Məhkəmə qərarları › İş №2(125)-2094/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2094/2025

25.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2094/2025 25.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X3, Ərizəçi maraqlı şəxs 1 saylı Gəncə Regional «ASAN xidmət» mərkəzi notariat ofisinə qarşı mirasın qəbul edilməsi vaxtının uzadılması və miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsinin məhkəmənin icraatına qəbul olunmasının mümkünlüyünə məhkəmə iclasından kənar baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi maraqlı şəxs 1 saylı Gəncə Regional «ASAN xidmət» mərkəzi notariat ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, atası X1 miras əmlak kimi Gəncə şəhəri, Nizami rayonu ərazisində yerləşən Gülüstan bina 56, mənzil 4, 47,0 kv.m, 3 otaqdan ibarət yaşayış evinin miras əmlak kimi tərəfindən qəbul edilməsi faktını müəyyən etməklə, mirasın qəbul edilməsi vaxtının uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərk hesab edirəm ki, ərizəçi mirasın qəbulu ilə bağlı notariat ofisinə müraciət etməklə işin məhkəmədən kənar həlli qaydasına nail olmaq imkanı olduğu halda məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-4793/2024 nömrəli qərardadından görünür ki, Ərizəçi maraqlı şəxs 1 saylı Gəncə Regional «ASAN xidmət» mərkəzi notariat ofisinə qarşı mirasın qəbul edilməsi vaxtının uzadılması və miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmış, ərizəçiyə mirasın qəbulu ilə bağlı notariat ofisinə müraciət etmək hüququ izah edilmişdir. Ərizəçi qərardada göstərilənlərə əməl etmədən yenidən eyni əsaslarla məhkəməyə mürasiət etmişdir. Azərbaycan Respublikası mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, qanunvericiliklə bütün fiziki və hüquqi şəxslərin özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə məhkəməyə mürasiət ətmək hüququ olsa da yalnız qanunla müəyyən olunmuş qaydada mürasiət etməsini nəzərdə tutmuşdur. MPM-in 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddiaçı bundan əvvəl də eyni predmet barəsində və eyni əsasla məhkəməyə müraciət etmiş, məhkəmənin qərardadı ilə iddia ərizəsi geri qaytarılaraq iddiaçıya mirasın qəbulu ilə bağlı notariat ofisinə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 10-cu bəndində göstərilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs 1 saylı Gəncə Regional «ASAN xidmət» mərkəzi notariat ofisinə qarşı mirasın qəbul edilməsi vaxtının uzadılması və miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, ərizəçiyə mirasın qəbulu ilə bağlı notariat ofisinə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 268-269-cu maddələrini rəhbər tutaraq msəhkəmə, qərara aldı: Ərizəçi maraqlı şəxs 1 saylı Gəncə Regional «Asan xidmət» mərkəzi notariat ofisinə qarşı mirasın qəbul edilməsi vaxtının uzadılması və miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə mirasın qəbulu ilə bağlı notariat ofisinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə”informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar