Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-201/2025 27.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə və Cavabdeh3 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X32 və X18) miras əmlaka qanun üzrə vərəsəlik hüququ tanınmaqla miras payın müəyyən edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və mülkiyyət hüququ üzrə hüququn dövlət qeydiyyatının ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum babası Qara Məmmədovdan miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzərində qanun üzrə varis olaraq vərəsəlik hüququ tanınmaqla payının müəyyən edilməsi, qanun üzrə vərəsəlik haqqında 22 dekabr 2022-ci il tarixli, 2V1413 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi və mülkiyyət hüququ üzrə hüququn dövlət qeydiyyatının ləğv edilməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi mərhum babası X23 miras qalmışdır. Həmin fərdi yaşayış evini miras olaraq atası da cavabdehlə birlikdə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli qərarı ilə miras qoyan şəxslərin bütün varisləri bərabər payçıdırlar. Həmin evdə qeydiyyatda olmağına baxmayaraq Cavabdeh3 onu əsassız olaraq qeydiyyatdan çıxarmışdır. Cavabdehlər Cavabdeh3 və Asan Xidmətin 1 saylı notariat kontoru onun atasını və onu vərəsələrin siyahısında gizlədərək vərəsə payından məhrum etmişdir. Vərəsəlik işi ilə bağlı cavabdeh 1 saylı Gəncə Regional «ASAN XİDMƏT» Mərkəzinin Notariat Ofisinə müraciət edərək məlumat əldə etmişdir. Həmçinin özü miras qalmış ünvanda pasport qeydiyyatında olduğundan gələrək şəxsiyyət vəsiqəsini dəyişərkən müəyyən etmişdir ki, Cavabdeh3 onu vərəsəlik hüququ ilə bağlı payından məhrum etmişdir. İddia ərizəsinə əlavə etdiyi notariat orqanı tərəfindən təqdim edilmiş sənədlərdən də görünür ki, Cavabdeh3 ərizəsi əsasında aparılmış saxta yolla açılmış vərəsəlik işi notariat haqqında Qanunvericiliyin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddi hüquq normalarının tələblərinin pozulması ilə aparılmışdır. Məhkəmə gedişində X32 və X18 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişlər. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, Cavabdeh3 iddiaçının əmisidir. İddiaçının babasından qalmış mülkə dair vərəsəlik işi açılmış, şəhadətnamə verilərkən iddiaçının mərhum atası Eldar Cavabdeh3 və notariat orqanı tərəfindən vərəsələrdən siyahısında gizlədilməklə miras əmlakdan iddiaçının atasına düşən pay Cavabdeh3 tərəfindən mənimsənilmişdir. Belə ki, Cavabdeh3 vərəsələr siyahısında özünü və bacılarını qeyd etmişdir. İddiaçı həmin mübahisəli əmlakda pasport qeydiyyatındadır, belə ki, iddiaçının atası da, özü də həmin ünvanda yaşamışlar. İddiaçının ikili vətəndaşlığı var, yəni o həm Azərbaycan Respublikasının, həm də Rusiya Federasiyasının vətəndaşıdır. İddiaçı atasının ölümündən sonra müəyyən müddət işləmək üçün Rusiya Federasiyasına gedib-gəlmiş, miras əmlakın əmisi tərəfindən mənimsənildiyindən xəbəri olmamışdır. İddiaçının atası və cavabdeh atalarının, yəni X9 1989-cu ildə vəfatından sonra, təxminən 2000-2001-ci illərdən sonra işlə bağlı müntəzəm olaraq Rusiya Federasiyasına gedibgəlmiş, davamlı olaraq mübahisəli əmlakda yaşamış və ailə münasibətlərini qoruyub saxlamışlar. İddiaçının özünün pasport qeydiyyatı mübahisəli ünvandır, şəxsin yaşayış yeri də onun qeydiyyatda olduğu yerdir. Həmin miras əmlakdan iddiaçıya irsi transmissiya qaydasında atasından pay hüququ keçmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 izahatında bildirmişdi ki, X5dur, mübahisəli əmlak da atasının mülkiyyətində olmuşdur. X5 1989-cu ildə, anası X33 2000-ci ildə vəfat etmişdir. Ata və anası rəsmi nikahda olmuşlar. Ailədə üç qardaş iki bacı olmuşlar - böyük qardaşı X39, ortancıl qardaşı X40, böyük bacısı X32, kiçik bacısı X34 və özü. Böyük qardaşı Eldar 2 il bundan öncə Rusiya Federasiyasının Rostov vilayətində ölmüş, oğlu və həyat yoldaşı tərəfindən ölkəyə gətirilərək Gəncə şəhərində dəfn olunmuşdur. Ortancıl qardaşı Rəşid isə 1966-cı ildə məktəbi bitirib, Rusiya Federasiyasında Kənd Təsərrüfatı İnstitutuna qəbul olmuş, həmin vaxtdan ölən günədək Rusiya Federasiyasının vətəndaşı olmaqla, orada yaşamış, övladı olmamış, ölüm ayağında Gəncəyə, onun yanına gəlmişdir. Rəşid 2013-cü ildə Gəncə şəhərində ölmüş, onun dəfn xərclərini özü qarşılamışdır. Böyük bacısı Minayə Rusiya Federasiyasının vətəndaşıdır, ailəlidir, hazırda Rusiya Federasiyasının Nijni Novqorod şəhərində yaşayır. Kiçik bacısı Gülayə Hacıqabul rayonunun Qarasu kəndində yaşayır. Özü isə doğulduğu gündən bugünədək hazırkı mübahisəli əmlakda yaşayır. Qardaşı Eldar 1970-ci ilədək mübahisəli əmlakda yaşamış, 1970-ci ildə çini qablar zavodunda işləməyə başlamış, onunla bir yerdə işləyən Minayə adlı bacısına verilən üçotaqlı evdə yaşamışdır. Qardaşı Eldar biraz işlədikdən sonra Rusiya Federasiyasına getmiş, Rostov vilayətində ev alaraq ailəsi ilə birlikdə orada yaşamağa başlamışdır. Bundan sonra həm qardaşı Eldar, həm də onun ailə üzvləri, yəni oğlu və arvadı Rusiya Federasiyasının vətəndaşı olmuşlar. Böyük qardaşı Eldarın biri qız, ikisi oğlan olmaqla, üç övladı olmuş, onlardan ikisi, yəni Şikar və Aygül ölmüşdür. Eldarın hazırda sağ olan oğlu Şakir, yəni iddiaçı Rusiya Federasiyasının vətəndaşı olmaqla, orada işləyir və yaşayır. Şakirin anası isə Rusiya Federasiyasında daimi yaşamaqla müntəzəm olaraq ölkəyə gedib-gəlir, hazırda isə 3 aydır ki, Gəncə şəhərində bacanağının evində qonaq kimi yaşayır. Axrıncı dəfə böyük qardaşı Eldar ölməmişdən üç il qabaq Eldar oğlu və arvadı ilə birlikdə yay aylarında qonaq kimi onun yanına gəlmiş, 1 ay qalmışlar. Atası Qara 1989-cu ildə öləndə həmin mübahisəli əmlakda anası və özü yaşamışdır. Anası Əsmər 2000-ci ildə öləndə isə mübahisəli ünvanda təkcə özü yaşamışdır. Kommunal idarənin əməkdaşları dəfələrlə ona evin mərhum atasının adına olduğunu bildirərək evi sənədləşdirməli olduğunu bildirmişlər. Lakin imkanı olmadığından qardaşı Eldarın sağlığında evi sənədləşdirə bilməmişdir. Nə özü, nə də bacıları başqa adama miras əmlakdan pay verilməsinə razı deyil. Odur ki, iddiaçı iddia tələbinin təmin edilməməsini xahiş etmiş, sonuncu məhkəmə iclasına gəlməmişdir. Cavabdehlər 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumat göndərilməsinə baxmayaraq, cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X19 və X10 məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən cavabdehlər 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsinin, digər Cavabdeh3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X14 və X7 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini (vəkilini) dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Sorğu əsasında əldə edilmiş, notariat işindən görünür ki, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən reyestrdə 2V-1413 nömrə ilə qeydə alınmış xx.xx.2022-ci il tarixli, V-757/2022 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.1989-cu il tarixdə vəfat etmiş X9 vərəsəsi – oğlu Cavabdeh3 miras əmlakdan – ünvan 4 (yeni qaydalarla: AZ2022, ünvan 3 ünvanında yerləşən mülkiyyətdə olan 0,0441 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 75,8 kv.m olan fərdi yaşayış evindən - miras əmlakdan tam hissədə irs almalıdır. Cavabdeh3 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş, **********788 nömrə ilə 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisində təsdiqlənmiş ərizəyə əsasən Cavabdeh3 bildirmişdir ki, xx.xx.1989-cu ildə X5 ölmüşdür. Mirasın tərkibi: ünvan 4 (yeni qaydalarla: AZ2022, Gəncə şəhəri, Şıxzamanlı qəsəbəsi, Emin Əliyev küçəsi, 17 ünvanında yerləşən mülkiyyətdə olan 0,0441 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 75,8 kv.m olan fərdi yaşayış evi ondan irs qalmışdır. Ondan başqa aşağıdakı vərəsələr vardır: 1. qızı - X32, 2. qızı – X18. Mirasın tərkibinə daxil olan ünvan 4 (yeni qaydalarla: AZ2022, ünvan 3 ünvanında yerləşən mülkiyyətdə olan 0,0441 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 75,8 kv.m olan fərdi yaşayış evindən ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Gəncə şəhər İcra Hakimiyyəti başçısının Şıxzamanlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 971 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, mərhum X24 xx.xx.1989-cu il tarixində vəfat etmişdir (əsas İİİ- ЖГ seriyalı, 429816 nömrəli ölüm haqqında şəhadətnamə) və ölən günədək Azərbaycan küçəsi, döngə 13, ev 13 ünvanında yaşayıb və həmin ünvanda vəfat etmişdir. Təqdim olunan sənədlərə əsasən öləndən sonra onun aşağıdakı tərkibdə ailə üzvləri qalmışdır: 1) xx.xx.1951-ci il təvəllüdlü qızı X32, 2) xx.xx.1958-ci il təvəllüdlü oğlu Cavabdeh3, 3) xx.xx.1959-cu il təvəllüdlü qızı X18. Mərhumun valideynlərindən sağ qalanı yoxdur. Mərhumun həyat yoldaşı X33 xx.xx.2000-ci ildə rəhmətə getmişdir, mərhumun oğlu X40 xx.xx.2013-cü ildə rəhmətə getmişdir. Mərhum ölən günədək həmin ünvanda ailə üzvləri ilə birgə yaşamışdır. “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışdan görünür ki, sözügedən mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hüquq sahibinin adı X24, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci ildir, məhdudiyyət (yüklülük) haqqında xx.xx.2022-ci il tarixinə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydiyyata alınmayıb. 5926555 nömrəli, xx.xx.2022-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan və “Elektron notariat” X1 vasitəsilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışdan görünür ki, Cavabdeh3 mülkiyyətində olmuş ünvan 1 nömrəli mənzildə qeydiyyatda olan şəxslər - Cavabdeh3, X20, X25, X45, X26, X46, X27, X35, İddiaçı, X28, X36, X37, X29, X41. Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1981-ci il tarixdə 515 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş AZ-T seriyalı, 265468 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur, atası X39, anası X15r. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3- 21-3-33/2-13206/2024 nömrəli (məhkəmə sorğusuna cavab) məktubunda qeyd edilmişdir ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi Azərbaycan SSR Komunal Təsərrüfatı Nazirliyinin mülkiyyət hüququ və evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasporta əsasən X16 verilmiş və onun adına xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********54-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış tərtib edilmişdir. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində NO-nin xx.xx.2022-ci il tarixli, 2V-1413 reyestr nömrəli vərəsəlik şəhadətnaməsinə əsasən ünvan 4 ünvanında yerləşən daşınmaz əmlak Cavabdeh3 irs edilmiş və onun adına xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********54-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış tərtib edilmişdir. ünvan 4 (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən daşınmaz əmlaka dair ətraflı arxiv arayışı və hüquqmüəyyənedici sənədlərin təsdiq olunmuş surəti məhkəməyə göndərilmişdir. İş materiallarında olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 3-16-5/8- 13-2523/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, X24 və Cavabdeh3 barəsində aşkar olunan akt qeydləri məhkəməyə göndərilmişdir:
1. X9 xx.xx.1989-cu il, 191 saylı ölüm akt qeydi,
2. X17 xx.xx.2000-ci il, 105 saylı ölüm akt qeydi,
3. Cavabdeh3 xx.xx.1966-cı il, 174 saylı doğum haqqında bərpa akt qeydi,
4. Cavabdeh3 və X11 xx.xx.1985-ci il, 1300 saylı akt qeydi.
5. X21 xx.xx.1997-ci il, 78 saylı doğum akt qeydi,
6. X12 xx.xx.1994-cü il, 478 saylı doğum akt qeydi. Əlavə olaraq bildirilmişdir ki, doğum, nikah və ölüm haqqında akt qeydinin tərtib olunmasına əsas olmuş sənədlər qanunvericiliyin tələblərinə əsasən 1(bir) ildən sonra məhv olunur, qeydiyyat şöbəsində yalnız akt qeydiyyatı kitabları saxlanılır. İş materiallarında olan, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-2412/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı Cavabdeh3 cavabdeh Gəncə Şəhər Baş Polis İdarəsinə qarşı (üçüncü şəxs İddiaçı qızı) üçüncü şəxsin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh3 ünvan 5 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Gəncə Şəhər Baş Polis İdarəsinin üzərinə qoyulmuşdur. İş materiallarında olan, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-2412/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-2412/2023 nömrəli, 07 iyun 2023-cü il tarixli qərarının nəticə hissəsində olan yanlışlığın aradan qaldırılması və “Cavabdeh3 ünvan 5 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Gəncə Şəhər Baş Polis İdarəsinin üzərinə qoyulsun” cümləsinin “İddiaçı ünvan 7 ünvandan qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinin üzərinə qoyulsun.” kimi oxunması, Cavabdeh3 ünvan 9 ünvanında qeydiyyatda saxlanılması qərara alınmışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********54-10301 reyestr nömrəli, qeydiyyat tarixli xx.xx.2023-cü il olan, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 (yeni qaydalarla: AZ 2022, Gəncə şəhəri, Şıxzamanlı qəsəbəsi, Emin Əliyev küçəsi, 17 ünvanda xüsusi mülkiyyətdə olan 0,0441 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 75,8 kv.metr olan fərdi yaşayış evi Cavabdeh3 xüsusi mülkiyyətində olmuşdur. Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 629585 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X40 xx.xx.2013-cü il tarixdə Gəncə şəhərində “qəfləti koronar ölüm” səbəbindən ölmüşdür. AЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1958-ci ildə Gəncə (Kirovabad) şəhərində doğulmuşdur, X5, anası X22r. AЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X32 xx.xx.1951-ci ildə Daşkəsən rayonunun Şarukkar kəndində doğulmuşdur, X5, anası X22r. İ-ИЕ seriyalı, 722773 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.1959-cu ildə Gəncə (Kirovabad) şəhərində doğulmuşdur, X5, anası “Mamedova” Əsmər Cəfər qızıdır. İİİ-ЖГ seriyalı, 429816 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Mustafayev Qara “Mamed” oğlu xx.xx.1989-cu il tarixdə Gəncə (Kirovabad) şəhərində ölmüşdür. İ-CЛ seriyalı, 266784 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Mustafayev Qara “Maqomed” oğlu ilə X38 nikahlarını xx.xx.1938-cu il tarixdə 6 nömrəli akt qeydi ilə rəsmiləşdirmişlər. ЭЖ seriyalı, 060416 nömrəli Oxcaqlu kənd Zaqsı tərəfindən verilmiş doğum haqqında haqqında şəhadətnamədən görünür ki, “Mamedov” Rəşid Qara oğlu xx.xx.1948-ci il tarixdə doğulmuş X57 “Məhəməd” oğlu, anası “Mustafayeva” Əsmər Cəfər qızıdır. Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ seriyalı, 013235 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X33 xx.xx.2000-ci il tarixdə Gəncə şəhərində ölmüşdür. İş materiallarına “Elektron notariat” informasiya sistemi vasitəsilə “X6” AQİS-dən çıxarışlar əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş, 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/09İS/046986-22 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X16 (xx.xx.1911) dair bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ailə tərkibinə dair məlumatlara əsasən oğlu Cavabdeh3 müəyyən edilmişdir. Cavabdeh3 tərəfindən məhkəməyə təqdim edilmiş X14 xx.xx.2024-cü il tarixli izahatında X32 qeyd etmişdir ki, 1951-ci ildə Daşkəsən şəhərində anadan olmuşdur. 1957-ci ildə atası X3 şəhərində torpaq yeri alıb, ev tikdirib. ünvan 1 ünvanında köçmüşlər və orada 1971-ci ilədək yaşamışdır. 1971-ci ildə çini qablar zavodunda işə girmiş və üç otaqlı ev almışdır. Böyük qardaşı X39 ilə bir yerdə həmin evdə yaşamış və qeydiyyata düşmüşlər. 1983-cü ildə ailə qurmuş və 1997-ci ildə Rusiya vilayətinə köçüb gəlmişlər. X55 şəhərində yaşayırlar. Həmçinin əlavə etmişdir ki, ona ata evində düşən əmlak payını qardaşı Cavabdeh3 hədiyyə verir. Cavabdeh3 tərəfindən məhkəməyə təqdim edilmiş Rəcəbova (Mustafayeva) Gülayə Qara qızının xx.xx.2024-cü il tarixli izahatında Rəcəbova (Mustafayeva) Gülayə Qara qızı qeyd etmişdir ki, 1959-cu ildə ünvan 10 ünvanında yaşamışdır. 1980-ci ilə qədər atası, anası, qardaşları və bacısı ilə bir yerdə yaşamışlar. 1980-ci ildə ailə qurmuşdur, hazırda Hacıqabul rayonunun Qarasu kəndində yaşayır. Həmçinin əlavə etmişdir ki, ona ata evindən düşən əmlak payını qardaşı Cavabdeh3 hədiyyə edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarına görə İddiaçı Cavabdeh3 qardaşı oğlu, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X32 və X18 isə cavabdehin bacılarıdır. Cavabdehin X5 xx.xx.1989-cu ildə, anası X33 isə xx.xx.2000-ci ildə vəfat etmişlər. Cavabdehin ata və anası xx.xx.1938-ci ildən rəsmi nikahda olmuşlar. Onların üç oğlu, iki qızları olmuşdur – iddiaçının atası X39, X40, X32, X34 və cavabdeh. X40 vəfat etmişdir və onun ailəsi olmamışdır. X4 Federasiyasının vətəndaşıdır, ailəlidir, hazırda Rusiya Federasiyasının Nijni Novqorod şəhərində yaşayır. X2 rayonunun Qarasu kəndində yaşayır. X32 və X34 məhkəməyə ərizə göndərərək miras əmlakı qəbul etmədiklərini bildirmişlər. İddiaçının atası X39 vəfat etmişdir. İddiaçı hazırda atası X30 yeganə birinci növbəli vərəsəsidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş digər hallarına görə mübahisələndirilən ünvan 4 (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi Azərbaycan SSR Komunal Təsərrüfatı Nazirliyinin mülkiyyət hüququ və evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasporta əsasən X16 verilmiş və onun adına xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********54-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış tərtib edilmişdir. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində NO-nin xx.xx.2022-ci il tarixli, 2V-1413 reyestr nömrəli vərəsəlik şəhadətnaməsinə əsasən ünvan 4 ünvanında yerləşən daşınmaz əmlak Cavabdeh3 irs edilmiş və onun adına xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********54-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış tərtib edilmişdir. İddiaçı hazırkı tələbində mərhum babası Qara Məmmədovdan miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzərində qanun üzrə varis olaraq vərəsəlik hüququ tanınmaqla payının müəyyən edilməsi, qanun üzrə vərəsəlik haqqında 22 dekabr 2022-ci il tarixli, 2V1413 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi və mülkiyyət hüququ üzrə hüququn dövlət qeydiyyatının ləğv edilməsini xahiş edir. Öncə məhkəmə nəzərə alır ki, həm əvvəlki, həm də qüvvədə olan mülki qanunvericilik mirasın açılması anını istisnasız olaraq miras qoyanın öldüyü günlə müəyyən edir. Bu baxımdan miras qoyan ölərkən mülkiyyət hüququnun əldə olunmasına qanuni gözləntisinin olduğu, lakin rəsmi reyestrdə qeydə alınmamış əmlaka hüquqların onun ölümündən sonra qeydə alınması mirasın açılması tarixini dəyişmir. Məhkəmə tələbin həddini də nəzərə almaqla qeyd etməyi zəruri hesab edir ki, miras əmlakın mülkiyyətçisi X24 xx.xx.1989-cu il tarixində öldüyündən və müvafiq mirasın açıldığı vaxt da eyni tarix olduğundan X8 miras qalmış əmlak üzrə iddiaçının atasının mirası qəbul etməsi ilə bağlı mübahisəyə xx.xx.1964-cü ildə qəbul edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin vərəsəliklə bağlı müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan SSR Mülki Məcəlləsinin 530-cu maddəsinə əsasən qanun üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar; vəsiyyət üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyanın sağlığında ana bətnində olan və onun ölümündən sonra doğulanlar vərəsə ola bilərlər. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Qeyd edilən maddi hüquq normalarından və işin faktiki hallarından da görünür ki, iddiaçının atası iddiaçının miras qoyan babasının, iddiaçı isə öz növbəsində miras qoyan atasının qanun üzrə birinci növbə vərəsəsi olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, miras əmlakın mülkiyyətçisi olan miras qoyan X24 xx.xx.1989-cu il tarixdə öldüyündən, həmin vaxt isə onun vərəsələrindən biri olan iddiaçının atası X39 miras qoyanın birinci növbəli vərəsəsi kimi miras əmlakdan pay almaq hüququna malik olan şəxs olmuşdur və lakin onun mirasın açıldığı vaxt miras əmlakdan pay almaq hüquqları yaranmamışdır. Belə ki, Azərbaycan SSR Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Həmin Məcəllənin 552-ci maddəsinin birinci hissəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 552-ci maddəsinin ikinci hissəsinə əsasən vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qeyd edilən maddi hüquq normalarının mənasından da göründüyü kimi, miras o halda əldə edilmiş hesab edilir ki, vərəsə (və ya vərəsələr) onu qəbul etmiş olsun. Mirasın qəbul edilməsini isə qanunvericilik 3 dispozitiv əsasla şərtləndirmişdir: 1. Vərəsənin miras əmlakını faktiki surətdə idarə etməyə başlaması; 2. Vərəsənin mirasa yiyələnməsi və 3. Vərəsənin vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verməsi. Həmçinin, qanunvericilik hər hansı şərtlərdən birinin olduğunu mirasın qəbul edilməsi üçün kifayət hesab etmişdir. Qanunvericiliyin tələbindən də aydın görünür ki, vərəsə mirası qəbul etməsi üçün notariat orqanına rəsmi olaraq müraciət etmədən də, miras əmlakdan istifadə və ya ona sahiblik etməyə başlamışsa, habelə miras əmlakın idarə olunması üçün və ya miras əmlaka bağlılığını göstərən hər hansı hərəkətlər etmişsə, yaxud miras kütləsinə daxil olan bir əşyanı qəbul edib sahiblik və istifadə etmişsə, mirası qəbul etmiş hesab edilir. Lakin iddiaçı atasının miras əmlakın mülkiyyətçisi olan babasının öldüyü vaxtda xx.xx.1989-cu il tarixində miras əmlak olan sözügedən fərdi yaşayış evində yaşamaqla, idarə etməklə və ya sahiblik etməklə sözügedən miras əmlakdan payını atasının qanun üzrə birinci növbə vərəsəsi kimi faktiki qəbul etdiyini sübut edə bilməmiş, bununla bağlı hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Bundan başqa, “Notariat Haqqında” Azərbaycan Respublikası Qanunun 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. İddiaçı qeyd edilən qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi üçün əsas kimi həm də həmin şəhadətnamə verilərkən onun barəsində notariat ofisinə məlumat verilmədiyinə istinad etmişdir. Bununla bağlı, məhkəmə qeyd edir ki, bu hal mövcud olmuş olsa belə həmin şəhadətnamə bu əsas üzrə, miras əmlakı qəbul etdiyini sübuta yetirə bilməyən iddiaçının iddiası əsasında etibarsız hesab edilə bilməz. Beləliklə, iddiaçının atası qanunla müəyyən edilən müddətdə mirasın qəbul edilməsi üçün heç bir hərəkət etməmiş, miras payın qəbul edilməsi ilə bağlı mirasın açıldığı yer üzrə notariat ofisinə müraciət etməmiş, miras əmlaka sahiblik və onu faktiki idarə etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddianın miras əmlakda payın müəyyən edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, mübahisəli əmlaka dair cavabdehin adına aparılmış mülkiyyət hüququ üzrə hüququn dövlət qeydiyyatı törəmə hüquq münasibəti olub, həmin əmlaka dair sözügedən vərəsəlik şəhadətnaməsindən törənmişdir. Buna görə də mübahisəli əmlaka dair vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsinə dair hissədə iddia əsassız olduğundan, törəmə hüquq münasibəti olan mübahisəli əmlaka dair cavabdehin adına aparılmış mülkiyyət hüququ üzrə hüququn dövlət qeydiyyatı da ləğv edilməməlidir. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunmadığından, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 357, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
qətetdi:
İddiaçı cavabdehlər 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə və Cavabdeh3 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X32 və X18) miras əmlaka qanun üzrə vərəsəlik hüququ tanınmaqla miras payın müəyyən edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və mülkiyyət hüququ üzrə hüququn dövlət qeydiyyatının ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Fərhadov