Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2093/2024 29.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2, cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh5 və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Gəncə şəhəri 5 saylı notariat ofisinə, Gəncə şəhəri 1 saylı notariat ofisinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh5 qarşı etibarnamənin, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə, çıxarışın ləğv olunmasına və evin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh3 oğıluna, Cavabdeh4, Gəncə şəhəri 5 saylı notariat ofisinə, Gəncə şəhəri 1 saylı notariat ofisinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri 5 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2023-cü il tarixli, 7E- 14165 reyestr nömrəli etibarnamənin, Gəncə şəhəri 5 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2023-cü il tarixli, 4Ə-614 reyestr nömrəli və Gəncə şəhəri 1 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2023-cü il tarixli, 4Ə-517 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Cavabdeh5 adına verilmiş xx.xx.2023-cü il tarixli, **********57-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin əvvəlki vəziyyətinə adına qaytarılması barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olmuşdur. Həmin fərdi yaşayış evinə dair mülkiyyət hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. O, Cavabdeh3 ev alverçisi-makler kimi tanımışdır. 2023-cü ilin may ayında ona 2 ədəd etibarnamə vermişdir. Etibarnamələrdən biri onun adına ev almaq üçün, digəri isə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair sənədləşdirmə işlərinin aparılması, əgər lazım gələrsə onun tapşırığı əsasında sərəncam verilməsi və s. üçün verilmişdir. Lakin etibarnamələri verdikdən bir müddət sonra ondan şübhələndiyi üçün etibarnamələri ləğv elətdirmək qərarına gəlmişdir. Bunun üçün iş üzrə digər cavabdeh Gəncə şəhəri 1 saylı notariat ofisinə yaxınlaşaraq Cavabdeh3 verdiyi etibarnamələri ləğv elətdirmək istədiyini bildirmişdir. Daha sonra ondan ərizə almışdırlar və ona etibarnamələrin ləğv olunduğunu bildirmişdirlər. O da arxayın çıxıb evinə getmişdir. Lakin üstündən bir müddət keçdikdən sonra ona məlum olmuşdur ki, mülkiyyətində olan ev Cavabdeh3 öz adına keçmişdir. Əvvəlcə hesab etmişdir ki, bu mümkünsüzdür. Lakin sonradan məlum olmuşdur ki, cavabdeh Gəncə şəhəri 1 saylı notariat ofisində Cavabdeh3 verdiyi etibarnamələri ləğv elətdirən zaman həmin etibarnamələrdən yalnız biri ləğv edilmiş, digər etibarnamə isə qüvvədə saxlanılmışdır. Nə qədər absurd və məntiqsiz olmasına baxmayaraq, adına ev almaq üçün verdiyi etibarnaməni ləğv etmişdirlər. Hansı ki, həmin etibarnamə ilə adına ev alına bilərdi ki, bunun ona hər hansı bir ziyanı yox idi. Yəni etibarnamənin ləğv edilməsi üçün notariat ofisinə müraciət etməsində məqsəd əsasən ikinci etibarnaməni ləğv elətdirmək olsa da, cavabdeh Gəncə şəhəri 1 saylı notariat ofisinin işçilərinin səhlənkarlığı ucbatından həmin etibarnamə ləğv olunmamış və nəticədə məhz həmin etibarnamə ilə mülkiyyətindən məhrum olmuşdur. Sonradan aparılmış araşdırmalar zamanı müəyyən edilmişdir ki, Cavabdeh3 tamamilə başqa məqsəd üçün ona verilmiş etibarnamədən suiistifadə edərək evi öz adına keçirməsinə nail olmuşdur. Belə ki, o bu etibarnamə əsasında dostu və şəriki, iş üzrə digər Cavabdeh4 Gəncə şəhəri 5 saylı notariat ofisində təsdiq olunmuş 19 iyun 2023-cü il tarixli (etibarnaməni ləğv elətdirmək üçün notariat ofisinə müraciət etdikdən 3 gün sonra) 7E-14165 reyestr nömrəli etibarnamə vermiş, o isə bunun əsasında ona məxsus evi elə həmin gün yenə də Gəncə şəhəri 5 saylı notariat ofisində təsdiq olunmuş 4Ə-614 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 özünə satmışdır. Yəni, Cavabdeh3 tamamilə başqa məqsəd üçün ona verilmiş etibarnamədən onun iradəsinə zidd olaraq öz mənafeyi üçün istifadə etmişdir. Əgər onun belə bir iradə ifadəsi olsaydı, elə həmin vaxt etibarnamə əvəzinə, alqı-satqı müqaviləsi imzalayardı. Bununla da Cavabdeh3 sanki evi özü-özünə satmışdır ki, bu da yolverilməzdir. Evin satışından əldə olunan puldan isə ona bir manat da çatmamışdır. Həmçinin, cavabdeh Gəncə şəhəri 5 saylı notariat ofisində də bu fakta hər hansı bir əhəmiyyət verilmədən sözügedən alqı-satqı müqaviləsi təsdiq olunmuşdur. Bütün bunlardan sonra isə Cavabdeh3 izi tamamilə itirmək üçün Gəncə 1 saylı notariat ofisində təsdiq olunmuş 04 oktyabr 2023-cü il tarixli, 4Ə-517 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən guya sözügedən evi Cavabdeh5 satmışdır. Ona görə də qeyd edilən etibarnamə və alqı-satqı müqavilələri etibarsız heab edilməli və ev əvvəlki vəziyyətinə adına qaytarılmalıdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, qanunsuz hərəkətlər nəticəsində iddiaçı öz mülkiyyətindən məhrum olmuşdur. 1-ci müqavilə etibarsız hesab olunursa, 2-ci müqavilə də etibarsız hesab edilməlidir. 1-ci və 2-ci alqı-satqı müqavilələri arasında kəskin qiymət fərqləri də vardır. Bu özü də göstərir ki, 1-ci müqavilədə evin real dəyəri göstərilməmişdir, formal olaraq bağlanmış uydurma müqavilədir. Pul Cavabdeh3 ödənilmiş, evi Cavabdeh3 satmışdır. İddiaçıya heç bir pul çatmamışdır. İddianın təmin olunmasını və əmlakın geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, notariat işində İddiaçı tərəfindən Cavabdeh3 verilmiş etibarnamə vardır ki, evi sata bilər. Daha sonra etibarnamənin ləğv olunması ilə bağlı ərizə vermiş, ərizədə konkret olaraq hansı etibarnamənin ləğv edilməsini tarixi və nömrəsi ilə birlikdə göstərmişdir. Əsas məqsədinin 2-ci etibarnaməni ləğv etmək olmasını sübut edən başqa bir sübut da məhkəməyə təqdim olunmamışdır. Hazırki işlə bağlı etibarsızlığa dəlalət edən heç bir əsas yoxdur. 3-cü şəxsin mənafeyi baxımından da evin üzərində yüklülük olmamış, ev qanuni olaraq Cavabdeh3 adına olmuş və üçüncü şəxsə satılmış, qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilmişdir. İddianın əsassız olduğundan təmin olunmamasını məhkəmədən xahiş etdi. Cavabdehlər Gəncə şəhəri 5 saylı notariat ofisi və ünvan 2 ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini məhkəmədən xahiş etmişdirlər. Digər Cavabdeh4 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında Cavabdeh4 iş üzrə cavabdehlik daşımadığını Natiqin alqı-satqı müqaviləsində ona köməklik etməsi barədə xahiş etməsini, alqı-satqı üzrə hər hansı məbləğdə pul olmadığını göstərmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh5 izahatında göstərdi ki, Cavabdeh3 əvvəllər tanımamış, evi alarkən ev üzərində mübahisə olması ilə bağlı heç bir məlumatı olmamışdır. xx.xx.2023-cü il tarixində öz evini 160000 manat satmış, xx.xx.2023-cü ildə sözügedən evi 160000 manat almışdır. 144000 manat bank vasitəsilə Cavabdeh3 ödəniş etmişdir. Evi Natiqdən almışdır, sənədləşdirməni Natiqlə etmişdir. 11000 manat da beh vermişdir. Mübahisədən heç bir xəbəri olmadığına görə ona heç bir zərər dəyməməlidir. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh5 etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, qanuni olaraq evin ödənişini edib almışdırlar. Aldıqları evi satmaq niyyətləri yoxdur. Mübahisədən heç bir məlumatları olmamışdır, onlara zərər dəyməməlidir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-1258/2024 nömrəli məktubdan görünür ki, ünvan 3 ünvanında yerləşən 0,0376 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixli, **********56 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən X3 adına olmuşdur. Torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 168.5 kv.m olan fərdi yaşayış evi üzərində hüquqlar daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq X4 xx.xx.2020-ci il tarixli, **********56-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Fərdi yaşayış evi Gəncə şəhər 2 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli, 4Ə-906 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı satılmış, ona xx.xx.2022-ci il tarixli, **********57-10301 reyestr nömrəli Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhər 5 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 4Ə-614 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən fərdi yaşayış evi İddiaçı tərəfindən Cavabdeh3 satılmış, sonuncunun adına xx.xx.2023-cü il tarixli, **********57-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Gəncə şəhər 1 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 4Ə-517 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 tərəfindən Cavabdeh5 satılmış, sonuncunun adına xx.xx.2023-cü il tarixli, **********57-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Fərdi yaşayış evi iki mərtəbəli, ümumi sahəsi 168.5 kv.m, yaşayış sahəsi 77.7 kv.m olan beş yaşayış otağından ibarətdir. Gəncə şəhəri 1 saylı notariat ofisi tərəfindən 8İ-1014 reyestr nömrə ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Gəncə şəhər 1 saylı notariat ofisində Cavabdeh3 verdiyi 7E-443 nömrə ilə qeyd olunmuş etibarnamənin qüvvəsinə xitam verilməsini xahiş etmişdir. Gəncə şəhəri 1 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 137 nömrəli məktubdan görünür ki, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə, 7E-443 saylı reyestrlə təsdiq edilmiş ünvan 5i ünvanında qeydiyyatda olan Cavabdeh3 xx.xx.2033-cü il tarixədək etibarnamə verilmişdir. Göstərilən etibarnamə İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə, 8İ-10104 saylı reyestrlə təsdiq edilmiş ərizə əsasında ləğv edilmişdir. Gəncə şəhər 1 saylı notariat ofisi tərəfindən 7E-443 reyestr nömrə ilə təsdiq olunmuş xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, etibar edən İddiaçı Azərbaycan Respublikasında daşınmaz əmlak almağı, bununla əlaqədar bütün səlahiyyətli orqanlarda sənədləşmə işlərini aparmağı və s. kimi səlahiyyətləri Cavabdeh3 xx.xx.2033cü il tarixədək etibar etmişdir. Gəncə şəhəri 5 saylı notariat ofisində 4Ə-614 reyestr nömrə ilə qeydə alınmış xx.xx.2023-cü il tarixli notariat işində olan xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********57-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına rəsmi reyestrdə qeydiyyata alınmışdır. Notariat işində olan Gəncə şəhəri 5 saylı notariat ofisi tərəfindən 7E-14165 reyestr nömrə ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, etibar edən İddiaçı ona məxsus ünvan 3 ünvanında yerləşən mülkiyyətdə olan 0,0376 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 168,50 kv.m olan fərdi yaşayış evinə dair həmin etibarnamə ilə onun əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, bağışlamaq, satmaq, müqavilənin ləğvinə dair müqavilə bağlamağı, pulunu almaq və s. kimi səlahiyyətləri xx.xx.2028-ci il tarixədək Cavabdeh3 etibar etmiş, səlahiyyətlər Cavabdeh3 tərəfindən Cavabdeh4 ötürülmüşdür. Notariat işində olan Gəncə şəhəri 5 saylı notariat ofisində 4Ə-614 reyestr nömrə ilə təsdiq edilmiş, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X1 adından Cavabdeh4 ilə Cavabdeh3 arasında alqı-satqı müqaviləsi bağlanaraq ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,0376 ha torpaq sahəsi 90000 manat dəyərində Cavabdeh3 satılmışdır. Gəncə şəhəri 1 saylı notariat ofisində 4Ə-517 reyestr nömrə ilə qeydə alınmış xx.xx.2023-cü il tarixli notariat işində olan xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********57-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,0376 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh3 adına rəsmi reyestrdə qeydiyyata alınmışdır. Notariat işində olan Gəncə şəhəri 1 saylı notariat ofisində 4Ə-517 reyestr nömrə ilə təsdiq edilmiş, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh3 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,0376 ha torpaq sahəsini 131000 manat məbləğində alıcı Cavabdeh5 satmışdır. xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,0376 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh5 adına rəsmi reyestrdə qeydiyyata alınmışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin izahatını dinləyib, işdə olan sənədləri obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İşin mübahisə olunmayan hallarından görünür ki, iddiaçının mübahisələndirdiyi fərdi yaşayış evi onun mülkiyyətində olmuşdur. İddiaçı iddia etmişdir ki, cavabdehi ev alverçisimakler kimi tanımışdır. 2023-cü ilin may ayında ona 2 ədəd etibarnamə vermişdir. Etibarnamələrdən biri onun adına ev almaq üçün, digəri isə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair sənədləşdirmə işlərinin aparılması, əgər lazım gələrsə onun tapşırığı əsasında sərəncam verilməsi və s. üçün verilmişdir. Lakin cavabdeh tamamilə başqa məqsəd üçün ona verilmiş etibarnamədən sui-istifadə edərək evi öz adına keçirməsinə nail olmuşdur. Cavabdeh tərəf iddia tələbinə qarşı etiraz edərək etibarsızlığa dəlalət edən heç bir əsas olmadığını, 3-cü şəxsin mənafeyi baxımından da evin üzərində yüklülüyün olmadığını, evin Cavabdeh3 adına keçməsi və üçüncü şəxsə satılmasının qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirildiyini göstərərək iddia tələbinə qarşı etiraz etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. MM-in 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. MM-in 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Göründüyü kimi cavabdeh iddiaçının verdiyi etibarnamə əsasında iddiaçıya məxsus fərdi yişayış evini alqı-satqı yolu öz adına keçirmişdir. Halbuki, yuxarıda qeyd olunan qanunvericilikdən görünür ki, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Məhkəmə iclasında cavabdehlərdən Cavabdeh4 özü də göstərmişdir ki, Cavabdeh3 alqı-satqı müqaviləsinin bağlanmasında ona köməklik etməsini xahiş etmişdir. MM-in 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. MM-in 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarında qeyd olunmuşdur ki, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbi qismən əsaslıdır, ona görə də iddia qismən təmin olunmalı, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair X2 təmsil edən Cavabdeh4 ilə Cavabdeh3 arasında Gəncə şəhəri 5 saylı notariat ofisində 4Ə- 614 reyestr nömrə ilə təsdiq edilmiş, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. İddia tələbinin Gəncə şəhəri 5 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2023-cü il tarixli, 7E-14165 reyestr nömrəli etibarnamənin və Gəncə şəhəri 1 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2023-cü il tarixli, 4Ə-517 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Cavabdeh5 adına verilmiş xx.xx.2023-cü il tarixli, **********157-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və fərdi yaşayış evinin əvvəlki vəziyyətinə qaytarılması hissəsinə qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. MM-in 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 27 oktyabr 2004-cü il tarixli qərarında qeyd olunur ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi H.Cəfərovun şikayəti üzrə 15 sentyabr 2014-cü il tarixli plequm qərarında qeyd olunur ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 mart 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı). Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). Məhkəmə hesab edir ki, Cavabdeh5 mübahisəli fərdi yaşayış evini əldə edərkən vicdanlı alıcı olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair bağlanmış xx.xx.2023-cü il tarixli, 4Ə-517 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh5 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması tələbinə dair iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsində isə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Gəncə şəhər 5 saylı notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixli, 4Ə-614 reyestr nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh3 və Cavabdeh4 aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Gəncə şəhəri 5 saylı notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixli, 4Ə-614 reyestr nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada dövlət rüsumunun əvəzi olaraq 100 manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-2093/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2093/2024
29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver