Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1861/2023 28.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) X1, cavabdeh Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Gəncə- Daşkəsən Regional Təhsil İdarəsinə və Daşkəsən rayonu Bayan kənd ümumi orta məktəbinə qarşı «vəzifəyə bərpa və məcburi iş buraxdığı iş günləri üzrə əmək haqqı» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Gəncə- Daşkəsən Regional Təhsil İdarəsinə və Daşkəsən rayonu Bayan kənd ümumi orta məktəbinə qarşı Daşkəsən rayon Bayan kənd ümumi məktəbində təlim-tərbiyə və tədris işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxdığı iş saatları üzrə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Daşkəsən rayon Bayan kənd ümumi məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxdığı iş saatları üzrə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı məhkəmədə iddianı müdafiə edərək göstərdi ki, o, 2**4-cü ildən 2*16-cı ilədək Daşkəsən rayonu Bayan kənd ümumi orta məktəbində təlim-tərbiyə işləri üzrə *,5 vahid olmaqla, direktor müavini vəzifəsini icra etmişdir. 2*16-cı ildə sinif komplektinin sayının azalması səbəbindən həmin ştat vahidi ləğv edilmiş və icra etdiyi vəzifə ixtisara düşmüşdür. Bundan sonra o, həmin məktəbdə tarix müəllimi kimi çalışmağa davam etmişdir. 2*19-cu ildə Daşkəsən rayonu Bayan kənd ümumi orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsi bərpa edilmiş, lakin o, əvvəllər icra etdiyi həmin vəzifəyə qaytarılmamışdır. Buna görə də o, vəzifəyə qaytarılması ilə bağlı qanunla müəyyən olunmuş müddətdə və qaydada həmin vaxt fəaliyyət göstərmiş Daşkəsən rayon Təhsil Şöbəsinə, daha sonra Azərbaycan Respublikası Təhsil Nazirliyinə və nəhayət məhkəməyə müraciət etmişdir. O, ilk dəfə *5 may 2*22-ci il tarixdə işə bərpa tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş, lakin onun iddiası mümkün hesab edilməmişdir. 2*16-cı ildə Daşkəsən rayonu Bayan kənd ümumi orta məktəbində təlim-tərbiyə işləri üzrə *,5 vahidin istixara düşməsi ilə əlaqədar vəzifədən azad edilməsinə dair əmr qəbul edilərkən qanunun tələbi pozulmamışdır. Lakin o, hesab edir ki, yenidən bərpa edilmiş *,5 ştat vahidi olan Daşkəsən rayonu Bayan kənd ümumi orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilməli və məcburi buraxılmış iş müddəti üzrə əmək haqqı ona ödənilməlidir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi V.İ.Şərifov İddiaçı izahatını müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndəsi N.E.Fərzəliyev məhkəmədə iddianı qəbul etməyərək, izahatında bildirdi ki, 15 sentyabr 2*16-cı il tarixdə Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbində sinif-komplektlərinin miqdarının yeddidən az olması ilə əlaqədar direktor müavini vəzifəsi ixtisara düşmüşdür. Bu səbəbdən İddiaçı direktor müavini vəzifəsindən azad edilmiş və həmin məktəbdə müəllim kimi fəaliyyətinə davam etmişdir. 16 sentyabr 2*19-cu il tarixdə məktəndə sinifkompletlərinin miqdarı artmış və direktor müavini vəzifəsi ştatı yaranmışdır. Həmin vəzifəyə başqa bir şəxs direktor tərəfindən təyin edilmişdir. İddiaçı həmin məktəbdə işlədiyindən direktor müavini vəzifəsinə təyinatdan məlumatı olmuş, bununla bağlı Daşkəsən Təhsil Şöbəsinə və Təhsil Nazirliyinə müraciət etsə də, müraciətdən uzun müddət keçməsinə baxmayaraq, məhkəməyə müraciət etməmişdir. Bununla da İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci və 4-cü hissələrində göstərilən, müvafiq olaraq 1 təqvim ayı və 1 il müddətlərini ötürmüşdür. Buna görə də iddia müddətinin İddiaçı tərəfindən ötürülməsi nəzərə alınaraq, iddia rədd edilməlidir. Cavabdeh Daşkəsən rayonu Bayan kənd ümumi orta məktəbi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçını, onun nümayəndəsini (vəkilini) və cavabdehin nümayəndəsini dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Daşkəsən rayonu Bayan kənd ümumi orta məktəbi ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Daşkəsən rayonu Bayan kənd ümumi orta məktəbində tarix müəllimi vəzifəsinə qəbul edilmişdir. İşdə olan İddiaçı məxsus **19539 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 15 avqust 2**1-ci ildə Daşkəsən rayonu Bayan kənd ümumi orta məktəbində tarix müəllimi və *1.*9.2**6-cı il tarixdə ehtiyaca görə Daşkəsən rayonu Bayan kənd ümumi orta məktəbində direktor müavini vəzifəsinə təyin edilmiş, 15.*9.2*16-cı il tarixdə sinif komplektlərinin sayı azaldığı üçün direktor müavini vəzifəsindən azad edilmişdir. İş materiallarında olan Daşkəsən rayonu Bayan kənd ümumi orta məktəbinin əmr kitabından çıxarışdan görünür ki, ilə İddiaçı arasında bağlanmış *1 sentyabr 2**1-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Qurbanov X4 rayonu Bayan kənd ümumi orta məktəbinin 15 sentyabr 2*16-cı il tarixli *3 nömrəli əmrinə əsasən həmin məktəbin dərs hissə müdiri vəzifəsindən azad edilmişdir. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 noyabr 2*21-ci il tarixli *9*9-1648/1* nömrəli məktubunun surətindən görünür ki, 2*15-2*16-cı tədris ili üzrə İddiaçı *,5 ştat vahidi ilə tədris işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır. 2*16-2*17-cı tədris ili üzrə sinif komplektlərinin sayı azaldığı üçün ştat ixtisara düşmüş, sinif komplekti artmadığı üçün 2*18-2*19-cu tədris ili üçün tədris işləri üzrə direktor müavini ştatı olmamışdır. 2*19-2*2*-ci tədris ilində sinif komplektlərinin sayı artdığından *,5 ştat vahidi tədris işləri üzrə direktor müavini ştatı açılmış və X5 həmin vəzifəyə təyin edilmişdir. Məktəb direktorunun *3.*2.2*2*-ci il tarixli 1** nömrəli əmrinə əsasən O.Hüseynov tutduğu vəzifədən azad edilmişdir. 12.*2.2*2*-ci il tarixindən etibarən məktəbin ibtidai sinif müəllimi X3 tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən İddiaçı ünvanlanmış *1 iyul 2*22-ci il tarixli D-6367/*1 nömrəli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyindən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə daxil olmuş, Daşkəsən rayonu Bayan kənd ümumi orta məktəbində direktor müavini vəzifəsinə bərpa edilməsi ilə bağlı İddiaçı müraciətinə baxılmışdır. Hazırda Daşkəsən rayonu Bayan kənd ümumi orta məktəbində direktor müavini vəzifəsi üzrə vakansiya mövcud deyildir. İşdə olan Gəncə İnzibati Məhkəməsinin 24 may 2*22-ci il tarixli 2-1(114)- 1752/2*22 nömrəli qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə (üçüncü şəxs Daşkəsən rayon Təhsil Şöbəsi) qarşı «tədris işləri üzrə direktor müavini vəzifəsinə bərpa olunması vəzifəsinin cavabdehin üzərinə öhdəlik olaraq qoyulması» tələbinə dair iddiası mümkün sayılmamışdır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı 15 avqust 2**1-ci ildə Daşkəsən rayonu Bayan kənd ümumi orta məktəbində tarix müəllimi və *1.*9.2**6-cı il tarixdə ehtiyaca görə Daşkəsən rayonu Bayan kənd ümumi orta məktəbində direktor müavini vəzifəsinə təyin edilmiş, 15.*9.2*16-cı il tarixdə sinif komplektlərinin sayı azaldığı üçün direktor müavini vəzifəsindən azad edilmişdir. İddiaçı ötən müddət ərzində Daşkəsən rayonu Bayan kənd ümumi orta məktəbində tarix müəllimi işləmişdir və hazırda da həmin məktəbdə tarix müəllimi işləməkdə davam edir. 2*19-2*2*ci tədris ilində sinif komplektlərinin sayı artdığından *,5 ştat vahidi tədris işləri üzrə direktor müavini ştatı açılmış və X5 həmin vəzifəyə təyin edilmişdir. İddiaçı məhkəməyə Daşkəsən rayon Bayan kənd ümumi məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxdığı iş saatları üzrə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Lakin İddiaçı sinif komplektlərinin sayı azaldığı üçün direktor müavini vəzifəsindən azad edilməsi barədə Daşkəsən rayonu Bayan kənd ümumi orta məktəbinin 15.*9.2*16-cı il tarixli *3 nömrəli əmrinin qanuniliyini mübahisələndirməmiş və həmçinin onun ləğv olunmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 288-ci maddəsinə görə əmək mübahisəsi dedikdə, əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; əmək normalarının, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsi; əmək müqaviləsində nəzərdə tutulan iş yerinin dəyişdirilməsi; əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi; əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması; məzuniyyət hüququnun həyata keçirilməsi; intizam tənbehi verilməsi; əməyin mühafizəsinin təşkili və təmin edilməsi; işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi; işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi; işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi; müsabiqə komissiyasının qərarının qanuni, obyektiv və ədalətli olub-olmamasının araşdırılması; istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində işçiyə və ya onun ailə üzvlərinə vurulan ziyana görə əvəzin məbləğinin müəyyən edilməsi və ödənilməsi; səhmlər və ya digər qiymətli kağızlar üzrə ödəmələrin məbləğlərinin müəyyən edilməsi və ödənilməsi, habelə özəlləşdirmə prosesində və sonralar əmək münasibətləri ilə bağlı normaların tətbiq edilməsi; əmək müqaviləsinin, habelə kollektiv müqavilənin şərtlərinin və əmək qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi başa düşülür. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə iddia müddətinin tətbiqinə dair cavabdehin nümayəndəsinin vəsatətinə hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı Daşkəsən rayonu Bayan kənd ümumi orta məktəbində direktor müavini vəzifəsindən azad edilməsi ilə əlaqədar tərəflər arasında mübahisə olmadığına, yaxud İddiaçı işdən (vəzifədən) azad olunmasının qanuniliyini mübahisələndirilmədiyinə görə hazırki halda iddia müddətinin tətbiqi qanunun tələbinə uyğun deyildir. Lakin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 9-cu hissəsinə görə əmək funksiyası - əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. Həmin Məcəllənin 42-ci maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsi sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə görə tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Həmin Məcəllənin 7*-ci maddəsinin «b» bəndinə görə işçilərin sayı və ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci hissəsinə görə işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmin Məcəllənin 3**-cü maddəsinin 1-ci hissəsinə görə əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28.*3.2*16-cı il tarixli 165 nömrəli əmri ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydaları»nın 4.1-ci bəndində göstərilir ki, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə, xüsusi tipli ümumi təhsil müəssisələrinə (xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olanuşaqlar üçün müəssisələr, cəzaçəkmə müəssisələrindəki ümumtəhsil məktəblərinə) və peşə liseylərinə müddətsiz müqavilə ilə ixtisaslı müəllim kadrlarının işə qəbulu Nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin keçirilmə vaxtı hər il Nazirlik tərəfindən müəyyənləşdirilərək elan edilir. Mülki işin məhkəmə iclasında tədqiq edilmiş hallarından görünür ki, Daşkəsən rayonu Bayan kənd ümumi orta məktəbində 2*16-2*17-cı tədris ili üzrə sinif komplektlərinin sayı azaldığı üçün həmin məktəbdə direktor müavini ştatı ixtisara düşmüş, bununla əlaqədar İddiaçı ilə Daşkəsən rayonu Bayan kənd ümumi orta məktəbi arasında direktor müavini vəzifəsinə dair əmək münasibətləri 15.*9.2*16-cı il tarixdə başa çatmış və sinif komplekti artmadığı üçün 2*18-2*19-cu tədris ili üçün həmin ştat olmamışdır. 2*19- 2*2*-ci tədris ilində sinif komplektlərinin sayı artdığından *,5 ştat vahidi tədris işləri üzrə direktor müavini ştatı açılmış və həmin vəzifəyə yenidən qəbul həyata keçirilmişdir. Hazırki iddia ərizəsində isə İddiaçı oğlu sinif komplektlərinin sayı azaldığı üçün direktor müavini vəzifəsindən azad edilməsi barədə Daşkəsən rayonu Bayan kənd ümumi orta məktəbinin 15.*9.2*16-cı il tarixli *3 nömrəli əmrinin qanuniliyini mübahisələndirməmiş və həmçinin onun ləğv olunmasını deyil, yalnız əvvəlki vəzifəsinə bərpa olunmasını məhkəmədən xahiş etmişdir. Halbuki, bərpa olunma əvvəlki münasibətlərin kəsildiyi yerdən (hazırki halda 15.*9.2*16-cı ildən) davamı, işə qəbul və ya vəzifəyə qəbul isə artıq yeni əmək münasibətlərin yaranmasıdır. Belə olan halda isə İddiaçı iddia tələbi özünün göstərdiyi kimi «işə bərpa tələbi» adlandırılsa da, əsas məzmunu «işə bərpa» deyil, «işə qəbul», yaxud «vəzifəyə qəbul»dur. «İşə qəbul» və ya «vəzifəyə qəbul» isə qanunla müəyyənləşdirillən, qanunda müəyyənləşdirilmədiyi halda isə işəgötürənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Hər iki halda, yəni qeyd olunanlardan hansı subyektin (qanunverici, yaxud işəgötürən) işə qəbul (vəzifəyə qəbul) tələblərini müəyyənləşdirilməsindən asılı olmayaraq, işəgötürənin işə (vəzifəyə) qəbuldan imtinaya dair qərarını qanunsuz hesab etdiyi halda işə (vəzifəyə) iddia edən şəxs həmin qərarın qanuniliyini bu və ya digər qaydada mübahisələndirə bilər. Hazırki halda isə İddiaçı Daşkəsən rayonu Bayan kənd ümumi orta məktəbində direktor müavini vəzifəsinə qəbul olunmasına dair işəgötürənə müraciət etməmiş və bununla əlaqədar onun işə (vəzifəyə) qəbul tələbindən imtina olunmamış, habelə İddiaçı işəgötürənin həmin hərəkətlərini məhkəmədə mübahisələndirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə isə məhkəmənin mövcud olmayan iddia tələbindən kənara çıxması qanunun tələbinə ziddir. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə və Daşkəsən rayonu Bayan kənd ümumi orta məktəbinə qarşı Daşkəsən rayon Bayan kənd ümumi məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilməsi və həmin tələblə bağlı olan məcburi iş buraxdığı iş saatları üzrə əmək haqqının ödənilməsi barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2**7-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) «Qavazov Bolqarıstana qarşı» iş üzrə *6 mart 2**8-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir.(§93) Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 357 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Gəncə- Daşkəsən Regional Təhsil İdarəsinə və Daşkəsən rayonu Bayan kənd ümumi orta məktəbinə qarşı «vəzifəyə bərpa və məcburi iş buraxdığı iş günləri üzrə əmək haqqı» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-1861/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1861/2023
28.04.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver