Məhkəmə qərarları › İş №2(125)-2038/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2038/2022

29.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2038/2022 29.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, ərizəçinin nümayəndəsi X18 iştirakı ilə, Ərizəçinin mərhum oğlu X5 13 may 1947-ci il tarixdə Ermənistan Respublikasının Razdan rayonunda doğumunun qeyd edilmə faktının müəyyən edilməsi və doğum haqqında şəhadətnaməsində ata qrafasında X32, ana qrafasında Ərizəçi qeyd olunması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum oğlu X5 13 may 1947-ci il tarixdə Ermənistan Respublikasının Razdan rayonunda doğumunun qeyd edilmə faktının müəyyən edilməsi və doğum haqqında şəhadətnaməsində ata qrafasında X32, ana qrafasında Ərizəçi qeyd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi E.M.Yaqubov bildirdi ki, Ərizəçi mərhum oğlu X12 13 may 1947-ci il tarixində Ermənistanın Respublikasının Razdan rayonunda anadan oİmuş və *4 oktyabr 2*2*-cı il tarixində Gəncə şəhərində ürək çatışmamazlığından vəfat etmişdir. X1 doğum haqqında şəhadətnaməsi mövcud deyildir. Belə ki, ərizəçi ailəsi ilə birlikdə 1948-ci il tarixdə doğma yurdlarından qaçqın düşmüşdür. X12 uzun müddət Azərbaycan Respublikasının Müdafiə Nazirliyində işləmişdir. X5 doğulması Ermənistan Respublikası Razdan rayon X24 İcraiyyə Komitəsində qeydə alınmış və ona doğum haqqında şəhadətnamə verilmişdir. Hətta yetkinlik yaşına çatdıqdan sonra həmin şəhadətnamə əsasında X6 Sovet Sosialist Respublikarı İttifaqının ümumvətəndaş pasportu və daha sonra isə Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi verilmişdir. X12 vəfat etdikdən sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ona düşən aylıq müavinəti ailəsinin və ərizəçinin arasında bərabər qaydada bölərək təqaüd təyin etmişdir. Lakin Ərizəçi həmin təqaüdü almaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdikdə ondan oğlunun doğum haqqında şəhadətnaməsini tələb etmişlər. Ərizəçi və ailə üzvləri doğma yurdlarından sürgün olunduqlarına görə sənədləri onlardan asılı olmayan səbəblərdən itmişdir. Ərizəçi Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsinə X5 13 may 1947-ci il tarixdə Ermənistanın Respublikasının Razdan rayonunda anadan olması ilə əlaqədar yenidən doğum şəhadətnaməsi verilməsi ilə bağlı müraciət etmişdir. Lakin oradan Ərizəçi İsmayıl qızına arxiv sənədlərinin qeydiyyat şöbəsində mövcud olmadığını bildirirək, məhkəməyə müraciət etməli olduğunu izah etmişlər. X2 babası İsmayılın, yəni atası X13 atasının adı ilə əlaqədar olmuş, Elbəyi adı isə Ermənistan Respublikasında doğum akt qeydlərinin aparılması zamanı təhrif olunmuşdur. Ərizəçi və X22 arasında nikah qeydə alınmamışdır. Sonda E.M.Yaqubov ərizənin təmin edilməsi barədə qətnamə qəbul olmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Gəncə şəhər qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçininin nümayəndəsini və şahidləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, şahid qismində dindirilmiş X19 ifadəsində göstərdi ki, mərhum X12 onun dayısı oğlu olmaqla yanaşı, onunla nikaha girmişdir və onun əridir. Buna görə də o, X7 uşaq yaşlarından tanımış və vəfat etdiyi vaxtadək T.E.İsmayılovla birlikdə yaşamışdır. Qeyd olunan səbəbdən də o, T.E.İsmayılovun 13 may 1947-ci il tarixdə Ermənistan Respublikasının Razdan rayonunda anadan olduğunu, atasının X22, anasının isə Ərizəçi olduğunu bilmişdir. Lakin X2 babası İsmayılın, yəni atası X13 atasının adı ilə əlaqədar olmuş, Elbəyi adı isə Ermənistan Respublikasında doğum akt qeydlərinin aparılması zamanı təhrif olunmuşdur. T.E.İsmayılov və ailəsi 1948-ci il tarixində doğma yurdlarından qaçqın düşmüş və həmin vaxt T.E.İsmayılova məxsus sənədlər də orada qalmışdır. X12 uzun müddət Azərbaycan Respublikasının Müdafiə Nazirliyində işləmişdir. X5 doğulması Ermənistan Respublikası Razdan rayon X24 İcraiyyə Komitəsində qeydə alınmış və ona doğum haqqında şəhadətnamə verilmişdir. Hətta yetkinlik yaşına çatdıqdan sonra həmin şəhadətnamə əsasında X6 Sovet Sosialist Respublikarı İttifaqının ümumvətəndaş pasportu və daha sonra isə Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi verilmişdir. Məhkəmədə şahid X28 bildirdi ki, mərhum X8 onun qardaşı olmuşdur. Qardaşının soyadı İsmayılov, ata adı isə Elbəyi olmuşdur. X2 babası İsmayılın, yəni atası X13 atasının adı ilə əlaqədar olmuş, Elbəyi adı isə Ermənistan Respublikasında doğum akt qeydlərinin aparılması zamanı təhrif olunmuşdur. T.E.İsmayılov onun doğma qardaşı olmuşdur, ailələrində ögəy qardaş və ya bacı olmamışdır. Onlar ailədə 6 uşaq olmuşlar. Həmin uşaqlardan ikisi o, anadan olmamış ölmüş, üçü isə anadan olduqdan sonra vəfat etmişdir. Hazırda ailənin yaşayan tək uşağı odur. X5 doğulması Ermənistan Respublikası Razdan rayon X24 İcraiyyə Komitəsində qeydə alınmış və ona doğum haqqında şəhadətnamə verilmişdir. Hətta yetkinlik yaşına çatdıqdan sonra həmin şəhadətnamə əsasında X6 Sovet Sosialist Respublikarı İttifaqının ümumvətəndaş pasportu və daha sonra isə Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi verilmişdir. Məhkəmədə şahid X9 bildirdi ki, o, nikaha girdikdən sonra hazırda yaşadığı ünvana köçmüş və bununla da Ərizəçi ilə qonşu olmuşdur. X4 isə qonşu olduqları müddətdə o, yaxından tanımışdır və sonuncunun atasının adının Elbəyi, anasının adının isə Qönçə olduğunu bilmişdir. T.E.İsmayılov təxminən 2 il bundan öncə ürək çatışmamazlığından vəfat etmişdir. Həmin vaxta qədər isə T.E.İsmayılov anası Ərizəçi ilə bir evdə yaşamışdır. Məhkəmədə şahid X1* bildirdi ki, Ərizəçi onun qonşusu olmuşdur. Buna görə də o, Ərizəçi, eləcə də onun uşaqlarını tanıyır. Hətta o, uşaq yaşlarında T.E.İsmayılovla oyunlar oynamış və onunla eyni məktəbdə oxumuşdur. Qeyd olunan səbəbdən də o, Tanıverdinin 1947-cı ildə Ermənistanın Respublikasının Razdan rayonunda anadan olduğunu, atasının X23, anasının isə X34 olduğunu bilmişdir. İşdə olan Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ saylı, 11*667 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 *4 oktyabr 2*2*-ci il tarixdə durğunluq ürək çatışmamazlığı xəstəliyindən vəfat etmişdir İş materiallarında olan AЗ seriyalı 2*3443 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X2* arasında 3* dekabr 197*-ci il tarixdə nikah bağlanmışdır. İşdə olan *5 mart 2*22-ci il tarixli, 213 nömrəli arayışın surətindən görünür ki, Ərizəçi həqiqətən ünvan 1 ünvanda yaşayır. İş materiallarında olan məhkəmə iclasında əsli ilə müqayisə ilə edilmiş İ-ЖГ seriyalı 356996 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X28 19 iyun 1972-ci ildə Gəncə şəhərində anadan olmuşdur. X15 atası X22, anası Ərizəçidır. İşdə olan və tərcümə olunmuş nüsxəsi notariat qaydasında təsdiq edilmiş İ-ЗЖ seriyalı 199989 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 1927-ci ildə Ermənistan SSR Hrazdan rayonunun Ağverən kəndində anadan olmuşdur. X13 atası İsmayıl Xəlil oğlu, anası Gülsüm Gəvər qızıdır. İş materiallarında olan AЗ seriyalı 2*3443 nömrəli nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, X14 və X16 3* dekabr 197*-ci ildə nikahlarını qeydə aldırmışlar. İşdə olan P seriyalı *557975 nömrəli pasportun surətindən görünür ki, X11 oğlu 13 may 1947-ci ildə Ermənistan Respublikasının Razdan rayonunda anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs *4 mart 2*22-ci il tarixli, *5/Q-522/15 nömrəli məktubundan görünür ki, T.E.İsmayılovun doğum akt qeydini təsdiq edən sənədlər təqdim edilmədiyi üçün Ərizəçi doğum haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 3*7.2 və 3*7.2.3-cü maddələrinə əsasən doğumun qeydə alınması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman təsdiq edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-cü maddəsinə görə uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. İş üzrə toplanmış sübutlarla təsdiq olunur ki, X12 13 may 1947-ci ildə Ermənistan Respublikasının Razdan rayonunda doğulmuş və onun doğumu Ermənistan Respublikasının Razdan rayon X31 İcraiyyə Komitəsində qeydə alınmışdır. Doğum haqqında akt qeydində ərizəçinin anası qismində Ərizəçi, atası qismində isə anasının sözləri və soyadı ilə X32 qeyd edilməklə doğum haqqında şəhadətnamə verilmişdir. T.E.İsmayılov həmin şəhadətnamə əsasında əvvəlcə SSRİ vətəndaşının pasportunu, sonradan isə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini almışdır. Lakin hazırda T.E.İsmayılovun həmin şəhadətnaməsinin harada olması bilinmir və Maraqlı şəxsndə T.E.İsmayılovun doğum akt qeydi yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, X5 13 may 1947-ci il tarixdə Ermənistan Respublikasının Razdan rayonunda doğulmasının Ermənistan Respublikası Razdan rayon X24 İcraiyyə Komitəsində qeydə alınması faktı müəyyən edilməli, doğum haqqında akt qeydləri kitabında X5 anası kimi Ərizəçi, atası qismində isə anasının sözləri və soyadı ilə X32 göstərilməklə, T.E.İsmayılovun adına doğum haqqında şəhadətnamə verilməsi vəzifəsi Gəncə şəhər Qeydiyyat Şöbəsinə həvalə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-22*, 227, 358-36* və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi xahişi təmin edilsin. X5 13 may 1947-ci ildə Ermənistan Respublikasının Razdan rayonunda doğulmasının Ermənistan Respublikası Razdan rayon X24 İcraiyyə Komitəsində qeydə alınması faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında X5 anası qismində Ərizəçi, atası qismində isə anasının sözləri və soyadı ilə X32 göstərilməklə, 13 may 1947-ci ildə Ermənistan Respublikasının Razdan rayonunda doğulması barədə X5 adına şəhadətnamə verilməsi vəzifəsi Gəncə şəhər Qeydiyyat Şöbəsinə həvalə olunsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar