Məhkəmə qərarları › İş №2(125)-2152/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2152/2022

30.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2152/2022 30.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Tahir oğlunun sədrliyi, Səfərova Leyla Firdovsi qızının katibliyi, iddiaçı Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış otaqlarından istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri, Əziz Nəzərov küçəsi, 4 saylı binanın (yataqxana) 15 saylı otağından cavabdehlərin istifadə hüquqlarının itirilmiş hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddianı müdafiə edərək izahatında göstərdi ki, Gəncə şəhəri, Əziz Nəzərov küçəsi 4 saylı bina (yataqxana) Gəncə Şəhəri MKTİB-nin balansına aiddir. Həmin binanın 15 saylı otağında qeydiyyatda olan Cavabdeh1 ilə Cavabdeh2 uzun illərdir ki, həmin otaqda yaşamırlar. Ona görə də kommunal xərclərin ödənilməsində müəyyən çətinliklər yaranır. X8 küçəsi 4 saylı binada qeydiyyatda olmalarına baxmayaraq onların harada yaşamaları haqqında heç bir məlumatları yoxdur. Ə.Nəzərov küçəsi 4 saylı binanın 15 saylı otağında 13 ildir ki, X2 yaşayır. Kommunal xidməti xərcləri qeydiyyatda olan adamların sayına görə gəldiyi üçün həmin vəsaiti ödəməkdə çətinlik yaranır. İddianın təmin edilməsini xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2022-ci iltarixdə keçirilən məhkəmə iclasında Cavabdeh2 yataqxanadan qeydiyyatdan çıxmamalarının səbəbini Gəncə şəhəri, Metallurq bağçılıq sahəsində özlərinə məxsus fərdi yaşayış evinə qeydiyyata düşmək üçün evin sənədinin olmaması ilə əlaqələndirmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadırlar. xx.xx.2022-ci il tarixli, 1141 nömrəli arayışdan görünür ki, ünvan 1 ünvanında X3 yaşayır. Cavabdehlərə göndərilmiş poçt zərflərindən görünür ki, cavabdehlər ünvan 1 ünvanında yaşamadıqları üçün bildirişin onlara təqdim olunması mümkün olmamışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb məhkəmə isclasında tədqiq olunmuş sübutlara hüquq normalarına uyğun olaraq qiymət verib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra-Mənzil Məcəlləsi ) 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Mənzil Məcəlləsinin 98.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Gəncə şəhəri, Əziz Nəzərov küçəsi, 4 saylı bina (yataqxana) Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansındadır. Binanın 15 saylı otağında Cavabdeh1 və Cavabdeh2 qeydiyyatda olsalar belə orada yaşamırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan isti fadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Gəncə şəhəri, Əziz Nəzərov küçəsi, 4 saylı binanın (yataqxana) 15 saylı otağında qeydiyyatda olan Cavabdeh1 və Cavabdeh2 istifadə hüququları itirilmiş hesab edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ödənilməmiş 100 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Gəncə şəhəri, Əziz Nəzərov küçəsi, 4 saylı binanın (yataqxana) 15 saylı otağından istifadə hüququları itirilmiş hesab edilsin. Cavabdelər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dövlət rüsumu hesabına 100 manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar