Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1852/2024 06.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-in bölmə rəhbəri Cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X4 Xidmətinə qarşı əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi (qüvvədən düşməsi) ilə bağlı məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-in bölmə rəhbəri Cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X4 Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixdə İddiaçı ilə cavabdeh "xxxx" MMC ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə (qüvvədən düşmüş hesab edilməsinə) və əmək müqaviləsinə xitam verilməsi (qüvvədən düşməsi) ilə bağlı məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi X2 göstərdi ki, əmək müqaviləsinə xitam verilməsi üçün məhkəmə qətnaməsi olmalıdır. Yekun məhkəmə aktının çıxarılmasını məhkəmənin mülahizəsinə buraxdıqlarını göstərdi. Cavabdeh "xxxx" MMC-in bölmə rəhbəri (işəgötürən) Cavabdeh1 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün bildirişin ona təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını və cavabdehin həbsdə saxlanıldığı istintaq təcridxanasının müdriyyətini məlumatlandıraraq MPM-in 147ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, işə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı cavabdehlə əmək müqaviləsi bağlasa da müəssisə mövcud olmamış (fəaliyət göstərməmiş) və müəssiənin adından müqavilə bağlamış şəxsin barəsində Pirallahı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 iyun 2014cü il tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş qaydaların 6.3-cü bəndinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən işçinin qüvvədə olan əmək müqaviləsi bildirişinin qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt formasında qərar qəbul edilir və bununla bağlı elektron informasiya sistemində müvafiq qeydlər aparılır. Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 1-1-ci hissəsinə əsasən, fiziki şəxs olan işəgötürən barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçildikdə, yaxud o, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə azadlıqdan məhrum edildikdə, fiziki şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə işçinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana müraciəti əsasında xitam verilmiş hesab edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-in bölmə rəhbəri Cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X4 Xidmətinə qarşı əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi (qüvvədən düşməsi) ilə bağlı məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi tələbinə dair işə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. İddiaçıya əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənləri nəzərə alıb və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261-264, 266, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdeh "xxxx" MMC-in bölmə rəhbəri Cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X4 Xidmətinə qarşı əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi (qüvvədən düşməsi) ilə bağlı məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-1852/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1852/2024
06.05.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver