Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1865/2024 03.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) «şəxsin ölmüş elan edilməsi» barədə xüsusi icraat qaydasında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs) xx.xx.1983-cü il tarixdə anadan olmuş X9 ölmüş elan edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında xahişini müdafiə edərək izahatında bildirdi ki, o, X11 ilə ailə qurmuş və nikahlarını xx.xx.2005-ci il tarixdə qeydə aldırmışlar. Lakin bir müddət sonra Şahin Məmmədzadə ilə aralarında olan münasibətlər pisləşdiyindən nikahları xx.xx.2015-ci il tarixdə pozulmuşdur. Daha sonra X11 ilə aralarında olan problemləri həll etmiş və bundan sonra yenidən xx.xx.2015-ci il tarixdə nikaha daxil olaraq nikahlarını Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində qeydə aldırmışlar. Bir müddət birgə yaşadıqdan sonra Şahin Mehtiyev 2018-ci ilin noyabr ayında Ukranya Respublikasına gedəcəyini bildirərək evdən çıxaraq getmişdir. Şahin Mehtiyev sonuncu dəfə 2018-ci ilin dekabr ayında onunla əlaqə saxlayan zaman bildirmişdir ki, orada, yəni Ukranya Respublikasında döyülmüş və sənədləri əlindən alınmışdır. Bundan başqa, Ş.R.Mehtiyev yaşamaq üçün çox vaxtı qalmadığını da bildirmişdir. Ş.R.Mehtiyev narkotik vasitələrin istifadəçisi olduğu üçün Bakı və Gəncə şəhərində yerləşən aidiyyatı idarələrdə qeydiyyata alınmış, mütamadi olaraq həkim nəzarətində olmuşdur. Həmçinin Ş.R.Mehtiyevin ailə üzvü kimi o və övladları da mütamadi olaraq müayinə olunmuşdur. Ş.R.Mehtiyev narkotik vasitələrin istifadəsindən yaranan ağır xəstəlikdən əziyyət çəkmiş və sonuncu dəfə də əlaqə saxlayan zaman xəstəliyi səbəbindən çox yaşamayacağını bildirmişdir. X9 harada olduğu barədə heç bir məlumat olmadığı üçün xx.xx.2021-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinə ərizə ilə müraciət etmiş, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci polis şöbəsi tərəfindən axtarış işi açılaraq axtarış elan edilmişdir. Daha sonra Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(043)- 586/2022 nömrəli qətnaməsi ilə xx.xx.1983-cü il təvəllüdlü X9 xəbərsiz itkin düşmüş elan edilmişdir. Hazırda o, ünvanlı dövlət dosial yardımı almaq istəsə də ərinin ölübölməməsinə dair haqqında heç bir məlumat olmadığından buna nail ola bilmir. Həmçinin Ş.R.Mehtiyev yaşadıqları mənzili ipotekaya qoyaraq kredit götürmüşdür. O, həmin krediti bağlayaraq evin sənədlərinin geri qaytarılmasında çətinliklər yaranır. Buna görə də Ş.R.Mehtiyevin ölmüş elan edilməsi barədə qətnamənin qəbul edilməsi zərurəti yaranmışdır. Sonda Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iş üzrə müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını və şahid ifadələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, X16 onun qardaşı, Ərizəçi isə qardaşının arvadıdır. X16 əvvəllər Rusiya Federassiyasından deportasiya olunduğu üçün arvadının soyadını qəbul etmiş və yenidən xarici ölkəyə getmişdir. O, qardaşı X1 dəfə evinə qonaq gələn zaman görmüşdür. Həmin ərəfədə X5 Federasiyasına gedəcəyi ilə əlaqədar onunla görüşmək məqsədilə ilə gəlmişdir. O isə X9 Rusiya Federasiyasına getməsinə etiraz etmiş, ora kimin yanına gedəcəyini soruşmuş, X16 isə ona məhəl qoymamışdır. Qeyd olunan hadisələr onun azyaşlı qızı X13 anadan olmamışdan əvvəl baş vermişdir və hazırda qızının 5 yaşı vardır. Ötən müddət ərzində onun X16 ilə heç bir əlaqəsi olmamışdır. Sonuncu dəfə X16 arvadı Ərizəçi ad günü münasibətilə xx.xx.2018-ci il tarixdə arvadı ilə əlaqə saxlamışdır. Daha sonra X16 ilə heç kim əlaqə saxlaya bilməmişdir. Bundan başqa qardaşı X16 narkotik vasitələrin istifadəçisi olmuş və onun pis vərdişləri olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, X16 onun qardaşıdır. O, sonuncu dəfə X16 ilə uzun müddət bundan əvvəl əlaqə saxlamış, daha sonra əlaqələri kəsilmişdir. X4 harada olmasından və nə işlə məşğul olmasından, yaşayıbyaşamamasından xəbəri yoxdur. İş materiallarında olan AZ-İ seriyalı 996443 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X11 arasında olan nikah xx.xx.2015-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində 158 akt qeyd nömrəsi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə və arvada Mehtiyev və Mehtiyeva soyadı verilmişdir. İşdə olan AZ-İ seriyalı, 946925 nömrəli və AZ-İİİ seriyalı, 780604 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2007-ci il tarixdə anadan olmuş X7 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X3 atası X11, anası isə X8r. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 122-48239-1221 nömrəli arayışdan görünür ki, Ərizəçi əri- xx.xx.1983-cü il tarixdə anadan olmuş X16 ilə əlaqədar xx.xx.2021-ci il tarixdə Kəpəz RPİ-nə vermiş olduğu ərizəsi əsasında xx.xx.2021-ci il tarixdən qohumluq əlaqələrini itirmiş şəxs kimi Kəpəz RPİ tərəfindən axtarış edilir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsi 2-ci Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 122-37970-1222 nömrəli arayışdan görünür ki, xx.xx.1983-cü il tarixdə anadan olmuş X16 barəsində Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsi tərəfindən 553161 saylı axtarış işi açılmışdır. İş materiallarında Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(043)-586/2022 nömrəli qətnaməsindən görünür ki, xx.xx.1983-cü il təvəllüdlü X16 xəbərsiz itkin düşmüş hesab edilmişdir. İşdə olan Gəncə şəhər İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi idarəsi nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1097 nömrəli arayışdan görünür ki, X6 şəhəri, İsax Cəfərov küçəsi, ev 5, mənzil 10 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İnterpolun Milli Mərkəzi bürosunun xx.xx.2024-cü il tarixli, 3-13-25/2-3015/2024 nömrəli məlumatından görünür ki, xx.xx.1983-cü il təvəllüdlü X9 axtarışda olması barədə təşkilatın «e-ASF» avtomatlaşdırılmış axtarış sistemində məlumat yoxdur. İşdə olan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli,3-39-9/2-1018/24 nömrəli məlumatdan görünür ki, Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsində xx.xx.1983-cü il təvəllüdlü X16 barəsində hər hansı cinayət işi istintaq edilməmiş və araşdırma aparılmamışdır. Həmçinin qeyd olunan şəxsin sonuncu yaşayış ünvanı barədə heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd xidmət sərhəd nəzarəti xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-38-2/33-879/24 nömrəli arayışdan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü X2 dəfə dövlət sərhəddindən xx.xx.2018ci il tarixdə çıxış etmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsi 2-ci Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-13-57-2/2-9480/2024 nömrəli arayışından görünür ki, xx.xx.1983-cü il təvəllüdlü X16 barəsində xx.xx.2021-ci il tarixdə Gəncə şəhər BPİ-nin 2-ci polis şöbəsinin təhqiqat bölməsinin qərarına əsasən qohumluq əlaqələrinin itirilməsinə görə axtarış işi açılaraq axtarış elan olunmuşdur. İş materiallarında olan Gəncə Şəhər Prokrorluğunun xx.xx.2024-cü il tarixli, 490xid-24 nömrəli arayışından görünür ki, xx.xx.1983-cü il təvəllüdlü X16 barəsində şəhər prokrorluğunda araşdırma aparılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.2-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 312.1-ci maddəsinə görə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 315.2-ci maddəsinə görə şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1.-ci maddəsinə görə əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə görə şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 nömrəli qərarının 9.5-ci bəndində məhkəmələrə izah edilmişdir ki, şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1983-cü il tarixdə anadan olmuş X9 xx.xx.2018-ci il tarixdən ölkədən çıxması və ölkəyə bira daha qayıtmaması, 2018-ci ilin dekabr ayından sonra ötən 5 ildən artıq müddətdə yaşayış yerində Ş.R.Mehtiyevin harada olması barədə məlumatın olmaması, Ərizəçi Ş.R.Mehtiyevin axtarışı üçün müraciət etdiyi müvafiq qurumların apardığı tədbirlərin nəticəsiz qalması iş materialları ilə sübut edilir. Bununla yanaşı Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(043)-586/2022 nömrəli qətnaməsi ilə X9 xəbərsiz itkin düşmüş hesab edilməsi qət edilmişdir. Məhkəmə hesab edir ki, X9 ölmüş elan edilməsinin sair yolla müəyyən edilməsi mümkün olmadığından Ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir və X16 ölmüş elan edilməlidir. Buna görə də, məhkəmə hesab edir ki, xx.xx.1983-cü il tarixdə anadan olmuş X16 ölmüş elan edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi xahişi təmin edilsin. xx.xx.1983-cü il tarixdə Gəncə şəhərində anadan olmuş X16 ölmüş elan edilsin. Hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gün X9 ölüm günü hesab edilsin. Qətnamə xx.xx.1983-cü il tarixdə Gəncə şəhərində anadan olmuş X9 ölümü barədə qeydin aparılması üçün əsasdır. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-1865/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1865/2024
03.06.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver