Məhkəmə qərarları › İş №2(125)-1890/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1890/2022

22.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1890/2022 22.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 Əhməd oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 1 saylı Gəncə Regional “ASAN Xidmət” mərkəzinə qarşı “vərəsəlik hüququnun tanınmasına” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 1 saylı Gəncə Regional “ASAN Xidmət” mərkəzinə qarşı “vərəsəlik hüququnun tanınmasına” dair ərizə ilə məhkəməyə müraciət edərək, *9.*6.2*2*-ci il tarixdə vəfat etmiş bacısı X6 məxsus olan Gəncə şəhəri, D.Qorqud küçəsində 3 saylı binanın 19 saylı mənzilə dair mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirddi ki, onun bacısı X8 *9.*6.2*2*-ci il tarixdə vəfat etmiş və onun vəfatından sonra ona məxsus Gəncə şəhəri, D.Qorqud küçəsində 3 saylı binanın 19 saylı mənzil miras qalmışdır. Onların atası X1* 27.*7.1995-ci il tarixdə, anaları X3 isə 22 noyabr 2*1*-cu il tarixdə vəfat etmişlər. Onun bacısı X8 ailə qurmamışdır və onun nikahda olmaması barədə Gəncə şəhəri, Kəpəz rayonu QŞ-nin *1 iyul 2*21-ci il tarixli arayışı vardır. Onun bacısı Yeganə Əhmədovanın ondan başqa vərəsəsi qalmamış, bacısı vəfat etdikdən sonra onun yas mərasimini o, təşkil etmiş, qəbir üstünü götürmüş və baş daşına qardaşlarından yadigar sözünü yazdırmışdır. O, 2*22-ci lin iyun ayında vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün 1 saylı Gəncə Regional “ASAN XİDMƏT” mərkəzində notariat ofisinə müraciət etmiş və ona *5.*7.2*22-ci il tarixli 16*8 nömrəli məktubla bu barədə məhkəməyə müraciət etməsi bildirilmişdir. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs 1 saylı Gəncə Regional “ASAN Xidmət” mərkəzi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi gəlməmişdir. Maraqlı şəxs 1 saylı Gəncə Regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən məhkəməyə ünvanlanmış 16.*9.2*22-ci il tarixli məktubda, onların iştirakı olmadan işə baxılmasını və qanuna uyğun çıxarılacaq hər hansı bir qərara heç bir etirazlarının olmadığını bildirmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 1*339 nömrəli qeydiyyat şəsiqəsindən görünür ki, Gəncə şəhəri, D.Qorqud küçəsində 3 saylı binanın 19 saylı mənzil X5 adına qeyd edilmişdir. *9.*6.2*2*-ci il tarixdə Gəncə şəhər Kəpəz Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X8 *8 iyun 2*2*-ci il tarixdə vəfat etmişdir. 23.11.2*1*-cu il tarixdə Gəncə şəhər Kəpəız rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X3 22 noyabr 2*1*-cu il tarixdə vəfat etmişdir. *9.11.1966-cı il tarixdə Kirovabad şəhər VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X1 xx xxxxxx 1966-cı il tarixdə Ərizəçi adlı bir oğlu döğulmuşdur. 21.*2.1977-ci il tarixdə Kirovabad şəhər VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X1 19 may 1964-cü il tarixdə X8 adlı bir qızı döğulmuşdur. *1.*7.2*21-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı 19 may 1964-cü il tarixdə Gəncə şəhərində anadan olmuş X5 ailə vəziyyətinin müəyyən edilməsi “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X5 nikahı haqqında akt qeydi aşkar edilməmişdir. X8 *9.*6.2*2*-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsi tərəfindən 242 nömrəli ölümü haqqında akt qeydi aparılmışdır. 23.*6.2*22-ci il tarixdə Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X1* 27 iyul 1995-ci il tarixdə vəfat etmişdir. *5.*7.2*22-ci il tarixdə 1 saylı Gəncə Regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış məktubda, şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi barədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə uyğun olaraq mirasın qəbulu faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. Məhkəmə ilk növbədə mübahisənin qanuni həll edilməsi üçün işin müəyyən edilmiş hallarının mülki qanunvericiliyin vərəsəlik hüququna dair bölməsində mirasın qəbul edilməsinə dair müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə uyğun olaraq araşdırılmasının zəruriliyini nəzərə alaraq hesab edir ki, həmin qaydalara əsasən, şəxs öldükdən sonra vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Buna mirasın qəbul edilməsi deyilir. Mirasın qəbul edilməsi dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qanunverici həm köhnə Mülki Məcəllənin 552-ci maddəsində, həm də qüvvədə olan Mülki Məcəllənin 1243.1–ci maddəsində mirasın qəbul edilməsinin həm faktiki, həm də hüquqi üsullarını müəyyən etmişdir. Qanunun göstərilən tələblərinə görə miras əmlakın vərəsənin mülkiyyətinə keçməsi üçün vərəsə miras əmlaka sahiblik və onu idarə etmək üsulu ilə faktiki və yaxud da notariat kontoruna ərizə verməsi yolu ilə rəsmi qaydada qəbul etməlidir. Azərbaycan Respublikası MPM-in 3*7-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının MM-nin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası MM-nin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası MM-nin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikası Qanunun 21.1ci maddəsinə əsasən, məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən olunur ki, hazırda ərizəçinin sahibliyində idarəçiliyində olan ünvan 2 binanın 19 saylı mənzil mərhum bacısı X5 xüsusi mülkiyyətində olmuş, Yeganə Əhmədova *9.*6.2*2*-ci il tarixdə vəfat etmişdir. X2 tərəfindən vəsiyyətnamə verilməmişdir. Ona görə də onun ölümündən sonra onun yalnız birinci növbəli qanun üzrə vərəsəsi ərizəçi olan qardaşı Ərizəçi olmuşdur. X5 vəfatından sonra miras mülkdə qardaşı Ərizəçi öz ailə üzvləri ilə birlikdə mirası faktiki olaraq qəbul etməklə yaşamışlar. Ərizəçinin bacısının birinci növbəli qanun üzrə vərəsəsi dairəsinə daxil olan vərəsələri, ərizəçinin atası X1* 27.*7.1995-ci il tarixdə, anası X3 22 noyabr 2*1*cu il tarixdə vəfat etmişlər. Ərizəçinin bacısının vəfatından sonra miras mülkdə ərizəçi və onun ailə üzvləri birlikdə həmin mənzildə yaşayır. Hazırda miras mülkdə qanun üzrə vərəsələr dairəsinə daxil olan birinci növbəli vərəsə olan ərizəçi miras mülkdə yaşamaqla faktiki olaraq mirası qəbul etmiş, hazırda onun sahibliyində və idarəçiliyindədir. Ərizəçinin miras əmlak üzərində sahiblik və istifadə hüququ mövcud olsa da, sərəncam hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması onun əmlak hüquqlarının pozulmasına şərait yaratmışdır. Bu isə onun qanuni əsaslarla əldə etmiş olduğu əmlaka sərbəst sahiblik etmək hüquqlarını məhdudlaşdırır. Məhkəmə hesab edir ki, ərizəçi qanunla qorunan hüquqlarının həyata keçirilməsini, yəni əmlak üzərində mülkiyyət hüquqlarının tanınmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, ərizə tələbi təmin edilməli, *9.*6.2*2*-ci il tarixdə vəfat etmiş X4 miras qalmış ünvan 2 binanın 19 saylı ünvanda yerləşən miras mülkün Ərizəçi tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən olunmalı və ərizəçinin həmin mülkə vərəsəlik hüququ tanınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 23* və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. *9.*6.2*2*-ci il tarixdə vəfat etmiş X4 miras qalmış ünvan 2 binanın 19 saylı ünvanda yerləşən miras mülkün Ərizəçi tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən olunsun. *9.*6.2*2*-ci il tarixdə vəfat etmiş X4 miras qalmış ünvan 2 binanın 19 saylı ünvanda yerləşən miras mülkə Ərizəçi vərəsəlik hüququ tanınsın. İş üzrə ödənilmiş 1** manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar