Məhkəmə qərarları › İş №2(125)-1991/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1991/2022

31.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1991/2022 31.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Əli oğlunun sədrliyi Yediyarova Zeynəb Fərman qızının katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə və vərəsəlik hüququnun tanınmasına dair ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə və vərəsəlik hüququnun tanınmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi və vərəsəlik hüququnun tanınması ilə bağlı xüsusi icraat qaydasında məhkəməyə müraciət etsə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin valideynlərindən miras qalmış Gəncə şəhəri, H.Əliyev pr. 2-ci döngə, 25 saylı əmlaka dair qardaşı ilə Ərizəçi arasında mübahisə mövcuddur. Bu səbəbdən ərizə xüsusi icraat qaydasında təmin edilə bilməz. İş materiallarında olan ölüm haqqında şəhadətnamələrdə görünür ki, Ərizəçi mərhum atası X3 20 fevral 2021-ci ildə, mərhum anası X1 isə 2016-cı ildə ölmüşdür. İş materiallarında olan 1 saylı X8 Xidmət mərkəzində Notariat ofisinin məktubundan görünür ki, 1 saylı X8 Xidmət mərkəzində Notariat ofisi tərəfindən mirasın qəbul müddətini ötürdüyündən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı Ərizəçi aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsinin 259.0.10. maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Ərizəçinin izahatından görünür ki, onun X4 adında qardaşı var və ərizəçi ilə qardaşı arasında vərəsəliklə bağlı mübahisə mövcuddur. Məhkəmə hesab edir ki, miras barəsində mübahisə olduğundan Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə və vərəsəlik hüququnun tanınmasına dair ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.10-cu maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 259.0.12, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə və vərəsəlik hüququnun tanınmasına dair ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsini vermiş şəxsə izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar