Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2045/2022 28.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X23 Əhməd oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik Hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına» dair ərizəsi üzrə mülki işə məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik Hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına» dair ərizə ilə məhkəməyə müraciət edərək, *1 oktyabr 1986-cı il tarixli 214 nömrəli orderdə ata adının “Qüdrət” olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvana dair verilmiş *1 oktyabr 1986-cı il tarixli 214 nömrəli order mərhum həyat yoldaşı X5 adına qeyd edilmişdir. Order tərtib olunan zaman ailə üzvlərindən onun ata adı “Qüdrət” əvəzinə “Bəhruz” kimi qeyd edilmişdir. Bu hal ona mənzili özəlləşdirmək istəyən zaman məlum olmuşdur. Ona məxsus bütün sənədlərdə ata adı Qüdrətdir. Hazırda *1 oktyabr 1986-cı il tarixli 214 nömrəli orderdə onun ata adının səhv yazılması səbəbindən mənzilin özəlləşdirilməsi barədə sənədləşmənii aparılması mümkünsüz olmuşdur. Ərizəçinin nümayəndəsi X12 məhkəmə iclasında ərizəyə uyğun izahat verdi və məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik Hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X1* ifadəsində bildirdi ki, o, Ərizəçi ilə quda olmaqla həm də uzaq qohumdur. Məlahətin atası mərhum X1 olmuşdur. X1 1993-cü ildə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirdi ki, onun Ərizəçi ilə uzaq qohumluq münasibətləri var. Məlahətin atası mərhum X1 olmuşdur. Məlahətin atası X1 1993-cü ildə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, Ərizəçi onun anasıdır. Onun atasının adı Qüdrət olmuşdur. Onun atası X1 1993-cü ildə vəfat etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik Hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Ərizəçi nümayəndəsi X8 ünvanlanmış 1*.*8.2*22-ci il tarixli məktubda, aparılan araşdırma zamanı, mülkiyyətçilərdən birinin ata adında uyğunsuzluğun aradan qaldırılması ilə bağlı müvafiq sənədin əlavə edilməməsi müəyyən edilmiş, bu səbəbdən də müraciətin icrası mümkün olmamışdır. Bu barədə məhkəməyə müraciət olunması bildirilmişdir. İş materiallarında olan xx.xx.1984-cü il tarixdə Kirovabad şəhər X11 qərarına əsasən verilmiş *1.1*.1986-cı il tarixli 214 nömrəli orderdən görünür ki, X9 beş nəfərdən ibarət ailə üzvünə (İTR qəsəbəsi “Sünbül” MİS tərəfindən 36 nömrəli 8 saylı) ünvan 2 ünvanı verilmişdir. İş materiallarında olan 25.1*.1957-ci il tarixli İ-ИЕ 451 295 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X2 ilə X3 birgə nikahlarından xx xxxxxxx 1957-ci il tarixdə Ərizəçi anadan olmuşdur. İş materiallarında olan 24.1*.2***-ci il tarixdə Gəncə şəhəri Nizami rayon VVAQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X13 22 oktyabr 2***-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan 24.*8.1976-cı il tarixdə Xoylu kənd soveti tərəfindən verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X13 ilə Ərizəçi nikahları 24 avqust 1976-cı il tarixdə bağlanmışdır. İş materiallarında olan 15.*6.1982-ci il tarixdə Kirovabd şəhər Kəpəz rayon VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X13 ilə Ərizəçi birgə nikahlarından *6 iyun 1982-ci il tarixdə X7 anadan olmuşdur. İş materiallarında olan 18.*2.1984-cü il tarixdə Kirovabd şəhər Kəpəz rayon VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X13 ilə Ərizəçi birgə nikahlarından 16 fevral 1984-cü il tarixdə X12 anadan olmuşdur. Azərbaycan Respublikası MPM-in 3*7.2.1-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, ərizəçinin mərhum atası X1 olmasına baxmayaraq, xx.xx.1984-cü il tarixdə Kirovabad şəhər X11 qərarına əsasən verilmiş *1.1*.1986-cı il tarixli 214 nömrəli orderdə ərizəçinin ata adı “Qüdrət” əvəzinə “Bəhruz” kimi yazılmışdır. Məhkəmə hesab edir ki, xx.xx.1984-cü il tarixdə Kirovabad şəhər X11 29 noyabr 1984-cü il tarixli qərarına əsasən X5 adına verilmiş *1.1*.1986-cı il tarixli 214 nömrəli orderdə qeyd olunan “Ərizəçi Bəhruz qızı” qeydinin Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-22*, 227, 233, 3*7, 3*8, 311, 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1984-cü il tarixdə Kirovabad şəhər X11 29 noyabr 1984-cü il tarixli qərarına əsasən X5 adına verilmiş *1.1*.1986-cı il tarixli 214 nömrəli orderdə qeyd olunan “Ərizəçi Bəhruz qızı” qeydinin Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. İş üzrə ödənilmiş 1** (yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə Şəhər Məhkəməsinin vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(125)-2045/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2045/2022
28.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver