Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1988/2025 07.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Dövlət X3 “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9 etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət X3 “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4rşı işə bərpa tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Dövlət X3 “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X11 Gəncə şəhər Sukanal İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən çıxarılması ilə bağlı Azərbaycan Dövlət X3 “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 Gəncə şəhər Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli, 322-k nömrəli əmrin ləğv edilərək işə bərpa olunmasına və qanunsuz işdən çıxarıldığına görə cavabdehin onu işdən çıxardığı günün sonrakı günündən, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Dövlət X3 “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X11 Gəncə şəhər Sukanal İdarəsi əsl cavabdeh Azərbaycan Dövlət X3 “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X11 (bundan sonra- “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X11) ilə əvəz edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, o, xx.xx.2024-cü il tarixədək "xxxx" ASC-nin “Gəncə Sukanal” TSC-nin texniki istehsalat şöbəsinin rəisi vəzifəsində işləmişdir. Onun işlədiyi idarədə struktur dəyişikliyi olmuşdur. Belə ki, "xxxx" ASC ləğv edilərək Azərbaycan Dövlət X3 yaradılmışdır. Agentlik yarandıqdan sonra onun işlədiyi idarənin adı dəyişdirilərək Azərbaycan Dövlət X3 “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 Gəncə Şəhər Sukanal İdarəsi adlandırılmışdır. O, uzun illər "xxxx" ASC-də işləmişdir. 2008-ci il tarixdən 19 oktyabr 2024-cü il tarixinədək "xxxx" ASC-nin “Gəncə Sukanal” TSCdə işləmişdir. Yeni qurum yarandıqdan sonra yeni rəhbərlik tərəfindən ona qarşı qərəzli mövqe nümayiş etdirilmişdir. Belə ki, öz ərizəsilə işdən azad olunmaları tələb olunmuşdur. Təbii ki, o, rəhbərliyin bu mövqeyinə etiraz edərək ərizə yazmaqdan imtina etmişdir. Bildirmişdir ki, idarənin adının dəyişdirilməsi və başqa təşkilatla birləşdirilməklə X9 yaradılması onun və digər işçilərin kütləvi öz ərizələri ilə işdən çıxarılmalarına əsas verə bilməz. Bu səbəbdən yeni rəhbərlik guya Həmkarlar İttifaqının iclasında alınmış qərarla "xxxx" ASC-nin “Gəncə Sukanal” TSC-də kütləvi ixtisarların aparılmasına başlamışdırlar. Bunun nəticəsi olaraq Azərbaycan Dövlət X3 “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 Gəncə Şəhər Sukanal İdarəsinin 19 sentyabr 2024-cü il tarixli 322-k nömrəli əmrinə əsasən ştat vahidi ixtisar edildiyinə görə əmək müqaviləsi ləğv edilmişdir. Onun işlədiyi vəzifə hazırda yeni yaranmış qurumda mövcuddur. Belə ki, sadəcə işlədiyi strukturun adı dəyişdirilmiş və X13 yaradılmışdır. Bu səbəbdən idarə özü daxili əmrlə onu tutduğu vəzifədə saxlamaqla işini davam etdirməsini təmin edə bilərdi. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, 2008-ci ildən müxtəlif vəzifələrdə işləyir, 2019-cu ildən etibarən texniki istehsalat şöbəsinin rəisi vəzifəsində işləmişdir. Hazırda həmin şöbə də yenidən təşkil olunmuş, ləğv edilməmişdir. Digər əməkdaşların əmrləri verilmiş, ancaq ona qarşı qərəzli mövqe tutulmuşdur. Ştatların ixtisara düşdüyü deyilsə də, belə deyildir, struktur dəyişikliyi olmuşdur. Hüzr yeri olduğuna görə müddəti ötürmüşdür. Bacısı Kəhriz oktyabr ayında vəfat etmiş, 19 oktyabrda əmr verilmiş, daha sonra səhhəti ilə əlaqədar əməliyyat olunmuş və stasionar müalicədə olmuşdur. Üzrlü səbəblərdən müddəti ötürmüşdür. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9 etibarnamə üzrə nümayəndəsi X5 iddianı qəbul etməyərək izahatında göstərdi ki, "xxxx" ASC-də olan bütün ştatlar ləğv olunmuş, sonra yeni ştatlar yaradılmışdır. Xəbərdarlıq məktubu onun özü də daxil olmaqla hamıya verilmişdir. Hüquqi şəxs yenidən təşkil olunmuş, X13 yaradılmışdır. X6 Cəmiyyəti yoxdur. İddiaçının iddia etdiyi ştat bərpa olunmuşdur, X13 bərpa etmişdir. Həmin vəzifə mövsümi deyil, daimidir. Məhkəməyə müraciət etmək üçün müddəti ötürülmüşdür, bununla bağlı yazılı ərizə təqdim etmişdirlər, müddət 4 ay ötürülmüşdür. İddiaçı stasionar yox, ambulator müalicədə olmuşdur. 19 sentyabrda əmr verilmiş, iddiaçının bacısı isə 16 oktyabrda rəhmətə getmişdir. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu ildən texniki istehsalat şöbəsinə 14-cü dərəcə ilə şöbə rəisi vəzifəsinə təyin edilmiş, əmək müqaviləsi müddətsiz bağlanmışdır. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 Gəncə Şəhər Sukanal İdarəsi tərəfindən ştat vahidinin ixtisara düşməsi barədə İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 10 nömrəli xəbərdarlıq məktubundan görünür ki, Azərbaycan Dövlət X3nin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9 xx.xx.2024-cü il tarixli, 09 nömrəli əmri ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9 strukturuna daxil olan tabeli qurumların təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən tutulmuş vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixindən ixtisara düşdüyündən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin 9 təqvim həftəsindən sonra ləğv edilməsi barədə xəbərdarlıq edilmişdir. «xx.xx.2024-cü il tarixli», 322-k nömrəli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrdən görünür ki, İddiaçı- Texniki istehsalat şöbəsinin şöbə rəisi ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat vahidi ixtisar edildiyinə görə xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, İddiaçı xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək ambulator müalicədə olmuşdur. AZ-İİ 443340 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2024-cü ildə ölmüşdür. xx.xx.2025-ci il tarixli, MŞG/1/MT007/2025-00179 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Azərbaycan Dövlət X3nin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 Gəncə Şəhər Sukanal İdarəsinin nümayəndəsi xx.xx.2025-ci il tarixdə, saat 14:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya xidmətinin göstərilməsinə görə 55 (əlli beş) manat məbləğində mediasiya xərcini ödəmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia müddətinin keçməsi ilə bağlı iddia təmin edilməməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdən ləğv edilmiş, iddiaçı əmək müqaviləsinin ləğv edilməsindən 5 aydan artıq müddət keçəndən sonra xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Müddəti ötürməsinin səbəbini isə bacısının vəfat etməsi, daha sonra isə səhhəti ilə əlaqədar əməliyyat olunduğundan müalicə alması ilə əlaqələndirmişdir. Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin surətindən görünür ki, iddiaçı ilə bğlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə ləğv edilmiş, iddiaçının bacısı isə xx.xx.2024-cü ildə ölmüşdür. Bununla belə iddiaçının özü də xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müalicədə olmuşdur. Fərdi əmək mübahisələrinin həllində iddia müddətlərindən bəhs edən Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra-Əmək Məcəlləsi) 296-cı madəsinin 2-ci hissəsinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göründüyü kimi, iddiaçı qeyd olunan qanununvericiliyin tələblərinə əməl etmədən iddia tələbini qanunla müəyyən olunmuş iddia müddəti keçdikdən sonra vermişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- MPM)14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsində isə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, iddia müddəti keçdiyindən İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4rşı işə bərpa tələbinə dair iddiası təmin olunmamalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutub məhkəmə, qət etdi: İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4rşı işə bərpa tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-1988/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1988/2025
07.04.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver