Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-199/2025 10.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əqdin bağlanmış hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri, Sadıllı qəsəbəsi, məhəllə D-8, sahə 20 adlanan, hazırkı ünvan 1 ünvanda yerləşən 400 kv.m torpaq sahəsinin alqı-satqısına dair, tərəflər arasında icra edilmiş 09 dekabr 1989cu il tarixli əqdin bağlanmış hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, Gəncə şəhəri, Sadıllı qəsəbəsi, D-8 məhəllə, 20 nömrəli sahə adlanan ünvanda yerləşən 0.04 ha (400 kv.m) torpaq sahəsi Gəncə şəhər XDS İK-nin 11 aprel 1989-cu il tarixli 7 saylı protokol Qərarı əsasında X5 fərdi yaşayış evi tikmək üçün ayrılmışdır. Cahangir Şirinov həmin vaxtı Cavabdeh ilə rəsmi nikahda olmaqla Gəncə şəhəri, Əli Bayramov küçəsi, bina 75, mənzil 33-də rəsmi qeydiyyatda olsalar da, faktiki olaraq ünvan 4 ünvanda yerləşən evdə yaşamışlar. Onlar ev tikmədən həmin torpaq sahəsini satmaq qərarına gəlmişlər. Cahangir Şirinov iddiaçının atası Əlibala Güləliyevlə bir yerdə, Gəncə şəhəri Korlar İdarəsində işlədikləri üçün torpağın alqı-satqısı barədə öz aralarında sövdələşmişlər. Tərəflər 9 dekabr 1989-cu ildə ünvan 5 ünvanda yəni, Cahangir və Ofelya Şirinovların yaşadıqları evdə alqı-satqını öz aralarında rəsmiləşdirmişlər. Həmin vaxt alıcı tərəfdən İddiaçı, onun atası Güləliyev Əlibala, Rəhmanın dayısı X17, satıcı tərəfdən X9, arvadı Cavabdeh və onun atası X10 iştirak etməklə, alıcı tərəf razılaşdıqları 8000 (səkkiz min) manat pulu Şirinovlara vermiş, satıcı tərəf həmin pulu alıb, sənədlərin əslini onlara vermişlər. Tərəflər öz aralarında şəhadətnamə (akt) tərtib etmişlər. Həmin aktı hər iki tərəf imzalamışlar. Bundan sonra, yəni 9 dekabr 1989-cu ildən torpağa dair sahiblik və istifadə hüququ alıcı tərəfə keçmişdir. Alıcı tərəf həmin torpaqda 1994-cü ildən ev tikməyə başlamışdır. Sonradan tikilini yarımçıq saxlasalar da, hazırda, yəni 35 il ərzində torpağa sahibliyi və həqiqi mülkiyyətçiliyi alıcı tərəf həyata keçirməkdədir. Cahangir Şirinov 2002-ci ildə vəfat etmişdir. Vəfatına qədər onun tərəfindən həmin torpaqla bağlı heç bir tələb irəli sürülməmişdir. Cahangirin vəfatından keçən 20 il ərzində də, Cavabdeh tərəfindən həmin torpaqla bağlı heç bir mübahisə qaldırılmamışdır. Son vaxtlar iddiaçı tərəf 3 saylı Ərazi İdarəsinə müraciət edib torpağa dair şəhadətnamə yaxud çıxarış almaq istəyərkən onlara izah edilmişdir ki, torpağa dair ilkin sənəd mərhum Cahangir Şirinovun adına olduğuna görə, ilkin rəsmiləşmə onun adına olmalıdır. Bundan sonra iddiaçı tərəf cavabdehə müraciət etmiş, cavabdeh bunun üçün onlardan əlavə böyük miqdarda pul tələb etdiyinə görə razılaşma pozulmuş, mübahisə yaranmışdır. 2023-cü ildə Cavabdeh torpağı vərəsəlik qaydasında öz adına rəsmiləşdirib, iddiaçı tərəfin əlindən almaq fikrinə düşmüşdür. O, notariusdan məktub alıb, ölmüş şəxsin adına sənəd almaq üçün 3 saylı Ərazi İdarəsinə müraciət etmişdir. 3 saylı Ərazi İdarəsi torpaq sahəsinə dair mübahisə olmasını və həmin torpaq sahəsinin yeri və ölçüsü barədə sənəd almadığına görə ona xx.xx.2023-cü il tarixli imtina cavabı vermişdir. Bundan sonra Cavabdeh maneənin aradan qaldırılması ilə bağlı Gəncə şəhər Məhkəməsində iddia qaldırmış, məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə onun Elmidar Quliyevə qarşı iddiası təmin olunmuşdur. Qeyd etdiklərindən görünür ki, mübahisəli torpaq sahəsi ilə bağlı, tərəflər arasında alqı-satqı əqdi 9 dekabr 1989-cu ildə tam icra olunmuşdur. Yəni, həmin torpaq sahəsinə ilkin hüquqverici sənəd əldə etmiş Cahangir Şirinov və onun arvadı Cavabdeh öz yaşadıqları ünvan 5 nömrəli evdə, torpağa dair alıcı tərəf olan Əlibala Güləliyev və onun oğlu İddiaçı 8000 manat pul almış və torpağın istifadə və sahibliyini alıcı tərəfə vermişlər. Alqı-satqı əqdi tərəflərin iradəsi və razılaşması əsasında baş tutmuş və onlar iradə ifadələrini həmin gün 6 nəfərin iştirakı ilə tərtib etdikləri şəhadətnaməni (aktı) imza etməklə təsdiq etmişlər. Razılaşmışlar ki, gələcəkdə lazım olduğu vaxta torpağın alqısatqısının notariusda sənədləşməsini həyata keçirəcəklər. Hazırda satıcı tərəfdən Cahangir Şirinov vəfat etmiş, onun arvadı Cavabdeh isə əqdin notariat təsdiqindən boyun qaçırmaqla yanaşı razılaşmanı və öhdəliyini pozaraq, həmin torpağa dair notariat təsdiqi üçün əlavə pul tələb etmiş, buna nail olmadıqda torpağın sənədləşməsini öz adına keçirmək istəyindədir. İşin həmin hallarından görünür ki, cavabdeh tərəfin niyyəti iddiaçı tərəfə ziyan vurmaq məqsədi ilə mülki hüquqlardan sui-istifadə etməkdir. Cavabdeh tərəfin 1989-cu ildən satdıqları torpaq sahəsinə dair həmin hərəkətləri qanunla qadağan olunan hərəkət olmaqla, yol verilməzdir. Cavabdeh yalnız 1989-cu ildə aldıqları 8000 manatın hazırki dəyərini iddiaçı tərəfə qaytarmaqla, icra etdikləri əqdi pozmaq istədiyini alıcı tərəfə bəyan etməklə, iddia qaldırmalı olduğu halda, 35 il əvvəl satdıqları torpağı sair yolla öz adına rəsmiləşdirməklə qanunla qadağa olunan hərəkətə yol verməkdədir. Mülki qanunvericilik isə, bu hərəkətləri qadağan etməklə bərabər, bu əsas üzərində həyata keçirilən hərəkətlərin etibarsızlığını tanımışdır. Ona görə də, cavabdeh tərəfin öz imzası ilə təsdiq etdiyi aktdakı öhdəliyi pozub, alqı-satqını təsdiq etdirməkdən boyun qaçırmaqla yanaşı, aldıqları pulun dəyərini qaytarmaqdan torpağa dair öz adlarına vərəsəlik qaydasında sənəd almağa dair hərəkətləri hüquqdan sui-istifadə ilə başqasına zərər vurma niyyətinə xidmət etdiyindən etibarsızdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi və bildirdi ki, ekspert rəyi ilə tanış olmuşdur, rəy ilə razıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, ekspert rəyi ilə tanış olmuşdur, rəy ilə razıdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh iddianın təmin edilməməsini xahiş etmiş və izahatında bildirmişdir ki, ekspert rəyi ilə tanış olmuşdur, rəy ilə razı deyil. Hesab edir ki, rəy düzgün verilməyib, əlyazmadakı imzalar ona məxsus deyil, o, imza etməmişdir. Həmçinin həmin sənədin notarial təsdiqi yoxdur. Ola bilsin ki, əlyazmada ona məxsus olduğu deyilən imza hansısa sənədə baxılıb çəkilmişdir. Cavabdehə sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin telefon nömrəsinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə SMS bildiriş göndərmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin (MPM) 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, iddiaçı ilə qonşudur, ona məxsus məhlənin arxasında iddiaçının evi yerləşir. 39 ildir ki, həmin məhlədə yaşayır. İddiaçının atası həmin torpaqda ev tikməyə başlamış, sonradan tikilini yarımçıq saxlamışdır. İddiaçının atası həmin evin bünövrəsini tökəndə o, material arxasınca getmişdir. Həmin torpaq sahəsində bugünədək iddiaçı və ailəsindən başqa heç kimi görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində sənətkar kimi ev tikintisi ilə məşğul olduğunu və 1992-ci ilin yay aylarında iddiaçının atası Əlibala onu çağıraraq evlə bağlı işləmək lazım olduğunu bildirmişdir. Həmin torpaq sahəsi Gəncə şəhəri, Sadıllı qəsəbəsi, Rəmziyyə Veysəlova küçəsində yerləşir. Həmin torpaq sahəsində evin hörgüsünü hörmüş, pulunu almışdır. Evin hündürlüyü 3 metr olmuşdur. Evi tikərkən evdə iddiaçının atasından başqa heç kəsi görməmişdir. Sözügedən evlə aralarında cəmi bir küçə var. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, 1989-cu ildə əsgərliyə getməmişdən qabaq uşaq vaxtı iddiaçının atası Əlibala, öz atası Vəzir və özü birlikdə Gəncə şəhəri, Ozan küçəsinə getmişlər. Həmin vaxt iki yaşlı kişi, bir arvad və bir gəlin olmuşdur. Söhbətdən başa düşmüşdür ki, məsələ torpaq alqı-satqısı ilə bağlı olmuşdur, aralarında sövdələşmə olmuş, iddiaçının atası pul verib torpağı almış, akta qol çəkmişlər. Pulun məbləğini dəqiq olaraq xatırlamır. Məhkəmə iddiaçını və onun nümayəndəsi və vəkilini dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamədən müəyyən edilir ki, X9 ilə X6 xx.xx.1983-cü il tarixdə rəsmi nikah bağlamışlar və nikah bağlandıqdan sonra arvada “Şirinova” soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, Gəncə şəhər XDS İcraiyyə Komitəsinin 11 aprel 1989-cu il tarixli 7 saylı protokol qərarı ilə X5 fərdi yaşayış evinin tikintisi məqsədilə Gəncə şəhəri, Sadıllı qəsəbəsi, məhəllə D-8, sahə 20 ünvanında 0.04 ha həyətyanı torpaq sahəsi verilmişdir. xx.xx.2002-ci il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.2002-ci il tarixdə ölmüşdür. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, M.B.Əliyev küçəsində yaşayan X3 o, həqiqətən bacarıqlı əllər sahibkar müəssisəsinin nəznində olan subbartizan quyusunun suyundan istifadə etdiyinə görə 1993-cü ildən 2016-cı ilin mart ayına qədər ödəmişdir. 2016-cı ilin mart ayından övladı İddiaçı ödəniş etmişdir. Heç bir borcu yoxdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən ərizəçi X4 vərəsəsi Cavabdeh ünvanlanmış 3-21-3-33/2- 10410/2023 nömrəli, xx.xx.2023-cü il tarixli “daşınmaz əmlak üzərində vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsindən imtina edilməsi barədə” bildirişdə qeyd edilmişdir ki, aparılan araşdırma zamanı, torpaq sahəsi üzərində mübahisə olduğu üçün müayinə baxışına şərait yaradılmadığı müəyyən edilmişdir. Həmçinin, ərizənizə torpaq sahəsinin yerini və ölçüsünü göstərən heç bir texniki sənəd əlavə edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İş materiallarına, Kirovabad şəhərində X17, X7, İddiaçı, X9, X10 və Cavabdeh tərəfindən tərtib edildiyi qeyd edilən 09 dekabr 1989-cu il tarixli “şəhadətnamə” adlandırılan A4 vərəqindən ibarət əlyazma əlavə edilmişdir. Həmin əlavədə qeyd edilmişdir ki, “X1 yuxarıda adları qeyd olunmuş şəxslərin iştirakı ilə X5 məxsus olan D – 8 уч-к 20 400 kv.m olan həyətyanı torpaq sahəsinə 8000 manat (səkkiz min manat) pul vermişəm. Şəhadətnamənin doğru və düzgünlüyünü yuxarıda adları qeyd edilmiş şəxslər imza edirlər.”. İş materiallarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-3672/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh X11 qarşı ölçmə işlərinə qoyulan maneənin aradan qaldırılması tələbinə dair iddiasının təmin edilməsi, Gəncə şəhər XDS İcraiyyə Komitəsinin 11 aprel 1989-cu i tarixli 7 saylı protokol qərarı ilə X5 fərdi yaşayış evinin tikintisi məqsədilə verilmiş Gəncə şəhəri, Sadıllı qəsəbəsi, məhəllə D- 8, sahə 20 ünvanında yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan ölçmə işlərinin aparılmasına cavabdeh X12 tərəfindən edilən maneənin aradan qaldırılması, həmin işlərin aparılmasına maneənin törədilməsinin X11 qadağan edilməsi qət edilmişdir. İş üzrə zərurət yarandığından, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarının 5-ci səhifəsindəki 09 dekabr 1989-cu il tarixli “şəhadətnamə” adlandırılan A4 vərəqindən ibarət əlyazmada imza qrafasında “Şirinov Ofelya” yazısının qarşısındakı imza Cavabdeh tərəfindən icra olunmuşdurmu? Məhkəmə-xətşünaslıq ekspertizasının 4/1768 nömrəli, xx.xx.2025-ci il tarixli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş, mülki işin 5-ci vərəqində olan 09 dekabr 1989-cu il tarixli şəhadətnamənin sonunda 6. “Ширинова Офеляа” yazıları qarşısındakı imza – Cavabdeh tərəfindən icra olunmuşdur. Məhkəmə əvvəla qeyd edir ki, mübahisənin mahiyyətinə münasibətdə nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddia ərizəsinin məzmunundan aydın olur ki, Gəncə şəhəri, Sadıllı qəsəbəsi, D-8 məhəllə, 20 nömrəli sahə adlanan ünvanda yerləşən 0.04 ha (400 kv.m) torpaq sahəsi Gəncə şəhər XDS İK-nin 11 aprel 1989-cu il tarixli 7 saylı protokol Qərarı əsasında X5 fərdi yaşayış evi tikmək üçün ayrılmışdır. Cahangir Şirinov həmin vaxtı Cavabdeh ilə rəsmi nikahda olmaqla Gəncə şəhəri, Əli Bayramov küçəsi, bina 75, mənzil 33-də rəsmi qeydiyyatda olsalar da, faktiki olaraq ünvan 4 ünvanda yerləşən evdə yaşamışlar. Onlar ev tikmədən həmin torpaq sahəsini satmaq qərarına gəlmişlər. Cahangir Şirinov iddiaçının atası Əlibala Güləliyevlə bir yerdə, Gəncə şəhəri Korlar İdarəsində işlədikləri üçün torpağın alqı-satqısı barədə öz aralarında sövdələşmişlər. Tərəflər 9 dekabr 1989cu ildə ünvan 5 ünvanda yəni, Cahangir və Ofelya Şirinovların yaşadıqları evdə alqısatqını öz aralarında rəsmiləşdirmişlər. Həmin vaxt alıcı tərəfdən İddiaçı, onun atası Güləliyev Əlibala, Rəhmanın dayısı X17, satıcı tərəfdən X9, arvadı Cavabdeh və onun atası X10 iştirak etməklə, alıcı tərəf razılaşdıqları 8000 (səkkiz min) manat pulu Şirinovlara vermiş, satıcı tərəf həmin pulu alıb, sənədlərin əslini onlara vermişlər. Tərəflər öz aralarında şəhadətnamə (akt) tərtib etmişlər. Həmin aktı hər iki tərəf imzalamışlar. Ona görə də iddiaçı hazırkı iddiasında Gəncə şəhəri, Sadıllı qəsəbəsi, məhəllə D-8, sahə 20 adlanan, hazırkı ünvan 1 ünvanda yerləşən 400 kv.m torpaq sahəsinin alqı-satqısına dair, tərəflər arasında icra edilmiş 09 dekabr 1989-cu il tarixli əqdin bağlanmış hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı tələbinin əsası kimi iş materiallarına özü, atası X7, eləcə də digər şəxslər X17, X10, Cavabdeh və cavabdehin əri X9 tərəfindən Kirovabad şəhərində tərtib edildiyi qeyd edilən 09 dekabr 1989-cu il tarixli “şəhadətnamə” adlandırılan A4 vərəqindən ibarət əlyazmanı əlavə etmişdir. Həmin əlavədə qeyd edilmişdir ki, “X1 yuxarıda adları qeyd olunmuş şəxslərin iştirakı ilə X5 məxsus olan D – 8 уч-к 20 400 kv.m olan həyətyanı torpaq sahəsinə 8000 manat (səkkiz min manat) pul vermişəm. Şəhadətnamənin doğru və düzgünlüyünü yuxarıda adları qeyd edilmiş şəxslər imza edirlər.” Beləliklə, iddia tələbi mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədədir və iddiaçı həm öz adından, həm də atası mərhum X2 vərəsəsi kimi hazırkı iddianı irəli sürmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 217.2-ci maddəsinə müvafiq olaraq qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan hazırkı mübahisəyə tərəflər arasında iddia olunan hüquq münasibətlərinin yarandığı dövrdə, yəni xx.xx.2000-ci ilədək qüvvədə olmuş, Azərbaycan SSR-in 11 sentyabr 1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mülki Məcəlləsi tətbiq olunmalıdır. Həmin Məcəllə müəyyən edirdi ki, əqdin qanunla tələb edilən sadə yazılı formasına (bu Məcəllənin 41-ci maddəsi) riayət edilməməsi, mübahisə zamanı tərəfləri, əqdi təsdiq etmək üçün şahid ifadələrinə istinad etmək hüququndan məhrum edir, qanunda bilavasitə göstərilən hallarda isə, bu Məcəllənin 44-cü maddəsində nəzərdə tutulan nəticələrlə əqdin etibarsızlığına səbəb olur (maddə 42). Əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur (maddə 43). Alqı-satqı müqaviləsi üzrə satıcı əmlakı alcının mülkiyyətinə verməyi, alıcı isə əmlakı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür (maddə 228). Tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alğı-satqı müqaviləsi notariatda təsdiq edilməli və yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində qeydə alınmalıdır. Yaşayış evinin alğı-satqı müqaviləsi qeydə alındığı vaxtdan bağlanmış sayılır. Müqavilə notariatda təsdiq edildiyi gündən bir ay gec olmayaraq qeydə alınmalıdır (maddə 230). Ə.Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 15 aprel 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Pelnumunun 3 may 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu İ.K.Rəcəbovun şikayəti üzrə 22 mart 2006-cı il tarixli Qərarında “əqdin notarial formasına riayət edilməməsi”nin nəticələri ilə bağlı formalaşdırdığı hüquqi mövqeyini qeyd etməklə bir daha vurğulayır ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Torpaq sahəsinin alqı-satqısı haqqında müqavilə də yazılı formada tərtib edilməli olan əqdlərdən biridir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan hüquqi mövqeyini bir sıra Qərarlarında (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli Qərar, C.Abdullayevanın şikayəti üzrə 13 aprel 2007-ci il tarixli Qərar və s.) təsdiq etməklə göstərmişdir ki, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmalıdır: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Sonuncu şərt qanunvericilikdə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Göründüyü kimi, qanunverici daşınmaz əmlakın alqı-satqısı haqqında müqavilənin etibarlılığını hər bir halda onun yazılı formada bağlanması və notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Beləliklə, daşınmaz əmlakın alqı-satqısı haqqında müqaviləyə münasibətdə həmin vaxt qüvvədə olan qanunvericilik birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Hazırkı iş üzrə iddiaçı, cavabdehin əri X5 D – 8 уч-к 20 400 kv.m olan həyətyanı torpaq sahəsinə 8000 manat (səkkiz min manat) pul verildiyini, bu barədə sonuncu və onun arvadı, iş üzrə cavabdeh ilə iddiaçı və onun atası X7 arasında sadə yazılı formada 09 dekabr 1989-cu il tarixli “şəhadətnamə” adlandırılan A4 vərəqindən ibarət əlyazma tərtib edildiyini sübuta yetirmişdir. Bu hal iş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə də təsdiq olunur. Belə ki, məhkəmə-xətşünaslıq ekspertizasının 4/1768 nömrəli, xx.xx.2025-ci il tarixli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş, mülki işin 5-ci vərəqində olan 09 dekabr 1989-cu il tarixli şəhadətnamənin sonunda 6. “Ширинова Офеляа” yazıları qarşısındakı imza – Cavabdeh tərəfindən icra olunmuşdur. Lakin məhkəmə qeyd edir ki, iddiaçının əsaslandığı həmin əlyazmanın mövcudluğu mübahisəli torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə əsas ola bilməz. Ona görə ki, mübahisəli torpaq sahəsi həmin dövrdə hazırkı iş üzrə cavabdehin və ya onun mərhum əri X4 mülkiyyətində olmamışdır. İddia edilən torpaq sahəsinin ayrılmasına əsas olmuş Gəncə şəhər XDS İK-nin 11 aprel 1989-cu il tarixli 7 saylı protokol Qərarının mövcudluğu həmin torpağın sözügedən şəxsin şəxsi mülkiyyətində olduğunu təsdiq etmir. Başqa sözlə, cavabdehin və ya onun mərhum əri X4 mülkiyyət hüququ qeydə alınmadığından, onun həmin əmlak üzərində sərəncam vermək hüququ olmamışdır. Belə olan halda, iddiaçı və ya onun atası X7 ilə cavabdeh və ya onun mərhum əri X9 arasında mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi istisna olunur. Bundan başqa, iddiaçı tələbini təsdiqləmək üçün sübut qismində şahid ifadələrini təqdim etmişdir. Lakin həmin dövrün qanunvericiliyi ilə belə əqdin qanunla tələb edilən sadə yazılı formasına riayət edilməməsinin mübahisə zamanı tərəfləri, əqdi təsdiq etmək üçün şahid ifadələrinə istinad etmək hüququndan məhrum etdiyi və əqdin etibarsızlığına səbəb olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin əsaslı olması məhkəmə iclasında öz təsdiqini tapmadığından, İddiaçı Cavabdeh qarşı əqdin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin olunmamalıdır. Bununla belə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddianın təmin edilməməsi, iddiaçının baş tutmamış alqı-satqı nəticəsində, əsassız varlanmaya görə cavabdehdən ödənilmiş pul məbləğini tələb etmək imkanını istisna etmir. Bundan başqa, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 120 manat pul iddiaçıdan tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı əqdin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Keçirilmiş ekspertizanın xərci olan 120 (bir yüz iyirmi) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifat kodu: 142595; Büdcə səviyyəsinin kodu: 3; Adı: X8; Kodu: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK: CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********; Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-199/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-199/2025
10.04.2025 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver