməsi barədə Gəncə şəhəri 1 nömrəli mediasiya təşkilatına müraciət etməsinə baxmayaraq, mediasiya sesiyasında barışığın əldə olunması mümkün olmamışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Cavabdeh nümayəndəsi, Cavabdeh kadrlar şöbəsinin rəisi vəzifəsində işləyən X6 məhkəmə iclasında bildirdi ki, İddiaçı həqiqətən xx.xx.1988-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Cavabdehndə operator vəzifəsində işməmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə yazaraq işdən azad edilməsini xahiş etmiş və rəhbərliyin xx.xx.2022-ci il tarixli əmri ilə öz ərizəsi əsasında Azərbaycan Rerspublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad olunmuşdur. Əmək müqaviləsinə xitam verilərkən işəgötürənin əmrində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulduğu kimi əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin sov haqq-hesabının aparılaraq sonuncu iş günündə işçiyə təhvil verilməsinin təmin olunması müvafiq şöbələrə tapşırılmış və əmr icra olunmuşdur. İddiaçı işdən azad olunması barədə yazdığı ərizədə göstərilən xüsusatların araşdırılması üçün xx.xx.2022-ci il tarixdə dəvət edilmişdir, lakin İddiaçı heç bir əsaslı səbəb göstərmədən Polis İdarəsinə gəlməmiş və bununla bağlı Polis İdarəsinin səlahiyyətli şəxsləri tərəfindən müvafiq protokol tərtib edilmişdir. Bundan sonra İddiaçı poçt vasitəsi ilə daxil olmuş ərizəsində Bayram Rüstəmov tərəfindən ona təzyiq göstərilməsini qeyd etmişdir. Onun ərizəsinin araşdırılması və əmək kitabçasının təqdim edilməsi üçün İddiaçı Polis İdarəsinə dəvət olunmuş, lakin gəlməmişdir. Bundan sonra İddiaçı şəxsən təqdim edilməsi üçün əmək kitabçası ünvanına göndərilsə də qəbul etməmiş və poçt vasitəsi ilə göndərilməsini tələb etmişdir. İddiaçı əmək kitabçası xx.xx.2022-ci il tarixdə ünvanına göndərilmişdir. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Cavabdeh nümayəndəsi, Cavabdeh Təşkilati-inspektor şöbəsinin rəisi vəzifəsində işləyən X7 məhkəmə iclasında X3 izahatını təsdiq etdi və əlavə olaraq bildirdi ki, İddiaçı ərizəsi əsasında işdən azad olunmuşdur. Lakin İddiaçı dəfələrlə şikayət ərizəsi vermiş və onun ərizəsinin aradırılması ilə bağlı Baş Polis İdarəsinə dəvət olunmasına baxmayaraq gəlməmişdir. İddiaçı Daxili İşlər Nazirliyinə şikayət vermiş, yoxlanışlar keçirilərkən işində nöqsanlar aşkar olunmuş və aktlaşdırılmışdır. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Cavabdeh nümayəndəsi, Vəkil məhkəmə iclasında X6 və X7 ilə eyni məzmunlu izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Cavabdeh xx.xx.2022-ci il tarixli Ə56 ş/h-120-22 nömrəli əmrindən görünür ki, İddiaçı Cəlal qızı xx.xx.2022-ci il tarixdən Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin Polis Bölməsinin operatoru (mülki) vəzifəsindən azad edilərək, əmək müqaviləsinə xitam verilmişdir. Əsas: İddiaçı ərizəsi. İş materiallarında olan ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı Cəlal qızı xx.xx.1998-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Gəncə şəhəri Kəpəz rayon X11 Bölməsində operator vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Cavabdeh 4-cü polis Bölməsinin rəisi Mustafa Əlizadə tərəfindən İddiaçı Cəlal qızına ünvanlanmış məktubdan görünür ki, Cavabdeh rəisinin adına ünvanlanmış ərizəyə cavab olaraq əmək kitabçası tərtib olunaraq İddiaçı Cəlal qızına göndərilmişdir. xx.xx.2022-ci il tarixdə mediator Afət Səmədova tərəfindən verilmiş M-00185 nömrəli mediasiya arayışından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 294-cü maddəsinin 4-cü bəndinə əsasən məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsini 12.1-ci maddəsinin «b» bəndində əmək münasibətləri sahəsində Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə aid digər normativhüquqi aktların tələblərini yerinə yetirmək işə götürənin əsas vəzifəsi kimi nəzərdə tutulmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, X2 xx.xx.2022-ci il tarixdə ərizə yazaraq işdən azad edilməsini xahiş etmiş və xx.xx.2022-ci il tarixdə öz ərizəsi əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad olunmuşdur. İddiaçının xx.xx.2022-ci il tarixdən işdən çıxarılması barədə xx.xx.2022-ci il tarixdə məlumatı olmuşdur və iddiaçı həmin mübahisənin həlli üçün məhkəməyə müraciət etməli olduğu halda xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və s. tarixlərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə elektron müraciətlər etmişdir. Bundan sonra iddiaçı X2 işdən çıxarılması barədə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Bununla da, iddiaçı X2 tərəfindən məhkəməyə müraciət etmək üçün 01 ay nəzərdə tutulmuş iddia müddəti buraxılmışdır. Məhkəmə hesab edir ki, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və buraxılmış iş müddəti üçün əmək haqqının ödənilməsinə” dair iddia tələbi təmin edilməməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri) Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və buraxılmış iş müddəti üçün əmək haqqının ödənilməsinə” dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(125)-1848/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1848/2022
18.10.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver