Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1999/2024 29.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Ərizəçi, ərizəçinin vəkili Vəkil iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) «doğumun qeyd edilmə faktının müəyyən edilməsinə» dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1964-cü il tarixdə Ermənistan Respublikasının, Ağbaba (Amasiya) rayonunda doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi bildirdi ki, o, xx.xx.1964-cü ildə Ermənistan Respublikasının Amasya rayonun, Oxçuoğlu kəndində anadan olmuşdur. 1986-cı ildən etibarən Azərbaycan Respublikasının Gəncə şəhərində yaşamış və elə həmin ildə də Azərbaycan Respublikasında X17 ilə ailə qurmuşdur. Həmin S.P.Həsənova ilə onun birgə nikahından iki uşağı vardır. Onun barəsində olan cinayət işi ilə əlaqədar 2000-ci ildə o, Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum olunmuş və həbs olunarkən şəxsiyyətini təsdiq edən sənəd kimi keçmiş SSRİ pasportu istintaq orqanı tərəfindən ondan alınmışdır. 2013-cü ildə isə o, yenidən Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum olunmuş və xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. O, azadlıqdan məhrum etmə cəzasını çəkdiyi müddətdə şəxsiyyətini təsdiq edən sənəd olan SSRİ pasportu 2000-ci ildə istintaq orqanı tərəfindən iş materiallarına əlavə edildikdən sonra ona qaytarılmamışdır. O, dəfələrlə müraciət etməsinə baxmayaraq nə məhkəmədə, nə də cəzaçəkmə müəssisəsində SSRİ pasportunun olması müəyyən edilməmişdir. Hətta o, cəzasını çəkib qurtarmaqla, azadlığa çıxarkən cəzaçəkmə müəssisəsindən ona fotoşəkilli arayış verilmişdir. X5 doğum şəhadətnaməsi verməkdən imtina edilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Doğumunun qeyd edilmə faktının müəyyən edilməsilə bağlı onun məhkəmədən kənar qaydada sənəd almağı mümkün deyildir. Onun anası X7, atası isə X8 olmuşdur. Sonda Ərizəçi xx.xx.1964-cü ildə Ermənistan Respublikasının Ağbaba (Amasiya) rayonunda doğumunun qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ərizəçinin vəkili Vəkil ərizəni müdafiə edərək, Ərizəçi xx.xx.1964-cü ildə Ermənistan Respublikasının Ağbaba (Amasiya) rayonunda doğulmasının qeyd edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. İş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini, onun vəkilini və şahidləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, o, Ermənistan Respublikasının, Amasya rayonun, Oxçuoğlu kəndində anadan olmuş, Ərizəçi ilə həm qonşu olmuş, həm də eyni orta məktəbdə təhsil almışlar. Ərizəçi əmisi qızı X4 onun arvadıdır. Buna görə də onun Ərizəçi 1964-cü ildə Ermənistan Respublikasının, Amasya rayonun, Oxçuoğlu kəndində anadan olmasında məlumatı vardır. O, 1968-ci il tarixdə orta məktəbə getmiş, onunla Ərizəçi arasında 3 sinif fərq olmuşdur. Ərizəçi anası X7, atası isə X8 olmuş və Frunzenin bir bacısı olmuş, lakin ölmüşdür. 1988-ci il tarixində onlar kütləvi şəkildə məcburi olaraq, Azərbaycan Respublikasına köçürülmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Ərizəçi Ermənistan Respublikasının, Amasya rayonun, Oxçuoğlu kəndində anadan olmuşdur. Ərizəçi anası X7, atası isə X8 olmuş və Frunzenin bir bacısı olmuş, lakin ölmüşdür. Ərizəçi anası X1 Frunze Yusif oğlu kiçik yaşlarda olan zaman vəfat etdiyindən o və digər kənd sakinləri Frunzeni böyütmüşlər. 1988-ci ildə o və ailəsi ilə yanaşı Frunze də öz ailəsi ilə kütləvi şəkildə məcburi olaraq, Azərbaycan Respublikasına köçürülmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, Ərizəçi onun əridir. Onlar 1986-cı il tarixdə Gəncə şəhərində nikaha daxil olmuşlar. Daha sonra Ərizəçi işi ilə əlaqədar Gürcüstan Respublikasının Şülaber kəndinə getmişlər. Onların birgə nikahlarından xx.xx.1987-ci il tarixdə X13 və xx.xx.1990-cı il tarixdə X15 adlı iki uşaqları anadan olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Ərizəçi Ermənistan Respublikasının, Amasya rayonun, Oxçuoğlu kəndində anadan olmuşdur. Belə ki, azyaşlı Frunzenin valideyinləri onun həmkəndlisi olmuşdur. Ərizəçi anası X7, atası isə X8 olmuş və Frunzenin bir bacısı olmuş, lakin uşaq yaşlarında ölmüşdür. İş materiallarında olan İV-ЖГ seriyalı 319820 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X17 arasında olan nikah xx.xx.1986-cı il tarixdə qeydə alınmışdır. İşdə olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(088)- 27/2014 nömrəli hökmündən görünür ki, xx.xx.1964-cü il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuş Ərizəçi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidməti 8 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 03 nömrəli arayışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1964-cü il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuş Ərizəçi Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(088)-27/2014 nömrəli hökmünə əsasən xx.xx.2013-cü il tarixindən xx.xx.2023-cü ilədək cəza müddətini çəkmiş və cəza sonu ilə azad olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-364 nömrəli məktubdan görünür ki, Ərizəçi doğum akt qeydini təsdiq edən sənədlər təqdim edilmədiyi üçün Ərizəçi doğum haqqında şəhadətnamənin verilməsindən imtina olunmuş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(114)-2117/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum haqqında şəhadətnamənin təkrar verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(104)- 103/2024 nömrəli qətnaməsinin surətindən görünür ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2117/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə əsasən doğumun qeydə alınması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılmalıdır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman təsdiq edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-cü maddəsinə görə uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. İş üzrə toplanmış sübutlarla təsdiq olunur ki, Ərizəçi xx.xx.1964-cü il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuş və onun doğumu qeydə alınmışdır. Ona SSRİ vətəndaşının pasportunu vermişlər. Lakin uzunmüddətli azadlıqdan məhrumetmə cəzasına məhkum edildikdən sonra Ərizəçi SSRİ vətəndaşının pasportunu da itirmişdir. Hazırda Ərizəçi həmin pasportunun harada olması bilinmir və Maraqlı şəxsndə Ərizəçi doğum akt qeydi yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, Ərizəçi xx.xx.1964-cü il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunda doğulmasının və doğum akt qeydində anasının X7, atasının isə X8 qeyd olunması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi xahişi təmin edilsin. Ərizəçi xx.xx.1964-cü il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunda doğulmasının və doğum akt qeydində anasının X7, atasının isə X8 qeyd olunması faktı müəyyən edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-1999/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1999/2024
29.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver