Məhkəmə qərarları › İş №2(125)-2088/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2088/2025

08.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2088/2025 08.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, iddiaçının nümayəndəsi X9 iştirakı ilə, «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» Publik Hüquqi X1 qarşı «su təhcizatı və tullantı sularının axıdılması xidmətinə görə yaranmış borcun ödənilməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» Publik Hüquqi X3 qarşı cavabdehdən su təchizatı və tullantı sularının axıdıması xidmətlərindən istifadəyə görə yaranmış 2.779 manat 99 qəpik borcun (abonent kodu:**********330) və dövlət rüsumunun əvəzi qismində 47 manat 80 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi X11 məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» X15 tərəfindən **********330 abonent kodlu istehlakçı X4 təhcizatı sistemindən su və tullantı sularının axıdılması xidməti göstərilir. X8 əhali qrupuna aid abonentdir, ötən dövr ərzində istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş və nəticədə xx.xx.2025-ci il tarixə 2.779 manat 99 qəpik borcu yaranmışdır. «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» X15 tərəfindən borcun ödənilməsi tələbi ilə X8 hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2025-ci il tarixdə isə xəbərdarlıq təqdim edilmiş, lakin X10 borcun ödənilməsini təmin etməmişdir. Buna görə də «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» X15 hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.X7 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh X10 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli **********330 nömrəli abonent kartından görünür ki, X8 xx.xx.2016-cı il üzrə 734 manat 94 qəpik, 2017-ci il üzrə 164 manat 70 qəpik, 2018-ci il üzrə 161 manat 05 qəpik, 2019-cu il üzrə 163 manat 80 qəpik, 2020-ci il üzrə 163 manat 80 qəpik , 2021-ci il üzrə 281 manat 50 qəpik, 2022-ci il üzrə 287 manat 60 qəpik, 2023-cü il üzrə 327 manat 60 qəpik, 2024-cü il üzrə 330 manat 30 qəpik, xx.xx.2025-ci il tarixədək 164 manat 70 qəpik olmaqla yekun olaraq sudan istifadəyə və tullantı sularının axıdılmasına görə 2.779 manat 99 qəpik məbləğində borc hesablanmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, X2 istifadəyə və tullantı sularının axıdılmasına görə «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» X14 2.779 manat 99 qəpik borcunun olduğu bildirilmiş və borcunu könüllü ödəməsi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» X15 tərəfindən X8 ünvan 1 ünvanında yerləşən mənizlinə dair **********330 abonent kodu üzrə su təhcizatı və tullantı sularının axıdılması xidməti göstərilmiş, lakin həmin xidmətin göstərilməsi ilə əlaqədar yaranmış borc X10 tərəfindən tam ödənilməmişdir. «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» Publik Hüquqi X3 qarşı su təhcizatı və tullantı sularının axıdılması xidmətindən istifadəyə görə yaranmış borcun əvəzi qismində 2.779 manat 99 qəpik məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 3-cü hissəsinə görə yeni su kəmərlərinin tikintisi və onların istismara verilməsinə aid bütün məsələlər üzrə müddətlər və şərtlər tərəflərin bağladığı müqavilə ilə, belə müqavilə olmadığı hallarda isə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyənləşdirilir. Həmin Qanunun 61-ci maddəsinin 1-ci hissəsinə görə su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 saylı qərarı ilə təsdiq edilmiş «Sudan istifadə qaydaları»nın 7.1, 7.2, 7.3, 7.4-cü bəndlərinə əsasən Suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Smart-kart tipli suölçən cihaz quraşdırılmış istehlakçıya istifadə etdiyi suyun həcmi haqqında STKM tərəfindən hesab təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Azərbaycan Respublikası Tarif Şurasının xx.xx.2011-ci il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 30 qəpik, həmin miqdarda tullantı sularının axıdılmasına görə 6 qəpik; xx.xx.2016-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1m3 suyun qiyməti 30 qəpik, həmin miqdarda tullantı sularının axıdılmasına görə 15 qəpik; xx.xx.2021-ci il tarixli qərarına əsasən 1 m3 suyun qiyməti 60 qəpik, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti 30 qəpik müəyyən edilmişdir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» X15 tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilə **********330 abonent kodu üzrə su təhcizatı və tullantı sularının axıdılması xidməti göstərilmiş, qeyd olunan xidmət üzrə yaranmış borc X10 tərəfindən tam ödənilməmişdir. Məhkəməyə təqdim edilmiş abonent kartında sudan istifadə və çirkab sularının axıdılması xidməti ilə əlaqədar xx.xx.2016-ci ildən xx.xx.2025-ci ilədək olan müddət ərzində 2.779 manat 99 qəpik məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ünvan 1 ünvanında yerləşən mənzilə dair **********330 abonent kodu üzrə su təhcizatı və tullantı sularının axıdılması xidmətinə görə X6 borcu xx.xx.2016-cı il üzrə 734 manat 94 qəpik, 2017-ci il üzrə 164 manat 70 qəpik, 2018-ci il üzrə 161 manat 05 qəpik, 2019-cu il üzrə 163 manat 80 qəpik, 2020-ci il üzrə 163 manat 80 qəpik , 2021-ci il üzrə 281 manat 50 qəpik, 2022-ci il üzrə 287 manat 60 qəpik, 2023-cü il üzrə 327 manat 60 qəpik, 2024-cü il üzrə 330 manat 30 qəpik, xx.xx.2025-ci il tarixədək 164 manat 70 qəpik olmaqla yekun olaraq sudan istifadəyə və tullantı sularının axıdılmasına görə 2.779 manat 99 qəpik təşkil edir. Buna görə də iddia təmin ediməli, X5 ünvan 1 ünvanında yerləşən mənzilə dair **********330 abonent kodu üzrə su təhcizatı və tullantı sularının axıdılması xidmətinin göstərilməsinə görə 2.779 manat 99 qəpik məbləğində pul vəsaiti «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» X12 xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 47 manat 80 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» X12 iddiası təmin edilsin. X5 ünvan 2 ünvanında yerləşən mənzilə dair **********330 abonent kodu üzrə su təhcizatı və tullantı sularının axıdılması xidmətinin göstərilməsinə görə 2.779 (iki min yeddi yüz yetmiş doqquz) manat 99 (doxsan doqquz) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 47 (qırx yeddi) manat 80 (səksən) qəpik məbləğində pul vəsaiti «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» X12 xeyrinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar