Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1986/2022 24.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əşyaların mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus olan sürtkəc -1 ədəd, aluminium qazan-1ədəd, 6-lı şirəli qazan-1 ədəd, şirəli tava -1 ədəd, 6-lı bakal bagema yaşıl -1 ədəd, xrustal güldan-1 ədəd, bagema güldan-1 ədəd, 6-lı çəhrayı bagema bakal-1 ədəd, qırmızı bagema kompot qabı-1 ədəd, ağ kompot qabı-1 ədəd,bagema meyvə qabı -3 ədəd, göy bulud qab-3 ədəd, çaynik dəst nəlbəkisi ilə-1 ədəd, göy altılıq fincan,balaca tort boşqabı, tək ləpə qabı,xrustal ləpə qabı,xrustal qənd qabı-2 ədəd, altılı araq rumkası, altılıq bakal,2 ədəd- göy güldan, 18 ədəd luminark boşqab dəsti,13 ədəd balaca kasa, 12 ədəd nəlbəki, 8 ədəd mürəbbə qabı, 3 ədəd ədviyyat qabı, 6 ədəd bulud, altılı aş boşqabı,1 ədəd etajerka,2 ədəd bulud, 16 ədəd göy boşqabı,2 ədəd yağ qabı,16 ədəd boşqab,11 ədəd bozartma boşqabı,1 ədəd gecə lampası,6 ədəd qutuda sok stəkanı,1 ədəd balaca qapaqlı qənd qabı, 2 ədəd səbət konfet qabı, 1 xrustal qənd qabı,15 ədəd balaca stəkan,3 ədəd duzqabı,1 ədəd çaynik,1 ədəd gülabqabı,1 ədəd dovğa kasası,altılı mürəbbə qabı,16 ədəd halva boşqabı,13 ədəd çəngəl,23 qaşıq,2 ədəd çömçə,7 ədəd aş qaşığı,1 ədəd çaynik altı, 1 ədəd sarı rəngli qazança,1 ədəd meyvə doğrayan,2 ədəd kotlet çevirən,1 ədəd dəst qazan,1 ədəd konserv açan,4 ədəd bıçaq,1 ədəd balıq təmizləyən,divan üstü örtük, örtük pərdəylə birlikdə, zalda pərdə,3 ədəd uşaq örtüyü,1 ədəd uşaq arabası yorğanı,2 ədəd bəzək səbət, 2 ədəd yay yorğanı,6 ədəd skater,1 ədəd paçka klonka,2 ədəd bədən məhrəbası+1 ədəd böyük,6 ədəd əl məhrəbası,1 ədəd paçka altılı stəkan dəsmalı+ 4 ədəd tək, 2 ədəd ipək balınc üzü, 4 ədəd balınc üzü ağ rəng+3 ədəd əlavə,2 ədəd yorğan üzü,5 ədəd işlək balınc üzü,3 ədəd işlək döşək üzlüyü, 2 ədəd yorğan üzü,1 somavar,1 ədəd termos,1 sandıq qaşıq çəngəl,1 balaca qutu qızılı qaşıq dəsti,1 ədəd yataq dəsti,yataq,şifoner,2 ədəd tunba,1 ədəd güzgü,qonaq dəsti(servant, güzgülü servant, divan kreslo, stol stul-6 ədəd,2 xalça),1 ədəd paltaryuyan maşın,1 ədəd soyuducu,1 ədəd radiator,1 ədəd ikili döşək,2 ədəd tək döşək,6 ədəd yorğan,6 ədəd yorğan,7 ədəd döşəkcə,6 ədəd yastıq,2 ədəd mütəkkə, 1 ədəd ikili örtük, 1 ədəd tək örtük olmaqla əşyaların ona məxsus ünvan 1 ünvanından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış evini alqısatqı müqaviləsi ilə almışdır və həmin ev onun mülkiyyətindədir. Evi aldıqdan sonra cavabdehə aid əşyalar ona məxsus həmin evdə qalmışdır. Məhkəmə iclasında iddiaçı tələbini müdafiə edərək təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh məhkəməyə yazılı ərizə təqdim edərək iddianı qəbul etdiyini və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyərək, mülki işin materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, AN-İ0976736 nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı satın almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı qeyd edilən yaşayış sahəsini cavabdehdən alqı-satqı yolu əldə etmişdir, cavabdeh həmin evi tərk etmişdir. Cavabdeh hazırda mübahisəli evdə yaşamasa da, ona məxsus olan əşyalar həmin evdədir. İddiaçının mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində cavabdehə məxsus əşyaların iddiaçının iradəsinə zidd olaraq saxlanılması üçün əsas yoxdur. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Cavabdeh məhkəmə icraatı zamanı yazılı ərizə təqdim etməklə iddianı etiraf etmişdir. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edilərək qəbul edildiyindən və bu barədə məhkəməyə yazılı izahat verildiyindən, iddiaçı iddianı sübut etmək vəzifəsindən azaddır. Bununla yanaşı, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və üçüncü şəxslərin hüquqlarını pozmur. Buna görə məhkəmə hesab edir ki, iddianın cavabdeh tərəfindən etirafı qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qətetdi: İddia təmin edilsin. Cavabdeh məxsus sürtkəc -1 ədəd, aluminium qazan-1ədəd, 6-lı şirəli qazan-1 ədəd, şirəli tava -1 ədəd, 6-lı bakal bagema yaşıl -1 ədəd, xrustal güldan-1 ədəd, bagema güldan-1 ədəd, 6-lı çəhrayı bagema bakal-1 ədəd, qırmızı bagema kompot qabı-1 ədəd, ağ kompot qabı-1 ədəd,bagema meyvə qabı -3 ədəd, göy bulud qab-3 ədəd, çaynik dəst nəlbəkisi ilə-1 ədəd, göy altılıq fincan,balaca tort boşqabı, tək ləpə qabı,xrustal ləpə qabı,xrustal qənd qabı-2 ədəd, altılı araq rumkası, altılıq bakal,2 ədəd- göy güldan, 18 ədəd luminark boşqab dəsti,13 ədəd balaca kasa, 12 ədəd nəlbəki, 8 ədəd mürəbbə qabı, 3 ədəd ədviyyat qabı, 6 ədəd bulud, altılı aş boşqabı,1 ədəd etajerka,2 ədəd bulud, 16 ədəd göy boşqabı,2 ədəd yağ qabı,16 ədəd boşqab,11 ədəd bozartma boşqabı,1 ədəd gecə lampası,6 ədəd qutuda sok stəkanı,1 ədəd balaca qapaqlı qənd qabı, 2 ədəd səbət konfet qabı, 1 xrustal qənd qabı,15 ədəd balaca stəkan,3 ədəd duzqabı,1 ədəd çaynik,1 ədəd gülabqabı,1 ədəd dovğa kasası,altılı mürəbbə qabı,16 ədəd halva boşqabı,13 ədəd çəngəl,23 qaşıq,2 ədəd çömçə,7 ədəd aş qaşığı,1 ədəd çaynik altı, 1 ədəd sarı rəngli qazança,1 ədəd meyvə doğrayan,2 ədəd kotlet çevirən,1 ədəd dəst qazan,1 ədəd konserv açan,4 ədəd bıçaq,1 ədəd balıq təmizləyən,divan üstü örtük, örtük pərdəylə birlikdə, zalda pərdə,3 ədəd uşaq örtüyü,1 ədəd uşaq arabası yorğanı,2 ədəd bəzək səbət, 2 ədəd yay yorğanı,6 ədəd skater,1 ədəd paçka klonka,2 ədəd bədən məhrəbası+1 ədəd böyük,6 ədəd əl məhrəbası,1 ədəd paçka altılı stəkan dəsmalı+ 4 ədəd tək, 2 ədəd ipək balınc üzü, 4 ədəd balınc üzü ağ rəng+3 ədəd əlavə,2 ədəd yorğan üzü,5 ədəd işlək balınc üzü,3 ədəd işlək döşək üzlüyü, 2 ədəd yorğan üzü,1 somavar,1 ədəd termos,1 sandıq qaşıq çəngəl,1 balaca qutu qızılı qaşıq dəsti,1 ədəd yataq dəsti,yataq,şifoner,2 ədəd tunba,1 ədəd güzgü,qonaq dəsti(servant, güzgülü servant, divan kreslo, stol stul-6 ədəd,2 xalça),1 ədəd paltaryuyan maşın,1 ədəd soyuducu,1 ədəd radiator,1 ədəd ikili döşək,2 ədəd tək döşək,6 ədəd yorğan,6 ədəd yorğan,7 ədəd döşəkcə,6 ədəd yastıq,2 ədəd mütəkkə, 1 ədəd ikili örtük, 1 ədəd tək örtük İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-1986/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1986/2022
24.11.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver