Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2091/2024 03.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X20 Şakir oğlunun sədrliyi, Məsləhətçi (Məhkəmə iclasının katibi) Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkil) Nümayəndə, Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvanı dövlət orqanı tərəfindən ünvan 1ş binasının qərb tərəfində yerləşən fərdi yaşayış evi kimi göstərilən yaşayış evinə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2004-cü il tarixdə rəsmi nikah qeydiyyatı ilə ailə qurmuş, onunla 2023-cü ilə qədər birgə yaşamışdır. Birgə yaşayışdan 2 uşaqları var. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 5979/2023 nömrəli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü Nəcəf adlı uşağı üçün aliment ödəyir. Həmin qətnamə ilə nikahları ləğv edilmişdir. Son illərdə Cavabdeh adına olan, lakin mülkiyyət hüququ müəyyən edilməyən, yaşadıqları evin qərb tərəfində yerləşən 4 sot torpaq sahəsində inşa edilmiş evdə yaşamışlar. Gəncə şəhəri Kəpəz Rayon İH başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi xx.xx.2020-ci il tarixli, 424 nömrəli arayışda həmin evin ünvanı “ünvan 2ndə yerləşən fərdi yaşayış evi” kimi göstərilmişdir. Həmin evi atası X3 onun köməkliyi ilə tikmişdir. Evi atasının tikməsi, cavabdehin ona aidiyyəti olmaması, yalnız onun razılığı ilə onun arvadı kimi ora köçürülməsi, evin onun sahibliyinə verilməsi xx.xx.2024-cü il tarixli aktla və çoxsaylı şahid ifadələri ilə təsdiq oluna bilər. Cavabdeh həmin tikintiyə bir kərpic də olsa, qoymasa da, sahibliyində olan evə onun razılığı ilə köçürülsə də, son zamanlar onu bəyənmədiyindən, həm də uşaqları onun himayəsində qalmasından sui-istifadə edib, evinə yiyələnmişdir. Böyük oğlu Cəmil hətta onu döyür, bir sözlə atasının onun üçün tikdirdiyi evə onu buraxmır. Zor tətbiq etməsi barədə polisə saxta müraciətlər edir. O, 2-ci dərəcəli əlil olduğundan cavabdehə və oğluna təsir edə bilmir. O, evsiz-eşiksiz qalmışdır. Dəhşətli budur ki, valideynləri evlərini onun ailəsinə verdikdən sonra onların rahatlığı üçün özləri kirayələrdə yaşayırlar. Cavabdeh onu yaşadığı evdən məhrum etməsi qanuna ziddir. Belə vəziyyətdə o, çarəsizlikdən bu iddianı qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məznmunlu izahat verərək əlavə olaraq bildirdi ki, Cavabdeh ilə 2004-cü ildə nikahlarını rəsmiləşdirərək ailə həyatı qurmuşlar. Birgə nikah dövründə mübahisəli ünvan olan ünvan 3ən fərdi yaşayış evini tikdirmişlər. Həmin evi tikdirməzdən öncə evin yerləşdiyi torpaq sahəsi onun istifadəsində olmuş və oradan ictimai iaşə obyekti kimi istifadə etmişdir. Sözügedən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrdə qeydiyyata alınmasa da, Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 30 oktyabr 2014-cü il tarixli, 1789 nömrəli sərəncamına əsasən fərdi yaşayış evinin qeydiyyata alınması qərara alınmışdır. Mübahisəli fərdi yaşayış evi birgə nikah dövründə cavabdehlə onun birgə vəsaiti hesabına tikilsə də hal-hazırda cavabdeh ona ünvan 3ən fərdi yaşayış evində yaşamağa imkan vermir. Odur ki iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə təmsil etdiyi şəxsin qeyd etdiklərinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı ilə 2004-cü ildə nikahlarını rəsmiləşdirərək evlənmişlər. Lakin, Gəncə Şəhər Məhkəməsinin 2(125)-5979/2023 nömrəli, 09 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuşdur. Mübahisəli fərdi yaşayış evi 2007-ci ildə tikilmiş, Azərbaycan Respublikası Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 30 oktyabr 2014-cü il tarixli, 1789 nömrəli sərəncamına əsasən ünvan 3ən ona məxsus mülkdə razılaşdırılmış layihə sənədləri olmadan inşa edilmiş tikililərin qeydiyyata alınması qərara alınmışdır. Mübahisəli fərdi yaşayış evinin sənədləşdirilməsi, habelə evinin tikilməsi ilə bağlı xərclərin böyük hissəsini o, onun anası Almaz tərəfindən çəkilmişdir. Ona görə də evin qeydiyyata alınması haqqında sərəncam onun adına tərtib olunmuşdur. Bununla yanaşı İddiaçı əsəb xəstəsi olmaqla onunla birlikdə yaşamaq mümkün deyildir. Bundan başqa oğlu yeni ailə qurmaqla həmin evdə yaşayacaqdır. Mübahisəli ev 1 yataq otağı, 1 mətbəx və 1 şüşəbənddən ibarətdir. Belə olduğu halda İddiaçı mübahisəli evdə onlarla birlikdə yaşaması mümkün deyildir. Özü hətta Ağstafa rayonunda yerləşən atası evinə çıxıb getmək niyyətindədir. Buna görə də iddiaçının mübahisəli fərdi yaşayış evinə köçürülməsinə razı deyildir. Odur ki iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh vəsatəti əsasında şahid qismində dindirilmiş X6 izahatında bildirdi ki, İddiaçı onun qaynı, Cavabdeh isə eltisidir. Mübahisəli əmlak olan ünvan 3ən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Cavabdeh anası tərəfindən alınmış və 2007-2008-ci ildə orada ev tikilmişdir. Bildiyinə görə İddiaçı mübahisəli ev üçün hər hansı məbləğdə pul xərcləməmişdir. Hətta o, İddiaçı qardaşından boşanmış və 5 ildir ki, ondan ayrı yaşayır. O, heç vaxt mübahisəli evdə yaşamamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 25 yanvar 2024-cü il tarixli aktdan görünür ki, imza edənlər X10, X2, X5 təsdiq edirlər ki, İddiaçı Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, 18 nömrəli binanın qərb tərəfində (Ü.Hacıbəyov 126b) 3 nömrəli binanın arxa tərəfində 4 sot torpağın içərisində atası X3 öz vəsaiti hesabına tikdirdiyi 2 otaq, 1 zaldan, çiy kərpicdən tikdirdiyi binada 10 ildir ki, yaşayır. Gəncə Şəhər Məhkəməsinin 2(125)-5979/2023 nömrəli, 09 oktyabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx.xx.2004-cü il tarixdə Gəncə şəhər Kəpəz rayon VVADQ şöbəsində 126 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından xx.xx.2012-ci ildə anadan olmuş X4 anası Cavabdeh yanında saxlanılması və xx.xx.2012-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq cavabdeh İddiaçı hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq, Cavabdeh ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 17 iyun 2020-ci il tarixli, 424 nömrəli arayışdan görünür ki, 1984-cü il təvəllüdlü Cavabdeh Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov küçəsi, 18 nömrəli yaşayış binasının qərb tərəfində yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayır. Ailə tərkibi aşağıdakılardan ibarətdir: 1. İddiaçı 1979-cu il təvəllüdlü (əri); 2. X7 2004-cü il təvəllüdlü (oğlu); 3. X8 2012-ci il təvəllüdlü (oğlu). Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsindən görünür ki, İddiaçı əlil və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barədə məlumata əsasən ikinci dərəcəli əlildir. 30 mart 2024-cü il tarixli, Azərbaycan Respublikası Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, İddiaçı ünvan 4 ünvanında yaşadığı müddət ərzində qonşularla normal münasibətdə olmuş, zəhmətkeş insan kimi xarakterizə olunmuşdur. Onun barəsində yaşadığı müddət ərzində qonşular və sakinlər tərəfindən Gəncə şəhəri, MKTİB-nin 5 nömrəli Xidmət Sahəsinə heç bir şifahi və yazılı surətdə şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 19 mart 2024-cü il tarixli, 539 nömrəli arayışdan görünür ki, İddiaçı Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, 18 nömrəli binanın qərb tərəfi fərdi yaşayış evində qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 30 oktyabr 2014-cü il tarixli, 1789 nömrəli sərəncamından görünür ki, ünvan 3ən Cavabdeh məxsus mülkdə razılaşdırılmış layihə sənədləri olmadan inşa edilmiş aşağıdakı sahələrdən ibarət tikililər qeydiyyata alınsın: ümumi sahə - 69,0 kv,m; o cümlədən yaşayış sahəsi – 35,5 kv,m; talvar – 39,0 kv,m. Cavabdeh tapşırılsın ki, binanın konstruktiv həllini “seysmik rayonlarda tikinti” AzDTN 2,3-1-in tələblərinə uyğunlaşdırılmasını təmin etsin. Əks təqdirdə baş verəcək bədbəxt hadisələrə şəxsən məsuliyyət daşıyacaq və dövlət tərəfindən heç bir kompensasiya verilməyəcək. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 3 nömrəli Ərazi İdarəsinə tapşırılsın ki, Ü.Hacıbəyov küçəsi, 18 nömrəli yaşayış binasının qərb tərəfində yerləşən icazəsiz tikililər qeydiyyata alındıqdan sonra, mülk sahibi müvafiq qaydada mülkiyyət hüququnu təsdiq edən sənədlərlə təmin edilsin. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 01 mart 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. AMF seriyalı 510715 nömrəli 15 oktyabr 2012-ci il tarixli yerli vergi və ödənişlərin qəbulu üçün mədaxil qəbzindən görünür ki, X7 tərəfindən torpaq icarəsi üçün 2010-2011- 2012-ci illər üçün 96 manat ödəniş edilmişdir. AMF seriyalı 646310 nömrəli 15 aprel 2014-cü il tarixli yerli vergi və ödənişlərin qəbulu üçün mədaxil qəbzindən görünür ki, X7 tərəfindən torpaq icarəsi üçün 2013-2014cü illər üçün 64 manat ödəniş edilmişdir. Gəncə şəhəri Kəpəz rayonu Kəpəz Bələdiyyəsi əhalidən vergilərin qəbulu üçün qəbzdən görünür ki, X7 tərəfindən torpaq icarəsi üçün 2015-ci il üçün 32 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmə tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyib, işdə olan sənədləri araşdıraraq və işin məhkəmə iclasında müəyyən olunmuş hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh 2004-cü il tarixdə nikahlarını rəsmiləşdirərək ailə həyatı qurmuşlar. Gəncə Şəhər Məhkəməsinin 2(125)-5979/2023 nömrəli, 09 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx.xx.2004-cü il tarixdə Gəncə şəhər Kəpəz rayon VVADQ şöbəsində 126 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından xx.xx.2012-ci ildə anadan olmuş X4 anası Cavabdeh yanında saxlanılması və xx.xx.2012ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, cavabdeh İddiaçı hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq, Cavabdeh ödənilməsi qət edilmişdir. İddiaçı və cavabdeh birgə nikah dövründə ünvan 3ən fərdi yaşayış evini tikmişlər. Hal-hazırda iddiaçı Cəmil Quliyev Cavabdeh onu birgə nikah dövründə tikilmiş fərdi yaşayış evində yaşamağa qoymaması ilə əlaqədar olaraq evə köçürülmə tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə iddia tələbi ilə razılaşmayaraq iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla həmçinin müəyyən edilmişdir ki, ünvan 3ən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişdir. Lakin Azərbaycan Respublikası Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 30 oktyabr 2014-cü il tarixli, 1789 nömrəli sərəncamından görünür ki, ünvan 3ən Cavabdeh məxsus mülkdə razılaşdırılmış layihə sənədləri olmadan inşa edilmiş ümumi sahə - 69,0 kvadratmetr; o cümlədən yaşayış sahəsi – 35,5 kvadratmetr; talvar – 39,0 kvadratmetr olan tikililərin qeydiyyata alınması qərara alınmışdır. Bundan başqa Cavabdeh vəsatəti əsasında mübahisəli evə yerində müayinə (baxış) keçirilmişdir. Yerində müayinə (baxış) zamanı müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evi təxminən 0,04 ha (4 sot) torpaq sahəsində inşa edilməklə 1 yataq otağı, 1 mətbəx və 1 giriş hissədə yerləşən zaldan ibarətdir. Evin sanitar qovşağı və hamamı həyətdə yerləşir. Həyətdə əlavə tikililərin aparılması üçün boş sahə mövcuddur. Ev orta təmirli olmaqla yaşayış üçün qənaətbəxşdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 13-cü maddəsinə əsasən, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına və normativ xarakterli aktlara əsasən həll edir. 13.7-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə mübahisənin düzgün həll edilməsi üçün mübahisəli evin hansı hüquqi statusda olmasının müəyyən edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Lakin işin məhkəmə tərəfindən müəyyən olunmuş halları ilə təsdiq edilir ki, ünvan 3ən fərdi yaşayış evi birgə nikah dövründə iddiaçı və cavabdehin birgə nikahı dövründə və birgə vəsaiti hesabına tikilməklə, sözügedən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Buna baxmayaraq, yerli icra hakimiyyəti orqanının sərəncamına əsasən ümumi sahə - 69,0 kvadratmetr; o cümlədən yaşayış sahəsi – 35,5 kvadratmetr; talvar – 39,0 kvadratmetr olan tikililərin qeydiyyata alınması qərara alınmışdır. Həmin sərəncam hazırda qüvvədə olmaqla hər hansı şəxs tərəfindən mübahisələndirilməmişdir. Bu hal isə iddiaçı və cavabdehin sahiblik və istifadəsində olan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması üçün əsasdır. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, İddiaçı və Cavabdeh ünvan 3ən fərdi yaşayış evinə mülkiyyət hüququ gözləniləndir və bunun üçün iddiaçı və cavabdehin müvafiq dövlət orqanına ərizə ilə müraciət etməsi yetərlidir. Bu baxımdan məhkəmə hazırkı mübahisəli evə ər-arvadın ümumi birgə mülkiyyəti prizmasından yanaşır. “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli, “Burdov Rusiyaya qarşı” iş üzrə, “Qarrax Çexiyaya qarşı” iş üzrə və digər bu kimi qərarlarında X18 məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ “İnsan Hüquqları və X1 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də məsələyə yuxarıda göstərilən qaydada X18 məhkəməsinin mövqeləri ilə uyğun gələn mövqedən yanaşmış, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar xx.xx.2010-cu il tarixli, Viktor Ozerovun şikayəti ilə əlaqədar xx.xx.2011-ci il tarixli, Müşfiq Bayramovun şikayəti ilə əlaqədar xx.xx.2011-ci il tarixli qərarında və digər qərarlarında hesab etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, 1/2024 nömrəli qərarının 3-cü bəndində qeyd edilir:
3. Ər-arvadın birgə mülkiyyətinin anlayışı, prezumpsiya və sübutetmə yükü; 3.1. Azərbaycan Respublikasında ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən Mülki Məcəllənin 225-ci maddəsinə və Ailə Məcəlləsinin 7-ci fəslinə (31- 37-ci maddələr) əsasən ərarvadın nikah dövründə əldə etdikləri əmlak (əgər nikah müqaviləsində və ya onlar arasındakı digər razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa) onların ümumi birgə mülkiyyəti sayılır. 3.2. Nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 3 3. Beləliklə, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. 3.4. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. 3.5. Prezumpsiyanın qanuni (hüquqi) və faktiki növləri fərqləndirilir. Əgər qanuni prezumpsiya birbaşa normativ hüquqi aktın məzmununda əks olunursa, bundan fərqli olaraq faktiki prezumpsiya hüquq normalarında əks olunmur. Bu ehtimal bir qayda olaraq həyatın təbii axarına, ağlabatan mühakiməyə və ya formalaşmış təcrübəyə söykənir. 3.6. Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. 3.7. Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır. 3.8. Bununla belə, qeyd edildiyi kimi, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər. 3.9. Ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür. 3.10. Belə ki, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya istinad edirsə, fərqli qayda tətbiq edilir. 3.11. Ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir. 3.12. Konkret işin hallarından asılı olaraq mübahisəli əmlakın ərin və ya arvadın ayrıca əmlakı hesabına (onun satışından əldə olunan vəsaitlə, yaxud dəyişdirmə ilə) və ya sadalanan əvəzsiz əqdlər nəticəsində əldə edildiyi ər (arvad) tərəfindən sübuta yetirildiyi halda, birgə mülkiyyət prezumpsiyası aradan qalxır və sonuncunun əmlak üzərində fərdi mülkiyyət hüququnun tanınması üçün əsas yaranır. Yəni mövcud ayrıca əmlakın qarşılığında yeni əmlak əldə edildikdə özgəninkiləşdirilən əmlakın mülkiyyət rejimi (fərdi mülkiyyət) əldə edilən aktivə münasibətdə eyni şəkildə davam edir. 3.13. Əgər işin halları ilə ərə (arvada) ayrıca məxsus olan əmlakın əvəzli özgəninkiləşdirilməsi nəticəsində yeni əmlakın əldə edildiyi müəyyən edilərsə, məhkəmələr özgəninkiləşdirilən predmetlə əldə olunan əmlak arasında qiymət fərqini də nəzərə almalıdır. Belə ki, əgər özgəninkiləşdirilən əmlakın dəyəri əldə edilən əmlakın dəyərinə bərabər və ya ondan artıqdırsa, əldə olunan predmet ərin (arvadın) ayrıca əmlakı kimi qiymətləndirilə bilər. Lakin özgəninkiləşdirilən əmlakın dəyəri əldə edilən əmlakın dəyərindən azdırsa və məhkəmə onu ərarvadın ümumi mülkiyyəti kimi qəbul edirsə, həmin əmlak üzərində tərəflərin payları əşyanın əldə olunduğu anda sərf olunmuş ayrıca vəsaitə və ər-arvadın ümumi vəsaitinə mütənasib olaraq müəyyən edilməlidir. 3.14. Ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. 3.15. Qeyd edilən faktiki prezumpsiya ilk növbədə ondan irəli gəlir ki, borclu ər (arvad) və öhdəliyin iştirakçısı olmayan arvad (ər) əldə olunmuş vəsaitin nəyə xərcləndiyini sübut etmək üçün tamamilə fərqli imkanlara malik olurlar. Bir qayda olaraq, belə vəsaitin xərclənməsində borclu ər (arvad) bilavasitə iştirak etdiyindən həmin əmlakın ailə ehtiyaclarına sərf olunmasını sübut etmək üçün dəlillər əldə etmək imkanı da ona məxsus olur. Arvad (ər) isə borcun olmasından xəbərdar olmaya bilər, bu səbəbdən onun ərinin (arvadının) həmin vəsaiti şəxsi ehtiyacları üçün sərf etdiyini sübut etmək imkanları məhduddur, bir çox hallarda isə qeyri-mümkündür. 3.16. Sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu (bundan sonra – Konstitusiya Məhkəməsi) 2021-ci il 23 iyul tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Konstitusiya Məhkəməsi həmin qərarında vurğulamışdır ki, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. 3.17. Məhkəmə təcrübəsində ər-arvadın ümumi əmlakdakı paylarına süni təsir etmək üçün uydurma borc müqaviləsinin bağlanması, bununla bağlı məhkəmədə qaldırılmış iddianın və ya iddiaçının əsaslandığı faktların etiraf edilməsi hallarına rast gəlinir. Belə mübahisələrə baxılarkən ər-arvadın hüquq və vəzifələrinə dair məsələ onların hüquqlarının pozulması ilə nəticələnə bilərsə, məhkəmə Mülki Prosessual Məcəllənin 57.1-ci maddəsinə əsasən həmin şəxsləri müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi işdə iştirak etməyə cəlb edə bilər. 3.18. Qeyd olunan işlər üzrə cavabdeh olan ər (arvad) tərəfindən iddia və ya iddiaçının tələblərini əsaslandırdığı faktlar etiraf edildikdə, habelə kreditorla (kreditorlarla) borcalan arasında barışıq sazişi bağlandıqda məhkəmələr Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddianın cavabdeh tərəfindən etiraf edilməsinin və tərəflərin barışıq sazişinin qanuna zidd olubolmadığına, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozub-pozmadığına, yaxud Mülki Prosessual Məcəllənin 106.4-cü maddəsinə əsasən faktın işin hallarının gizlədilməsi məqsədi ilə etiraf olunmasına xüsusi diqqət yetirməlidirlər. Bu cür halların mövcudluğu müəyyən edilərsə, belə hərəkətlər qəbul olunmamaqla, mübahisəyə mahiyyəti üzrə baxılması davam etdirilməli və ya həmin faktlar ümumi qaydada sübut edilməlidir. 3.19. Nəzərə alınmalıdır ki, qeyd olunan mübahisələr üzrə iddianın predmeti borc müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı olduğundan, alınmış vəsaitin ailənin ümumi ehtiyaclarına sərf edilib-edilməməsi üzrə araşdırmanın aparılması tələb olunmur. Bu baxımdan həmin iş üzrə qəbul edilmiş məhkəmə aktında bununla bağlı hal müəyyən edilməməlidir, edildiyi halda isə ər-arvad arasında ümumi əmlak bölgüsünə dair mübahisələrdə hər hansı preyudisial əhəmiyyətə malik olmadığı nəzərə alınmalıdır. 4.11. Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. 4.16.Özbaşına tikililər və tikintisi başa çatmayan binanın tərkib hissələrinə dair yuxarıda qeyd olunanlar Ailə Məcəlləsinin 7-ci fəslinin normalarının mənasına əsaslanır, sözügedən tikililər məhkəmə qərarı ilə əşya hüquqlarının tanınması hesab olunmur və dövlət orqanının üzərinə onlara dair qeydiyyat aparmaq vəzifəsi qoymur. Həmin predmetlərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı qanunla müəyyən olunmuş qaydada aparılmalıdır. 4.17.Birgə nikah dövründə ər-arvadın ümumi əmlakı hesabına dəyəri ödənilmiş, lakin nikah pozulduqdan sonra ərin (arvadın) sahibliyinə verilmiş, yaxud dövlət reyestrində onlardan birinin adına qeydə alınmış əmlak ər-arvadın ümumi əmlakı hesab edilməlidir. Misal üçün ər-arvad nikahda olduqları dövrdə onların əmlakı hesabına dəyəri tam ödənilmiş yaşayış və ya qeyri-yaşayış sahəsi nikah pozulduqdan sonra ərin (arvadın) adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsa da, bu ümumi əmlak hesab edilir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı köçürülməsini xahiş etdiyi ev İddiaçı və Cavabdeh birgə nikah dövründə tərəflərin birgə vəsaiti hesabına tikilmiş olduğundan iddiaçı və cavabdehin birgə mülkiyyətində olan əmlak kimi baxılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməklə İddiaçı ünvan 3ən fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ünvan 3ən fərdi yaşayış evinə köçürülsün. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov