Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2105/2022 07.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən Yeni massiv 27/37 nömrəli fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayon məhkəməsinin 05 mart 2019-cu il tarixli qətnaməsi ilə cavabdehlə nikahlarına xitam verilmiş və birgə nikahdan dünyaya gəlmiş 13 fevral 2017-ci il təvəllüdlü X2 onun himayəsində saxlanılması və uşağın yetkinlik yaşına çatanadək hər ay 100 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Cavabdehlə ailə qurduqdan sonra Bakı şəhəri, Sabunçu rayonu, Kürdaxanı qəsəbəsində yerləşən Yeni massiv-27/37 nömrəli evə gəlin köçmüş və orada yaşamış, həmin evdə övladı dünyaya gəlmişdir. Nikah pozulduqdan sonra isə cavabdeh onu həmin ünvandan məcburi olaraq çıxartmış və o, azyaşlı övladı ilə birlikdə valideyinlərinin yanına sığınmaq məcburiyyətində qalmışdır. O, cavabdehdən onu və azyaşlı övladını evə buraxmasını dəfələrlə xahiş etsə də, heç bir nəticəsi olamışdır. Məhkəmə iclasında iddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək, tələbinin təmin olunması barədə qətnamə çıxarlmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddiaya etiraz edərək rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, tərəfləri dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Baki Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********94 saylı məktubdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair müvafiq məlumat və sənədlərin təsdiq edilmiş surətinin verilməsi ilə bağlı sorğuya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin 2(012)-1228/2019 nömrəli, xx.xx.2019-cü il tarixli qətnamədən görünür ki, iddia tələbi qismən təmin edilərək, X4 ilə Cavabdeh arasında 03 aprel 2016-cı il tarixdə 3 saylı Bakı “Asan Xidmət” Mərkəzində qeydə alınmış, 1094 saylı nikah qeydi ləğv edilməsi, tərəflərin birgə nikahlarından anadan olmuş 13 fevral 2017-ci il təvəllüdlü X5 anası X1 himayəsində saxlanılması, 13 fevral 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 31 yanvar 2019-cu il tarixdən başlayaraq hər ay 100 manat məbləğində alimentə görə pul Cavabdeh tutularaq X3 verilməsi qət edilmişdir. Hazırkı iş üzrə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəli evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, tələbini cavabdehlə 2016-cı il tarixdə nikaha daxil olduqdan sonra yaranan münasibətlərə əsaslandırmışdır. Belə olan halda, iddiaçının həmin evə köçürülə bilməsi üçün istifadə hüququnun yaranıbyaranmamasını müəyyən edilməli, bunun üçün hazırkı iş üzrə tərəflər arasında 2009-cu il oktyabrın 1-dən yaranmış münasibətlərə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mülkiyyətçinin ailə üzvləri dedikdə, onun arvadı (əri), uşaqları və valideynləri başa düşülür. Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən “digər qohumlar” ifadəsinə gəldikdə isə qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Mülki işin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyindən hazırkı iş üzrə cavabdeh mülkiyyətçi, yəni tələbə cavab verməli olan şəxs deyil. Halbuki, Mənzil Məcəlləsinin 30-cu maddəsinin mənasına görə iddiaçı istifadə hüququnun tanınması, dolayısıyla mənzilə köçürülmə tələbini mənzilin mülkiyyətçisinə qarşı irəli sürə bilər. Belə olan halda cavabdehin mövcud vəziyyətdə mübahisəli mənzilin mülkiyyətçisi olması öz təsdiqini tapmadığına, yəni tələbə cavab verməli olan şəxs olması sübuta yetirilmədiyinə görə iddia tələbi təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar (50.3). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-2105/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2105/2022
07.12.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver